Cümə axşamı günü, 05 noyabr 2026
     

Azərbaycanın geosiyasi və geoiqtisadi mövqelərini gücləndirən yeni amillər…

Image


Azərbaycanın həyata keçirdiyi enerji layihələri bu gün Avropanın, eləcə də qardaş Türkiyənin təhlükəsizlyində mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, baş verənlər ölkəmizin Qərb üçün həm geosiyasi, həm də geoiqtisadi əhəmiyyətini də artırır. Qarşıdakı dövr ərzində bu istiqamətdə Azərbaycanın mövqelərinin daha güclü hala gəlməsi gözlənir. Ən azı o baxımdan ki, gələn il Azərbaycan “Cənub Qaz Dəhlizi”ni tam şəkildə istifadəyə verməyə hazırlaşır.

Xatırladaq ki, “Cənub Qaz Dəhlizi”nin son hissəsi sayılan TAP kəmərinin inşası məhz gələn il başa çatır. İndiki halda “Cənub Qaz Dəhlizi” enerji resurslarının şaxələndirilməsi işində Avropa üçün çox önəmli layihədir. Bu layihədə həm mənbələrin, həm də marşrutların şaxələndirilməsi baş tutur. Belə ki, Azərbaycan qazı Avropa üçün yeni mənbədir. Bununla Avropanın enerji təhlükəsizliyi daha dolğun və tam şəkildə təmin ediləcək. “Cənub Qaz Dəhlizi” bu mənada Azərbaycanın mövqeyini gücləndirməklə yanaşı, onu  geoiqtisadi və geosiyasi məkanda daha güclü söz sahibinə çevirir. Çünki Azərbaycan belə layihələrdə iştirak etməklə beynəlxalq arenada həm siyasi, həm də iqtisadi nüfuzunu yüksəldir. Bunu türkiyəli ekspert Sedat Aybar da təsdiq edir. Onun sözlərinə görə, “Cənub Qaz Dəhlizi”, eləcə də Azərbaycanın Türkiyədə həyata keçirdiyi layihələr mühüm əhəmiyyətə malikdir:  “Məsələn, TANAP və STAR Neft Emalı Zavodunun istismara verilməsi hər iki ölkə üçün geosiyasi uğurlarla yanaşı, gəlir də gətirir. STAR zavodu neft-kimya sektorunun əsas xammalı olan nafta, ksilol və reformatın əldə olunmasını asanlaşdıraraq Türkiyənin bu sektorda idxaldan asılılığını azaldıb. Eyni zamanda, zavod dizel, təyyarə yanacağı, maye qaz və neft koksu kimi neft məhsullarını istehsal edərək cari kəsirin azalmasına yardım edib”.

Ekspert  həmçinin bildirib ki, TANAP Azərbaycan təbii qazını Qərbdəki istehlakçılara çatdırmaq baxımından strateji layihədir: “TANAP Bakıdan İtaliyaya qədər uzanan “Cənub Qaz Dəhlizi”  layihəsinin ən önəmli halqasını təşkil edir. Layihə Avropa və Türkiyənin təbii qaz mənbələri çeşidliyini artırmaqla yanaşı, Türkiyənin enerji dəhlizinə çevrilməsi üçün atılan ən strateji addımlardan biridir. Amma TANAP sadəcə təbii qaz tədarükündə mənbələrin şaxələndirilməsini təmin etmək və ya beynəlxalq güc tarazlığı baxımından önəmli deyil. Bu layihə həm də Türkiyəyə ildə 6 milyard  kubmetr təbii qaz nəql edəcək və Türkiyənin təbii qaz ehtiyacının 12%-ni qarşılayacaq. Bu, Türkiyəyə əhəmiyyətli iqtisadi rahatlıq təmin edəcək”.

S.Aybar bu layihələrin Azərbaycana faydalarının bəlkə də Türkiyəyə faydalarından daha çox olduğunu da əlavə edib. “Burada qarşılıqlı “qazan-qazan” vəziyyəti var. TANAP mənbə ölkə olan Azərbaycanın məhsulunu bazara daha rəqabətli şərtlərdə təqdim etməsini təmin edən bir layihədir. AzərbaycanTürkiyə ilə yanaşı, Avropa bazarına, məsələn, İtaliyaya nəqli birbaşa marşrutla həyata keçirəcək. O bazara qaz tədarükünə qatılması Azərbaycanın həm Avropa İttifaqı, həm də region çərçivəsində strateji dəyərini artırır. Bu mənada, Türkiyədəki layihələrin Azərbaycan üçün qazanclarını iqtisadi və geosiyasi uğurlar olaraq dəyərləndirmək mümkündür”.

Ekspert açıqlamasında TANAP və STAR layihələrinin Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə töhfə verməkdə olduğunu vurğulayıb: “Ümumiyyətlə, bu cür sərmayələrin bir qayda olaraq məşğulluq yaratma işinə töhfə verdiyi aydındır. SOCAR-ın Türkiyədəki böyük layihələri başlıca olaraq məşğulluq təmin etməsi baxımından ölkə iqtisadiyyatına fayda verir. Təbii qaz və enerjidə xaricdən asılı ölkə olan Türkiyə üçün SOCAR və onun ölkəsinin Azərbaycan olması çox önəmlidir. Türkiyənin enerji və təbii qaza tələbatı ödəmək baxımından problemi var. Türkiyə üçün TANAP-ın regional enerji tarazlığı baxımından daşıdığı önəm aydındır. STAR zavodu isə sadəcə məşğulluq yaratmır, innovasiya və sahibkarlığı dəstəkləyir. Türkiyə üçün çoxfunksiyalı fayda təmin edir”. Qeyd edilənlər təsdiq edir ki, TANAP tarixi bir layihə kimi Azərbaycanla Türkiyənin növbəti zəfəri olaraq qiymətləndirilir.

Bundan başqa, TANAP-ın daxil olduğu “Cənub Qaz Dəhlizi” özü isə ümumilikdə Avropa ilə Asiya arasında səmərəli əməkdaşlıq əlaqələri yaradır. Onun verəcəyi töhfələr, ekspertlərin fikrincə, artıq qarşıdakı dövr ərzində daha geniş miqyasda analoji əməkdaşlıq layihələrini də gündəmə gətirəcək. Ekspertlərə görə, “Cənub Qaz Dəhlizi” daha çox sayda Avropa ölkəsini bu layihəyə qoşulmağa təhrik edir. Yəni Mərkəzi Asiyadan gələ biləcək enerji nəqli “Cənub Qaz Dəhlizi”nə  qoşulsa, daha güclü bir beynəlxalq layihə alınar. Bu da sözün əsl mənasında dünyanın enerji xəritəsində əsaslı dəyişiklik deməkdir. Dünya enerji nəqlinin diversifikasiyası nəticəsində xeyli təhlükəsiz enerji modelinə sahib olacaq. Bütün bunlar isə birbaşa Azərbaycanın təşəbbüsü ilə baş tutur.

Xatırladaq ki, “Cənub Qaz Dəhlizi”nin icrasında 7 ölkə, yəni Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya iştirak edir. Gələn il isə üç Balkan ölkəsi olan  Bosniya və Herseqovina, Xorvatiya və Monteneqronun da növbəti mərhələdə bu layihəyə qoşulacağı gözlənir. Bununla enerji layihəsində iştirak edən ölkələrin sayı daha da artır. “Cənub Qaz Dəhlizi” ilk dəfə olaraq Xəzər regionundakı qaz təchizatını Avropa bazarlarına birləşdirməklə bütün regionun enerji xəritəsini dəyişir. Bunlar da, öz növbəsində, qeyd olunduğu kimi Azərbaycanın dünya miqyasında geosiyasi və geoiqtisadi əhəmiyyətini artırır. Təbii ki, bu durumda Azərbaycanın dünya miqyasında sözünün daha yaxşı eşidilməsi, ölkəmizlə hesablaşılması da qaçılmaz olur. Elə reallaşdırılan transmilli layihələrin ən mühüm əhəmiyyətlərindən biri də məhz bununla bağlıdır.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 18:53
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər...Həm də indi...

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ