Cümə axşamı günü, 05 noyabr 2026
     

Mnatsakanyan Londondan sonra ikinci zərbəni İsveç Universitetində aldı - Nazir Azərbaycanı işğalçı kimi təqdim edə bilmədi...

Image


İsveç Beynəlxalq Əlaqələr İnstitutunda Şərq Tərəfdaşlığının 10 illiyinə həsr olunmuş “Ermənistan və Ukrayna nazirləri ilə söhbət” tədbirində öz mühazirəsindən sonra Ermənistan XİN başçısı sualları cavablandırıb.

Erməni KİV-nin verdiyi məlumata görə, XİN başçısı azərbaycanlı deputatın “Ermənistan ermənilərin törətdikləri hərbi cinayətləri, etnik təmizləmələri araşdırmaq üçün Azərbaycanla beynəlxalq məhkəməyə getməyə hazırdırmı?” suallını cavablandırıb. Araşdırmamızdan sonra məlum oldu ki, erməni nazirə bu sualı ünvanlayan millət vəkili Asim Mollazadə olub. Ancaq erməni nazir bu dəfə də öz təcrübəsizliyini göstərərək, özünü növbəti dəfə ifşa edib.

Qeyd edək ki, bu günlərdə Ermənistan XİN rəhbəri Londonda olarkən “BBC” radiosunun suallarını cavablandırarkən də özünü aciz vəziyyətə salmışdı. O, Dağlıq Qarabağla bağlı ünvanlanan suallara lazımi səviyyədə cavab verə bilməmişdi. Gəlin, Mnatsakanyanın İsveçdə özünü necə biabır etdiyinə diqqət edək.

Nazir deyib: “Siz Bakı haqqında eşitmisiniz? Sumqayıt, Marağa haqqında eşitmisiniz? Şaumyan rayonunun işğalı haqqında eşitmisiniz? Mardakert rayonunun bir hissəsinin işğalı haqqında eşitmisiniz? Martuni rayonunun bir hissəsinin işğalı haqqında eşitmisiniz? Davam etməmi istəyirsiniz? Söz məhz bunun haqqındadır. Ritorikanı azaltmağa hazırsınız? Narahatlıqlarımızı başa düşməyə hazırsınız? Belə dialoqa hazırsınız? Yoxsa sizin dediyiniz həqiqət olmalıdır, ondan başqa heç bir həqiqət yoxdur. Yalnız sizin istədiyiniz həll olmalıdır, yoxsa heç bir həll yoxdur. Belə heç bir zaman sülhə malik olmayacağıq. Xalqların sülhə hazırlanmasına dair qeyd etdiyim təminatın əsası budur. Siz yalnız sizi narahat edən məsələlər haqqında danışırsınız. Mələk kimi görünməyə çalışmaq lazım deyil. Mən təhlükəsizlik məsələsinin olduğunu, işğala imkan verməyən yeganə təhlükəsizlik təşkilatının olduğunu dedim. Bu sözlər bildiyiniz və tez-tez istifadə etdiyiniz sözlərdir”.

Göründüyü kimi, erməni nazir bu mövzuda ortaya ciddi bir arqument qoya bilmir və yalnız səs-küy salmaqla sualdan yayınmaq istəyir. A.Mollazadənin sonradan ona necə cavab verdiyini bilmirik. Çünki bununla bağlı informasiya əldə edə bilmədik. İstənilən halda, A.Mollazadə erməni nazirin sözünü kəsməli də olsaydı, onun sayıqlamalarına cavab verməli idi. Çünki Mnatsakanyanın səsləndirdiyi fikirlərin hamısı yalan üzərində qurulub.

Sözügedən tədbirdə iştirak edənlərdən biri də siyasi fəal Bəxtiyar Hacıyev olub. O, sosial şəbəkədəki hesabında bununla bağlı fikirlərini paylaşıb: "Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan İsveç Beynəlxalq Əlaqələr İnstitutunda Şərq Tərəfdaşlığı mövzusunda çıxış edirdi. Çıxışında Ramil Səfərov mövzusu, onun əfv edilməsi məsələsinə də toxunaraq, elə bir görüntü yaratmağa çalışırdı ki, sanki Ermənistan sülh carçısıdır və münaqişənin həll olunmamasının tək müqəssiri Azərbaycandır.

Mnatsakanyan bir az həşir salıb, hay-küylə Azərbaycan tərəfinin də müqəssir olduğunu bildirdi və sonda Azərbaycan tərəfinə xitabən “burada mələk kimi görünməyə çalışmaq lazım deyil” dedi. Sonra mən söz aldım, dedim ki, Ermənistanda hakimiyyət dəyişikliyi baş verəndə yaxından izləyirdik və bir çoxlarında müsbət gözləntilər vardı ki, Paşinyan hakimiyyəti Qarabağ mövzusunda konstruktiv, ağıllı davranacaq. Amma biz sizin Vaşinqtonda, Brüsseldə və digər Avropa paytaxtlarında çıxışlarınızla Ermənistandakı çıxışlarınızı dinləyəndə tam əks mənzərə görürük. Birtərəfli çıxış edirsiniz və buralarda sülhdən danışıb, Ermənistanda tam əks addımlar atırsınız”.

Siaysi fəal vurğulayıb ki, bu çıxışının ardınca erməni terrorçuların Ermənistanda qəhrəman kimi qəbul edilməsi barədə danışmağına moderator mane olub və suala keçməsini istəyib:

“Suala keçəndə dedim ki, bayaq dediniz mələk kimi təqdim edirsiniz özünüzü, amma siz də mələk deyilsiniz və özünüzü belə təqdim edirsiniz. Hamımıza məlumdur ki, Şərq Tərəfdaşlığının rifahı, təhlükəsizliyi, stabilliyi üçün Qarabağ münaqişəsinin həlli vacibdir. Necə ola bilər ki, Şərq Tərəfdaşlığının bir ölkəsinin baş naziri bütün ölkələr tərəfindən başqa bir Şərq Tərəfdaşlığı ölkəsinin ərazisi sayılan, işğal altındakı torpaqlara gedib, “Qarabağ Ermənistandır və nöqtə” deyir, Qarabağın Ermənistana birləşdirilməsinə çağırış edir və sülhdən danışır. Bu, sülhə necə töhfə verir?

Mnatsakanyan bir neçə başqa sualı alandan sonra sualıma anlaşılmaz, “Baş nazirimizin Qarabağdakı çıxışı elə onu göstərirdi ki, münaqişənin həlli Ermənistan, Azərbaycan və Dağlıq Qarabağ xalqlarından asılıdır” kimi absurd cavab verdi. Amma sonradan tədbir iştirakçılarının bir neçəsi yaxınlaşaraq, yerində sual verildiyini və cavabın absurd olduğunu bildirdilər”.

Azərbaycan Milli İstiqlal Partiyasının funksioneri Elşən Mustafayev qəzetimizə bildirdi ki, Mnatsakanyanın məlum çıxışı bir daha göstərdi ki, ermənilərin arqumentləri bitəndə haray-həşir salırlar: “Erməni nazir bilir ki, beynəlxalq müstəvidə yaranmış vəziyyətin araşdırılması onlara sərf etmir. Çünki ortada işğal faktoru var. Ancaq görün o nə arqument səsləndirir? Deyir ki, guya işğalı Azərbaycan edib. Maraqlıdır ki, bu xüsusda Azərbaycanın öz ərazilərinin adlarını çəkir. Keçmiş Martuni, Mardakert necə işğal oluna bilər? Azərbaycan özü öz ərazilərini işğal edib?  Bakı, Sumqayıt deyəndə guya buradakı ermənilərə edilən hərəkətlərdən söhbət açır. Bəllidir ki, Sumqayıtdakı hadisələri də rus KQB-si ermənilərin əli ilə törətmişdi. Marağaya gəldikdə isə, bu da Tərtər rayonunun inzibati vahidinə aid olan kənddir. Ermənilərin Azərbaycandan köçməsinə gəldikdə isə, bu prosesi də onlar başlayıb. 200 min soydaşımız Ermənistanda yaşadıqları öz ata-baba yurdlarından köçürüldü. Təbii ki, ermənilər bu vəziyyəti gördü və özləri Azərbaycanda yaşamaq istəmədilər. Buranı seçib yaşayan da oldu. Hazırda Azərbaycanda kifayət qədər erməni yaşayır. Ermənistan isə monoetnik ölkədir. Mnatsakanyanın bu çıxışı iştirak etdiyi toplantının  formatına birbaşa zərbədir. Çünki Şərq Tərəfdaşlığının uğurlu inkişafı üçün təhlükəsizlik, sülh, əminamanlıq olduqca vacib şərtdir. Ermənistan isə buna maneə törədir. Onların XİN rəhbəri isə vəziyyəti daha da gərginləşdirməyə çalışır. Fikir verirsinizsə, o, şantajı ilə, hay-kül salmaqla çalışır ki, Azərbaycandan ritorikanı azaltmağı tələb etsin. Bizi işğal amili ilə barışmağa dəvət edir. XİN rəhbəri bununla bir daha sübut etdi ki, onlardan hansısa konstruktivliyi gözləməyə dəyməz”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 17:18
Paşinyan bəyanat verdi - “KTMT ilə əlaqəli heç bir marağımız qalmayıb"…

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ