Cümə axşamı günü, 05 noyabr 2026
     

Fəzail Ağamalı “ictimai rəyə təsir göstərən qəzetlərin çoxu maliyyələşmədən kənarda qalıb” sözlərini necə əsaslandırdı?

Image


Məlum olduğu kimi, Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı bugünlərdə  verdiyi müsahibələrdən birində KİVDF-nin fəaliyyətini sərt tənqid edib və əksər oxucular deputatın bir çox fikirlərini qərəzli və qeyri-obyektiv hesab edərək elə sərt tonda da cavab veriblər.

Onun bu fikirləri cəmiyyətdə birmənalı qarşılanmayıb, sosial şəbəkələrdə bu mövzu ilə bağlı ciddi polemikalar aparılıb. Fəzail Ağamalı sonra verdiyi müsahibədə bildirib ki, onun fikirləri, nə demək istədiyi görünür yaxşı başa düşülmədiyi üçün bəzi adamların sərt reaksiyasına səbəb olub. Bu səbəbdən də Fəzail Ağamalı ilə məhz verdiyi məlum müsahibədəki bəzi fikirlərinə aydınlıq gətirməyə çalışdıq. Deputatla söhbətimizdə onun mübahisə və etiraz doğurmuş əvvəlki müsahibəsindəki məsələlərdən kənara çıxan bəzi fikirləri ixtisar etməklə müsahibəni nəzərinizə çatdırırıq:

- Fəzail müəllim, bilirsiniz ki, KİVDF-nin tənqidi ilə bağlı səsləndirdiyiniz fikirlərə birmənalı reaksiya olmadı, hətta həmin mövqeyinizə görə Sizi çoxlu sayda tənqid edənlər də tapıldı. Sizcə niyə belə oldu?

- Əvvəla, Sizə təşəkkür edirəm ki, fikirlərimi tam ifadə etmək üçün  mənə tribuna verirsiniz. Ancaq çox xahiş edirəm ki, mənim səsləndirəcəyim fikirləri olduğu kimi, təhrif etmədən dərc edəsiniz. Qoy elə bunun özü də peşəkar media nümunəsi kimi sizinlə bağlı bir test olsun. Bizim mövzumuz mətbuatdandırsa, siz obyektivliyə tam riayət etməlisiniz.

- Sizinlə dəfələrlə müsahibələrimiz olub, narazı qaldığınız məqamlar olubmu?

- Xeyr, mənim sizin qəzetə böyük hörmətim var. “Bakı-Xəbər” və onun rəhbəri ilə mənim heç vaxt problemim olmayıb. Əksinə, hər zaman Aydın Quliyev barədə müsbət fikirlər səsləndirmişəm. Ancaq təəssüf edirəm ki, Aydın Quliyev mənim səsləndirdiyim fikirlərlə bağlı gözləmədiyim  bir mövqe ortaya qoydu. Belə sərtlik lazım deyildi. Aydın Quliyev mənim üçün işıqlı bir  jurnalist olub. Hər zaman dövlətçiliyin yanında olub. Mənim yazıma verilən cavabda şəxsimə aid detalların olması səbəbini anlamadım. Çünki mən jurnalistin ünvanladığı suala konkret cavab vermişdim. Heç kimin, hətta KİVDF sədri Vüqar Səfərlinin belə adını çəkməmişdim. Təəssüf edirəm ki, mənə qarşı yazanlardan biri də ən çox hörmət etdiyim “Səs” qəzeti  və onun baş redaktoru oldu.

- Mövqeyinizdən belə məlum oldu ki, ölkədə həyata keçirilən mətbuat siyasəti sizi qane etmir. Niyə və hansı səbəbdən?

- Mənim fikirlərimdə belə məqam olmayıb. Heç vaxt ölkədə həyata keçirilən mətbuat siyasətinin üzərinə getməmişəm. Azərbaycan mətbuatının inkişafı göz önündədir. Çünki Prezidentin də böyük diqqət göstərdiyi bu sahə böyük inkişaf yolu keçib. Bunu necə danmaq olar? Dəyərli jurnalistlərdən xahişim budur ki, mənim dediklərimi başqa istiqamətə yozmağa çalışmasınlar.

- Deyirsiniz ki, konkret faktlara söykənib danışıbsınız. Gəlin onlara aydınlıq gətirək. Məsələn, bildiribsiz ki, bir sıra adı olan, özü olmayan qəzetlərə KİVDF tərəfindən pullar ayrılır. Bu nə deməkdir, adı olub özü olmayan qəzetə necə pul ayrıla bilər? Bununla bağlı meyarlar müəyyənləşib, hansı qəzetdə o parametrlərə cavab veribsə, təsnifatlandırma da o cür aparılıb. Kimsə əlinə qələm götürüb özündən belə bir siyahını istəsə də tuta bilməz. Sizin dediyiniz qəzetlərin də heç biri maliyyələşmədən kənarda qalmayıb axı...

- Dediyimin üstündə dururam. Ola bilər ki, bu fikri bir qədər məcazi mənada işlətmişəm. Gəlin dərinə getməyək, mənim qabağımda siyahı var. Siz də dərinə getməyin, mən də.

- Deyibsiniz ki, ictimai rəyə təsir edən qəzetlərin çoxu maliyyələşmədən kənarda qalıb. Hansı qəzetləri nəzərdə tutursunuz? Belə media nümunəsi varmı?

- Bəli var. “Ayna” qəzeti. Məgər bu qəzetin böyük ənənələri, ictimai rəyə təsiri yox idi? Niyə çap olunmur, niyə yardımdan kənarda qalıb? Yəqin ki, KİVDF ona dəstək göstərsə həmin qəzet çapını bərpa edərdi. Özü də həmin qəzetin  rus dilində nəşr edilən “Zerkalo” variantı da var ki, onun dərcinin bərpası bizə informasiya savaşında çox lazımdır. Bu işdə hesabatlılıq düzgün olmalıdır.

- Fəzail müəllim, “Ayna”, “Zerkalo” da bir vaxtlar KİVDF-dən maliyyə alırdı, özü Fonda müraciət edərək, çapını dayandırdığı üçün maliyyələşməni dayandırmağı xahiş edib, indi isə sayt kimi fəaliyyət göstərir, onların çapını KİVDF dayandırmayıb axı... Çapa başlasalar və kriteriyalara cavab versələr, onların da maliyyələşməsi məsələsinə, yəqin ki, Fondda baxılar. KİVDF dövlət qurumudur. Söhbət ciddi məbləğlərdə ayrılan puldan gedirsə, necə ola bilər ki, onun hesabatı aparılmasın və ya verilməsin?

- Mən rəsmi yox, ictimai hesabatlılıqdan danışıram. Qoy ictimaiyyətə hesabat versinlər.

- Bütün bunlar barədə KİVDF-nin saytında məlumat dərc edilir, bu yetərli deyil?

- Daha geniş məlumat verilsə yaxşı olar.

- Sonra jurnalistlərə verilən evlərin bölgüsündə qeyri-şəffalığın olduğunu dilə gətirib deyibsiniz ki, elə jurnalistlər var, bir neçə yerdə evi ola-ola KİVDF-dən mənzil alır. Konkret belə faktınız varsa deyin...

- Məsələn, mən Əli İmanlı adlı bir jurnalist tanıyıram. Vaxtilə rəsmi qəzetlərdə də çalışıb. İndi deyəsən jurnalist kimi fəaliyyət göstərmir. Tədbirlərin birində yaxınlaşıb mənə dedi ki, evə böyük ehtiyacı var, amma qocaman jurnalist kimi onu nəzərə almırlar. Bu bir misal. Azərbaycan jurnalistikasında xidmətləri olan, lakin hazırda peşə fəaliyyətini davam etdirə bilməyən jurnalistlər bu bölgüdən kənarda qalmamalıdır. Bu məsələdə araşdırma daha dərindən getməlidir. Veteran jurnalistləri də nəzərə almaq lazımdır.

- Axı veteran jurnalistlərdən də çox ev alan oldu. Bir Əli İmanlıya görə ümumi danışmaq olmaz. Həm də dediz ki, o artıq jurnalist kimi fəaliyyət göstərmir. Sizin Vüqar Səfərli ilə aranızda hər hansı şəxsi münaqişəniz olubmu?

- Vüqar Səfərli ilə mən ABŞ-da səfərdə olmuşam. Onunla çox gözəl səmimi münasibətlərimiz olub. Hətta onun bir tələbə yoldaşının evində birlikdə qonaq da olmuşuq. Vüqar Səfərli ilə mənim bu günə kimi zərrə qədər də problemim olmayıb.

- Bəlkə ondan hansısa jurnalistlə bağlı xahiş edibsiniz alınmayıb, ona görə belə incikliyiniz yaranıb?

- Heç bir xahişim olmayıb. Belə bir faktı varsa, qoysunlar ortaya. Bəlkə kimsə mənim adımdan nəsə danışıb, bunu bilmirəm. Belə hal olubsa, desinlər.

- Bəs necə oldu ki, birdən-birə bu mövzuya toxundunuz? Əlinizdə belə faktlar olubsa, əvvəl niyə danışmamısınız?

- Mənim jurnalistlərin arasında çox səmimi dostlarım var. Onlar bu və ya digər fikirləri, faktları mənə söyləmişdilər. Ancaq bunun ictimailəşməsinə ehtiyac düymadım. Ölkə Prezidenti tərəfindən ciddi və dərin islahatlara start verilib. Bu xüsusda mənə sual verildi ki, mətbuat sahəsində islahatlara ehtiyac var, yoxsa yox? Mən də bu suala cavab verdim. Mən arzulayıram ora daha çox vəsait ayrılsın ki, bizim qəzetlərimiz daha böyük imkanlara malik olsunlar və ictimai rəyin formalaşmasında daha peşəkarcasına iştirak etsinlər. Ancaq bu maliyyə vəsaitini daha səmərəli xərcləmək lazımdır.

- Növbəti ilin dövlət büdcəsində KİVDF-yə daha çox vəsaitin ayrılması nəzərdə tutulur. Yəqin ki, fəaliyyətdən narazılıq olsaydı, belə hal yaşanmazdı və Fondun büdcəsi artırılmazdı...

- Elə deyil. Bu hal ölkə Prezidentinin həyata keçirdiyi siyasətin məntiqinə söykənir. Bütün sahələrdə büdcələr atırılıb və KİVDF də bundan kənarda qalmayıb. Bu heç də o demək deyil ki,  yaxşı fəaliyyəti nəzərə alındığı üçün  KİVDF-yə mükafat olaraq verilib.

Sonda Fəzail müəllimə Fonda maliyyənin artırılması ilə bağlı fikirlərinin də subyektiv olduğunu, reallığa uyğun gəlmədiyini və məhz Fondun fəaliyyəti nəticəsində bu gün ölkənin çap mediasının büsbütün, istisnasız olaraq dövlətçilik mövqeyində qərarlaşdığını, internet medianın isə KİVDF-nin kurasiyasında olmadığını xatırlatdıq. KİVDF bundan artıq nə etməlidir?!

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - DİN

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ