16/12/2019 03:01
728 x 90

Prezident İlham Əliyev bir neçə rayonun icra başçılarını dəyişdi

img

Prezident İlham Əliyev İlqar Abbasovun Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, İlqar Namaz oğlu Abbasov Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

Digər bir sərəncamla o, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Prezident İlham Əliyev Lütvəli Babayevin Zərdab Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Prezidentin digər sərəncamı ilə Mərdan Talıb oğlu Camalov Zərdab Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Başqa bir sərəncamla, Mərdan Talıb oğlu Camalov Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Bundan başqa, Əziz İmran oğlu Əzizov Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Digər bir sərəncamla, Ə.Əzizov Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Prezident İlham Əliyev E.Həsənovun Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında da sərəncam imzalayıb. Sərəncama əsasən, Elşad Eldar oğlu Həsənov Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Prezident R.Quliyevin Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında da sərəncam imzalayıb. Sərəncamda deyilir ki, Rafiq Çəpərxan oğlu Quliyev Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin.

Son xəbərlər