Cümə günü, 13 noyabr 2026
     

Ağdamda bizə dedilər ki, Xocalıda həmin gecə insanlara divan tutublar… - MÜSAHİBƏ

Image


Xocalı faciəsi tariximizdə heç zaman unudulmayacaq. Əslində bu soyqırımını bütün dünya unutmamalı, onu törədənləri, günahkarları əbədi lənətləməlidir.

Tarixin müxtəlif dönəmlərində ermənilər tərəfindən soyqırıma məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə 1992-ci ilin qarlı qışında Xocalıda üzləşdi. Dövlət müstəqilliyini yenicə qazanan Azərbaycanın üzləşdiyi ərazi itkisi ilə yanaşı, əsrin ən dəhşətli faciələrindən birini yaşaması ölkəmizin yeni tarixinə qara hərflərlə yazıldı. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum etdilər. Əvvəlcə şəhər dörd tərəfdən erməni qoşunları tərəfindən əhatə olunmuş, sonra isə Xocalıya artilleriya və ağır hərbi texnikadan güclü və amansız atəş açıldı, az bir vaxt ərzində yanğın baş verdi, hər tərəf tamamilə alova büründü. Şəhərin müdafiəçiləri və yerli əhali buranı tərk etməyə məcbur oldular.

Müsahibimiz Şahid Muradov da o zaman Xocalı rayon milis bölməsində sıravı kimi işləyən və şəhərin müdafiəçilərindən idi. Faciənin iştirakçısı kimi keçmişə qayıdıb həmin hadisələri xatırlamaq onun üçün çətin olsa da, həmin hadisələri çox dəqiqliklə nəql edə bildi.

-Şahid müəllim, artıq 26 il ötür, cətin olsa da orda baş verən hadisələri bizimlə bölüşməyinizi xahiş edirəm.

-Faciə ərəfəsində bizim milis bölməsinin digər əməkdaşları kimi məndə xidməti vəzifəmi yerinə yetirirdim. Fevralın 25-də biz adəti üzrə postlara bölündük və hər kəs öz postunda xidtmətə yollandı. Axşam saat 9 radələrində müşahidə etdim ki, Xankəndi istiqamətindən 366-cı alayın zirehli texnikaları Xocalını mühasirəyə alır. Təqribən 21:30 radələrində artıq ağır artilleriyalarla şəhəri atəşə tutmağa başladılar. Qeyd edim ki, o zaman nə Xocalıdakı özünümüdafiə dəstəsində, nə də milis məntəqəsində iriçaplı döyüş silahı vardı. 

-Əvvəlcədən hücum olacağı barədə hər hansı bir məlumat var idi?

-Xeyr, insanlar heç bir məlumat olmadığı üçün öz gündəlik işləri ilə məşğul idi. Əgər məlumat olsaydı, biz ən azından qadınları, uşaqları, qocalı hücumdan qabaq  Xocalıdan çıxara bilərdik. Artıq 26-na keçən gecə şəhər işğal olundu və insanlar qeyri planlı şəkildə şəhəri tərk edirdilər.  Mənim xidmət etdiyim postda məndən başqa 12 nəfər könüllü döyüşçülər var idi. Biz onlarla bərabər Xocalıya qayıdıb qalan insanlarla birgə şəhəri tərk eləmək istəyirdik. Geri qayıdan  bir evin zirzəmisəndən insan səsləri gəldiyini eşitdik. Zirzəmiyə baxanda gördük ki, orada 90-a yaxın insan gizlənib və şəhəri tərk edə bilməyiblər. Mən milis bölməsinin inzibati binasına daxil olanda  gördüm ki digər əməkdaşlarımız əhali ilə birgə şəhərdən çıxıblar. Daha sonra həmin insanları öz döyüş yoldaşlarımız birgə yenicə tikilmiş 5 mərtəbəli binaya aparıb,  pərakəndə şəkildə binanın otaqlarında yerləşdirdik və özümüz binanın damına çıxaraq döyüş mövqeləri qurduq.  Həmin an xoşbəxtlikdən milli ordunun sursatını daşıyan bir UAZ markalı avtomobil binanın yanında tərk edilmiş vəziyyətdə olduğunu müşahidə etdik. Bu bizə bir neçə saat da olsa müdafiə olunmaq üçün yaxşı fürsət idi. Səhər saatlarında şəhərin talan olunması başlandı. Talan zamanı Xankəndinin işğalı zamanı Xocalıya sığınmış bir qaçqın ailənin ermənilər tərəfindən zorla maşınlara mindirldiyini görəndə artıq biz sakit dayana bilmədik. Atəş açaraq həmin insanları xilas etməyə çalışdıq və beləliklə bizim yerimizi bildilər. Yarım saat müddətində binanın ətrafını həm zirehli texnika həm də əsgərlər mühasirəyə aldılar. Səhər saatlarından gün batana kimi təslim olmadan onlara atəş açdıq. Baxmayaraq ki, onlar bizə tez-tez səsgücləndirici vasitə ilə təslim olmağımızı deyirdilər. Biz son gülləmizə qədər döyüşəcəyimizi, əsir düşməkdənsə ölməyi qət etmişdik. Öz-özlüyümdə düşünürdüm ki, şəhərdən qaça bilən əhali bizə kömək yollayacaqlar. Daha sonra bildim ki, onları meşədə qətlə yetiriblər. Axşama yaxın artıq onlar bizi unudub, şəhəri qarətlə, yağmalamaqla məşğul idilər. Bundan istifadə edərək insanları binadan çıxararaq Ağdam istiqamətində yola düşdük. Hədəfimiz Qar-Qar çayını keçməklə meşəliyə daxil olmaq, oradan isə Ağdama çatmaq idi. İnsanlar yalın ayaqla çayı keçdikdən sonra meşəyə daxil olduq. Ən dəhşətli məqamlardan biri yaşlı insanlar hərəkət edə bilmədikdə qohumları tərəfində meşədə qoyulması idi. Düşünə bilirsinizmi? 50 yaşlarında bir kişi ahıl anasını diri-diri ağlayıb orda qoyurdu. Günü bu gün də o hadisə mənim gözüm önündən getmir.Bundan başqa, ordakı uşaqlar həm aclıq həm də soyuqdan çox əziyyət çəkirdilər. Bir neçəsi buna görə rəhmətə getdi. Bu zülmlərlə biz artıq ayın 28-i Ağdama çata bildik və bizimlə bərabər olan insanların çox hissəsini o dəhşətli qətliamdan sağ çıxara bildik.

-Ağdama çatana qədər sizdən əvvəl çıxan əhalinin aqibətindən xəbərdar idinizmi?

-Meşədə bəzi donmuş insanların cəsədlərinə rast gəlsək də, əhalinin başqa bir istiqamətlə hərəkət edib canlarını qurtardıqlarına ümid edirdik. Lakin Ağdamda bizə dedilər ki, Xocalı əhalisinə həmin gecə divan tutulub…

Eşqin QASIMOV
polis leytenantı



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ