Cümə axşamı günü, 05 noyabr 2026
     

Bağdadinin ölümü, Rusiyanın şübhələri, ABŞ-ın cəsədi dənizə tullamaq fikirləri...

Image


Prezident Donald Tramp bazar günü səhər Ağ Evdə keçirdiyi mətbuat konfransında İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin ABŞ hərbi qüvvələrinin Suriyada xüsusi əməliyyatı nəticəsində öldürüldüyünü təsdiq edib.

ABŞ Prezidenti əməliyyatın detalları haqda açıqlama verib: “Birləşmiş Ştatlar dünyada bir nömrəli terrorçu lider üzərində ədaləti bərqərar etdi. Bağdadi ABŞ hərbi qüvvələrinin Suriyanın şimal-qərbində keçirdiyi əməliyyatı nəticəsində öldürülüb”. Tramp Bağdadinin “ağlayıb, qışqıraraq” yeraltı tunel vasitəsilə qaçmağa çalışdığını bidirirərək, onun üzərindəki partlayıcı kəməri işə saldığını və bunun nəticəsində üç uşağın da öldüyünü deyib: “Bağdadi qəhrəman kimi ölməyib. O, qorxaq kimi ölüb”. ABŞ Prezidenti Bağdadinin öldürülməsi əməliyyatını “olduqca uğurlu bir əməliyyat” adlandırıb.

Birləşmiş Ştatlar 2016-cı ildə Bağdadinin ələ keçirilməsinə kömək göstərə bilən informasiyanın verilməsi üçün 25 milyon dollar məbləğində mükafat elan etmişdi. Belə yüksək mükafat bundan başqa, yalnız “əl-Qaidə” lideri Ayman Əl-Zəvahiri üçün vəd edilib.

ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Robert Obrayn da bildirib ki, “əl-Qaidə” terror təşkilatının lideri Üsamə bin Ladenin meyitinin qalıqları kimi, İŞİD liderinin də meyitinin qalıqları dənizə atıla bilər. Qeyd edək ki, Üsamə bin Laden 2011-ci ildə ABŞ-ın həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində öldürülüb. Onun meyitinin qalıqları Ərəbistan dənizinə atılıb.

Rusiya Müdafiə Nazirliyi isə ABŞ-ın İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin Suriyada öldürülməsi bəyanatına şübhə ilə yanaşıb. Nazirliyin sözçüsü İqor Konaşenkov Amerikanı bununla bağlı fakt göstərməyə çağırıb. Onun sözlərinə görə, Suriya hökumətinin nəzarətində olmayan bütün torpaqlara “əl-Qaidə”nin şöbəsi olan “Nusra” nəzarət edir və ən böyük rəqibi olan İŞİD-in hər hansı üzvünü gördüyü yerdə qətlə yetirir: “Bu səbəbdən İŞİD liderinin “əl-Qaidə”nin nəzarətindəki torpaqlarda olması şübhəlidir və ABŞ buna dair sübutlar göstərməlidir. Bundan başqa, əməliyyatlarda iştirak edən dövlətlərin fərqli açıqlamalar verməsi də bəzi sual işarələri yaradır və şübhələri artırır”.

Göründüyü kimi, dünyanın iki böyük dövləti arasında Bağdadinin ölümü ilə bağlı yayılan xəbər ətrafında ciddi fikir ayrılığı yaranıb. Rusiya, faktiki olaraq, ABŞ-ı yalan informasiya ilə manipulyasiyada təqsirləndirir. İŞİD liderinin ölümü ilə bağlı supergüclər arasında bu fikir ayrılığı nədən yarana bilər?

  • “Tərəflər geosiyasi üstünlüyə hesablanmış ritorika ilə bağlı mübarizə aparırlar”

Politoloq Zamin Axundov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, burada bir sıra maraqlı detallar mövcuddur: “Tramp ABŞ prezidentləri sırasında Kennedidən sonra ikinci ölkə başçısıdır ki, ölkə daxilində bu dərəcədə əks təsirə məruz qalıb. Söhbət həm biznes, həm də siyasi elitadan gedir. Demək olar ki, bu güclərin hamısı Trampın xarici siyasət kursuna qarşıdır. Daxili siyasətlə də bağlı onun sıxıntıları az deyil. Buna baxmayaraq, Tramp sırf ABŞ maraqlarına cavab verən plüralist xarici siyasət kursu yürütməkdə maraqlıdır. Vəziyyət o həddə çatıb ki, Nelsi Pelosinin rəhbərliyi altında Trampla bağlı impiçment qərarının həyata keçirilməsinə çalışıldı. Təbii ki,  bütün bu sıxıntların fonunda, Tramp ciddi manevrlər etməlidir. ABŞ-ın xarici siyasətindəki uğurlarını faktlarla təqdim etməkdə maraqlı olmalıdır. Bu açıqlamanın Tramp tərəfindən xüsusi sevinclə təqdim olunması göstərir ki, Bağdadinin ölümünə nail olmağı ABŞ dövlət başçısı göstərilən fəaliyyətin məntiqi sonu kimi dəyərləndirməyə çalışır. O, eyni zamanda, bunu koalisiyanın uğuru kimi deyil, yalnız ABŞ-ın nailiyyəti kimi cəmiyyətə təqdim edir. Rusiya rəsmi səviyyədə bu məlumatı təkzib edir. Bir neçə faktla əsaslandırır ki, İŞİD lideri həmin ərazidə ola bilməz. Çünki həmin ərazilər İŞİD-lə konfrantasiyada olan güclərin nəzarətindədir. Rusiya, eyni zamanda, koalisiya dövlətlərinin ABŞ-dan fərqli açıqlamalar verdiyini bildirir. Qeyd edim ki, 2018-ci ilin əvvəllərində Rusiyanın hava dəstəyilə həmin ərazilərdə İŞİD tamamilə zərərsizləşdirilib. Rusiya mənbələri bildirirlər ki, həmin zaman Bağdadinin ölməsi ilə bağlı faktlar var. Onda isə haqlı sual yaranır: Bağdadi ikinci dəfə necə oldu dünyasını dəyişdi? Tramp çalışır ki, qarşıdan gələn seçkilərə kimi özünün reputasiyasını qaldırsın. Rusiya isə Suriyada, faktiki olaraq, əldə etdiyi qalibiyyətin kiminsə adına yazılmasını istəmir. Onlar bununla demək istəyirlər ki, İŞİD-in kökünü Suriyada onlar kəsib və Bağdadi də ruslar tərəfindən öldürülüb. Trampın bu məsələ ilə öz maraqlarına uyğun manipulyasiya etməsi  Rusiyanın Suriyadakı maraqları ilə ziddiyyət təşkil etdiyi üçün, belə mənzərə yaranıb. Tərəflər geosiyasi üstünlüyə hesablanmış ritorika ilə bağlı mübarizə aparırlar”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ