Cümə axşamı günü, 05 noyabr 2026
     

“Ermənistan” dünyada ilk xristian dövlətidirsə, onda Roma Papası kimdir...

Image


Yalan yaymaqda, beynəlxalq rəyi çaşdırmaqda pərgar olan erməni mediası gündə bir iddia və əsası olmayan fikirlərlə gündəmi dəyişməyə cəhd edir. Xristianlığın özünə yamaq olan və xristianlıqda ilk parçalanmanın səbəbkarı olan ermənilər özlərini xristianlığın “dayağı” adlandırmaqdan çəkinmirlər.

Son zamanlara qədər erməni lobbisinin əlində oyuncaq olan bəzi tarixçilər, eləcə də saxta tarix yaratmaqda mahir olan erməni alimləri iddia edirdilər ki, guya Ermənistan xristianlığı rəsmi şəkildə qəbul edən ilk dövlət olub. Bu gün isə erməni mediası həmin iddianı Roma Papasının katibi Riçard Qallaherin adından yayımlayıb. Guya ki, Vatikan rəsmisi Riçard Qallaher İrəvanda olarkən erməni mediasına belə bir söz deyib.

  • Aydın Quliyev: “Qisasçılıq görün nə həddədir ki, hətta harada olduğu bilinməyən Ermənistanda xristianlığın Bizansdan əvvəl qəbul edildiyi nağılına inanırlar”

“Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev öz “Facebook hesabında bu məsələyə dair paylaşdığı “Roma Papasının katibi Riçard Qallaher də ermənilər ağıldadır” yazısında qeyd edir: “Vatikanın katibi R.Qallaher İrəvandadır və erməni mediası onun adından bəzi sərsəm cümlələr yayıb. Guya Qallaher deyib ki, Ermənistan xristianlığı dövlət səviyyəsində qəbul etmiş ilk ölkədir... Riçard həqiqətən bu sözləri deyibsə, elə onun özü də ermənilərin tayıdır. Papanın çörəyi, etdiyi ibadət Riçarda haram olsun ki, ermənilərin İrəvanda qısdırdığı hansısa hədiyyəyə görə onsuz da kifayət qədər uydurma və əfsanələrlə dolu olan xristianlığın tarixini bu qədər təhrif edir.

Dostlar, rəsmi dəlilik kağızı olan adam da bu Riçard kimi danışmazdı.Tarixin dəyişməz hökmü budur ki, İsa peyğəmbərin qanı hələ çarmıxda qurumamış və onun həvarilərinə hər yerdə divan tutulduğu 1-ci əsrdə xristianlıq rəsmi səviyyədə ilk dəfə bizim Albaniya dövlətində qəbul olunub, bundan təxminən 250-300 il sonra, eramızın 323-cü ilində Bizans imperatoru Böyük Konstantin xristianlığı Bizansın dövlət dini kimi qəbul etdi. Adı Pol olduğu kimi, tarixi bilikləri də "pol", yəni yarımçıq olan bu Pol Riçard Qallaher anlamır ki, o dövrdə Ermənistan adında dövlət olmayıb... Görünür, bu, Riçard Bizansın Roma papalarından qabaq xristianlığı qəbul etməsinin düşmənçiliyini hələ qovur və Bizansı bağışlaya bilmir. Qisasçılıq görün nə həddədir ki, hətta harada olduğu bilinməyən Ermənistanda xristianlığın Bizansdan əvvəl qəbul edildiyi nağılına inanırlar... Ermənilər Vatikan mənsublarının da başlarını tovlayaraq inandırıblar ki, guya Ermənistanda xristianlıq 301-ci ildə rəsmi dövlət dini kimi qəbul edilib. Elə buna görə Papa 2001-ci ildə xristianlığın dövlət dini kimi qəbul edilməsinin guya 1700 ilini qeyd etmək üçün İrəvana gəlmişdi...

Yalançıya bir olan Allahımız qənim olsun ki, Ermənistan xristianlığı rəsmi dövlət dini kimi qəbul etmiş ilk ölkədir, Riçard!...”.

Tarixçilərin fikrincə də Roma Papasının katibinin Ermənistanı xristianlığı dövlət səviyyəsində qəbul etmiş ilk ölkə adlandırması böyük riyakarlıq və saxtakarlıqdır. Tarixçilər qeyd edirlər ki, xristianlığın yarandığı və yayıldığı həmin dövrdə tarixdə Ermənistan adlı dövlət olmayıb, ermənilər özləri isə müxtəlif dövlətlərin qoltuğunda yaşayıblar.

Məlumatlara görə, 70-ci ildə Yerusəlimdən (Qüdsdən) yəhudilərin Qafqaza köçürülməsi güclənir. Gələnlər İsanın göstərdiyi möcüzələrdən danışırlar, İsanın Məsih olduğu haqqında müjdəni yayırdılar. Bu cür təbliğin təsiri altında bölgədə ilk xristian icmaları yaranır. Albaniyada xristianlığın yayılmasında bu dövr həvarilərin dövrü adlanır və həvarilərdən Varfolomey və Faddeyin adları ilə bağlıdır. Həvari Faddeyin şagirdlərindən biri olan Yelisey Yerusəlimin birinci patriarxı Yəqubun xeyir-duası ilə yeni dini təbliğ edə-edə Aqvan diyarına gəlib çıxmış və Kiş adlı yerdə kilsə tikmişdir. Bu kilsə indiki Ermənistandakı birinci xristian kilsəsindən qabaq tikilmişdir. Sonra Yelisey Çolaya (Dərbəndə) yollanmış, daha sonra isə Samur çayını keçib dinin təbliğini davam etdirmiş, Helmes kəndində bütpərəstlər tərəfindən öldürülərək bir çalaya atılmışdır. Sonralar Alban məliki Vaçaqanın göstərişi ilə Yeliseyin cəsədinin qalıqları Xruq kəndində torpağa tapşırılmış, çalanın üzərində isə kiçik bir məbəd tikilmişdir.

313-cü ildə Alban hökmdarı Urnayr xristianlığı rəsmi dövlət dini elan edir. Bu vaxtdan etibarən Azərbaycanda xristianlığın yayılmasının qrekofil dövrü adlanan yeni dövrü başlanır. Urnayr, II Vaçe və III Vaçaqan ölkədə xristianlığı yaymaq işini aparmışlar. IV-V əsrlərdə ruhanilik və kilsə iyerarxiyası təşəkkül tapır. Bölgədə kilsələr tikilir, dini kitablar siryani, arami və yunan dillərindən alban dilinə tərcümə edilirdi. Sinayda aşkar edilmiş "Alban yazısında və dilində" leksionari dünyada xristianlığın ən qədim kütləvi qiraət kitablarından sayılır.

451-ci ildə Xalkidon kilsə toplantısında Albaniya monofizitliyə üstünlük verir. V-VI əsrlərdə ölkə ərazisində monofizitlərlə diofizitlər arasında mübarizə güclənir. VI əsrin sonu - VII əsrin əvvəllərində Alban kilsəsi diofizitliyi qəbul edir.

Alban katolikosunun iqamətgahı Çoqay şəhərində yerləşirdi. 552-ci ildə iqamətgah Bərdəyə köçürülmüşdür. İslam fütuhatlarından, xüsusilə Alban məlikliyinin süqutundan sonra ölkədə xristianlığın rolu zəifləmiş, kilsələrdə ibadət erməni dilində aparılmış, alban dili sıxışdırılıb çıxarılmışdır. VIII-IX əsrlərdə Azərbaycan ərazisində müstəqil dövlətlər yarananda Alban kilsəsi yenidən avtokefal kilsə statusunu bərpa etmişdir. X-XI əsrlərdə bölgədə Şərq xristianlığı nüfuzunu müəyyən dərəcədə qoruyub saxlaya bilmişdi. Bu durum XVIII əsrə kimi beləcə davam etmişdir. 1836-cı ildə çar hökuməti Sinodun təqdimatı ilə Alban kilsəsini ləğv edir, kilsənin bütün əmlakı Eçmiədzin katolikosluğuna verilir. XX əsrin 80-90-cı illərində Alban kilsəsi bir daha bərpa olunur. 2003-cü ildə Alban-udi xristian icması dövlət qeydiyyatından keçir. Bu, Şəkidəki Kiş kilsəsinin bərpasından sonra olmuşdur. Hazırda Qəbələ rayonunun Nic kəndindəki kilsənin də bərpası davam etdirilir.

  • Qasım Hacıyev: “...xristianlığı rəsmi dövlət dini olaraq ilk qəbul edən Albaniya dövləti...”

 Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri Qasım Hacıyev “Bakı-Xəbər”ə bildirdi ki, Vatikan rəsmisinin belə bir fikir səsləndirməsi gülüncdür. O hesab edir ki, erməni fitnəsinə uyan Vatikan təmsilçisinin belə bir fikir bildirməsi inandırıcı görünür. Q.Hacıyevin sözlərinə görə, müasir xristian dünyası bütün güclərini səfərbər edərək xristianlığın ilk dəfə Albaniya ərazisində qəbul edilməsi həqiqətini tarixdən silmək istəyir. Bu məsələdə onların ermənilərdən istifadə etdiyini deyən Q.Hacıyevin sözlərinə görə, xristianlıq yayıldığı dövrlərdə ermənilərin nə dövləti, nə də hər hansı bir icması olub, onlar müxtəlif dövlətlərin himayəsində yayaşıblar. Həmin dövrdə Qafqazda, Albaniya ərazisində isə, ümumiyyətlə, ermənilərin olmadığını deyən Q.Hacıyev bildirdi ki, xristianlıq Azərbaycan ərazisinə yeni eranın ilk əsrlərində, hələ İsa Məsihin həvariləri dövründə Qafqaz Albaniyası vasitəsilə nüfuz edib. “Vatikan katibinin İrəvanda belə bir fikir səsləndirməsi inandırıcı görünür. Bu yeni məsələ deyil, Riçarddan əvvəl bu fikirlər erməni tarixçilərinin adından erməni mediasında yaılmışdı. Bu gün də həmin fikirləri ermənilər Vatikan rəsmisinin adından yayırlar. Bilirsiniz, son zamanlar bu fikri ortaya atanların məqsədi bəllidir. Bəzi rus alimləri də artıq bu kampaniyaya qoşulublar. Bu da, Vatikan sözçüsünün adından yayılan fikirlər də sözsüz ki, ermənilərin apardığı təbliğatın nəticəsidir. Digər tərəfdən, heç ağlımıza gəlməzdi ki, yalan bu qədər ayaq tutub yeriyə bilər. Hesab edirdik ki, həm katolik, həm pravoslav kilsəsinə böyük hörmətsizlik edən, xristianlıqda parçalanmanın, bölücülüyün əsasını qoyan erməni-qriqoryan kilsəsinin neqativ fəaliyyətinə elə xristian dünyasının özündən təpkilər göstəriləcək. Amma təəssüf ki, biz bunu görə bilmədik. Həm katoliklər, həm də provaslavlar yaxşı bilıməlidirlər ki, xristianlığın bu vəziyyətə düşməsində, təhriflərə uğradılmasında qondarma erməni-qriqoryan kilsəsinin böyük rolu var. Xristianlığı ermənilər Romadan, Bizansdan sonra qəbul ediblər, bu ölkələrdən əvvəl isə xristianlığı Albaniya dövləti qəbul edib. Bu gün ermənilərə havadarlıq edən Vatikan rəsmisi bilmirmi ki, xristianlığı rəsmi dövlət dini olaraq ilk qəbul edən Albaniya dövləti olub, niyə həqiqəti danıb, riyakarlıqla məşğul olur? 313-cü ildə Alban hökmdarı Urnayr xristianlığı dövlət dini elan edir. Bu vaxtdan etibarən Azərbaycanda xristianlığın yayılmasının qrekofil dövrü adlanan yeni dövrü başlanır” - deyə Q.Hacıyev vurğuladı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ