Cümə günü, 13 noyabr 2026
     

Suriyanın bölüşdürülməsi reallaşır...

Image


Suriyada mövqeləri toqquşan Rusiya və ABŞ arasında bu dəfə daha təhlükəli qarşıdurmaya hazırlıq getdiyi müşahidə edilməkdədir. Xüsusən də fevralın 7-də Suriyanın Deyr əz-Zor əyalətində Amerika aviasiyasının endirdiyi zərbələr nəticəsində xeyli sayda  rusiyalı muzdlunun həlak olması fonunda vəziyyətin daha da qəlizləşdiyi görsənir.

“Vaqner” hərbi şirkətindəki mənbə “Vedomosti” qəzetinə bildirir ki, ABŞ-ın endirdiyi hava zərbələri nəticəsində  50-dək Rusiya və Ukrayna vətəndaşı həlak olub. Sonrakı bir neçə gün ərzində digərləri barədə məlumatlar aydınlaşıb. 70 nəfər isə yaralanıb. Suriyalı döyüşçülərlə birgə həlak olanların ümumi sayı 100 nəfərə çatır.

Amma Rusiya Dövlət Dumasının keçmiş deputatı Viktor Alksins zərbələr nəticəsində 334 rusiyalı muzdlunun həlak olduğunu açıqlayıb. O, “Dojd” telekanalının efirində bildirib ki, həmin rəqəm Suriyada döyüşənlərin ailələrindən alınan məlumatlara və son hadisələrin iştirakçıları ilə söhbətlərə əsaslanır. O da məlum olub ki, ABŞ ordusu həmin qruplaşmaya qarşı, B-52 strateji bombardmançıları da daxil olmaqla, bir neçə tip təyyarə və vertolyotdan, o cümlədən zərbə pilotsuz təyyarəsindən ibarət armada tətbiq edib. ABŞ Hərbi Hava Qüvvələrinin mərkəz komandanı, general-leytenant Ceffri Harriqan bununla bağlı bildirib: “Bu hücumun əvvəllərində həmin rayonda koalisiya qüvvələrinin F-22 “Raptor” qırıcısı və MQ-9 pilotsuz zərbə təyyarəsi hava məkanına nəzarət edirdi. Üç saat ərzində ABŞ Hərbi Hava Qüvvələrinin “Suriya Demokratik Qüvvələri” ilə birlikdə fəaliyyət göstərən aviatüşlayıcıları təyyarələrin və yerüstü artilleriyanın dəqiq zərbələr endirməsi üçün koordinatlar verib. Onlar F-15E, MQ-9, B-52, AC-130 “Spektr” təyyarələrinə və AH-64 “Apache” vertolyotlarına dəqiq zərbələr endirməkdə kömək etdi və təcavüzkarın hücumunu dəf edib, onları əks hücumla geri oturtmağa, bir neçə tankı və artilleriya qurğusunu məhv etməyə imkan verdi”.

ABŞ-ın qabaqcıl silahlar vasitəsilə atdığı addımdan sonra üzə çıxıb ki, Rusiyanın beşinci nəsil Su-57 qırıcıları Suriyaya göndərilib. Bununla yanaşı, Hmeymin aviabazasına 4 Su-35S qırıcısı, 4 Su-25 hücum-bombardmançı təyyarəsi və A-30 erkən xəbərdarlıq radiolokasiya təyyarəsindən ibarət aviaqruplaşma da göndərilib. Təyyarələr Xəzər dənizi üzərindən uçaraq İran və İraqın hava məkanından keçib. Rusiyanın Suriyaya başda, iki ən yeni Su-57 qırıcısı olmaqla, iri aviaqruplaşma göndərməsi prezident Vladimir Putinin qoşunların bu ölkədən çıxarılmasına dair ötən ilin dekabrında Hmeymim aviabazasında verdiyi əmrdən təqribən iki ay sonraya təsadüf edir.

Artıq  Su-57 qırıcılarının Suriyaya göndərilməsi qərb informasiya məkanında qızğın müzakirələrə səbəb olub. Britaniyanın “The Express” tabloidi hətta yazır: “Putinin qorxunc Su-57 qırıcılarını zəncirdən açıb buraxdılar”. Bir sıra nəşrlər qeyd ediblər ki, qırıcıların Suriyaya göndərilməsi Rusiya xarici işlər naziri Sergey Lavrovun ABŞ-a Suriyada “daha ehtiyatlı hərəkət etmək” barədə sərt xəbərdarlığından bir neçə gün sonra baş verir. Lavrov ABŞ-ın kürdlərin əli ilə Suriyanı bölmək planlarından danışaraq bildirib: “Mən amerikalı həmkarlarımı odla oynamamağa çağırıram”. Ən əsası, Rusiya muzdlularının Deyr əz-Zorda kürdlərin nəzarətində olan “Konoko” neft-qaz emalı zavoduna hücum zamanı Amerika aviasiyası tərəfindən darmadağın edilməsi fonunda baş verir.

Lakin belə görünür ki, Rusiyanın məqsədi həm ABŞ-a güc nümayişi, həm də öz hərbi sənayesinin daha bir nailiyyətini sınaqdan keçirməkdir. İndiyədək Rusiya Suriyadan poliqon kimi istifadə edib və bir sıra döyüş texnikasını, silahları ilk dəfə orada sınaqdan keçirib. Məsələn, Xəzər dənizindən “Kalibr” qanadlı raketləri ilə ilk dəfə Suriya ərazisinə zərbələr endirilib. Rusiya KİV-i yazır ki, Su-57 qırıcılarının uçuş sınaqları bu yaxınlarda başa çatıb. İndi bu təyyarələri real döyüş şəraitində də sınaqdan keçirmək pis olmazdı.

ABŞ Hərbi Hava Qüvvələrinin generalı Mayk Holms isə artıq etiarf edib ki, Suriyaya beşinci nəsil Su-57 təyyarələrinin gətirilməsi ABŞ Hərbi Hava Qüvvələrinin bu ölkədəki işini çətinləşdirir. Bununla da ABŞ ilk dəfə olaraq Su-57-lərin Suriyaya göndərildiyini təsdiqləyib. Baş verənləri şərh edən Yaxın Şərq üzrə ekspert Mixail Maqid bu xüsusda bildirir: “Ciddi desək, artıq heç bir Suriya yoxdur – böyük dövlətlər hazırda orada öz müttəfiqlərinə söykənərək onun ərazisini bölüşdürür. İndi bölgü bu cürdür: amerikalılar “Suriya Demokratik Qüvvələri”nə (PKK döyüşçüləri və bəzi ərəb tayfalarının ittifaqı) söykənir və onların köməyi ilə Suriya ərazisinin 20%-nə, Suriya neftinin 80%-nə nəzarət edirlər. Əsəd və müttəfiqləri (İranyönlü şiə könüllü yığması, İran silahlı qüvvələri və Rusiya qoşunları) Suriya ərazisinin böyük hissəsinə göz qoyurlar.Bununla yanaşı, Türkiyə Suriya müharibəsində getdikcə daha müstəqil oyunçuya çevrilir. Ankara antiəsəd müxalifətin bir qisminə söykənməklə Suriyanın şimalında bir sıra rayonları, hər şeydən əvvəl Bab-Cərablus-Əzaz rayonunu ələ keçirib”. Ekspert qeyd edir ki, artıq bu qüvvələrin üz-üzə gəlməsi an məsələsidir və bu hal Suriyada yeni dünya savaşının əsasını qoya bilər.

Tahir  TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ