Cümə axşamı günü, 05 noyabr 2026
     

Əli Həsənov “teleqram kompromatlarını” elə həmin teleqramın məntiqi ilə də vurdu

Image


Prezidentin köməkçisi Əli Həsənov özünün facebook səhifəsində onun 80-ci illərdə Moskvadan Vəzirova göndərilmiş teleqramla bağlı adının kampaniyaçılıqla hallandırılmasına cavab verib. Əli Həsənov yazır:

- Əziz oxucular,

Tutduğum vəzifənin mənə verdiyi səlahiyyət çərçivəsində, heç bir tərəddüd göstərmədən və çətinlik çəkmədən cəmiyyətimizdə baş verən hadisələrə, ictimai-siyasi proseslərə hakimiyyətin münasibətini həmişə açıq ifadə etmişəm. Çünki hər bir sağlam vətəndaş, o cümlədən hər bir məmur kimi mən də istər ümummilli lider Heydər Əliyevin, istərsə də Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin, qəbul etdiyi qərarların əsasında milli maraqlarımızın, xalqa xidmət amalının dayandığına inanmışam və tam əmin olmuşam. Moskva Dövlət Universitetinin aspirantı olaraq, 1990-cı ildə Ulu Öndər Heydər Əliyevi Vətənə müşayiət edəndə, sonrakı dövrdə onunla birgə bütün siyasi proseslərin iştirakçısı olanda və 2003-cü ildən bu günə kimi Prezident İlham Əliyevin siyasi kursunun həyata keçirilməsində fəal iştirak etdiyim ötən 16 ildə bir mövqeyim, bir məsləyim, bir əqidəm olub.

Mən öz siyasi mövqeyim, ölkəmizin keçdiyi inkişaf yolu, hazırkı durumu və gələcəyi ilə bağlı bütün polemikalara da həmişə hazır olmuşam və sağlam tənqidi normal hal kimi qarşılamışam. Barəmdə müzakirəyə çıxarılan müxtəlif şayiələrə, “kompromatlara” da dözümlü yanaşmışam, düşünmüşəm ki, demokratik cəmiyyətlərdə sözü bitən qüvvələrin belə ucuz vasitələrlə öz opponentlərini gözdən salmaq cəhdi Azərbaycan üçün də yenilik deyil. Lakin bu iddialar əndazəsini aşanda, “gözünü qan örtmüş bəzi siyasi avantüristlərin” və əlaltılarının sayıqlamaları bütün sərhədləri keçəndə öz sözümü demişəm və prinsipial mövqeyimi də ortaya qoymuşam.

Artıq bir neçə gündür ki, 30-40 il bundan qabaq, tələbəlik illərində Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Əbdürrəhman Vəzirova Moskvada təhsil alan bir qrup tələbənin “yenidənqurmanın dəstəklənməsi ilə bağlı” göndərdikləri teleqramda mənim də adımın keçməsi ətrafında kampaniya təşkil olunub. Birincisi, maraqlıdır, görəsən həmin dövrü yaşayan insanlardan kim 1985-ci ildə başlanmış yenidənqurma prosesinin əleyhinə çıxıb və onu dəstəkləməkdən imtina edib?! İkincisi, 1988-ci ildə MDU-nun tarix fakültəsinin akt zalında Bakı Dövlət Universitetinin tarix fakültəsinin dekanı ilə görüşdən sonra hələ sərbəst həyata qədəm qoymağa hazırlaşan gənc tələbələrin toplandığı bir auditoriyanın adından Azərbaycan KP MK-ya göndərilən teleqramda adı keçən onlarla şəxsin sırasından bir nəfərin seçilərək hədəfə alınması nə deməkdir? Bu, əlbəttə ki, bunu edən insanların cılızlığının, acizliyinin əlaməti, suda boğulanın saman çöpündən yapışması deməkdir. Hələ yaxşı ki, onlar mənim tribunada Leonid Brejnevi alqışlamağımın şəklini verməyiblər, aktiv komsomolçu, ayrı-ayrı dövrlərdə tələbə-inşaat dəstəsində komandir olmağımdan yazmayıblar. Üçüncüsü, əgər bunda bir əsas görürlərsə və iddia etdikləri kimi obyektiv qiymətləndirmə aparırlarsa, onda 1990-cı ildə MDU-nun aspirantı olaraq Heydər Əliyevi Azərbaycana qədər müşayiət eləməyimi, ümummilli liderin rəhbərliyi altında bütün siyasi proseslərdə fəal iştirakımı və sonrakı fəaliyyətimi niyə qeyd etmirlər? Bu insanlar barmaqlarını sorub mənim haqqımda kompromat axtarsalar da, heç zaman tapa bilməyəcəklər. Çünki mən həyatımın hər anına məsuliyyət daşıyıram, hər anı üçün də cavab verməyə hazıram. Açığı, belə primitiv yollarla hamının tanıdığı bir məmuru nüfuzdan salmaq istəyənlərin normal ağıla və məntiqə malik olması ciddi şübhə doğurur.

Uzun müddətdir ki, sabiq xarici işlər naziri, Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev və hazırda xaricdə yaşayan Qurban Məmmədovla olan bir şəkli də sosial şəbəkələrdə mənə qarşı ciddi “kompromat” kimi istifadə edirlər. Bu məsələyə bir dəfə münasibət bildirmişəm və bu gün bir daha təkrar edirəm ki, həmin şəkil 1994-cü ildə - mən Yeni Azərbaycan Partiyasında şöbə müdiri vəzifəsində işlədiyim zaman Vilayət Quliyevin bağında çəkilib. Həmin ilin mart-aprel aylarında biz nümayəndə heyətinin tərkibində birlikdə ABŞ-da səfərdə olmuşduq. Qayıdandan sonra Vilayət Quliyev məni bağına dəvət etdi və mən də dəvəti qəbul etdim. O ki qaldı Qurban Məmmədovla şəklimin mənə qarşı kompromat kimi istifadə olunmasına, demək istəyirəm ki, onunla bir neçə il tələbə yoldaşı olmuşuq, eyni yataqxanada yaşamışıq. Tələbəlikdən sonrakı dövrdə Qurban Məmmədov dövlətə və hakimiyyətə qarşı mövqeyini dəyişdi. O, radikal çıxışlara başladığı günə kimi münasibətimiz olub. Məlum dəyişiklikdən sonra onunla bütün əlaqələri kəsmişəm. Onu da qeyd edim ki, rəsmi şəxs kimi mən müxtəlif tədbirlərdə yüzlərlə insanla şəkil çəkdirirəm. Şəkil həvəskarlarına bildirmək istəyirəm ki, belə ucuz və primitiv yollarla özlərini yormasınlar, çamur ancaq layiq olduğu yerə yapışar.

Daha nə deyirlər mənim haqqımda? Əli Həsənov dövlətin media siyasətini “bərbad hala salıb”, “uçuruma yuvarladıb”. Belələrinə bir cümlə ilə cavab vermək istəyirəm: əgər milli media təsisatlarının əsas fəaliyyəti insanların lazımi informasiya ehtiyaclarını ödəmək, fəaliyyət göstərdiyi ölkənin milli maraqlarını ifadə edərək, öz dövlətinin inkişafına, ictimai-siyasi həyatın sabitliyinə, vətəndaş maraqlarının qorunmasına, ictimai həyat normalarının təbliği və təlqin edilməsinə, cəmiyyətdə yaşanan proseslərinin şəffaf şəkildə əks olunmasına xidmət edirsə və bu mövcud sahənin hazırkı reallığıdırsa, onda hansı iflasdan söhbət gedə bilər. Yaxud, Azərbaycan mediasının hazırda regionda öz gücü və nüfuzu ilə tanınması, qlobal informasiya məkanında fəal iştirak etməsi, ölkə həqiqətlərini dünya ictimaiyyətinə çatdıra bilməsi onun iflası hesab olunursa, o zaman belə məntiqlə mübahisə etməyin qətiyyən yeri yoxdur.

Diqqətinizi daha bir məqama yönəltmək istəyirəm. Maraqlıdır ki, mənim kimi yüksək statuslu bir məmurun, ölkə prezidentinin köməkçisinin haqqında istənilən informasiyaları müxtəlif vasitələrlə və istədikləri qədər tirajlayanlar, ayrı-ayrı KİV-lərə sərbəst müsahibə verərək hakimiyyəti sərt tənqid edənlər, özlərinin sosial media ünvanlarından məmurlar haqqında ağlasığmaz hədyanlar yağdıranlar eyni zamanda ölkədə azad media mühitinin olmamasından necə şikayətlənə bilərlər? Gəlin, birlikdə düşünək, senzuranın hökm sürdüyü, medianın qeyri-azad olduğu bir ölkədə bu qədər sərbəst müzakirə mühiti, ümumiyyətlə, mümkündürmü? Əlbəttə, yox! Burada söhbət yalnız vaxtilə ölkəni xaosa və anarxiyaya sürükləmək istəyənlərin hazırda eyni ssenarini ən azından Azərbaycan mediasında tətbiq etmək cəhdindən gedə bilər. Təbiidir ki, Azərbaycan iqtidarı bu cür bədxah planların reallaşmasına heç zaman imkan verməyəcək!

Beləliklə, xüsusi pullar hesabına haqqımda tirajlanan “ciddi kompromatlar” bunlardan ibarətdir. Açığı deyim ki, başdan-ayağa çirkab içində boğulan bu tipli insanlarla heç vaxt polemikaya girmək istəməmişəm. Çünki onların haqqımda tirajladığı “kompromatlar” ayrı-ayrı vaxtlarda Əli İnsanov, Əli Kərimli, Cəmil Həsənli və digər bu kimi iqtidara, xalqa və dövlətə qənim kəsilən şəxslər tərəfindən dövriyyəyə buraxılıb və boş, mənasız iddialar olduğu sübuta yetirilib. Üzümü bir daha AXCP sədri Əli Kərimliyə, “Milli Şura” adlanan qurumun 2013-cü ildə Prezident İlham Əliyevə açıq mübarizədə uduzmuş sədri Cəmil Həsənliyə və fəallarına tutaraq bəyan edirəm ki, sizin hazırkı hiyləgər taktikanız da iflasa uğrayacaq. Sizin kimi “siyasətçilər” heç zaman ölkə başçısının monolit komandasını daxildən parçalayaraq dağıda bilməyəcək. Gündə bir əqidə dəyişən, hakimiyyət və onun təmsilçiləri haqqında yalan və qərəzli məlumatlar yayan, çirkin şayiələr uyduran, cılız və naqis metodlardan bəhrələnərək sədaqətli, mübariz hakimiyyət nümayəndələrini ləkələməyə çalışan sizlər bu yolla özünüzə heç bir hakimiyyət perspektivi yarada bilməyəcəksiniz. “Roma Papasından böyük katolik” kimi görünməyə çalışan və onu-bunu ləkələməkdə davam edən belələrinə bir məsləhətim var: şüşəli evdə oturub başqalarını daşa basmayın!

P.S. Həm məlum teleqramı, həm də bağ evində çəkilmiş şəkli statusa əlavə edirəm.

Əli HƏSƏNOV
Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ