Cümə axşamı günü, 05 noyabr 2026
     

Azərbaycan ordusunun ixtiyarında S-400 zenit raket kompleksi…

Image


Ölkəmizin strateji mütəffiqi olan Türkiyənin Rusiya ilə hərbi müstəvidə yaxınlaşması, əvvəlki kimi, ABŞ-da ciddi narahatlıq predmeti olaraq qalmaqdadır. Pentaqon rəhbəri Mark Esper bu xüsusda bildirir ki, Ankara Qərblə deyil, Rusiya ilə daha çox yaxınlaşmaqla NATO-da onları təhlükəli vəziyyətdə qoyur: “Türkiyə hamımızı dəhşətli vəziyyətə saldı. Müttəfiqlərinə qarşı yanlış istiqamətdə hərəkət edir. Müəyyən məsələlərdə Qərbdən daha çox, Rusiyanın orbitinə yaxınlaşır. Düşünürəm ki, bu, kədərli hadisədir və biz Türkiyə ilə müttəfiqliyimizi möhkəmləndirmək və onların əvvəl olduğu kimi yenidən etibarlı, güclü və məsuliyyətli müttəfiqliyinə əmin olmaq üçün birlikdə çalışmalıyıq. Bizə uzunmüddətli dövr üçün plan lazımdır”.

Bu arada ABŞ-da Türkiyə ilə bağlı maraqlı proseslərin də cərəyan etməsi müşahidə olunur. Belə ki, prezident Donald Tramp administrasiyasının vasitəçiliyilə Moskva və Ankaranın Suriya razılaşmasını uğurlu elan edib və dərhal Türkiyəyə qoyduğu sanksiyaları ləğv etməyə başlayıb. Amma Senatın Xarici Əlaqələr Komitəsinin sədri Ceyms Riş və Lindsi Qraham Türkiyə əleyhinə sanksiya qanunları irəli sürəcəklərini söyləyiblər. Digər senator  Liz Çeyni də Trampın açıqlamasından sonra Konqresin sanksiyalarla irəliləməli olduğunu bildirib. Senatın çoxluq lideri Steni Hoyer də Konqresin gələn həftə daha bir sanksiya təklifinə səs verəcəyini açıqlayıb. Artıq Konqres prezidentin razılığı olmadan Türkiyəyə qarşı sanksiyalar tətbiq etməyi düşünür. ABŞ-ın “Nəşnl İnterest” dərgisi yazır ki, bütün bunların əsas səbəbi Ankaranın Moskva ilə yaxınlaşması, xüsusən də hərbi müstəvidə silah alışını, S-400 zenit raket kompleksini daha çox sayda Türkyə ərazisinə gətirmək niyyətidir.

Xatırladaq ki, Rusiya və Türkiyə arasında daha bir neçə S-400 sisteminin satışı üçün müzakirələr aparılır. Rusiyanın “Rosoboroneksport” şirkəti də faktı təsdiq edib. Rusiya Baş nazirinin müavini Yuri Borisov da bildirib ki, Rusiya istehsalı zenit-raket komplekslərinin Türkiyəyə çatdırılması üzrə yeni müqavilənin bağlanması ehtimalı yüksəkdir: “Düşünürəm ki, ehtimal yüksəkdir. Onlarda opsion var, bunu reallaşdırmaqda haqlıdırlar”. Qeyd edək ki, Türkiyəyə zenit-raket komplekslərinin çatdırılmasına iyulun ortalarında başlanıb. Sentyabr ayında çatdırılmanın ikinci mərhələsi başa çatıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, Rusiya kompleksləri 2020-ci ilin aprelində tamamilə işə salınacaq. Amma görünən budur ki, Ankara daha çox sayda S-400 sisteminin alınmasına hazırlaşır və bu da ABŞ-ı ciddi narahat edir.

“Nəşnl İnterest” isə bildirir ki, S-400 zenit raket kompleksi təhlükəli və ölümcül silahdır. Nəşr hazırda zenit raket kompleksinin imkanlarının əvvəlki modellərlə müqayisədə iki dəfə artdığını qeyd edib. Bundan əlavə, S-400-lərin atəş məsafəsinin artırıldığı, kompleksin 4 növ raketlə uyğunlaşdırıldığı və eyni zamanda, demək olar ki, bütün hədəfləri tuta bilən həssas radarlara malik olduğu vurğulanıb. Rus hərbi ekspert İqor Korotçenko isə S-400-lərə dünyada marağın artdığını vurğulayır. Hərbi mütəxəssis bildirib ki, Səudiyyə Ərəbistanının neft platformalarına edilən hücum göstərdi ki, Türkiyə “Patriot” yerinə S-400 müdafiə kompleksi almaqla doğru addım atıb: “Səudiyyəlilərin aldığı “Patriot”lar neft infrastrukturunun ən əhəmiyyətli bazaları vurulana qədər hücum anını belə görməyib. S-400 həqiqətən də, ABŞ istehsallı beşinci nəsil görünməz təyyarələr də daxil, bütün hədəfləri görür. Bu sistem F-35 və F-22, pilotsuz uçuş aparatlarını təsbit edir və onları vuraraq yox edir. ABŞ-ın belə təşviş içində olması yaşadıqları fiasko seriyasının nəticəsidir. Əlbəttə, NATO ölkəsi olan Türkiyənin S-400 sayəsində F-35-lərin görünməz olmadığını bilməsi və müasir hava hücumundan müdafiə kompleksi ilə vura biləcək potensialda olması ABŞ üçün mövcud gerçəklərin çox narahatlıqverici olduğunu göstərir”. Amma Türkiyənin S-400-lərin alınması ilə əlaqədar atdığı addımlardan narahat olan təkcə ABŞ deyil, həm də Ermənistandır. Erməni ekspert Akop Badalyan bildirir ki, Türkiyə Rusiyadan S-400-ün alışını bundan sonra da davam etdirsə, həmin raketlərin bir hissəsini rahatlıqla Azərbaycana verə bilər: “Əslində bu, Moskvanın razılığı ilə baş tutacaq məsələdir. Rusiya Azərbaycana da S-400 verərək, onunla münasibətləri yüksəldir və bunu Türkiyə vasitəsilə etməyi düşünür”.

Hadisələrin gedişi isə, ümumiyyətlə, Azərbaycanın da S-400-lərə malik ola biləcəyini istisna etmir. Xatırladaq ki, Azərbaycan son illərdə təkcə müasir hücum silah və texnikaları ilə silahlanmayıb. Eyni zamanda öz ərazisini, strateji əhəmiyyətli obyektləri hava və raket hücumlarından qorumaq üçün dünyanın ən güclü müdafiə sistemlərini alıb. Bunlar Rusiyadan alınan S-300 PMU “Favorit” zenit-raket kompleksləridir. Onlar ballistik və operativ-taktiki raketlərdən müdafiəni təmin edən, istənilən tip hava hədəflərini vuran ən etibarlı sistemlərdən biridir. Özü də Azərbaycanda olan S-300 PMU “Favorit” Ermənistanın malik olduğu S-300-lərdən daha modern və döyüş qabiliyyətinə görə daha yüksəkdir. Ermənistan bu sistemlərin PT tipli baza və PS, Azərbaycan isə son modernləşdirilən PMU2 versiyasından istifadə edir. Ermənistana verilən sisitemlər hədəfi müəyyən etmə və vurma qabiliyyətinə görə ölkəmizdəki sitemlərdən çox geridə qalır. Ölkəmizdəki sistemlər ballistik və aerodinamik hədəfləri məhv etmək imkanına malikdir. S-300 PMU2 uzaq mənzilli zenit-raket divizionları, paytaxt Bakı və Xəzər dənizi akvatoriyasındakı strateji idarəetmə obyektləri ilə yanaşı, Azərbaycanın əsas və ehtiyat aviabazalarının, sursat anbarlarının və hərbi dəniz bazalarının hava hücumundan və taktiki raket zərbələrindən müdafiəsini təşkil edir.

İndi istisna olunmur ki, Azərbaycan ya Türkiyə, ya da birbaşa olaraq Rusiyadan S-400 müdafiə kompleksi də alacaq. Bu isə ölkənin hava hücumundan müdafiə qabiliyyətini daha da artıracaq. İndilikdə isə Azərbaycan Rusiya istehsalı olan  S-300 PMU “Favorit”, “Buk-M”, “Osa” və digər zenit-raket sistemlərinə, İsraildən alınan və dünyanın ən güclü raketdən müdafiə sistemlərindən hesab olunan “Barak-8”ə malikdir. Azərbaycanın İsraildən “Dəmir günbəz” müdafiə sistemlərini almasına dair də zaman-zaman məlumatlar dolaşır. Bütün bunlar Azərbaycanın Ermənistan üzərində üstünlüyünü davamlı şəkildə artırır.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ