Cümə günü, 06 noyabr 2026
     

Azərbaycan Ermənistanın “İran ümidlərinin” üzərindən birdəfəlik xətt çəkdi – Şimal-Cənub dəhlizi…

Image


Avrasiya İqtisadi Birliyinin (AİB) Ermənistanda keçirilən sammitindən sonra İrəvanın əsas niyyətlərindən biri qonşusu olan İranla iqtisadi əlaqələrin genişləndirilməsinə nail olmaq idi. Amma proseslərin gedişi Ermənistanın bu istiqamətdə də ümidlərinin puça çıxdığını göstərir. Özü də bunlar o fonda baş verir ki, İran Azərbaycanla əlaqələrini nəzərəçarpacaq dərəcədə intensivləşdirir.

İndilikdə belə görünür ki, qarşıdakı dövr ərzində, Ermənistanın istəklərinin əksinə olaraq, İran və Azərbaycan arasında iqtisadi müstəvidə əlaqələr daha da dərinləşəcək. İranın Şərqi Azərbaycan vilayətinin valisi Məhəmmədrza Purməhəmmədi də vurğulayır ki, İran Azərbaycanla bütün sahələrdə qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafında maraqlıdır. O bildirib ki, ötən il İranla Azərbaycan arasında ticarət dövriyyəsinin həcmində 74 faiz artım müşahidə edilib. Bu fakt iki ölkə arasında tranzit və yük daşınmaları, avtomobil istehsalı, səhiyyə və müalicə, kənd təsərrüfatı, texnologiya, elm və mədəniyyət sahələrində çox yaxşı əməkdaşlıq əlaqələrinin mövcudluğunu göstərir.

Vali xatırladıb ki, ötən 6 ildə prezidentlər səviyyəsində 12 görüş keçirilib: “İki ölkə arasında əlaqələrin səmimi xarakter daşıması təsadüfi deyil. İran və Azərbaycan arasında dərin tarixi, mədəni və dini bağlılıqlar var. Bütün sahələr üzrə davam edən əməkdaşlıq dostluq və qardaşlığa əsaslanır”. Məhəmmədrza Purməhəmmədi onu da bildirib ki, İranın Şərqi Azərbaycan vilayəti Azərbaycanla həmsərhəddir: “Bu isə iqtisadi və ticarət əlaqələrinin genişlənməsi və əməkdaşlığın inkişafı üçün böyük imkanlar yaradır. Dövlətlərin həmsərhəd olması tranzit yükdaşımalar üçün imkan yaradır və bu imkandan istifadə etmək lazımdır. Bunun üçün hər iki ölkənin iqtisadi potensialı var”. Qeyd edilənləri İranın Fermerlər Birliyinin Gilan vilayəti üzrə təmsilçisi Əli Dərcani  də təsdiq edir. O, İranın, onun vilayətlərinin Azərbaycanla əməkdaşlığa indi xüsusi önəm verdyini vurğulayır. Bunun ümdə səbəblərindən biri isə İran məhsullarının məhz Azərbaycan üzərindən dünya bazarlarına çıxışı üçün olduqca əlverişli şəraitin formalaşmasıdır: “Bunu Gilan vilayəti üzrə də aydın görmək olar. Bir neçə gündən sonra İranın Gilan vilayətindəki bağlardan subtropik meyvələrin yığımı və ixracı başlayacaq. Gilan vilayətinin coğrafi vəziyyəti əlverişli olduğu üçün yığılan məhsulun ixracı asandır. Bu vilayət Azərbaycanla həmsərhəddir və subtropik meyvələr Azərbaycan ərazisindən keçməklə Rusiyaya ixrac ediləcək. Cari ildə İranın Talış, Astara və Rudbar bölgələrinin bağlarında 180 min ton kivi yetişdirilib. Bu məhsulun 90 faizi Rusiyaya göndəriləcək”. Xatırladaq ki, Astara (İran) – Astara (Azərbaycan) dəmir yolu xətti istifadəyə verildikdən sonra İranın Rusiyaya ixrac etdiyi məhsulların həcmi artıb. Dəmir yolu çəkilməzdən öncə İran ixrac əməliyyatlarını yük maşınları ilə həyata keçirirdi. Bu isə həm baha başa gəlir, həm də vaxt itkisinə səbəb olurdu. Meyvə tez xarab olan məhsul olduğu üçün bazara tez çatdırılması lazımdır. İran və Azərbaycanı birləşdirən 8 kilometrlik dəmir yolu istismara buraxıldıqdan sonra bu problem aradan qalxıb. İranın Astara gömrüyündən keçməklə məhsul ixracının artması Azərbaycanın tranzit gəlirlərinin də artmasına səbəb olur.

Gələcəkdə “Şimal-Cənub” nəqliyyat dəhlizinin əsas seqmentindən biri olan Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu tam istifadəyə verildikdən sonra İranın digər vilayətlərindən, eləcə də Cənub-Şərqi Asiya ölkələrindən Rusiya və Avropaya ixrac olunan yüklər də məhz Azərbaycan ərazisindən keçməklə daşınacaq. Hələlik isə yolun Qəzvin-Rəşt hissəsi istismara verilib, Rəşt-Astara hissəsində isə işlər davam edir. Bu yol istismara verildikdən sonra Azərbaycanın tranzit gəlirləri 5 dəfə artacaq. Eyni zamanda belə vəziyyətdə İran iş adamlarının diqqəti daha çox Azərbaycana yönəlir və bu durumda Ermənistanın İran üçün çox arxa plan keçməsi də təbii sayıla bilər. Xatırladaq ki, elə Avrasiya İqtisadi Birliyinin Ermənistanda keçirilən sammitində də İran prezidenti Həsən Ruhani bütün diqqəti məhz Azərbaycandan keçən marşrutlara yönəltmişdi. Bir daha xatırladaq ki, Həsən Ruhani sammitdəki çıxışında Birliyə üzv olan dövlətləri İranın tranzit imkanlarından faydalanmağa çağırmışdı. O bildirmişdi ki, İranın körfəz, Oman və Xəzər dənizləri sahillərində böyük infrastruktura malik limanları var. Həmin dənizlərin sahillərindəki Astara, Əmirəbad, Ənzəli, Bəndər-Abbas, İmam Xomeyni, Çabahar limanları istənilən həcmdə yükləri qəbul edib yola salmaq imkanına malikdir. Bu limanlar məhz “Şimal-Cənub”  dəhlizinin formalaşmasında mühüm rol oynayır. Yəni adıçəkilən limanlara daxil olan yüklər “Şimal-Cənub” dəhlizi ilə daşınacaq. Cənub-Şərqi Asiya ölkələri Rusiya və Avropa ilə yük mübadiləsini və idxal-ixrac əməliyyatlarını məhz bu limanlar vasitəsilə həyata keçirəcək. Belə ki, yüklər dəmir yolu vasitəsilə tranzit olaraq Azərbaycan ərazisindən keçməklə Rusiyaya, oradan isə Qərbi Avropaya daşınacaq. İranın digər rəsmiləri, eləcə də iş adamlarının açıqlamalarından da belə bəlli olur ki, onlar üçün Azərbaycandan keçən “Şimal-Cənub”  dəhlizinin əhəmiyyəti gedərək artır. Deməli, belə vəziyyətdə Ermənistan ümumiyyətlə İran üçün əhəmiyyət kəsb etmir.

Bu arada bir maraqlı məqamı da qeyd edək ki, hazırda Azərbaycan-Rusiya-İran “Şimal-Cənub” layihəsinin genişləndirilməsi istiqamətində də fəal iş aparır. Məsələn,  artıq “Şimal-Cənub” enerji dəhlizinin yaradılması üzrə texniki-iqtisadi əsaslandırma sənədləri hazırlanır. Görülən bütün bu işlər enerji sahəsində də üç ölkənin əməkdaşlığının  genişlənməsinə xidmət edir. Yəni “Şimal-Cənub” təkcə nəqliyyat yox, həm də enerji sektorunu əhatə edir. Təbii ki, “Şimal-Cənub”un nəqliyyat imkanları xüsusi əhəmiyyət kəsb edir. Elə bundan irəli gəlir ki, keçən il bu dəhliz üzrə yükdaşımalar 8 dəfə, bu ilin birinci yarısında isə 63 faiz artıb. Rəşt-Astara dəmir yolu istismara verildikdən sonra yükdaşımaların miqdarı daha çox artacaq və bu da Azərbaycanın yükdaşımalardan daha çox gəlir əldə etməsi deməkdir. Əsas məqamlardan biri isə odur ki, belə vəziyyətdə Azərbaycan daha çox gəlir əldə etdikcə Ermənistan, sadəcə, buna qıraqdan baxmaqla kifayətlənməli olacaq. Çünki Azərbaycanın həyata keçirdiyi layihələr fonunda Ermənistana maraq ümumiyyətlə aradan qalxır.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ