Cümə axşamı günü, 05 noyabr 2026
     

Əli Həsənov radikalların aksiyasının üç mahiyyətini aydın göstərdi – mövcudluq üsulu, şəxsi yaşayış mənbəyi və xaricdəki mərkəzlərlə rabitə vasitəsi...

Image


Prezidentin köməkçisi Əli Həsənov özünün sosial şəbəkə hesablarında paylaşdığı son statusda maraqlı təhlillər aparıb. Beləliklə, radikalların 2 noyabr aksiyası niyə təxirə salındı?

Əli Həsənov yazır:

“Bildiyiniz kimi, özünü Milli Şura adlandıran bir qrup radikal düşüncəli insanın toplaşdığı qurum noyabrın 2-də Bakı şəhərinin mərkəzində yenidən qanunsuz mitinq keçirmək fikrindən daşındıqlarını bəyan edib. Qurumun funksionerləri ard-arda açıqlama verərək niyə mitinq etmədikləri (əslində, edə bilmədikləri) barədə müxtəlif versiyalar səsləndirirlər: “guya ki, Azərbaycan hakimiyyəti müəyyən təxribatlara əl atacaqmış, hansısa cinsi azlıqların mitinq meydanına gətirilmə ehtimalı varmiş, Gəncə hadisələri təkrarlana bilərmiş, radikal islamçı qruplar məqsədli şəkildə ön plana çıxarıla bilərmiş” və s. Anadolu türklərində gözəl bir deyim var: “Üzrü qəbahətindən betər olanlar”.

Azərbaycan dövlətinin ünvanına və onu təmsil edən iqtidarın əleyhinə uzun müddətdir həqiqətə uyğun olmayan “ciddi fakt”lar uyduraraq, xarici aləmdə xalqımızı aşağılayan, daxildəsə vətəndaşları riyakarcasına aldadaraq qanunsuz aksiyalara səsləyən bu antimilli Şura indi də eyni riyakarlıqla mitinqi niyə təxirə salmaları haqqında qondarma səbəblər uydurmağa çalışır. Çox ümid edirəm ki, Milli Şuranın hansısa bir funksioneri özündə cəsarət tapıb mitinqin baş tutmamasının əsl səbəbini – radikal müxalifətin Azərbaycan xalqı tərəfindən tam boykot edildiyini açıq etiraf edəcək. Zamanında etiraf etmək insanı alçaltmaz, əksinə, ucaldar deyib müdriklərimiz...

2 noyabr ətrafında cərəyan edən hadisələr hazırda bir sual ortaya çıxarıb: görəsən, Azərbaycanda hazırda hər hansı mitinq, yaxud etiraz aksiyası keçirmək, xüsusən də radikal müxalifətin qeyri-sağlam məqsədlər üçün israrla təşkil etmək istədiyi qeyri-qanuni mitinqlər cəmiyyətin tələbatından doğur, yoxsa təşkilatçıların siyasi mövcudluğunun göstəricisidir, xarici anti-Azərbaycan qüvvələrlə onların əlaqələri üçün vasitədir və şəxsi maliyyə ehtiyaclarının ödənməsi mənbəyidir? Üzümü radikal müxalifətin təmsil olunduğu Milli Şura və AXCP rəhbərlərinin qeyri-real vədlərlə aldadaraq, öz şəxsi ambisiyalarını gerçəkləşdirmək üçün irəli verdiyi azsaylı Azərbaycan vətəndaşlarına tuturam: əziz vətəndaşlar, məgər sizə aydın deyilmi ki, AXCP və Milli Şuraya rəhbərlik edən bu şəxslər öz çirkin ambisiyalarını reallaşdırmaq üçün sizi fəlakətə sürükləyir? Məgər siz fəqrində deyilmisiniz ki, bir ayağı burada, bir ayağı xaricdəki anti-Azərbaycan mərkəzlərinin qapısında olan, xarici ölkələrin səfirliklərində özlərinə düşərgə salan bu insanlar sizdən öz “qarşılıqlı-faydalı” ittifaqları naminə vasitə kimi istifadə edirlər? Üzümü bir daha bu antimilli ünsürlərin şirin vədlərinə uyan, xaricdəki məkrli mənfəət qruplarının təsirinə düşən, öz dövləti ilə zor dilində danışmaq xülyasına qapılan, təcrübəsizliyi, məhdud dünyagörüşü səbəbindən reallıq duyğusunu itirən azsaylı vətəndaşlarımıza tutaraq bildirmək istəyirəm ki, əziz dostlar, sizin bütün problemləriniz bizim, Azərbaycan dövlətini təmsil edən mövcud iqtidarın problemləridir. Hörmətli cənab Prezident İlham Əliyev xalqımızın sosial-iqtisadi vəziyyətinin, maddi rifah halının daim yüksəlməsi, Qarabağ probleminin ədalətli həlli, ölkəmizin inkişafı, tərəqqisi, müasirləşməsi, dünyada söz sahibi olması üçün gecəli-gündüzlü yorulmadan çalışır. O öz çıxışlarında vətəndaşları dəfələlərlə ölkəmizin ictimai-siyasi, sosial-mədəni həyatında fəal olmağa səsləyib. Cənab Prezidentin bütün çıxışlarında “vətəndaş fəallığı” qırmızı xətlə keçir. Azərbaycan dövləti və hakimiyyəti vətəndaşlara heç bir siyasi ayrıseçkilik qoymur. Bizim üçün iqtidar, müxalifət, bitərəf ayrımı yoxdur. Odur ki, gəlin problemlərimizi birlikdə, qanunlarımıza hörmətlə yanaşaraq, danışaraq, məsləhətləşərək, dilaoqla həll edək. Biz hər bir sosial qrupu, ayrı-ayrı vətəndaşları dinləməyə, məsələlərin birgə həllini, çıxış yollarını aramağa hazırıq. İflasa uğramış radikal müxalifət xaricdən qrantlar almaq, öz mövcudluğunu davam etdirmək üçün sadə insanlardan, xüsusilə də, gənclərdən sipər kimi istifadə edir. Odur ki, bu mitinqlər də radikal müxalifətin cılız merkantil maraqlarına xidmət edir. Kim bu ölkədə dəyişiklik, yenilik, islahat, firavanlıq, öz sosial problemlərinin həllini istəyirsə, bu istəyin tək bir ünvanı varsa, o da ölkə başçısı və onun hakimiyyət komandasıdır.

Bir də üzümü öz ambisiyalarına görə Azərbaycan vətəndaşlarını antidövlət fəaliyyətinə sövq edən radikal müxalifət dairələrinə tuturam: insanlar yanlış yoldan, qanunsuz hərəkətlərdən, qarşıdurmadan, öz xalqı, ölkəsi, dövləti əleyhinə işlərdən, cəmiyyətdəki dincliyi, asasyişi, sabitliyi pozmaq niyyətlərindən nə qədər tez əl çəksə, bir o qədər yaxşıdır. Milli Şuranın rəhbərliyində və tərkibində olanlar bilməlidirlər ki, belə radikal hərəkətlərlə Azərbaycanda heç nəyə nail olmaq, ölkəni ötən yüzilin 90-cı illərinin əvvəlinə qaytarmaq, vətəndaşlarımızı, yeni nəsil gənclərimizi yanlış yola sürükləmək artıq mümkün deyil”.

Əli Həsənov
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi,
tarix elmləri doktoru, professor



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - DİN

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ