Cümə axşamı günü, 05 noyabr 2026
     

Paşinyanın “ayaqları yerdən üzüldü” – Qərb ondan imtina etdi, Rusiya təzyiqləri artırır, xalq arxasından çəkilib…

Image


Ermənistanda mövcud hakimiyyətin Rusiyaya yarınmaq üçün son dövrlərdə çoxsaylı cəhdlər etməsi heç kimə sirr deyil. Amma faktdır ki, Moskvanın Nikol Paşinyan hakimiyyətindən narazılığı davam edir. Rusiyanın “Qarabağ klanı“ ilə hələ də sıx əlaqələrini davam etdirməsi, Paşinyana yönəlik müxtəlif təzyiq alətlərindən faydalanması da qeyd edilənlərin real təsdiqi sayıla bilər. Bu durumda Paşinyan üçün qəliz məsələlərdən biri Qərbdən də hansısa dəstək görə bilməməsidir.

Qərbi narazı salan məqam isə İrəvanın münasibətlərin qurulması zamanı Rusiya faktorunu daha çox nəzərə almasıdır. Ermənistanın “İravnuk” qəzeti yazır ki, Paşinyanın bu yanaşmasından Qərb daha çox narazı qalır və İrəvandan üz döndərir. Bu isə Paşinyanı Rusiya qarşısında daha zəif duruma salır. Belə bir vaxtda Paşinyan Qərbi narazı salan daha bir açıqlama verib. O, Avropa İttifaqından məsafə saxlayacaqlarını bildirib: “Gündəliyimizdə Avropa İttifaqına üzv olmaq məsələsi yoxdur”. Hökumət başçısı jurnalistin “Ermənistan Avropa İttifaqına üzv olmağa hazırlaşırmı” sualına cavabında deyib: “Mən elə fikirləşmirəm. Biz hazırda Avrasiya İqtisadi İttifaqının üzvüyük. Biz bu təşkilat daxilində əməkdaşlığımızı inkişaf etdirməyə hazırlaşırıq. Bu iqtisadi ittifaq bizim üçün çox vacibdir. Ona görə Avropa İttifaqına üzvlük kimi məsələ bizim gündəliymizdə yoxdur”. Erməni politoloq Sarkis Artsruni bildirir ki, Paşinyanın bu yanaşması  təkcə Avropada yox, ABŞ-da da ciddi narazılıq yaradır: “Onsuz da Avropa İttifaqı Ermənistanı sıralarına qoşmağa hazırlaşmır. Amma Paşinyan belə mövqe sərgiləməklə Qərbdən uzaqlaşdığını göstərir və bunun cavab tədbirləri mütləq olacaq.

Ümumiyyətlə, Qərb Ermənistanın hələ də Rusiya orbitində qalmasından, bunun əksi istiqamətində Paşinyanın hansısa ciddi addım atmamasından ciddi narazıdır. ABŞ dövlət katibi Mayk Pompeonun açıqlamaları fonunda bunu qabarıq görmək olar. Mayk Pompeo bildirir: “Moskva Qərbin müttəfiqi hesab edilə bilməz. Bu gün biz azad olmayan ölkələrlə rəqabət aparırıq və siyasətlərini sərtləşdiririk. Buna görə Birləşmiş Ştatlar Almaniyanı və digər Avropa ölkələrini Rusiya ilə enerji sahəsində əməkdaşlığı dərinləşdirməməyə çağırır. Avropanın təchizat baxımından Vladimir Putindən asılı olmasını istəmirik”. ABŞ-ın yüksək səviyyəli bir rəsmisi, əslində mövcud Rusiyaya həqiqi bir qiymət verərək, bu ölkənin işğalçı xarakterinə işarə edib. Vaşinqtonun xatırlatmasının əsas qəbuledicisi, əlbəttə ki, Almaniyadır, amma Pompeonun sözlərini ilk növbədə Moskvanın təcavüzkar siyasətinin əsas hədəfləri olan postsovet ölkələri eşitməlidir. Bu cür qiymətləndirmələrdən sonra yaxın gələcəkdə ABŞ, Qərb ölkələri və Rusiya arasında münasibətlərin normallaşacağını gözləmək çətindir və deməli, “soyuq müharibə“ davam etmək niyyətindədir və bu, əlbəttə ki, Ermənistanın siyasi sisteminə də problemlər yaradacaq. Robert Köçəryanın bir neçə gün əvvəl qondarma “eksklüziv” məqaləsində yazdığı şey Ermənistandakı rus vassal rejimini əbədiləşdirmək çağırışından və inqilabın nəticələrini ləğv etmək üçün açıq bir cəhddən başqa bir şey deyildi. Zehni baxımdan, Putinin erməni müttəfiqləri forpost statusu müqabilində Ermənistanın suverenliyini qurban verməyə hazır olan keçmiş sistemin rəhbərləridir. Moskvanın ümumi nüfuza, Robert Köçəryan və Serj Sarkisyan kimi liderlərin timsalında talançılara ehtiyacı var. Bu nöqtədə, bugünkü Rusiya elitası və erməni cinayətkar oliqarxiyası təbii müttəfiqlər, əvəzolunmaz tərəfdaşlardır, hər ikisinin fəaliyyət hədəfi də Ermənistanın suverenliyi və vətəndaşlarının azadlığına qarşı yönəlib. Bu təhlükəli kurs hakimiyyət dəyişikliyi yolu ilə dayandırıldı, lakin tarixi dönüş hələ Ermənistanın xarici siyasətinə yeni bir təkan verməyib, bunun nəticəsində Ermənistan-Rusiya münasibətləri hələ də vassal rejimindən azad olunmayıb. Bax, bu da Qərbi bizdən narazı salır. Artıq Qərb əvvəlki yardımı da göstərmək niyyətində deyil”.

"Aykakan Jamanak" nəşri yazır ki, bu fonda ABŞ səfiri Lin Treysinin son zamanlar Ermənistanda Paşinyana müxalif qüvvələrlə intensivləşən görüşü təsadüf deyil. Belə ki, səfir parlamentdənkənar siyasi qüvvələrdən olan “Azad Demokratlar”, Respublika və “Daşnaksütyun" partiyaları ilə görüşlər keçirib. Partiyalardan alınmış məlumatlardan aydın olur ki, görüşlər səfirin təşəbbüsü ilə baş tutub, Ermənistanın daxili-siyasi və iqtisadi problemləri ətrafında müzakirələr aparılıb. Səfirin görüşlərində mövcud mesajlarla bağlı açıqlama verən politoloq Manvel Sarkisyan qeyd edib ki, “Azad Demokratlar” qərbyönümlü qüvvədir və ABŞ nümayəndələri ilə mütəmadi olaraq görüşür, Respublika və “Daşnaksütyun" partiyaları  isə keçmiş hakim koalisiyanın qüvvələridir: “Qərb ölkələri daim çalışır, hər kəslə işləyir. İndi sadəcə hakimiyyətdən uzaqlaşmış qüvvələri seçib: indi “Çiçəklənən Ermənistan” partiyası da uzaqlaşmış olsaydı, bəlkə onlarla da görüşərdilər. Belə vəziyyət Qərbin artıq Paşinyana müxalif qüvvələrlə işbirlyi qurduğunu göstərir. Bu isə Paşinyan üçün açıq mesajdır ki, Qərb onu istəmir”. Erməni politoloq Stepan Danielyan da eyni mövqedədir. Onun sözlərinə görə, baş verənlər hökumətin dəyişməsi üçün əlverişli şərait yarada bilər. O xatırladır ki, “küçə uşağı” olan Nikol ölkənin inkişafı ilə bağlı real anlayışlar olmadan populist şüarlarla baş nazir oldu: “Baş verənlərin bütün reallığı budur. Bəs bütün bunların davamı nə olacaq, necə olacaq, bu qeyri-müəyyən olaraq qalır. Aydındır ki, “anti” şüarlardan başqa, Paşinyan xalqı bir-birindən ayıran yox, birləşdirən şüarlar səsləndirməkdə, təbliğ etməkdə, irəli çəkməkdə acizdir. “Küçə uşağı” yeni bir siyasətin şüarlarına çevrilə biləcək, istiqamətləndirici rəhbər şüarları bilmir. Qarşılıqlı nifrət təbliği, parçalanma, həbs və günahkarlar, qanun pozuntuları hakimiyyəti saxlamaq üçün onun yeganə seçimidir. Xalqın mənfi instinktləri yeni hökumətin ən etibarlı müttəfiqləridir. Həmin “alətlər” tükənir, amma onun başqa çarəsi, seçimi yoxdur. Nifrət dolu təbliğata bir nifrət təbliği ilə cavab vermək isə özünümüdafiənin ən yaxşı yolu deyil. Bu, “küçə uşağı”nın ümid etdiyi şeydir. Belə vəziyyətdə Qərbin də mövcud hakimiyyətdən üz döndərməsi onun rəqiblərinə güc verir. Bu isə yaxın tezlikdə Ermənistanda yeni hakimiyyət dəyişikliyini istisna etmir”. Bütün bunlar yaxın günlərdə Ermənistanda yeni daxili gərginylin baş qaldıracağını da deməyə əsas verir.

Nahid SALAYEV 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 15:53
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 15:50
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ