Cümə axşamı günü, 05 noyabr 2026
     

Ermənilərin çox qorxduğu qırıcı təyyarələr Azərbaycana gəlir…

Image


Ölkəmizin islam aləmi və bütün dünyada əsas müttəfiqlərindən olan Pakistan bu gün hərbi sahədə də öndə gələn dövlətlərdən biri sayılır. Hindistanla məlum münasibətlər üzündən Pakistan hərb sənayesini də davamlı olaraq inkişaf etdirir. “Pakistan Aeronautical Complex” və Çinin “Chengdu AircraftIndustry Corporation” şirkətlərinin birgə layihəsi olan “JF-17 Thunder” qırıcıları da bu fonda daim xüsusi diqqət mərkəzində olub.

8 il əvvəl Çinlə birgə istehsal edilən bu qırıcıları son dövrlərdə Pakistan mütəxəssisləri silah təchizatı baxımından əhəmiyyətli dərəcədə təkmilləşdirib. Məsələn, elə  bu günlərdə Pakistan Hərbi Hava Qüvvələri “JF-17 Thunder” qırıcı təyyarəsində quraşdırılan yeni silahı sınaqdan keçirib. Bu uğurlu sınaqdan sonra “JF-17 Thunder” gecə və gündüz yüksək dəqiqliklə müxtəlif hədəfləri nəzarətdə saxlaya bilir. Yeni silah pakistanlı mütəxəssislər tərəfindən quraşdırılıb. Xatırladaq ki, saatda 2,2 min kilometr sürətə malik olan “JF-17 Thunder” üç min kilometrədək məsafə qət edir. Təyyarə 23 millimetrlik top, idarə olunan və olunmayan raketlər, əlaqələndirilə bilən bombalarla təchiz edilib.

O da məlumdur ki, Azərbaycan müəyyən müddətdir həmin qırıcılara maraq göstərir. Pakistan prezidenti Arif Alvi bu xüsusda bildirib ki, sözügedən təyyarələrin Azərbaycana çatdırılmasında heç bir problem yoxdur. O, Azərbaycanla bütün istiqamətlə üzrə əməkdaşlığı genişləndirməkdə maraqlı olduqlarını bildirir: “Pakistan və Azərbaycan arasındakı əməkdaşlıq iki xalq və ölkə arasındakı sıx dostluq münasibətlərinin mahiyyətini əks etdirir. Biz məhz bu dostluğa əsaslanaraq möhkəm tərəfdaşlıq əlaqələri qurmuşuq. Pakistan və Azərbaycan bir-birinə daim dəstək olur”. İki ölkənin hərbi əməkdaşlığından danışan Prezident Azərbaycana 10 ədəd “Super Muşşak” hərbi təlim təyyarələrinin göndərilməsinə başlandığını diqqətə çatdırıb. “Pakistanın hərbi sənayesi inkişaf edib. Biz hər cür silah növü istehsal edirik. Bizim özünü doğrultmuş JF-17 qırıcı təyyarələrimiz var. Bu da müzakirə mövzusu ola bilər. Biz, həmçinin, hərbçilərin təlimləri məsələlərində də yaxın əməkdaşlıq edə bilərik. Biz terrorizmlə daim mübarizə aparırıq. Pakistan qədər terrora məruz qalan ikinci ölkə yoxdur. Ölkəmizdə 70 min insan terrorun qurbanı olub”. Dağlıq Qarabağ və Kəşmir məsələlərində hər iki ölkənin bir-birini dəstəklədiyini deyən prezident Arif Alvi deyib ki, Pakistan və Azərbaycanın məqsədi sülh və əminamanlığa, BMT qətnamələrinin yerinə yetirilməsinə nail olmaqdır: “Hesab edirəm ki, sülhə alternativ yoxdur. Ölkələrin inkişafı üçün münaqişələri dayandırmaq, sülhə nail olmaq lazımdır”.

Bu açıqlamalardan bir daha aydın görünür ki, Pakistan Azərbaycanla bütün istiqamətlərdə, o cümlədən hərb müstəvisində əməkdaşlığa xüsusi önəm verir. Elə bu fonda “JF-17 Thunder” qırıcı təyyarələrinin ölkəmizə tədarükü də yaxın tezlikdə reallaşa bilər. Pakistanın ingilisdilli “Daily Times” qəzeti  də bu günlərdə belə bir məlumat yaymışdı ki, Azərbaycanın bu qırıcıları almasına dair danışıqlar yekunlaşıb və tərəflər müvafiq razılıq əldə edib. Tezliklə həmin təyyarələrin Azərbaycan ordusunun ixtiyarında olacağı da bildirilir.

Digər tərəfdən məsələ ilə bağlı daha birmaraqlı məqam Azərbaycanın Türkiyədən “hava-yer” tipli SOM-B1 qanadlı raket almasıdır. Həmin raketlər ilk dəfə ötənilki paradda nümayiş olunub. Qeyd edək ki, Azərbaycanın SOM-B1 qanadlı raketləri ilə silahlanması ona Qarabağda erməni qüvvələrinin infrastrukturuna yüzlərlə kilometr məsafədən dəqiq zərbə endirməyə imkan verir. Özü də  bu raketlərə qarşı mübarizə aparmaq praktiki olaraq mümkün deyil. Çünki mürəkkəb trayektoriya ilə hərəkət edən qanadlı raketlərə qarşı mübarizə aparmaq üçün hava hücumundan müdafiə sistemlərinin çoxpilləli radarlar şəbəkəsi qurulmalıdır. Üstəlik, belə raketləri izləmək və neytrallaşdırmaq üçün raket əleyhinə müasir silahlar, yüksək peşəkarlığa malik heyət olmalıdır. Ermənistan isə bütün bunlardan məhrumdur. Qeyd edilən qanadlı raketlərin çəkisi 600 kiloqrama yaxın, atəş mənzili 250 kilometrdir. Hazırda Türkiyənin Hərbi Hava Qüvvələri həmin raketləri özünün F-16C və F-4 qırıcılarında yerləşdirib. Bu vaxta qədər ehtimal edilirdi ki, Azərbaycan Hərbi Hava Qüvvələri SOM raketlərini mövcud aviaplatformalarında, xüsusən modernləşdirilmiş MiQ-29 qırıcısında quraşdıracaq. Amma Pakistanın  “The Quwa Defence News & Analysis Group” hərbi analiz qrupu bildirir ki, bu raketlər Azərbaycanda məhz JF-17 qırıcılarına quraşdırıla bilər. Mərkəzin analitiklərinə görə, Azərbaycan Hərbi Hava Qüvvələri üçün təkcə bu raketi daşımaqdan ötrü yeni qırıcı platformasına investisiya qoymaq az əhəmiyyət daşıyır. Bu durumda SOM raketlərinin JF-17 qırıcılarına inteqrasiya edilməsi vəziyyətdən ən yaxşı çıxış yoludur.

Yayılan başqa bir məlumata görə isə, əslində, Pakistan artıq Azərbaycan üçün “JF-17 Thunder” qırıcı təyyarələrinin “Block III” konfiqurasiyasını hazırlayıb. Təyyarəyə AESA radarı seçilib və bu radarla sınaqları da keçrilib. Həmin konfiqurasiyalı təyyarələrin 2020-ci ilin əvvəllərinə ölkəmizə verilməsi  nəzərdə tutulur. Xatırladaq ki, erməni tərəfi bundan əvvəl həmin qırıcıların Azərbaycana gəlişini Ermənistan üçün böyük təhdid olaraq qiymətləndirmişdi.  Rusiyanın “Voennoe obozrenie” nəşri isə bu fonda yazır ki, yeni təyyarələr almağı planlaşdıran Azərbaycan həm də regionda ən müasir hava hücumundan müdafiə sisteminə malikdir. Rusiya nəşri Azərbaycanın son illər Hava Hücumundan Müdafiə qüvvələrini də təkmilləşdirdiyini, müxtəlif tipli çoxsaylı hava hücumundan müdafiə vasitələri əldə etdiyini və ya sovet ordusundan miras qalan texnikanı modernləşdirdiyini yazır. Bildirilir ki, Azərbaycanın hava hücumundan müdafiə vasitələri nəinki ölkə ərzisində, eləcə də qonşu ölkələrin üzərində uçan hava hədəflərini vurmaq imkanındadır. Bildirilir ki, Azərbaycan regionda ən güclü radar sistemlərinə malik ölkələrdən biridir. Son illər Azərbaycan Ukrayna və Belarusla yanaşı, İsraildən üçkoordinatlı ELM-2288 AD-STAR və ELM-2106NG radilokatorlarını əldə edib. Bu radiolokatorlar zenit-raket komplekslərinin hərəkətini idarə etməklə yanaşı, qırıcıları da yönləndirir, hava trafikini nizamlaya bilir. 

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 18:53
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər...Həm də indi...

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ