Cümə axşamı günü, 05 noyabr 2026
     

Danimarka krallığının rus kəmərinə maneçilik qərarı Azərbaycan qazını “hava-su” vacibliyinə yüksəltdi

Image


Enerji bazarının ən böyük istehlakçılarından biri sayılan Avropada təbii qaza tələb getdikcə artmaqdadır. Məlumat üçün bildirək ki, 2018-ci ildə Avropa 390 milyard kubmetr qaz ixrac etməli olub. Bu həcmin yarısını Rusiya təmin edib. Belə ki, "Qazprom" Avropaya rekord həcmdə, yəni  201,7 milyard kubmetr qaz ixrac edib. İldə 55 milyard kubmetr qaz nəql etmək gücünə malik olacaq "Şimal axını-2" qaz kəmərinin işə salınması ilə qaz ixracı əhəmiyyətli dərəcədə artacaq. Amma bu kəmərin çəkilişi ilə bağlı ciddi bir problem ortaya çıxıb. Danimarkanın ərazi sularında boru kəmərinin çəkilməsinə rəsmi Kopenhagen hələ də icazə vermir.

Xatırladaq ki, “Gazprom”, “E.ON”, “BASF” və “OMV” şirkətləri Baltik dənizindən keçməklə Rusiyadan Almaniyaya ildə 55 milyard kubmetr qaz nəql edəcək gücə malik 200 kilometr uzunluğundakı “Şimal axını-2” qaz kəməri üzrə müqavilə imzalayıblar. Ötən dövr ərzində kəmərin çəkilməsi istiqamətində mühüm addımlar atılıb. Kəmər Rusiya qazını Almaniyanın Baltik dənizi sahillərində yerləşən Lubmin adlı kommunasına çıxarmalıdır. Qaz kəməri Avropanın qaz nəqliyyat sisteminə məhz burada qoşulmalıdır. Boruların artıq 87 faizi Baltik dənizinin dibi ilə çəkilib və magistralın bu ilin sonuna qədər işə salınması nəzərdə tutulub. Müvafiq konsorsium nümayəndələri bu yaxınlarda bildiriblər ki, qalan işləri vaxtında başa çatdırmağa ümid bəsləyirlər. Lakin bu günlərdə boru kəmərini çəkənlər üçün xoşagəlməz hadisə baş verib. Rəsmi Kopenhagen Danimarkanın ərazi sularında boru kəmərinin çəkilməsinə icazə verməyib. Odur ki, Rusiyadan Almaniyaya qaz kəmərinin vaxtında istifadəyə verilməsi hələlik sual altındadır. Konsorsium apelyasiya şikayəti verib və indi məsələ baxılması üçün Danimarka hökumətinə qaytarıla bilər.

Yeri gəlmişkən, qaz kəmərinin Almaniya hissəsinin dəniz və yerüstü sahələrində işlər başa çatmaq üzrədir və Almaniya Rusiyadan qaz qəbul etməyə hazırdır. İndi iş Danimarkaya qalıb. Lakin bu ölkə cavab verməyə hələlik tələsmir. Kopenhagenin cavabı nə qədər uzadacağı isə hələlik məlum deyil. Eyni zamanda belə icazənin verilməməsi üçün ABŞ-dan da Danimarkaya təzyiqlər artır. Avropada məsələyə yanaşma fərqlidir. Bəziləri kəmərin çəkilməsini istəsələr də, digərləri onun əleyhinə çıxır. Halbuki, Avropada qaza tələb sürətlə artır. Bu xüsusda Rusiyanın "RİA Novosti" portalı yazır: "Şimal axını-2" qaz kəməri çərçivəsində "Qazprom"un tərəfdaşı olan Almaniyanın "Uniper" enerji şirkətinin rəhbəri Andreas Şirenbek qeyd edib ki, hətta sözügedən qaz borusu Avropanın qaza artan tələbatını ödəməyəcək. Onun fikrincə, kontinent üzrə qaz defisiti ildə 300 milyard kubmetrə çata bilər.

Qaz çatışmazlığının yaranmasına əsas səbəb onun Avropada istehlakının artması yox, yerli istehsalın azalması olub. Avropa İttifaqı üzrə bütün qazın altıda bir hissəsini hasil edən Qroningendə (Niderland) qaz quyularının konservasiyası həyata keçirilir. Buradakı yatağın tam olaraq bağlanması tarixi isə dəyişdirilərək, 2030-cu ildən 2022-ci ilə keçirilib. Danimarka da qaz hasilatını azaltmaqdadır. Ölkənin "Tayra" qaz yatağı fəaliyyətini müvəqqəti olaraq dayandırıb və krallıq hazırda qazı boru xətti vasitəsilə Almaniyadan alır. Həmçinin Norveçdə və Böyük Britaniyada da qaz hasilatının və tədarükünün azaldığını qeyd etmək lazımdır. Tələb və təklif arasında əhəmiyyətli bir fərq yaranmaqdadır. Buna görə də "Uniper"in rəhbəri əmindir ki, Avropa tezliklə qazın həm boru xətti ilə, həm də mayeləşdirilmiş şəkildə tədarükü ehtiyacı ilə üzləşəcək. Qeyd edək ki, Əlcəzair də qazın Avropaya ixracını artırmaq qabiliyyətində deyil, çünki ölkə daxilində istehlak artmaqdadır. 40 il ərzində ilk dəfə olaraq bu il istehlak göstəricisi 50 faizi ötüb. Ölkənin qaz ixracatı isə 20 faiz azalaraq 20,5 milyard kubmetrə düşüb. Ola bilsin ki, yaxın gələcəkdə avropalılar qaz tədarükü məsələlərində daha praqmatik mövqe tutaraq Rusiyadan qaz idxalının artımının qarşısını almayacaq. Eləcə də digər mənbələrə diqqət daha da artacaq. Məsələn, Azərbaycan üzərindən İran, Türkmənistan qazının alışı daha da aktuallaşa bilər".

Xatırladaq ki, artıq gələn ildən Azərbaycan qazının Avropaya satışı həyata keçiriləcək. Ümumiyyətlə, Azərbaycan ilk mərhələdə Avropaya ildə 10 milyard kubmetr qaz satışını həyata keçirəcək. Daha sonra bu göstərici iki dəfəyədək artacaq. Amma perspektivdə "Cənub Qaz Dəhlizi"nə Türkmənistan və İran kimi ölkələrin də qoşulması mümkündür. Bütün bunlar fonunda təsadüfi deyil ki, Avropa Komissiyası "Cənub Qaz Dəhlizi"nin əsas tərkib hissələrindən sayılan TAP qaz boru kəməri layihəsini yenidən Avropa İttifaqının ümumi maraq layihələri siyahısına daxil edib. Sayca dördüncü dəfə hazırlanan ümumi maraq layihələri  üzrə qaz layihələrinin sayı 2 il əvvəllə müqayisədə 53-dən 32-yə enib. Ümumilikdə ümumi maraq layihələri siyahısındakı bütün layihələrin sayı 21 faizədək azalıb. Amma TAP həmişəki kimi yenə Avropa üçün mühüm layihə sayılıb.

Xatırladaq ki, TAP Cənubi Qafqaz Boru Kəməri və TANAP-ın davamı olub, “Şahdəniz-2”dən hasil olunacaq qazı Yunanıstan və Albaniya vasitəsilə Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya çatdıracaq. Layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. Görünən budur ki, Avropa ehtiyaclarının artması fonunda Azərbaycandan böyük həcmdə qaz alışında artıq xüsusi maraqlı tərəf kimi çıxış edir. Bundan əvvəl də  “Deutsche Wirtschafts Nachrichten“ nəşri qeyd edirdi ki, Avropanın qaz istehlakı son illərdə durmadan artır və Avropa İttifaqı qaz idxalını şaxələndirmək istəyir: “Avropaya təbii qazın ixracından, eyni zamanda, Azərbaycan özü də böyük gəlirlər əldə edəcək. Avropanın isə təbii qaza tələbatı növbəti on ildə də artmaqda davam edəcək. Bu baxımdan Azərbaycan Avropanın enerji təhlükəsizliyində bundan sonra da mühüm rol oynayacaq”.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 17:18
Paşinyan bəyanat verdi - “KTMT ilə əlaqəli heç bir marağımız qalmayıb"…

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ