Cümə axşamı günü, 05 noyabr 2026
     

Ermənistanda aprel sindromu dərinləşir

Image


2016-cı il aprelin əvvəlində baş verən məlum döyüşlərdən uzun müddət keçməsinə baxmayaraq, onun nəticələri hələ də Ermənistanda geniş rezonans doğurmaqda davam edir. Belə görünür ki, ermənilər hələ də o vaxt üzləşdikləri məğlubiyyətin acısını yaddan çıxara bilməyiblər, həm də bu məsələ ölkədə yeni siyasi çəkişmə predmetinə çevrilir. Hər halda, baş verənlər aprel döyüşlərinin hələ uzun müddət Ermənistanda başlıca müzakirə mövzularından biri olaraq qalacağını deməyə əsas verir.

Bir daha qeyd edək ki, 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə Azərbaycanın mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qalıb.
İşğalçı ordunun atəşkəs rejimini və beynəlxalq hüquq normalarının tələblərini kobud şəkildə pozaraq Azərbaycanın cəbhəboyu ərazilərində, əsasən Ağdam, Tərtər, Goranboy, Füzuli və Ağcabədi rayonlarında yerləşən yaşayış məntəqələrini və mülki obyektləri iri çaplı silahlardan, mina və qumbaraatanlardan, artileriya qurğularından intensiv atəşə tutmaları nəticəsində 6 nəfər mülki şəxs həlak olub, 25 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, artilleriya qurğularından atılmış mərmi zərbələri nəticəsində vətəndaşların 641 yaşayış evinə və 22 sosial obyektə ziyan dəyib və ya onlar dağıdılaraq tam yararsız hala salınıb. Erməni təxribatının qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində təxirəsalınmaz cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilib. Nəticədə keçirilən hərbi əməliyyatlarla düşmən işğalında olan 2000 hektar ərazi azad olunub.

Ermənistanda məlum hakimiyyət dəyişikliyindən sonra məsələ yenidən tədqiqat obyektinə çevrilib və erməni parlamentində bu məsələni araşdıran ayrıca komissiya da yaradılıb. Bu komissiyanın fəaliyyəti və keçmiş hakimiyyət nümayəndələrinin aprel döyüşlərinə görə istintaqa cəlb edilməsi ölkədə yeni bir ziddiyyətin də əsasını qoyub. Xüsusən də hərbçilərin baş verənlərdən narazılığının böyüməsi müşahidə olunur. Bununla bağlı “1in.am” portalı yazır: “Bu yaxınlarda mətbuatda yayılan informasiyalara görə, dördgünlük aprel müharibəsinin baş verdiyi şəraiti öyrənmək üçün yaradılmış parlament komissiyasının fəaliyyəti Silahlı Qüvvələrin zabitləri, ön cəbhədəki komandirlər arasında narahatlıq yaradıb. Alt mətndə gizlənən mətləb odur ki, komissiya, necə deyərlər, günahkarları axtarır. Eyni zamanda komissiyanın başçısı və üzvləri bəyan edirlər ki, günahkarların axtarılması onların işi deyil. Onlar istəyirlər ki, nə baş verdiyini, həm insan, həm də mövqe itkilərinin bir hissəsinin qarşısını almağa imkan verə biləcək hansı səhvlərin buraxıldığını, hansı çatışmazlıqların olduğunu anlasınlar. Əlbəttə, qeyd edirlər ki, cinayət xarakterli nöqsanlar aşkar olunarsa, hüquq-mühafizə orqanları onlarla məşğul ola bilər.

Bununla bağlı zabit və komandirlərin narahat olmalarına əsas varmı? Əgər cinayət xarakterli nöqsanlar olubsa, əlbəttə, var. Təhlükəli problemlər haqqında isə hətta öncəki hakimiyyətin yüksək rütbəli məmurları da danışırdı. Ona görə də, cinayətkarcasına hərəkətsizlik varsa, bu hal tamdəyərli cinayət-hüquqi qiymətini almalıdır. Bu heç də kiminsə azadlıqdan məhrum edilməsi mənasına gəlmir, ancaq hadisənin başvermə şəraitinin tam açılması ehtiyacı ön cəbhədə olan zabit və komandirlərin özlərinin gələcək təhlükəsizlik şərtlərindən irəli gəlir. Belə ki, mənzərənin tam aydınlaşdırılması mümkün nöqsanların təkrar olunmasından maksimum sığortalayan önləyici addım olacaq. Nəhayət, anlamaq lazımdır ki, Silahlı Qüvvələrin hərbi idarəçilik zənciri necə işləyib və ya işləməyib. Xususən də o halda ki, bu zəncirin uyğunsuzluğu haqqında hətta dördgünlük aprel müharibəsinin iştirakçısı olan müxtəlif komandirlərin özləri də danışırdılar. Eyni zamanda burada, əlbəttə, onda problem yaranır ki, komissiya fəaliyyətə öncəki və indiki hakimiyyət, yeni və köhnə sistem arasında daxili siyasi qarşıdurmanın olduğu bir mərhələdə başlayır. Bu durum belə bir əhvali-ruhiyyəyə və ya qavramaya gətirib çıxarır və ya çıxara bilər ki, dördgünlük aprel müharibəsinin baş verdiyi şəraiti öyrənmək üçün yaradılmış parlament komissiyası yalnız bu mübarizədə yeni hakimiyyətin əlində olan alətlərdən biridir. Əlbəttə, bu planda hakimiyyət, demək olar, daimi rejimdə yetərli səy göstərməlidir ki, cəmiyyət qarşısında inandırıcı olsun. Göstərsin ki, şübhəsiz, komissiya siyasi formatlı olsa da, ən azı, burada daxili siyasi münasibətləri aydınlaşdırma motivi yoxdur. Əks halda, cari vəziyyətdə necə effekt verməsindən asılı olmayaraq, uzunmüddətli planda aprel müharibəsi mövzusu ilə belə oynama hakimiyyətə bumeranq effektilə zərbə vura bilər. Burada o şəraiti nəzərə almaq lazımdır ki, ordu, əlbəttə, həddindən artıq həssas orqanizmdir və siyasi məsələlərin bu sferaya daşınması heç vaxt uzunmüddətli planda hər hansı bir hakimiyyəti möhkəmləndirə bilməz, dövləti isə zəiflədə bilər”. Erməni mediasının bu yazdıqları fonunda daha bir maraqlı açıqlama Ermənistanın “Aprel Döyüş Əməliyyatları İştirakçıları Birliyi” ictimai təşkilatının sədri, aprel döyüşlərinin iştirakçısı Razmik Qasparyandan gəlib. Onun dediklərindən belə bəlli olur ki, aprel döyüşlərində erməni tərəfinin silah-sursatla bağlı problemlərinin olması barədə deyilənlər həqiqəti əks etdirmir. Sadəcə, o vaxt Azərbaycan ordusu kifayət qədər güclü olduğundan məlum nəticələr üzə çıxıb.
Qasparyan bəzi hərbçilərin aprel döyüşlərini araşdıran İstintaq Komissiyasına qarşı imzatoplama fəaliyyətinə başlaması ilə bağlı verilən suala cavabında bildirib: “Mən başa düşdüyüm kimi, bunun siyasi tendensiyası var. Bizim siyasətlə heç bir əlaqəmiz yoxdur. Bu məsələdə siyasət var, biz burada yoxuq. Mən bu cür şərh edə bilərəm ki, Ermənistanda 2016-cı ilin aprelində əsgərin cəbhəni necə saxladığını müzakirə edə bilən insanlar yoxdur. Bunu heç kim müzakirə edə bilməz, bunu yalnız orada olan insanlar müzakirə edə bilər. İndi başqa suala cavab verim. Deyirlər ki, güllə və yanacaq olmayıb. Biri mən, Talışda olmuşam, orada belə bir problem olmayıb”. Qasparyan aprel döyüşləri zamanı erməni hərbi qulluqçuların bellərlə mübarizə aparması xəbərini də təkzib edib: “Bu, sadəcə absurddur. Azərbaycanlılar dişlərinə qədər silahlanmış vəziyyətdə üzərimizə gəlibsə, ona qarşı necə bellə mübarizə apara bilərsən? Təkrar edirəm, belə bir şey olmayıb, ola da bilməz, bu absurddur. Bir az da siz təsəvvür edin, avtomat, pulemyot  və ya daha ağır silaha qarşı bellə mübarizə aparmaq necə mümkündür? Biz Rembo deyilik”.

Ermənistanın “Qrapark” nəşri isə yazır ki, əslində, Ermənistan parlamentinin komissyası da aprel döyüşlərində erməni tərəfinin hansısa çatışmazlıq üzündən məğlub olduğunu göstərən tutarlı bir fakt əldə edə bilməyib: “Aprel döyüşlərini araşdıran İstintaq Komissiyasının sədri Andranik Köçəryan da buna görə Paşinyan qarşısında çıxılmaz vəziyyətə düşüb. Bundan baş nazir çox qəzəblidir və bu fonda onun rəhbəri olduğu “Mənim Addımım” fraksiyasının deputatları Andranik Köçəryanı sıxışdırır. Onlardan biri olan  Lilit Makunts Andranik Köçəryana xatırladıb ki, aprel döyüşlərini araşdıran parlament İstintaq Komissiyası 6 aylıq yaradılıb, bu 6 aydan 4-ü keçib, onlar isə indiyə qədər İstintaq Komissiyasının nə iş gördüyünü bilmirlər.  Məlumatlara görə, bəzi şəxslər aprel döyüşlərini araşdıran İstintaq Komissiyasının işlərindən narazıdır və nəticə olmayacağı halda ictimai, hərbi çərçivələrdə yeni narazılıq dalğası yüksələ bilər. Andranik Köçəryan isə qeyd edib ki, işin başa çatdırılması üçün parlamentdən daha 6 ay müddət istənilməlidir”. Amma qeyd edilir ki, istintaqa daha bir il vaxt verilsə belə, hansısa ciddi nəticələr əldə olunması inandırıcı görünmür. Əsas səbəb budur ki, həmin döyüşlərdə Azərbaycan kifayət qədər güclü tərəf olduğunu isbata yetirib və bu halda Paşinyan aprel döyüşlərindən hansısa formada keçmiş hakimiyyət təmsilçilərinə qarşı istifadə edə bilmir.

İndi erməni tərəfini qorxudan əsas məqamlardan biri budur ki, Dağlıq Qarabağ münaqişəsi yenidən hərbi müstəviyə keçəcəyi təqdirdə Azərbaycan aprel döyüşlərini daha geniş miqyasda təkrarlayacaq. Bu isə Ermənistanın daha böyük məğlubiyyətlərə düçar olması anlamına gəlir. Məhz həmin döyüşlərdən sonra erməni cəmiyyəti daha aydın şəkildə gördü ki, hakimiyyət onlara yalan sırımaqla məşğul olub.  Belə ki, Ermənistan hakimiyyəti ordunun məğlubedilməzliyindən bəhs edirdisə, bunun mif olduğu tam aydınlığı ilə üzə çıxdı. İndi bunlarla bağlı erməni analitik İqor Muradyan bildirir ki, aprel döyüşlərindən sonra Ermənistan ordusunda müsbətə doğru hansısa ciddi yenilik yoxdur: "Deməli, bu əməliyyatlar təkrarlansa, Ermənistanın yenə eyni nəticələrlə üzləşməsi qaçılmaz olacaq''. Digər tərəfdən, bunlar fonunda ermənilərə o da bəlli olur ki, Azərbaycan ərazilərinin işğal altında saxlanması Ermənistana, onun xalqına bundan sonra da fəlakətdən, yoxsulluqdan başqa heç nə gətirməyəcək. Xüsusən də aprel döyüşlərinə bənzər şəkildə hərbi əməliyyatların yenilənməsi düşmən ölkəni daha ağır bir duruma salacaq. Mövcud Ermənistan hakimiyyəti Qarabağ məsələsində müsbətə doğru hansısa addım atmasa, aprel dərslərinin təkrarlanması artıq qaçılmaz olacaq.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ