Cümə axşamı günü, 05 noyabr 2026
     

Ermənistan liderləri yeni eyforiyada – Suriyadakı vəziyyətin Xankəndi aeroportunun açılmasına nə dəxli, Sarkisyanın “ölü 2011-ci il” layihəsini diriltmək cəhdi...

Image


Dağlıq Qarabağda qondarma rejimin “xarici işlər naziri” Masis Mailyan Fransanın Overn-Ron Alp bölgəsinin başçısı Loran Voke ilə “dostulq və əməkdaşlıq haqqında bəyannamə” imzalayıb. Ortaq mətbuat konfransında Mailyan Xocalı hava limanı (Ermənilər ona Stepanakert hava limanı deyirlər - M.Q.) məsələsini də gündəmə gətirib.

Ermənistan və qondarma rejim mütəmadi olaraq bu məsələni müxtəlif tribunlardan müzakirəyə çıxararaq, hava limanının fəaliyyət göstərməsinə çalışsalar da, Azərbaycanın qəti şəkildə məsələyə münasibət bildirməsinə görə buna cürət etmirlər. Mailyan bildirib ki, Azərbaycan mülki təyyarələri vuracağı ilə onları hədələdiyi üçün hava limanından istifadə edə bilmirlər. Qeyd edək ki, sözügedən aeroport ermənilər tərəfindən tam təmir edilib. Serj Sarkisyanın prezidentliyi dönəmində həmin aeroportdan İrəvan-Xankəndi reysi üçün istifadə etməyə cəhdlər olub, ancaq Azərbaycanın sərt etirazları buna imkan verməyib. Erməni KİV-i həmin aeroportun açılmasını hətta Suriya faktoru ilə izah etməyə çalışır. Bildirilir ki, 2015-ci ildə qondarma rejimin rəhbəri Bako Saakyan Moskvada keçirdiyi mətbuat konfransında həmin aeroportdan istifadəni Rusiyaya təklif etmişdi. Bunu da onunla əsaslandırmışdı ki, Rusiya antiterror əməliyyatları üçün hava limanından yararlana bilər.

Erməni KİV-i qeyd edir ki, hazırda Suriyada başqa zamandır və Ermənistan da ora edilən humanitar yardımlarda iştirak edirsə, belə addımları atmaqda ehtiyat etməməlidir. Ermənilərin qondarma quruma sərnişin hava dəhlizi açmaq cəhdləri səmərə verə bilərmi?

Siyasi elmlər doktoru Hatəm Cabbarlı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Xocalı hava limanı probleminin mahiyyətini anlamaq üçün qısa izahat vacibdir: “1974-cü ildə Xocalıda inşa edilən hava limanı Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsindən sonra fəaliyyətini təxminən 20 ildir dayandırıb. Ermənistan bu hava limanını yenidən istifadəyə vermək üçün yenidənqurma və bərpa işlərini başa çatdırıb. Verilən məlumata görə, Xocalı hava limanını “Air Artshakh” hava yolu şirkəti işlədəcək. Hava limanının rəsmi açılışı olsa da, Azərbaycan hökumətinin məsələ ilə bağlı sərt bəyanatlarından sonra istifadəsi hələ də mümkün olmayıb.

Azərbaycan hökuməti məsələni daim diqqət mərkəzində saxlayır və işğal altında olan ərazilərdə Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) başda olmaqla, bir sıra beynəlxalq təşkilatlar çərçivəsində Ermənistanın hüquqazidd hərəkətləri barədə məlumatlar verir. Belə ki, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) mətbuat xidmətindən verilən bəyanatda işğal altında olan bölgələrin hava məkanının müharibə zonası olduğu və buna görə mülki təyyarələrin bu hava məkanından istifadə etməsinin mümkün olmadığı, sadəcə, AZAL-ın Azərbaycan hava məkanını istifadə etməyə haqqı olduğunu bildirib. Ermənistanın Azərbaycanın hava məkanını istifadə etmək istəməsi 1994-cü ildə imzalanmış Çikaqo Konvensiyasının şərtlərini kobud şəkildə pozur. Hava məkanı hüquqən Azərbaycan yurisdiksiyasına aid olduğu üçün, heç bir dövlət və yaxud təşkilat, hətta İCAO olsa belə, bu hava məkanından istifadə olunması üçün Azərbaycanın icazəsi olmadan qondarma rejimə və yaxud Ermənistana sertifikat verə bilməz”.

Ekspertin sözlərinə görə, qondarma rejim rəsmiləri İCAO-dan belə bir sertifikat aldıqlarını iddia etsələr də, Azərbaycan tərəfi bunu dezinformasiya kimi qəbul edir və İCAO belə bir sertifikat vermədiyini bildirir. “İCAO-nun öz nizamnaməsini və 1944-cü il Çikaqo Konvensiyasının şərtlərini bu cür kobud və məsuliyyətsiz şəkildə pozacağı ehtimalı olduqca zəifdir.

Azərbaycan hökumətinin məsələyə sərt reaksiya verməsi və beynəlxalq aləmdə müzakirəyə çıxarmasından sonra Ermənistanın sabiq prezidenti Serj Sarkisyan məsələni siyasiləşdirmək məqsədilə Xocalı hava limanına enəcək ilk təyyarənin sərnişini olacağını bildirmişdi.

ABŞ-ın Minsk Qrupunun həmsədr ölkələrindən biri olmasına baxmayaraq, bu ölkənin bəzi Senat nümayəndələri də Xocalı hava limanının açılmasına siyasi dəstək verirlər. Belə ki, ABŞ Konqresinin üzvü Berd Şerman da Azərbaycanın mülki təyyarəni vurmaqdan çəkindirərək, bunun olacağı təqdirdə ABŞ-ın Azərbaycana iqtisadi, humanitar və hərbi yardımlarının dayandırılması məsələsini müzakirəyə çıxaracağını qeyd edib.

Məsələ ilə bağlı region mətbuatında müzakirələr davam edərkən, “Sobesednik Armenii” qəzetinin “etibarlı mənbələrə” istinadən verdiyi məlumatlara görə, qondarma “DQR”in havadan müdafiə sistemi nəinki hava limanının təhlükəsizliyini təmin etməyə, hətta Bakı hava limanını vurmağa qadir olan raketlərə sahib olduğunu qeyd edib”.

Hatəm Cabbarlı deyir ki, Ermənistan hüquqi müstəvidə mövqeyinin zəif olduğunu bildiyi üçün, bu barədə erməni diaspor təşkilatlarının köməyilə xarici dəstək arayışındadır: “Bu zaman insanların “səyahət azadlığı” arqumentini ön plana çıxarırlar. ABŞ Konqresinin ermənipərəst konqresmenləri və Avropadakı ermənipərəst siyasətçilər də bu arqumenti dəstəkləyirlər. Əlbəttə, ABŞ Konqresi və Avropadakı ermənipərəst siyasətçiləri “səyahət azadlığı” məsələsini ön plana çıxarırkən, Ermənistanın işğalı nəticəsində qaçqın-köçkün olan təxminən 1 milyona yaxın Azərbaycan vətəndaşının da “səyahət azadlığı” çərçivəsində doğma torpaqlarını geri dönmələri üçün Ermənistana təzyiq etsələrdi, bu daha inandırıcı, ədalətli və siyasi əxlaq normalarına uyğun olardı. Amma təəssüflər olsun ki, belə arqumenti ortaya atanlar bu məsələdən danışmağa cəsarət etmirlər. Ermənistan rəsmiləri və himayədarları “səyahət azadlığı” prinsipini ön plana çıxarırlarsa, ABŞ və Avropa dövlətləri 90-cı illərdə İraq problemi yaşandığı zaman İraqın şimal hissəsində “uçuşa qadağan edilmiş bölgə” yaradaraq, İraq vətəndaşlarının səyahət azadlığını niyə məhdudlaşdırırdılar? Niyə İran, Suriya və Belarus nümunəsində olduğu kimi, rəsmi dövlət nümayəndələrinin Avropa dövlətlərinə səfərlərini qadağan edərək rəsmi statusları olmasına baxmayaraq, onların səyahət azadlığına əngəl törədirlər. Bu barədə qərarların hər hansı bir beynəlxalq məhkəmə tərəfindən deyil, dövlətlərin siyasi görüşü çərçivəsində alınması da qanunsuzdur.

Beynəlxalq mülki aviasiya nəqliyyatı 1944-cü il Çıkaqo Konvensiyası və Beynəlxalq Mülki Aviasiya Təşkilatının Nizamnaməsi əsasında tənzimlənir. Hər hansı bir dövlət mülki aviasiya nəqliyyatına başlamaq üçün Beynəlxalq Mülki Aviasiya Təşkilatına müraciət edir. Çikaqo Konvensiyası və Beynəlxalq Mülki Aviasiya Təşkilatının texniki və hüquqi tələbləri tam olaraq yerinə yetirilibsə, o dövlətə mülki aviasiya nəqliyyatı həyata keçirməyə icazə verilir. Qondarma rejim nə Çikaqo Konvensiyasına tərəfdardır, nə də Beynəlxalq Mülki Aviasiya Təşkilatının üzvüdür. Ermənistan da Azərbaycan hava məkanından istifadə etmək üçün Beynəlxalq Mülki Aviasiya Təşkilatına müraciət edə bilməyəcəyinə görə qondarma rejimin məsələnin hüquqi aspektləri ilə bağlı verdiyi bəyanat dezinformasiyadan başqa bir şey deyil. Beynəlxalq hüquqa görə, işğal altında olan bölgələr üzərindəki hava məkanı Azərbaycan yurisdiksiyasına daxildir. Qondarma rejimin “müstəqilliyi” heç bir dövlət tərəfindən tanınmayıb və dolayısı ilə onun hava məkanı da yoxdur.

Son vaxtlar Azərbaycanın öz hava məkanında qanunsuz uçuşlar edəcək təyyarələri vuracağı haqqında informasiyalar verilir. Azərbaycan beynəlxalq qanunvericiliyə əsasən, Xocalı hava limanına enmək üçün Azərbaycan hava sərhədini pozmağa cəhd edən mülki təyyarələri hərbi hava qüvvələrinə aid döyüş təyyarələri ilə müşayiət edərək Azərbaycanın hava sərhədlərini tərk etməyə məcbur edə bilər.

Bununla yanaşı, Azərbaycan Xocalı hava limanı vasitəsilə işğal altında olan bölgələrə qanunsuz silah, terrorist gətirildiyini, buranın bir narkotik və qaçaqmalçılıq xətti olduğunu əsas alaraq, hava limanını raket zərbəsi ilə vura bilər. Beynəlxalq hüquqda “önləyici zərbə” anlayışı var və Azərbaycan bu hüquqdan istifadə edə bilər. Buna isə heç bir dövlət və ya təşkilat irad tuta bilməz”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ