İsrailin Azərbaycandakı səfirliyi fəaliyyətini bərpa edib. “Trend”in məlumatına görə, daha öncə İsrail Xarici İşlər Nazirlyinin rəsmi nümayəndəsi Nitsar Amer bildirmişdi ki, oktyabrın 30-da tətilə başlayan bütün İsrail diplomatik nümayəndəlikləri noyabrın 1-də işlərini bərpa edəcək.
Qeyd edək ki, 30 və 31 oktyabr tarixlərində İsrailin bütün 103 diplomatik nümayəndəliyi əmək münaqişəsi səbəbilə fəaliyyətini dayandırmışdı.