Cümə axşamı günü, 05 noyabr 2026
     

Mediada islahat reallığı… Və islahata dəstək populizmi

Image


Azərbaycan mediasında islahatlar…

Baxıram, son günlər mövzuya xüsusi maraq var. Əlbəttə, maraq olmalıdır. Ölkə Prezidenti cənab İlham Əliyev oktyabrın 15-də keçirdiyi iqtisadi müşavirədə məmurların bir-biri ilə rəqabətində mətbuatın bir növ, alətə çevrildiyini bildirib, məsələnin yolverilməzliyini, hətta dözülməzliyini vurğulayıb. Ümumən dövlət başçısının media ilə əlaqədar hər fikri, belə desək, “yol xəritəsi”dir. Əslində onun istər kütləvi informasiya vasitələrimizin dünya standartlarına cavab verən fəaliyyət mahiyyətinin zəruriliyinə, istərsə də jurnalistlərimizin peşəkarlıqlarının artırılmasına, hazırlıq səviyyələrinin yüksəldilməsinə, xüsusən də xarici dil biliklərinin gücləndirilməsinə dair zaman-zaman bölüşdüyü düşüncələr böyük islahatçılıq motivinə köklənir. Prezident işıqlı, parlaq simadır, yenilikçidir, yeni fikirlərə açıqdır. O, jurnalistikanın qlobal informasiya məkanındakı çəkisini hər kəsdən daha gözəl qiymətləndirməyi bacarır. Yəni dövlət başçımızın media həssaslığının islahatçılıq ruhunu hər zaman hiss etmişik. Nəzərə alaq ki, ölkədə bu sahədə əldə edilən uğurların hərəkətverici qüvvəsi, ideya örnəyi də məhz cənab İlham Əliyevdir. Media ictimaiyyətinin nümayəndələri olaraq bizlər Prezidentin köməkçiləriyik. Köməyimiz təkliflər vermək, onların həyata vəsiqə qazanmasına dəstək göstərməkdir. Nə dərəcədə dəstəkləmişik, məsələ üzərində dayanmaq olar. Uğurular kifayət qədərdir. Nöqsan və çatışmazlıqlar da yetərincədir. Mərkəzdə dayananı hamı görür. Onu tənqid etmək asandır. Heç də hesab etmirəm ki, hər kəs reallıqları düşünməlidir. Hansısa redaksiyada çalışan və həyat ehtiyaclarını qarşılamaqda çətinlik çəkən peşəkar jurnalistin özünün reallıqları və həqiqətləri var. O, üzləşdiyi durumu obyektiv qiymətləndirməməkdə haqlı görünə bilər. Amma tənqid edənlərin hamısı onun vəziyyətini düşünərəkmi danışır? Əsla yox. Kimsə öz yerini isti saxlamaq istəyir, kimsə öz xidmətini təklif edib daha çox fayda götürməyi planlaşdırır və sair… Bizə at izinin it izinə qarışdığı cəmiyyət, bunun media cameəsindəki təzahürü lazım deyil. Bəli, illərdir obyektiv reallıqlardandan danışırıq. Bildiririk ki, Azərbaycanda reklam bazarı demək olar, yox səviyyəsindədir, mediamız iqtisadiyyatımızda zəif təmsil olunur, qəzet yayımı sahəsindəki vəziyyət ürəkaçan deyil. Vaxtilə KİVDF də məhz ona görə yarandı ki, mətbuat bazar iqtisadiyyatının mənfi təsirlərindən sığortalansın. Müəyyən mənada sığortalandı, dirçəldi, inkişaf etdi. Yaşadığımız regionun KİV-ləri ilə hər hansı paralellər aparmaq niyyətindən uzağam. Əlbəttə, üstünük. Amma nəyə görə özümüzü zəiflərlə müqayisə etməliyik? Biz daha güclü olmalıyıq. Bəlkə KİVDF-ni ələ keçirib, qurumun hazırkı 4 milyonluq büdcəsini 40 milyona çatdırmağı düşünməklə vəziyyətdən çıxmaq mümkündür?! Mümkündür, amma bunun adı islahatmı olacaq? Bunu da demişik ki, ölkəyə gətirilən hazır çap məhsulları və qəzet kağızı üzərində 2016-cı ildən tətbiq edilməsinə başlanılan əlavə dəyər vergisi mediamızın iqtisadi durumuna mənfi təsirini göstərməkdədir. Söhbət KİVDF-nin büdcəsinin təqribən yeddidə biri həcmində olan məbləğdən – 600 min manat vəsaitdən gedir. Hazırkı reallıqları nəzərə alsaq, bu, heç də kiçik rəqəm deyil. Sosial elan və reklamların KİV-də bölüşdürülməsinə dair beynəlxalq təcrübənin tətbiqini vacib saymışıq. Mətbuat Şurasının İdarə Heyətinin oktyabrın 18-də keçirilmiş iclasında səslənmiş təkliflərdən biri də bu idi ki, dövlət qurumlarının büdcələrində təbliğat məqsədilə ayrılmış vəsaitin həmin qurumların özlərinin təsis etdikləri KİV-lərə deyil, ictimai rəyə real təsiri olan media orqanlarına yönləndirilməsi təmin edilməlidir. Burada söhbət daha böyük miqyaslı vəsaitdən gedir. Göründüyü kimi, əlverişli şəraitin yaradılması və qanunvericilik tədbirləri vəhdətdə olmalı, bir-birini tamamlamalıdır. Nəzərə alaq ki, biz KİV-lərə dövlət dəstəyinin ümumiyyətlə göstərilmədiyi, hər bir media orqanının özünü müstəqil şəkildə təmin etməyi bacardığı mərhələyə çatmağı hədəfləyirik. Bu, hələlik mümkün deyil və buna görə günahkar yalnız KİVDF-dirmi? KİVDF tənqid edilir. Razıyam, iş olan yerdə tənqid də olmalıdır. Ancaq tənqid obyektiv xarakter daşısa, daha səmimi görünər. Qoy, jurnalistlər üçün tikilmiş binadan mənzil sahibi olan 400 nəfərdən biri desin ki, bunun müqabilində KİVDF-də kiminləsə bir stəkan çay içib? Hansı redaktor Fonddan yardım alarkən kiməsə bir manta pul qaytarıb? Hansı jurnalist müsabiqədə yer tutarkən aldığı mükafatı kiminləsə bölüşüb? KİVDF “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”na uyğun tədbirlər görür. Jurnalistlər üçün müsabiqələrin təşkili, KİV-lərin layihələrinin maliyyələşdirilməsi qurumun işinin ana xəttidir. Amma fəaliyyət dairəsi genişlənməlidir. Onlayn jurnalistikanı kənarda saxlamaq olmaz. Bu məqsədlə mediaya dövlət büdcəsindən ayrılan vəsaitin artırılmasını dəfələrlə təklif etmişik. Çox yaxşı olardı ki, biz jurnalistikanı imtiyazlı peşəyə çevirək. Məsələn, qardaş Türkiyədə jurnalistlər ictimai nəqliyyatdan pulsuz istifadə edirlər, çoxsaylı digər üstünlüklərə də malikdirlər. Bu gün tənqidi mövqe tutanların bəziləri bir vaxtlar jurnalistlər üçün hər hansı imtiyazın tətbiqini doğru saymırdılar. Deyirdilər ki, bu, jurnalisti dövlətdən asılı hala gətirəcək. Ancaq düşünmürdülər ki, dövlətin jurnalistikaya qazandırdığı imtiyaz peşənin idarəçilikdəki mövqeyinin nəzərə alınmasından qaynaqlanır. Bu mövqenin əlahiddəliyi informasiyalı cəmiyyət quruculuğunun şərtidir. İnformasiyalı cəmiyyət isə şəffaflığın təminatıdır. Jurnalistlər dövlət tərəfindən evlə təmin olunurlarsa, bu, media təmsilçilərinin sosial müdafiəsini gücləndirməyə yönələn tədbirdir. Yəni mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına ona görə önəm verilir ki, cəmiyyətin informasiya tələbatının ödənilməsinin təminatçısı olan jurnalistlərin əməyi stimullaşsın, qayğıları azalsın, onlar daha məhsuldar işləsinlər. Bu gün islahatçılığı inkarçılıq kimi anlayan bəzi yaşlı-gənc dostlarımız zamanında buna da qarşı çıxırdılar. Halbuki vaxtilə prosesin içərisindəydilər. Fikir bildirirdilər və fikirlərinə hörmətlə yanaşılırdı. Təklifləri həyata vəsiqə qazanırdı. Sonra nə oldu? Bu gün onları hərəkətə gətirən iddiaları özünü göstərməyə başladı. Ona görə də media sahəsində zaman-zaman tutulmuş islahat xəttini, prosesi məhz dövlətin apardığı üçün, tənqidə məruz qoyanların hazırda musiqilərini islahatçılıq notlarına kökləmələri şübhəlidir, səmimiyyətdən uzaqdır. İndi də görünü, nəyəsə ümüd edirlər... Media sahəsində islahatlar getməlidir. Yuxarıda bunun ayrı-ayrı komponentlərini vurğuladım. Onu da bildiridim ki, mövcud istiqamətdə hazırda əldə edilən inkişaf Prezident İlham Əliyevin islahatçılıq xəttinin nəticəsidir. Əlbəttə, zaman dəyişir. Tələblər, baxışlar, idarəçiliyə münasibət dəyişir. İnsanlar da həmçinin. Cənab Prezident kimi vəzifəyə təyin edəcək, kimi azad edəcək, dövlət başçısı olaraq onun öz işidir, öz seçimi və iradəsidir. Ancaq kimlərsə islahata «sən get, mən gəlim» prinsipinə söykənərək baxmamalıdır. Bu, sağlam yanaşma və məntiq sayıla bilməz. Bəsit kampaniyaçılıqla guya islahata dəstək verdiklərini düşünənlərin kim olduqlarını hamı gözəl bilir. Hamı dövlətin media siyasətinin həyata keçirilməsinə məsul şəxs olan Azərbaycan Respublikası Prezidentinin köməkçisi, ictimai-siyasi məsələlər şöbəsinin müdiri cənab Əli Həsənovu da yaxşı tanıyır. Onun istər Ulu öndər Heydər Əliyev ideyalarına, istərsə də Prezident İlham Əliyevin həyata keçirdiyi kursa sadiqliyi heç bir müzakirə predmeti ola bilməz. Ə.Həsənovun işinə prinsipial yanaşmasını gözü götürməyənlər hər zaman olub. Hazırda media ilə bağlı yuxarıda qeyd etdiyim bəsit kampaniyaçılıq təfəkkürünün başlıca hədəfi də odur. Sosial şəbəkədə profil yaradaraq cənab Həsənov barədə hədyanlar yayanlar, müxtəlif aşağılayıcı fikirlər irəli sürənlər heç şübhəsiz, “sən get, mən gəlim” kimi kor məntiqin, yarıtmaz qisasçı baxışların tərəfdarlarıdır. Belələrinin söz və ifadə azadlığını, plüralizmi, şəffaflığı irəli sürən baxışları bəşəri dəyərlərlə uğursuz imitasiyadan başqa bir şey deyil. Bir daha bildirirəm ki, cənab Əli Həsənov Azərbaycan dövlətinə, dövlətçiliyinə, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi kursa tam sadiqliyi ilə seçilən uğurlu və səriştəli iş icraçısıdır. Bu keyfiyyəti onun ictimai-siyasi xadim, parlaq dövlət adamı statusunu təsdiqləyən ən mühüm göstəricidir. Gəlin, ədalətli olaq. Dövlət idarəçiliyinə, medianın cəmiyyətdəki roluna, ümumən medianın mahiyyətinə obyektiv prizmadan yanaşaq. İslahata ən böyük dəstəyimiz elə bu olar.

 Əflatun AMAŞOV

 Azərbaycan Mətbuat Şurasının sədri

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ