Cümə axşamı günü, 05 noyabr 2026
     

Bakı İrəvanın “Çin ümidlərini” də məhv etdi

Image


Bu gün ən böyük iqtisadiyyata malik ölkələrdən biri kimi Çinin beynəlxalq miqyasda siyasi rolunun da getdikcə artması müşahidə olunur. Belə vəziyyətdə Çinin özünün də artıq dünya siyasətində  və iqtisadiyyatında aktivliyi qeydə alınır. Artıq yaranmış durumda Pekinin xüsusi diqqət mərkəzində yer alan məkanlardan biri qismində Cənubi Qafqazın da çıxış etdiyi görünür.

Bu vaxta qədər sözügedən region daha çox ABŞ, Rusiya, Avropa İttifaqının xüsusi maraq dairəsində yer alıb. Amma görünən budur ki, onlar sırasına indi Çin də daxil olmağı düşünür. Özü də, digər qlobal oyunçular kimi, Çinin də burada əsas müttəfiq qismində Azərbaycanı qəbul etməsi aydın görünür. Ümumtyyətlə, son dövrlərdə Çin Azərbaycanla iqtisadi, siyasi, hərbi və digər istiqamətlər üzrə əməkdaşlığı genişləndirir. Hətta Çin Beynəlxalq Ticarətin Təşviqi Şurasının mətbu orqanı olan "China trade news" qəzetində bunu Azərbaycan-Çin ikitərəfli münasibətlərinin qızıl dövrü kimi xarakterizə edir. Burada qarşılıqlı hörmət və dostluq prinsiplərinə əsaslanan Azərbaycan-Çin münasibətlərinin qədim tarixi olduğu, xalqlarımızın hələ İpək Yolu vasitəsilə sıx ticarət və humanitar əlaqələr qurduğu vurğulanır. Qeyd olunur ki, hazırda Azərbaycanın və Çinin dövlət başçılarının siyasi iradəsi və aparılan intensiv dialoq ölkələrimiz arasında əlaqələrin genişlənməsi üçün əlverişli imkan yaradır.

Nəşr son vaxtlar iki ölkə arasında ticarət dövriyyəsində müşahidə olunan davamlı yüksəlişdən, o cümlədən Azərbaycandan Çinə ixracın artmasından söz açır, bu işdə Hökumətlərarası Ticarət–İqtisadi Əməkdaşlıq komissiyasının rolunu vurğulayır. Bildirilir ki, ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, Azərbaycan  məhsullarının Çin bazarında təşviqi məqsədilə kompleks addımlar atılır, Çinə ixrac missiyaları təşkil edilir, Azərbaycan Çində təşkil olunan beynəlxalq sərgilərdə "Made in Azerbaijan" vahid ölkə stendi ilə təmsil olunur. Bu tədbirlərin nəticəsi olaraq Azərbaycan məhsullarının Çinə ixracı istiqamətində bir sıra razılaşmalar əldə olunub, müqavilələr imzalanıb. Hazırda Azərbaycan məhsullarının Çinin "BHG" və "DIG" kimi irimiqyaslı supermarketlər şəbəkəsində satışı həyata keçirilir. "Made in Azerbaijan" brendinin Çin bazarında təşviqi məqsədilə bu ölkədə Azərbaycanın ticarət və şərab evləri yaradılıb. Yaxın zamanlarda Çində daha bir neçə şərab və ticarət evinin açılması nəzərdə tutulur.

Türkiyənin “habertürk” portalı da yazır ki, Azərbaycan və Çin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə fəaliyyətlərini aktivləşdirib. Qeyd edilir ki, Çinin "Bir kəmər, bir yol " layihəsi çərçivəsində dəmir yolu marşrutu Avropaya məhsulların çatdırılması üçün vacibdir: "Bu baxımdan Mərkəzi Asiya ölkələri, eləcə də regiondakı geopolitik mövqeyinə görə Azərbaycan sözügedən marşrut üçün mühüm əhəmiyyət kəsb edir".  Vurğulanır ki, rəsmi Bakı Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna böyük önəm verir, çünki bu layihə Çinlə ikitərəfli əlaqələrin inkişafında əhəmiyyətli hesab edilir: "3 500 kilometrlik bu marşrut həmçinin Qazaxıstanın Dostık şəhəri ilə Azərbaycanın paytaxtı Bakı şəhərini birləşdirir".

Portalda 2017-ci ildə istifadəyə verilmiş Bakı-Tiflis-Qars dəmir yolu xəttinin əhəmiyyəti xüsusi olaraq vurğulanır, bu yolun Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunın Avropa istiqamətində davamlılığını təmin etdiyi qeyd olunur. Bundan başqa, yazıda deyilir ki, Çindən başlayaraq Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropaya uzanacaq Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ümumilikdə 4 766 kilometr olacaq: "Yüklərin 508 km məsafədə  dənizlə daşınması nəzərdə tutulur. Qazaxıstana göndəriləcək məhsullar Xəzər dənizi vasitəsilə gəmilərlə Azərbaycana çatdırılacaq. Analizlərə əsasən, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun tam fəaliyyətindən sonra üzv ölkələr ilk ildə 1 milyard dollar gəlir əldə edəcək”.

Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın yükdaşımalarda iştirak edən müvafiq qurumlarının iştirakı ilə yaradılıb. Daha sonra Ukrayna, Rumıniya və Polşanın da aidiyyəti qurumları marşruta qoşulub. Hazırda bu marşrut Çin-Qazaxıstan sərhədindən başlayaraq Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstandan keçməklə Avropa ölkələrinə qədər uzanır. Bütün marşrut boyu vahid keçid tarifi təyin olunub, “bir pəncərə” prinsipi tətbiq edilib və bu layihə çərçivəsində konteyner qatarları müvəffəqiyyətlə daşınır. Bütün bunlar da Çinin həmin marşruta böyük maraq göstərməsini şərtləndirir. Çinin Azərbaycandakı səfiri Qo Min isə bildirir ki, ölkəsi enerji mənbələrinin kəşfiyyatı və istismarı istiqamətində Azərbaycanla əməkdaşlığı inkişaf etdirməyə hazırdır: “Çinlə Azərbaycan arasında iqtisadi və ticarət sərmayələri, enerji, kənd təsərrüfatı və s. kimi bir sıra sahələrdə əməkdaşlıq üçün böyük potensial var. Gələcəkdə Çin enerji sərvətlərinin kəşfiyyatı və istismarı, infrastruktur, şəbəkə və informasiya texnologiyaları, kənd təsərrüfatı məhsullarının ixracatı kimi sahələrdə Azərbaycanla əməkdaşlığı artırmağa hazırdır”. Q.Min, həmçinin, Azərbaycanda Çin şirkətləri üçün daha əlverişli sərmayə mühiti yaradılacağına ümidvar olduqlarını da dilə gətirib. Bu isə o deməkdir ki, Azərbaycana üz tutan Çin şirkətlərinin də sayı artacaq. Amma münasibətlər təkcə iqtisadi müstəvini əhatə etmir. Çin siyasi müstəvidə də ölkəmizlə sıx əməkdaşlıq edir və hər iki ölkənin hakim partiyaları arasında sıx münasibətlər mövcudddur.

Bu günlərdə isə Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Çində səfərdə olub, burada Çinin milli müdafiə naziri, general-polkovnik Vey Fenxe ilə görüşüb. Görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi razılaşdırılıb. Bu isə o deməkdir ki, Azərbaycanın Çinlə hərbi sahədə də əlaqələrinin yeni inkişaf dövrü başlanır və region ölkələri arasında Çin bu münasibəti yalnız Azərbaycana göstərir. Bu isə o deməkdir ki, Azərbaycan Çin kimi böyük bir ölkənin timsalında özünə mühüm bir tərəfdaş qazanır. Bundan isə hazırda ən çox narahat olan tərəflərdən biri Ermənistandır. Çünki Ermənistanın indiyə qədər Çinlə yaxınlaşmaq niyyəti hansısa ciddi nəticələr verməyib.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - DİN

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ