Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva oktyabrın 31-də Bakının Sabunçu rayonunun Pirşağı qəsəbəsindəki 10 saylı sanatoriya tipli internat məktəbində əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.
Birinci vitse-prezident internat məktəbinin təmirdən əvvəlki və sonrakı vəziyyətini əks etdirən fotostendə baxıb.
Təhsil naziri Ceyhun Bayramov Mehriban Əliyevaya 10 saylı sanatoriya tipli internat məktəbin 1961-ci ildən fəaliyyət göstərdiyini, binada sonuncu dəfə əsaslı təmir işlərinin 2005-ci ildə aparıldığını, mövcud vəziyyət nəzərə alınaraq Heydər Əliyev Fondunun təşəbbüsü ilə binada 2018-ci ildə Təhsil Nazirliyi tərəfindən əsaslı təmir və tikinti işlərinə başlandığını bildirib.
Birinci vitse-prezident Mehriban Əliyeva oktyabrın 31-də Bakının Nərimanov rayonundakı 64 saylı körpələr evi-uşaq bağçasında da olub.
Birinci vitse-prezidentə bu körpələr evi-uşaq bağçasında görülən əsaslı təmir işləri barədə məlumat verilib.