Cümə axşamı günü, 05 noyabr 2026
     

Bakıdan İrəvana növbəti sərt diplomatik zərbə…

Image


Ermənistanın işğal siyasətinin ifşa olunması, ona qarşı dünya ictimaiyyətinin daha qətiyyətli addımlar atmasını təmin etmək məqsədilə Azərbaycan beynəlxalq tribunalardan kifayət qədər məharətlə istifadə edir. Məhz bunun nəticəsidir ki, indi Ermənistanın işğal siyasətini pisləyən ölkələrin, təşkilatların sayı artmaqda, bu xüsusda yeni-yeni sənədlər qəbul edilməkdədir. Elə Ermənistanda ciddi narahatlıq predmetinə çevrilən məqamlardan biri də Azərbaycanın beynəlxalq müstəvidə əldə etdiyi bu diplomatik uğurlardır.

Proseslər göstərir ki, Azərbaycan bundan sonra da Ermənitstana kəskin diplomatik zərbələr endirməkdə davam edəcək. Bunu elə Bakıda keçirilən mühüm beynəlxalq tədbirlər də təsdiq edir. Qeyd edək ki, Azərbaycan paytaxtı təkcə oktyabr ayında bir sıra beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi edib. Bu ayın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü keçirilib. Həmin tədbirdə də Ermənistanın işğal siyasəti xüsusi diqqət mərkəzində yer alaraq qəti şəkildə pislənib. Bunun ardınca Bakıda Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü baş tutur. Burada da artıq diqqət mərkəzində olan başlıca məqamlardan biri məhz Dağlıq Qarabağ münaqişəsidir. Məsələnin Qoşulmama Hərəkatı kimi nüfuzlu bir qurumda müzakirə predmeti olması isə mühüm əhəmiyyətə malikdir.

Xatırladaq ki, Qoşulmama Hərəkatı hazırda BMT-dən sonra dünyada ikinci böyük beynəlxalq təşkilatdır. Bu gün dünya əhalisinin, təqribən 55 faizi bu beynəlxalq birliyə üzv ölkələrdə yaşayır. Bu dövlətlər dünyanın neft ehtiyatlarının 75 faizindən, təbii qaz ehtiyatlarının 50 faizindən çoxuna, nəhəng insan və təbii resurslara malikdir. Üzv olduqdan 8 il sonra hərəkatın Zirvə Görüşünə ev sahibliyi etməsi Azərbaycanın beynəlxalq təşkilatlarda böyük nüfuzunun göstəricisi sayıla bilər. Hərəkat münaqişələrlə də bağlı ortaq mövqeyi bölüşür. Bu fonda Azərbaycanın yürütdüyü xarici siyasət kursu Qoşulmama Hərəkatının prinsipləri ilə uyğunluq təşkil edir. Qeyd edildiyi kimi isə, burada yenidən diqqət mərkəzinə gələn məsələlərdən biri məhz Qarabağ kofnlikti ilə bağlıdır. Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Zirvə Görüşündə bu məsələyə xüsusi toxunaraq bir daha xatırladıb ki, Azərbaycanın Dağlıq Qarabağ və ona bitişik 7 rayonu daxil olmaqla ərazilərinin 20 faizi Ermənistanın işğalı altındadır. Ermənistan tərəfindən azərbaycanlılara qarşı etnik təmizləmə aparılıb və bir milyona yaxın insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Dövlət başçısı Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi Xocalı soyqırımı barədə danışıb və həmin soyqırım zamanı 613 nəfər dinc sakinin qətlə yetirildiyini vurğulayıb. Bildirib ki, BMT Təhlükəsizlik Şurasının işğal edilmiş Azərbaycan ərazilərindən Ermənistan silahlı qüvvələrinin dərhal və qeyd-şərtsiz çıxarılmasına dair qətnamələri 26 ildir kağız üzərində qalır. Amma bəzi dövlətlərlə bağlı qətnamələr var ki, bir neçə günün içində həyata keçirilib. Bu ikili standartlar siyasətinə son qoyulmalıdır.

Bununla yanaşı, Prezident bir sıra beynəlxalq qurumların Azərbaycanın ərazi bütövlüyünün təminini tələb edən qətnamələr qəbul etdiklərini xatırladıb: “ İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Avropa Parlamenti, Avropa Şurasının Parlament Assambleyası, ATƏT və digər nüfuzlu təşkilatlar Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını tələb edən qətnamə və qərarlar qəbul etmişlər. Fürsətdən istifadə edərək Qoşulmama Hərəkatının indiyə qədər qəbul olunmuş sənədlərində münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə dəstək ifadə etdiklərinə görə üzv dövlətlərə təşəkkürümü bildirirəm. Azərbaycanın işğal olunmuş ərazilərində bütün tarixi abidələr, məscidlər, məzarlıqlar Ermənistan tərəfindən dağıdılmış, muzeylər və maddi-mənəvi sərvətlərimiz talan edilmişdir. Ermənistan məqsədli surətdə işğal olunmuş ərazilərdə Azərbaycan izini itirməyə çalışaraq bütün toponimləri erməniləşdirir. Ermənistan, həmçinin işğal olunmuş ərazilərdə beynəlxalq humanitar hüquqa zidd olaraq qeyri-qanuni məskunlaşdırma siyasəti aparır və qanunsuz iqtisadi fəaliyyətlə məşğul olur. 2016-cı ilin aprel ayında Ermənistanın törətdiyi hərbi təxribat nəticəsində aralarında bir uşaq olmaqla altı azərbaycanlı mülki şəxs həlak olmuş, 26-sı yaralanmışdır, yüzlərlə ev dağıdılmışdır. Qarabağ əzəli Azərbaycan torpağıdır və münaqişə yalnız Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır".

Yeri gəlmişkən qeyd edək ki, Qoşulmama Hərəkatının üzvləri Qarabağ məsələsində Azərbaycanın mövqeyini bölüşür. Tədbirdə iştirak edən BMT Baş Assambleyasının prezidenti Ticani Məhəmməd-Bandenin bu xüsusda fikirləri xüsusi diqqət cəlb edir. O vurğulayır ki, Birləşmiş Millətlər Təşkilatı ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı kimi məsələləri hər zaman vacib hesab edir. Buna əsaslanaraq BMT beynəlxalq hüququn formalaşması prosesinə öz dəstəyini verib. BMT dünya ölkələrinə müraciət edərək, dövlətləri bu prinsipin qorunmasına səsləyir. BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnamə qəbul etməsi və bu qətnamələrə əməl edilməməsi məsələsinə münasibət bildirən Ticani Məhəmməd-Bande qeyd edib ki, BMT öz mövqeyini qəbul olunmuş qətnamələri vasitəsilə nümayiş etdirir: “BMT bunu da vacib hesab edir ki, dövlətlərin sərhədləri dəyişdirilməməli, toxunulmaz olaraq qalmalıdır. Biz razılaşma olmadan və hər hansı güc tətbiq etməklə dəyişdirilmiş sərhədləri tanımırıq. Bu baxımdan sərhədlər toxunulmaz olaraq qalmalıdır. Bununla bağlı həm BMT Baş Assambleyasının, həm də Təhlükəsizlik Şurasının mövqeyi var və bu mövqe dəyişməz olaraq qalır. Bu gün elə bir mexanizm olmalıdır ki, bu mexanizmlə mübahisələr öz həllini tapsın, sülh bərqərar olsun. BMT-nin rolu həmin mexanizmə yardım etməkdən ibarətdir”. Tədbir iştirakçılarının ümumi mövqeyi budur ki, onlar Qarabağ məsələsinin Azərbaycanın istədiyi çərçivədə, yəni ərazi bütövlüyünün bərpası ilə həllini tələb edirlər. Elə bu da Bakının daha bir diplomatik uğuru sayılır. Digər tərəfdən, müəyyən məqamlar baxımından da Qoşulmama Hərəkatının Bakı toplantısı Azərbaycan üçün olduqca əhəmiyyətlidir. Məsələn, Bakıda belə bir forumun keçirilməsi Azərbaycana daimi diplomatik nümayəndəliklərinin olmadığı ölkələrlə əlaqələri möhkəmləndirmək üçün əlavə imkanlar yaradır. Azərbaycan torpaqlarının Ermənistanın təcavüzü nəticəsində işğal olunması hərəkatın tədbirlərində üzvlərin diqqətinə çatdırılır. Bu, bütün məsələlərin səsvermə yolu ilə həll edildiyi və hər bir səsin bərabər hüquqa malik olduğu BMT-də və digər beynəlxalq platformalarda Dağlıq Qarabağ məsələsi ilə bağlı potensial dəstək qazanmaqdır. Hərəkata üzvlük Afrika, Latın Amerikası, Sakit okean ölkələrinə çıxış imkanı verir və Ermənistanın, erməni lobbisinin burada fəaliyyətinin qarşısını almağa yardım edir. Bu baxımdan Qoşulmama Hərəkatında təmsil olunması Azərbaycanın haqq səsinin dünyada eşidilməsi üçün mühüm bir vasitədir. Məhz ölkəmizin hərəkata üzv olmasından keçən qısa müddət ərzində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq ictimaiyyət arasında Azərbaycana dəstək daha da artıb. Hələ 2012-ci ildə Tehranda keçirilmiş zirvə görüşündə qəbul olunan Yekun Sənəddə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq miqyasda tanınmış sərhədləri daxilində münaqişənin həllinə dəstək ifadə edilib. 2016-cı ildə də eyni qaydada, münaqişənin həll olunmamasına təəssüf ifadə edilib və problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə dəstək bildirilib. Bakı görüşünün də nəticəsi olaraq belə bir sənədin qəbulu gözlənilir. Bütün bunlar, öz növbəsində, Azərbaycanın Ermənistan üzərində mühüm diplomatik üstünlüyünün təmin edilməsi baxımından zəruri əhəmiyyət kəsb edir.

Qeyd olunan durumda artıq dünya birmənalı şəkildə Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktını qəbul edir, beynəlxalq hüquq normalarına uyğun olaraq onu işğal altında saxladığı əraziləri azad etməyə çağırır. Çoxsaylı nüfuzlu beynəlxalq təşkilatların qəbul etdiyi müvafiq qətnamələrdə, o cümlədən münaqişənin dinc yolla çözülməsi üçün vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk Qrupunun irəli sürdüyü həll variantlarında Ermənistanın işğalçı dövlət kimi təqdim olunması bunun faktiki sübutudur. Azərbaycan diplomatiyasının Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar bu uğurları isə beynəlxalq miqyasda Ermənistana işğal etdiyi ərazilərdən öz silahlı qüvvələrini çıxarmasına dair müraciətlərin sayının çoxalması və bunun konkret rəsmi sənədlərdə əksini tapmasıdır. Beləliklə, beynəlxalq hüquq müstəvisində Ermənistanın işğalçı dövlət olduğunu tam şəkildə sübuta yetirən, bu ölkə üzərində ciddi diplomatik qələbə qazanan Azərbaycanın sözügedən sahə üzrə fəaliyyətini daha da genişləndirməsi qarşı tərəfdə böyük narahatlığa, təşvişə yol açır. Çünki Azərbaycanın uğurla həyata keçirdiyi hücumçu diplomatiya sayəsində Ermənistanın onsuz da yaxşı olmayan beynəlxalq imici daha bərbad vəziyyətə düşməkdədir və onun işğalçı ölkə, terroru, soyqırımı tarix boyu siyasətinin əsas elementi olaraq istifadə etdiyindən dünya daha dolğun faktlar, sübutlar əsasında xəbərdar olur. Məsələyə diplomatiya, beynəlxalq hüquq kontekstindən yanaşıldıqda kifayət qədər aydın görünür ki, Ermənistan Azərbaycanın hücumçu diplomatiyası nəticəsində yenə çoxsaylı zərbələr alacaq. Elə Qoşulmama Hərəkatının Bakı görüşü də bunun daha bir təsdiqidir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ