çərşənbə günü, 11 noyabr 2026
     

Bakı İrəvanı həm Qərb, həm də Rusiya cəbhəsində əhəmiyyətli dərəcədə sıxışdırır

Image


Bu gün Azərbaycanın Ermənistan qarşısında ən böyük üstünlüklərindən biri də diplomatiya sferasında işğalçı ölkəni getdikcə daha çətin vəziyyətdə qoymasıdır. Söhbət burada təkcə Ermənistanın işğalçı olmasını təsbit edən çoxsaylı qərar və qətnamələrin qəbulundan getmir. Azərbaycanın diplomatik üstünlükləri həm də onunla şərtlənir ki, bu gün regionda Ermənistan dünya üçün ikinci plana keçən bir ölkəyə çevrilib. Məhz bunun nəticəsidir ki, regionda Azərbaycanla birgə transmilli layihələr həyata keçirlən Ermənistan heç yada da düşmür.

Digər tərəfdən Cənubi Qafqazda böyük dövlətlərin geosiyasi maraqları fonunda yuxarıda qeyd olunanların daha bir təsdiqini görmək olar. Faktdır ki, indi regionda ABŞ, Avropa İttifaqı, Rusiya, İran, Türkiyə və Çin aktiv fəaliyyət göstərir. Bu məqam özü ilə konkret ziddiyyətləri də regiona gətirir. Elə bundan irəli gəlir ki, artıq  Ermənistan bu mübarizənin altında əzilən bir tərəfə çevrilib. Ermənistan bu vəziyyətdə nə Rusiyadan tam ayrıla, nə də Qərbə tam yaxınlaşa bilir. Əksinə, hər iki tərəfin Ermənistan üzərində təzyiqləri artır. Amma Azərbaycan hər iki tərəflə eyni hüquqlu, bərabər səviyyəli əməkdaşlıq qurub. Bunun özü də ölkəmizin Ermənistanla müqayisədə üstünlüyünü aydın şəkildə meydana qoyur. Belə vəziyyət Dağlıq Qarabağ münaqişəsinə münasibətdə də özünü qabarıq büruzə verir. Məsələn, elə Rusiya mediasında və ekspert dairələrində Ermənistan getdikcə daha çox işğalçı ölkə qismində göstərilir, zəbt olunmuş ərazilərin azad edilməsinin vacibliyi vurğulanır. Qərb müstəvisində də eyni hal müşahidə edilir. NATO və Avropa İttifaqının Brüssel sammitləri bunun ən real təsdiqi oldu. Burada Avropa İttifaqı və NATO Ermənistanı  pərişan etdi. Rusiyadan üz döndərməklə baş nazir Nikol Paşinyan Qərbin onu bağrına basıb hər dediyinə hə cavabı verəcəyini gözləsə də, tamam başqa mənzərə ilə üzləşdi. Bu, Ermənistan üçün böyük zərbə oldu. Brüsseldə diqqət çəkən məsələlərdən biri isə Dağlıq Qarbağ münaqişəsi ilə bağlı erməni tərəfinin siyasi avantürasına son qoyulması oldu. Belə ki, Avropa İttifaqı və Azərbaycan arasında imzalanan Tərəfdaşlıq Prioritetləri Sənədində  Avropa İttifaqı tərəfindən növbəti dəfə Azərbaycanın ərazi bütövlüyü, suverenliyinə dəstək ifadə olundu. NATO-ya üzv ölkələrin liderlərinin Brüsseldəki sammitinin yekunlarına dair bəyənnamədə yer alanlar da  Ermənistan üçün daha bir diplomatik zərbə oldu. NATO-nun Brüssel sammitində qəbul edilən Yekun Kommünikedə Azərbaycanın ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının xüsusi olaraq qeyd edilməsi ölkəmizin diplomatik uğuruna çevrildi. Sənədin birinci bəndində qeyd edildiyi kimi, əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə qarşılıqlı maraq və birgə dəyərlərə əsaslanaraq Azərbaycan və Avropa İttifaqı tərəfindən birgə tərəfdaşlıq prioritetləri razılaşdırılıb. Eyni zamanda, birinci bənddə hər iki tərəfin ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi ilə yanaşı, dövlətlərin beynəlxalq sərhədlərin toxunulmazlığının dəstəklənməsinə sadiqliyi ifadə olunur. Digər tərəfdən, Ermənistandan fərqli olaraq,  Avropa İttifaqı başqa müstəvilər, o cümlədən iqtisadi sahədə Azərbaycanla əməkdaşlığı genişləndirməyə hazır olduğunu bəyan edir. Bütün bunlar həm də Ermənistanın Qərb ümidlərinin puç olması anlamına gəlir.

İndi yaranmış vəziyyətdə İrəvan yenidən Rusiya ilə yaxınlaşmaq kursu götürməyə çalışır. Paşinyan yenidən Moskvanın ünvanına təriflər yağdırır, ölkəsinin Avrasiya İqtisadi İttifaqında, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında qalacağını, NATO-dan uzaq gəzəcəyini bəyan edir. Avrasiya İqtisadi İttifaqı Ali Hökumətlərarası Şurasının iclasında iştirak etmək üçün Sankt-Peterburqa yollanan  Paşinyan “Exo Moskvı” radiostansiyasına müsahibəsində bu xüsusda bildirir: “Ermənistan NATO-ya üzv olmağa can atmır, çünki respublikanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı qarşısında öhdəlikləri var”. O, müsahibəsində 102-ci  Rusiya hərbi bazasının Ermənistanın təhlükəsizliyi təmin etmək üçün mövcud olduğunu deyib. Paşinyanın sözlərinə görə, Ermənistan-Türkiyə, Ermənistan-İran dövlət sərhədlərində xidmət edən Rusiya sərhəd qoşunları da ölkədə qalacaq: “Çünki bu, Ermənistana çox güclü köməkdir”. Ekspertlər isə diqqəti ona yönəldir ki, Paşinyan bu mövqeyi məhz Brüssel uğursuzluğundan sonra nümayiş etdirir. Brüsseldə əks vəziyyət müşahidə olunsaydı, Paşinyan Rusiya ilə bağlı daha fərqli açıqlamalar verərdi və bunu Moskvada da yaxşı bilirlər. Elə bu səbəbdən Kremldə Paşinyana etibar edilmir və onun müxtəlif formada cəzalandırılaraq hakimiyyətdən uzaqlaşdırılması diqqət mərkəzindədir.  

Moskvanın isə əlində Ermənistanda hakimiyyət dəyişikliyinə getmək üçün kifayət qədər rıçaqlar var. Məsələn, məlumdur ki, Ermənistan iqtisadiyyatının təxminən 70%-i Rusiyanın əlindədir. Mobil operatorlar bazarı, bank, enerji sektoru Rusiyadan tam  asılı vəziyyətdədir. Digər tərəfdən, təxminən 2,5 milyon erməni Rusiyada yaşayır ki, onlar da Ermənistana hər il 1 milyard dollara yaxın vəsait göndərir. Bu da Ermənistanda sosial gərginliyin azaldılmasına xidmət edən əsas faktorlardan biridir. Rusiya bu transferlərə də maneə yarada bilər. Yəni  Rusiyanın Ermənistana təzyiq vasitələri kifayət qədər genişdir. Ekspertlər hesab edir ki, Moskva bu kontekstdə Qarabağ məsələsindən də istifadə edə bilər. Bütün bunlar aydın göstərir ki, Qərb cəbhəsindən əli üzülən Paşinyanın Rusiya ilə də münasibətləri normal deyil. Məhz bu halın Qarabağ münaqişəsinin həllinə təsirinin tezləşdirilməsi istiqamətində Azərbaycan çevik diplomatik gedişlər edir.

Daha bir önəmli məqam Bakının İrəvanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Avrasiya İqtisadi İttifaqında sıxışdırmasıdır. Əslində, bu vəziyyətdən Paşinyan özü də ciddi narazılıq edir. Məsələn, Avrasiya İqtisadi İttifaqı çərçivəsində əməkdaşlığın daha da səmərəliliyi ilə bağlı danışarkən, Paşinyan bu qurum  üzvləri tərəfindən Azərbaycana silah satılmasını nəzərdə tutaraq, təşkilat üzvlərinin “bir-birinin maraqlarına zidd” hərəkətlərə yol verildiyini bəyan edib. O, Belarusun Azərbaycanı “Polonez” tipli yaylım atəşi sistemi ilə təchiz etməsini buna misal çəkib: “Əlbəttə, bizim Belarusun Azərbaycana silah satmasına dair narahatlığımız var. Və bu, münasibətlərimiz üçün böyük problem yaradır… Bir halda ki, Ermənistanla Belarus eyni hərbi-siyasi qurumun – Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının  üzvləridir, Ermənistanın bütün vətəndaşları Belarusun Azərbaycana silah satmasından narazıdır. Biz Belarusun maraqlarına hörmətlə yanaşırıq, Belarusun da bizim maraqlara hörmətlə yanaşmasından əmin olmaq istərdik”. Amma Paşinyanın bu narazılığına baxmayaraq, Belarus Azərbaycanla hərbi əməkdaşlığını daha da dərinləşdirməkdə maraqlı oluğunu bildirir. Bunu  Belarusun Dövlət Hərbi-Sənaye Komitəsinin sədri, general-mayor Oleq Dviqalyov da təsdiq edir. O,  ölkəsi ilə Azərbaycan arasında hərbi və hərbi-texniki sahədə birgə fəaliyyətin nəticələrindən məmnunluq ifadə edərək, bu müstəvidə əməkdaşlığın daha da inkişaf etdirilməsinə hazır olduqlarını qeyd edir. Oleq Dviqalyov Belarus hərbi-sənaye kompleksi müəssisələrinin istehsal etdiyi, bütün qoşun növləri üçün nəzərdə tutulmuş müxtəlif təyinatlı hərbi məhsulların Azərbaycan Ordusunun silahlanmasına qəbul edilməsini də müsbət qiymətləndirir. Xatırladaq ki, Bakı və Minsk artıq Azərbaycan Ordusunun döyüş qabiliyyətinin daha da yüksəldilməsinə yönəlmiş yeni böyük layihələrin həyata keçirilməsi istiqamətlərini də müəyyənləşdiriblər. Bütün bunlar isə Paşinyanın Belarusdan narazılığının bu ölkə üçün hər hansı əhəmiyyət kəsb etmədyini göstərir.

Yaranmış vəziyyətdə başqa bir önəmli məqam hərəkətləri ilə artıq qeyri-sabit adam təsiri bağışlayan Paşinyanın erməni cəmiyyətində də nüfuzunu sürətlə itirməsidir.Onun Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin Sankt-Peterburqda keçirilən iclasında iştirak etmək üçün Rusiyaya səfəri fonunda bu məqam daha aydın nəzərə çarpır.  Erməni mediası yazır ki, Paşinyan əvvəlcə iclasa öz müavinini göndərmək istəyirdi. Lakin yenə Ermənistan mediasının yazdığına görə, Kreml Paşinyandan özünün gəlməsini tələb edib. Bu məsələ hətta Putinlə Paşinyanın telefon danışığında da müzakirə edilib.
Ermənistanın baş nazirinin həmin iclasa qatılması və Moskvaya ünvanlanmış “biz Avrasiya İqtisadi ittifaqının işini iflic etməyə hazırlaşmırıq” sözləri isə erməni ictimaiyyətində narazılıqla qarşılanıb. Xüsusilə Panik kəndində rus hərbçiləri ilə baş verən qalmaqaldan sonra ermənilər Paşinyan hökumətinin Rusiyadan üz çevirmək istiqamətində hərəkət edəcəyini düşünürdü. Lakin Nikol, dediklərinin tam əksinə olaraq, Putinin hüzuruna qaçdı. Erməni şərhçi Tevos Arşakyan yazır ki, Paşinyanın izahatı cəmiyyəti təmin etmədi və cavabsız suallar doğurdu: “Ermənistanın xarici siyasətində son addımları təhlil edəndə, xüsusilə NATO sammitində iştirak, Avropa İttifaqının liderləri ilə görüş və sair proseslər yeni hökumətin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi İttifaqı kimi rus birliklərindən tədricən uzaqlaşdığı görüntüsü ortaya çıxır. Biz hamımız əla anlayırıq ki, rus ittifaqları Ermənistana heç bir iqtisadi dividend gətirmədi, hətta idxal-ixrac disbalansını düzəltmədi. Və birdən Paşinyan rus ittifaqının iclasında iştirak etmək üçün yola çıxır. Doğrudanmı o geri çəkilir, yaxud da Sankt-Peterburqa getməyə məcbur edilib? Paşinyan iclasa getməməli və Rusiyanın son vaxtlar işə saldığı şantajları qəbul etmədiyini göstərməli idi. Lakin Paşinyan, milli maraqların zərərinə olsa da, “Tayqa ittifaqı”na yaxşı niyyət göstərmək üçün Sankt-Peterburqa getdi”. Erməni şərhçi qeyd edir ki, bu, cəmiyyətdə onun nüfuzunu sürətlə aşağı salır. Belə vəziyyətdə isə Paşinyan nə uzun müddət hakimiyyətdə qala, nə də indiki təcavüzkar Qarabağ siyasətini davam etdirə bilər.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 12:28
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ