Cümə axşamı günü, 05 noyabr 2026
     

Ermənistan danışıqları davam etdirməyin mənasızlığını daha çılpaq ortaya qoyur...

Image


Cari ilin ötən dövrü ərzində Azərbaycan ordusu müxtəlif miqyasda çoxsaylı təlimlər keçirib. Əvvəlki vaxtlardan fərqli olaraq, bu təlimlərin hər biri Ermənistanda geniş rezonans doğurub və əsas müzakirə predmetlərindən birinə çevrilib. Çünki düşmən ölkədə də yaxşı bilirlər ki, Ermənistanın mövqeyi üzündən dalana dirənən Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların davam etdirilməsinə bu gedişlə ehtiyac qalmayacaq və belə olan təqdirdə də güc amilindən istifadə ön plana çıxacaq.

O da düşmən tərəfə yaxşı bəllidir ki, güc amilində Azərbaycan kifayət qədər ön yerdədir və bu şəraitdə münaqişənin ordu vasitəsilə çözülməsi Ermənistanın yeni sarsıdıcı zərbələr alması anlamına gəlir. Məhz bu fonda ordumuzun təlimlərinin getdikcə düşməni daha böyük miqyasda təşvişə salması da təbii qarşılana bilər. İlk növbədə o baxımdan ki, bu təlimlər yalnız və yalnız Azərbaycan ordusunun güclənməsi, döyüş bacarığının daha da təkmilləşdirilməsi məqsədilə aparılır. Elə Azərbaycan ordusu miqyasında başlanan daha bir əməliyyat təlimi də bu qəbildən sayıla bilər. Yeni üç mərhələli təlimin əsas məqsədi şərti düşmənin təxribatlarının qarşısını almaqla hücum əməliyyatlarının aparılması zamanı qərargahların və qoşunların idarəetmə orqanlarının hazırlığının, eləcə də ümumqoşun birlikləri, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Raket və Artilleriya Qoşunları, Xüsusi Təyinatlı Qüvvələr arasında qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsidir.

Təlim şərti düşmənin döyüş imkanları nəzərə alınmaqla Azərbaycan ordusunun sərəncamında olan yeni növ silah və hərbi texnikanın tətbiqi ilə dağ, dağ-meşə, mürəkkəb radioelektron və real iqlim şəraitində qoşunların qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi və komandirlərin idarəetmə bacarıqlarının artırılması ilə icra olunacaq. Əməliyyat təlimində qoşunların dayanıqlı, fasiləsiz, operativ və gizli idarəedilməsi, qərargahların səhra idarəetmə məntəqələrinin fəaliyyətinin təkmilləşdirilməsi, videokonfranslar və fiberoptik kommunikasiya xətləri vasitəsilə sərəncam və əmrlərin taktiki və əməliyyat səviyyəsində sürətli ötürülməsi və şəraitə uyğun olaraq qərarların qəbul edilməsi üzrə vərdişlər məşq etdiriləcək.

Bütün bunların isə yalnız bir məqsədi var. O da, zərurət yarandığı halda, işğal altında olan ərazilərin Silahlı Qüvvələr vasitəsilə azad edilməsidir. Məhz bu fonda ordunun qarşısına qoyulan tapşırıqların həyata keçirilməsi üçün təlimlər təşkil olunur. Danışıqlar arzuolunan nəticələrə səbəb olmadığı halda ordunun imkanlarından istifadə etməklə Ermənistanın işğal siyasətinə son qoyulması ehtimalı da belə bir vaxtda əhəmiyyətli dərəcədə artır. Ekspertlər də qeyd edir ki, Azərbaycan ordusunun bu təlimlərinin nəticələrini hərbi əməliyyatlar başlayan zaman görmək mümkün olacaq. Düşmən tərəfdə də xüsusi diqqətlə izlənən hərbi təlimlərin sayının artırılması Ermənistanda əvvəlki kimi kifayət qədər narahatlıq yaradıb. Əslində, Azərbaycan ordusunda davamlı islahatlar, texnikaların sayının artırılması, texniki imkanların yaxşılaşdırılması, şəxsi heyətin döyüş bacarığının təkmilləşdirilməsi düşmən ölkəni narahat etməyə bilməz. Çünki onlar yaxşı başa düşürlər ki, Azərbaycan ordusunun döyüş imkanlarının yaxşılaşdırılmasına yönələn bu təlimlər sonda Ermənistan üçün pis nəticələnəcək. Bunu erməni hərbi ekspert Karen Ovhannisyan da xüsusi olaraq vurğulayır. Onun sözlərinə görə, Azərbaycan bu təlimlərlə kifayət qədər aydın mesajlar verir: “Təlimlərdən savayı diqqət çəkən məqamlardan biri də Azərbaycanın hərbi hissələridir. Azərbaycanın, demək olar, bütün cəbhəboyu hərbi hissələrində bizə ünvanlanan mesajlar var, bunları yalnız yuxarıdan müşahidə apararkən oxumaq olar”. O bildirib ki, bunlar əsasən “Şəhidlər ölməzdir”, “Azərbaycan ordusu”, “Ayrılmaz vətən”, “İrəli vətən”, “Ordum varsa, evim var” kimi mesajlardır: “Sondakı “Ordum varsa, evim var” qeydi kifayət qədər diqqəti cəlb edəndir.  Bu, elə bir şeir başlığıdır ki, orada “Mən düşmənin yuvasını öz əlimlə dağıdacam” kimi istəkli sözlər deyilir. Bu kimi mesajlar əsasən 2019-cu ilin yazından başlayaraq ortaya çıxıb. Azərbaycan sülhdən nəticə olmadığını görüb, müharibə istəyir və öz cəmiyyətini məhz müharibəyə hazırlayır. İntensivləşən ordu təlimləri də bununla bağlıdır. Son təlimlərə bütün ordu cəlb olunub və Azərbaycan bu il artıq neçənci təlimlərdir keçirir. Aydın məsələdir ki, bu təlimlər hərbi əməliyyatların məşqidir və bu gedişlə həmin hərbi əməliyyatlar mütləq baş tutacaq”. Digər erməni hərbi ekspert Taron Ovhannisyan da eyni mövqeni bölüşür. O, Azərbaycan ordusunun yeni təliminin təsadüf olmadığını və Ermənistan üçün narahatlığa əsas yaratdığını bildirib. Erməni ekspert vurğulayıb ki, təlimlər müdafiə xarakterli deyil, əsl hücum məşqləridir. Bununla da Ovhannisyan Azərbaycan ordusunun hərbi təlimlərinin miqyası və xarakterinin Ermənistan üçün ciddi təhdid olduğunu bəyan edib.

Rusiyanın hərbi eksperti Yevgeni Mixaylov da qeyd edir ki, erməni tərəfinin narahatlığı heç də əbəs deyil. O, mütəmadi hərbi islahatlar nəticəsində Azərbaycan ordusunun nəinki regionun,  dünyanın belə ən güclü orduları ilə bir sıraya daxil olduğunu diqqətə çatdırıb: “İstər müdafiə, istərsə də hücum əməliyyatlarını təkmilləşdirməyə yönələn təlimlər ordunun təchizatının da, hazırlığının da ən yüksək səviyyədə olduğunu söyləməyə əsas verir”. Mixaylovun fikrincə, istər Rusiyadan, istərsə də başqa ölkələrdən müasir silahlar tədarük etməklə hərbi qüdrətini artıran Azərbaycanın bu siyasəti Ermənistanı təşvişə salır: “2018-ci ilin may ayında Naxçıvan istiqamətində işğal altındakı torpaqlarının bir hissəsini geri qaytarmaqla Azərbaycan ordusu döyüş qabiliyyətini ortaya qoydu. Aprel döyüşləri də yaddan çıxmayıb. Heç şübhəsiz, o vaxt döyüşlər dayandırılmasaydı, bu gün bölgədə fərqli gerçəkliklə üz-üzə olardıq. Yalnız üçüncü qüvvələrin diplomatik müdaxiləsi Ermənistana zahiri dövlətçiliyini qoruyub saxlamağa kömək edib. Amma Azərbaycan bu vəziyyətə uzun müddət dözmək niyyətində də deyil və bunu Ermənistan yaddan çıxarmamalıdır”.

Digər rus hərbi ekspert İqor Korotçenko isə vurğulayır ki, təlimlərdə yeni silahların sınaqdan çıxarılması Azərbaycanın Ermənistan üzərində hərbi üstünlüyünü göstərən daha bir faktordur. Çünki Azərbaycandan fərqli olaraq, Ermənistanın belə yeni silahlar almaq imkanları yoxdur: “Azərbaycan davamlı şəkildə yeni silahlar alır. Əsas tədarükçülərindən biri isə yenə Rusiya olaraq qalır. Ermənistan tərəfindən Rusiyanın Azərbaycana silah satmasına görə etirazlar hər zaman olur. Amma bunun praktik baxımdan heç bir təsiri yoxdur”. Onun sözlərinə görə, həm Rusiya, həm də Belarus Azərbaycana müasir silahlar satıb və satmaqda davam edəcək: “Vəziyyət dəyişməyəcək. Üstəlik, prezidentlər Vladimir Putin və İlham Əliyev arasındakı son görüşlərdə təsdiqləndi ki, Azərbaycan Rusiyanın hərbi-texniki əməkdaşlıq sahəsində ən vacib tərəfdaşlarından biridir və Rusiya silahlarının davamlı tədarükünə arxalana bilər. Ermənistan rəsmilərinin səsləndirdiyi bəyanatlar isə bunu heç bir şəkildə dəyişə bilməz. Rusiya hər dəfə bildirir ki, Azərbaycana müasir silah tədarükü hər hansı üçüncü ölkəyə qarşı deyil, Azərbaycanın suverenliyini və milli təhlükəsizliyini möhkəmləndirməyə yönəlib. Ermənistan hesab edir ki, onun hüquqları pozulur, amma istədiyini düşünə bilər. İrəvanın narazı olması faktı başadüşüləndir, çünki Azərbaycan Silahlı Qüvvələri daha müasir, güclü və keyfiyyətli olur. Rusiya silahları Azərbaycan ordusunun imkanlarını xeyli artırır.  İnanıram ki, Bakının müasir yüksək dəqiqlikli Rusiya silahlarına olan istənilən tələbi, marağı ən qısa zamanda nəzərə alınacaq və təmin ediləcək”. 
Ekspert deyib ki, Ermənistanın da Rusiya silahlarını aldığını unutmaq olmaz: “Əlbəttə, Moskvanın mövqeyi budur ki, bölgədə tarazlıq qorunmalıdır, Azərbaycan artıq bizdən 5 milyard dollardan artıq dəyərdə silah alıb, real pul ödəyib. Ermənistan isə güzəştli qiymətlərlə və kreditlə silah alır və daha kiçik həcmdə". Ermənistanın müdafiə nazirinin 2020-ci ildə yeni silah alacaqlarına dair açıqlamasına toxunan ekspert deyib ki, İrəvan dörd ölkədən silah aldığını bəyan edib:“Düzünü desəm, Rusiyadan başqa hansı ölkələrdən söhbət getdiyini bilmirəm. Ermənistan Rusiya silahlarını kreditlə alır. Digər üç ölkəyə gəldikdə isə, onların Ermənistana qiymət baxımından hər hansı bir üstünlük verəcəkləri barədə sual yaranır, çünki müasir silahlar bahadır və bunu hamı başa düşür. Rusiyanın Ermənistana tədarükü kredit sxemi əsasında aparıldığından, bu, İrəvanın müasir silahları geniş miqyasda almasına müəyyən bir maneədir, çünki kredit kreditdir, kifayət qədər məhdud alış-verişi təmin edir, onu keçmək olmur. Bundan əlavə, kredit ödənilməlidir. Üstəlik, Ermənistanın milli ÜDM baxımından müəyyən iqtisadi məhdudiyyətləri var. Azərbaycanda isə vəziyyət tamam fərqlidir və bu mənada təlimlərdə yeni silahların nümayiş etdirilməsi də təbiidir”. Ekspert hesab edir ki, belə vəziyyətdə Qarabağ münaqişəsinin məhz danışıqlar yolu ilə çözümü Ermənistan üçün ən yaxşı çıxış yoludur. Əks təqdirdə Azərbaycan ordusunun təlimlərinin real döyüş əməliyyatlarına istənilən vaxt keçidi mümkün sayılır. Bunun hansı nəticələrə gətirib çıxaracağı isə düşmənə də məlumdur və elə bundan irəli gəlir ki, ordumuzun təlimləri getdikcə düşməni daha çox lərzəyə gətirir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 15:53
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 15:50
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ