Rusiya Dağlıq Qarabağ münaqişəsi tərəfləri arasında istənilən müsbət razılaşmanı alqışlayır. Trend-in məlumatına görə, bunu Bakıda jurnalistlərə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova deyib.
M.Zaxarova qeyd edib: "Bu problemləri ekspertlər müzakirə edirlər. Biz informasiya məsələləri ilə məşğuluq".
O bildirib ki, Azərbaycan və Ermənistan arasında görüş müxtəlif səviyyələrdə keçirilir: "Biz hər iki tərəfin razılığa gəldiyi, konstruktiv keçirilən istənilən görüşü alqışlayırıq və ən əsası, əgər müsbət nəticələr əldə olunursa".