Cümə günü, 06 noyabr 2026
     

BMT sessiyasından İrəvan sammitinə, oradan “Valday” klubuna – dünya Ermənistanın diplomatik məğlubiyyətindən danışır…

Image


Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son günlərdə ən çox diqqət çəkən məqam, heç şübhəsiz, Prezident İlham Əliyevin “Valday” klubunda səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida” bəyanatıdır. Elə bundan irəli gəlir ki, sözügedən bəyanat təkcə Azərbaycanda yox, işğalçı Ermənistanda, eləcə də beynəlxalq arenada geniş müzakirəyə səbəb olub.  

İlk növbədə o baxımdan ki, dünya ictimaiyyətinin gözü qarşısında Ermənistanın baş naziri Nikol Paşinyanın həyasızcasına Qarabağın erməni torpağı olduğunu iddia etməsinə dair yalanları Azərbaycan dövlət başçısı tərəfindən tutarlı arqument və faktlarla tam şəkildə ifşa olundu. Özü də bu ifşa mühüm bir beynəlxalq tribunadan həyata keçirildi. Məhz elə bu səbəbdən  İlham Əliyevin açıqlamaları işğalçı Ermənistanın özündə belə geniş rezonans doğurdu. Bunları erməni mediasının yazdıqlarından, ekspertlərinin səsləndirdiyi fikirlərdən də aydın sezmək olar.

Erməni mediasının yazdıqlarından belə bəlli olur ki, Paşinyan sərsəm bəyanatlarına görə “Valday” tribunasından olduqca sərt bir cavab alıb. Məsələn, “politik.am” portalı qeyd edir ki, Soçidə baş tutan “Valday” görüşü Ermənistan üçün bir sıra aspektlərdən ciddi zərbə meydançasına çevrilib: “Ermənistanda daxili siyasi mübahisələrin nizama salınmasına dair məsələlərlə məşğul olan həm ictimaiyyət, həm də ekspert-analitik dairələr bu günlərdə Soçidə baş verən mühüm bir hadisəni əldən verdilər. Söhbət prezident İlham Əliyevin də qatıldığı “Valday” klubunun XVI illik toplantısından gedir. Burada Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyevin görüşü baş tutub. İkitərəfli münasibətlər, o cümlədən hərbi-texniki əməkdaşlıq və Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi ilə bağlı açıqlamalar verilib. Xüsusilə diqqət çəkən məqam odur ki, Putin-Əliyev görüşü Avrasiya İqtisadi Birliyi Ali Şurasının İrəvan sammitindən və Rusiya prezidentinin toplantıda iştirak etmək üçün İrəvana işgüzar səfərindən dərhal sonra baş verir. Bu da, istər-istəməz, Qarabağ münaqişəsinin tənzimlənməsi cəbhəsində bəzi “irəliləyişlərin” baş verdiyini göstərir. Nə qədər təəssüf doğurucu olsa da, fakt budur ki, Azərbaycan bu il “Valday”da Cənubi Qafqaz tərəfindən təmsil olundu və Azərbaycan lideri olduqca maraqlı bir diplomatiya sərgilədi, xüsusən də gərginləşən Ermənistan-Rusiya münasibətləri fonunda əlamətdar olan Rusiya-Azərbaycan münasibətlərindən danışdı. Bunlar o vaxtda baş verir ki,  son bir neçə gündür İrəvanda hakimiyyət və hakimiyyətyönlü dairələr Paşinyanın yalnız “Baqramyan 26” ünvanının girişində prezident Putinlə görüşdüyünü nümunə gətirərək, hazırkı Ermənistan baş nazirinin “ləyaqətli” və “qürurlu” duruşu barədə danışmaq fürsətini qaçırmırdı. Əlbəttə, onlar Ermənistanın İsveçrə, Cənubi Qafqazın isə Qərbi Avropa olmadığını unutdular. Unutdular ki, bu vəziyyətdə söhbət Ermənistanın təhlükəsizliyinin qarantı və Qarabağ münaqişəsinin nizamlanması prosesində əsas rol oynayan geosiyasi güc mərkəzinin rəhbərindən gedir. Əliyev İrəvanın bu səhvlərindən məharətlə istifadə edib Rusiya-Azərbaycan münasibətləri barədə siyasi bəyanatlar verərək, hərbi-texniki əməkdaşlıqda 5 milyard dollar olduğunu və hələ də olacağını xatırlamağı unutmadı. Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Əliyevin bəyanatları da az nəzərəçarpan deyildi”. Məqalədə vurğulanıb ki, Paşinyanın Qarabağda verdiyi açıqlamada “Qarabağ Ermənistandır, vəssalam” ifadəsi beynəlxalq aləmdə bir qədər gözlənilməz oldu və geniş işıqlandırıldı. Azərbaycan prezidenti isə “Valday”ın yüksək kürsüsündə bundan faydalandı. O, Paşinyanın çıxışını alt-üst elə bildi”. Eyni mövqeni Ermənistan Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyanın bacısı Anjela Tovmasyanın sahibi olduğu "hayeli.am" saytı da sərgiləyir. Saytın "Əliyevin Paşinyana gecikmiş, lakin güclü cavabı" başlıqlı məqaləsi də yuxarıda qeyd olunan fikirləri əks etdirir. Azərbaycanın Ermənistan üzərində növbəti diplomatik qələbəsini etiraf edən belə media orqanlarna qarşı isə Paşinyan hakimiyyəti, görünür, repressiv vasitələri işə salıb.  Barəsində bəhs olunan "hayeli.am" saytının redaksiyasına təşkil edilən hücum da bunun təsdiqidir.  Saytın rəhbəri Anjela Tovmasyan hesab edir ki, baş verənlər təzyiq göstərmək, onu və qardaşını qorxutmaq məqsədi daşıyır: “Bu, saytın və şəxsən mənim müxalif mövqeyimlə əlaqəlidir. Bu tamamilə mövcud hakimiyyətin üslubunda olan şeydir". Amma istənilən halda, təkcə media yox, erməni ekspertlər də Azərbaycanın gedişlərinin Paşinyan iqtidarı üçün ciddi problemlər yaratdığını etiraf edirlər. Məsələn, politoloq Anna Karapetyan bildirir ki, Paşinyanın Qarabağ münaqişəsinin nizama salınması prosesində addımlarının reallıqdan uzaq olması Azərbaycan tərəfindən uğurla ifşa olunur. Onun sözlərinə görə, Paşinyan vacib və konstruktiv yenilik kimi hər zaman bu tezis üzərində işləyir ki, münaqişənin həlli Ermənistan, Qarabağdakı rejim  və Azərbaycan xalqları üçün məqbul olmalıdır: “Valday” müzakirə klubunda öz çıxışı zamanı Azərbaycan prezidenti Paşinyanın bu bəyanatına cavab verdi və qeyd etdi ki, onlar üçün məqbul həll Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olan həlldir. Yəni Bakı bu gün hər hansı güzəştlərə getmək niyyətində deyil və onun üçün məqbul həllə razı olub-olmayacağını Ermənistana buraxır. Belə vəziyyətdə Azərbaycanı dəstəkləyənlərin sayı artır. Hətta bu gün vasitəçilər artıq açıq mətnlə Ermənistanı qeyri-konstruktiv adlandırırlar. Bunun səbəbi “Qarabağ Ermənistandır, vəssalam” kimi hesablanmamış, populist bəyanatlardır. Bu, təhlükəsizlik də daxil olmaqla, bizim üçün ciddi problemlər yarada bilər”.

Ermənistan parlamentinin sabiq deputatı Vardan Bostancyan da bildirir ki, ölkəsinin Rusiya ilə problemlərinin dərinləşdiyi bir vaxtda “Valday” klubunda baş verənlər Azərbaycan - Rusiya münasibətlərinin fərqli məcrada inkişaf etdyini üzə çıxardı: “Bütün dünya Rusiya ilə əlaqələrdə özünü təmkinli saxlayır, lakin mən İrəvandakı Avrasiya İqtisadi Birliyi Ali Şurasının iclasında  belə bir şey görmədim. Bu cür oyunlar ölkəmiz üçün təhlükəlidir. Paşinyan-Putin görüşünün “parlaq”, “möhtəşəm” kimi şərh edilməsindən asılı olmayaraq, görüş çox kədərli idi. Halbuki, Əliyev-Putin görüşü tam fərqli bir atmosferdə keçdi”. Digər erməni analitik Karen Bekaryanın da bu xüsusda fikirləri xüsusi diqqət cəlb edir: “Avrasiya İqtisadi Birliyinin sammitində iştirak edən Rusiya prezidenti hava limanından birbaşa iclasa gəlib və həm erməni-rus əlaqələrində uzun illərdir davam edən vəziyyəti, həm də digər iştirakçıların sammitə gəlmə saatını müqayisə etsək, görərik ki, burada hər şey normal deyil. Ermənistan və Rusiya rəhbərlərinin ikitərəfli görüşü ilə bağlı kifayət qədər maraqlı vəziyyət var. Rusiya prezidentinin səfəri zamanı erməni-rus əlaqələrində mövcud olan bir sıra problemlər bəlli oldu. Vladimir Putinlə Ermənistanın ikinci prezidenti Robert Köçəryanın həyat yoldaşı Bella Köçəryanın görüşü Moskvanın Paşinyan iqtidarına hansı münasibətdə olmasının real təzahürü oldu. Birincisi, görüş Rusiyanın suveren ərazisində baş tutur, bu, hansısa bir şeyi xatırladır yoxsa yox? İkincisi, baş nazirin mətbuat katibi Rusiya prezidenti ilə ikinci prezidentin həyat yoldaşının görüşündən xəbərdar olub-olmaması ilə bağlı verilən suala cavab verərkən bildirib ki, bu barədə hava limanında öz həmkarından məlumat alıb. Nə alınır? O alınır ki, Paşinyan iqtidarının mövqeyi heçə sayılır. Amma Azərbaycana münasibətdə Soçidə tam fərqli bir mənzərə qeydə alındı. Deməli, Paşinyanın səhvləri üzündən Rusiya-Azərbaycan yaxınlaşması yeni vüsət aldığı bir vaxtda Moskva-İrəvan münasibətlərində əks proses müşahidə olunur. Bunun nəticələri isə Ermənistan üçün yaxşı olmayacaq”.

Baş verənlər fonunda Ermənistanın “1-in.am” saytı isə yazır: “Bir neçə gün əvvəl Rusiya prezidenti Ermənistana gəldi və Paşinyanla görüşdü. Amma buna paralel, yəqin ki, hakimiyyətin gözləmədiyi başqa bir görüş olub. Putin həbsdə olan və konstitusiya quruluşunu devirməkdə ittiham edilən ikinci prezident Robert Köçəryanın arvadı ilə görüşüb. Ermənistan mətbuatında dərc olunmuş bu məlumatı sonradan Kremlin mətbuat katibi Dmitri Peskov da təsdiqləyib. Habelə düz çıxıb ki, görüş Rusiyanın Ermənistan səfirliyində baş tutub. Parlamentin deputatı Yercanik Abqaryan hesab edir ki, Paşinyan-Putin görüşündən sonra rüsvayçı qalmaqal gəlib – Putin həbsxanada olan Robert Köçəryanın arvadı ilə görüşərək bununla da göstərib ki, Köçəryanı həbsə düşürən faktları nəzərə almır: “Demək istəyirəm ki, Nikol Paşinyan Rusiya prezidentinin səfərindən sonra hər şeyin yaxşı olduğunu bildirərkən göstərir ki, Putinin etdiklərini anlamır. Paşinyan Putinin qarşısında barmaqlarını şama döndərib yandırırsa, fərq etməz, Putin tərəfindən ona tabe olmayan antirusiya xadimi kimi qavranılır”. Yercanik Abqaryan Vladimir Putin-Bella Köçəryan görüşünə üz tutaraq qeyd edib ki, bu, ağır cinayətlərdə ittihama görə  həbsdə olan Robert Köçəryana dəstəkdir. Özü də Paşinyanın ABŞ-dan əliboş döndüyü bir vaxtda bunlar baş verir:  “Paşinyan ABŞ-a yollandı, BMT-nin mənzil-qərargahında çıxış etdi, amma bütün problem bundadır ki, Amerika administrasiyasının əsas fiqurları ilə görüşməyib. Xüsusən də ABŞ prezidenti Donald Trampla ikitərəfli görüş olmayıb, qalan görüşlər isə ikinci dərəcəli xarakter daşıyırdı. ABŞ prezidenti və ümumiyyətlə ABŞ onu soyuq qarşıladısa, deməli, hər şey aydındır. Onu da nəzərə almaq gərəkdir ki, Tramp indiki anda Rusiyaya qarşı ümumiyyətlə heç bir addım atmır. Və bu durumu gözə almaq gərəkdir”.

Hazırkı vəziyyətdə isə Putinin davranışları Ermənistanın Rusiyanın da dəstyindən məhrum olduğunu göstərir. Halbuki, bunlar fonunda Azərbaycan-Rusiya münasibətləri dinamik inkişaf edir və bunu Prezident İlham Əliyev “Valday” müzakirə klubunda xüsusi qabartdı. Rusiya-Azərbaycan münasibətlərinin belə inkişafı ilə Azərbaycan həm də Qarabağ münaqişəsinin həllini Moskvanın yardımı ilə tezləşdirmək istəyir. Hadisələr də elə buna doğru gedir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ