Cümə günü, 13 noyabr 2026
     

“Qarabağı yalnız müharibə yolu ilə” məntiqini əsas tutan prezidentliyə namizəd danışır… - MÜSAHİBƏ

Image


Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağının qarşıdan gələn prezident seçkilərində namizədliyini irəli sürməsi gözlənilməz oldu. Bu həm də namizədlərin əksəriyyətindən fərqli olaraq, QAT sədrinin marafondakı ilk cəhdidir. Onun bu istəyi həm də birmənalı qarşılanmadı. Sosial şəbəkələrdə bu istək hətta ciddi tənqidə də məruz qaldı.

Akif Nağı isə prezident seçilmək arzusunda israrlı oldu və seçkiyə gedəcəyini bəyan etdi. A.Nağı ilə məhz bu maraqlı və təzadlı məqamların niyə yaranması və digər mövzularda söhbət etmək qərarına gəldik.

- Akif bəy, siz meydançaya yeni girən oyunçuya bənzəyirsiniz. Özü də bu qərarı gözlənilmədən, bir qədər gec vermiş oldunuz. Nə baş verir, niyə birdən-birə prezident olmaq istədiniz?

- Biz  təşkilat olaraq siyasi proseslərdə iştirak etmirik. Üzvlərimiz və mən parlament seçkilərində iştirak etsək də, bu bizim fərdi vətəndaş mövqeyimiz olub. Prezident seçkilərinə gəldikdə isə, hesab edirəm ki, bu olduqca mühüm bir hadisədir. Təşkilatda müəyyən məsləhətləşmələrimiz oldu. Təbii ki, Qarabağ Azadlıq Təşkilatı (QAT) ictimai qurum olduğu üçün, öz adından namizəd irəli sürə bilməz. Mən namizədliyimi fərdi qaydada irəli sürmək qərarına gəldim. Ancaq hamı məni QAT sədri kimi tanıyır. Bu baxımdan da QAT-ın məsələyə mövqeyini öyrənmədən bu qərarı verə bilməzdim. Bu da xeyli vaxt apardı. Hətta bu qərarın müzakirəsi üçün Ali Məclisin növbədənkənar iclasını da çağırdıq. Yekun qərarımız bu oldu ki, seçkidə iştirak edim.

- Deməli, seçki prosesində sizdən  heç də az tanınmayan QAT adı çəkilməyəcək. Hər halda, bu sizin üçün yaxşı hal sayılmayacaq...

- Biz istərdik ki, belə olmasın, ancaq qanunvericilik buna imkan vermir. Çünki QAT ictimai fəaliyyətlə məşğul olan qeyri-hökümət təşkilatıdır.

- Hiss olundu ki, QAT-dan seçkidə iştirakla bağlı razılığı almaq sizin üçün asan olmayıb. Təşkilatda bunu istəməyənlərin arqumenti nədən ibarət idi?

- Ali Məclisin toplantısı ərəfəsində seçkidə iştirak edib-etməməklə bağlı mənim öz qərarımda da tərəddüd vardı. Sosial şəbəkələrdə gedən müzakirələrdə mənim seçkidə iştirakımın əleyhinə çoxlu fikirlər səsləndirildi. Arqumentlər fərqli idi. Hətta məndən seçkidən imtinanı acizanə şəkildə xahiş edənlər belə oldu. Əsasən də deyirdilər ki, QAT-ın missiyası böyükdür, onu siyasətə qatmaq lazım deyil. Mühacirətdə olan Milli Qəhrəman Şahin Tağıyev də məndən belə bir xahiş etdi. Bu adam bizim təşkilatın yaradıcılarından olub. Buna görə də Ali Məclisin iclası başlayan kimi mən bəyan etdim ki, seçkilərdə iştirakla bağlı fikrimdən daşınmaq istəyirəm. Ancaq QAT üzvlərinin əksəriyyəti seçkilərdə iştirakımı tələb etdilər. Onların da əsas arqumenti bundan ibarətdir ki, biz  yaradılacaq şəraitdən maksimum istifadə etməliyik. Dağlıq Qarabağ probleminin həlli ilə bağlı fikirlərimizi dünyaya çatdıracağıq. Çox maraqlıdır ki, deputatlığa və prezidentliyə namizəd olanların heç biri Dağlıq Qarabağ probleminin hərbi yolla həlli məsələsini dilə gətirmir. Maraqlıdır ki, torpaqları işğal altında olan ölkənin ali postlara seçilmək istəyən namizədləri elə bil müharibə kəlməsini işlətməkdən çəkinirlər.

- Siz bundan əvvəl iştirak etdiyiniz seçkilər zamanı səsləndirdiyiniz platformanızda belə fikirlərə yer veribsiniz?

- Bəli, mən 2005-ci ildəki parlament seçkiləri zamanı “namizədlərin vahid platforması” adlı sənəd hazırladım və seçkilərdə namizədliyini verənlərin hamısına göndərdik ki, imzalasınlar. Həmin sənəddə belə bir müddəa vardı ki, imza atan namizəd deputat seçiləcəyi təqdirdə parlamentdə Dağlıq Qarabağ probleminin hərbi yolla həlli məsələsini qaldıracaq. Çox təəssüf edirəm ki, namizədlərin 99,99 faizi həmin sənədə imza atmadı. Hətta onların arasında tanınmış partiya və ictimai təşkilat rəhbərləri də vardı. Bu məhz müharibə sözünə görə idi. Belə vəziyyət bizi ciddi narahat edir. Niyə torpaqları işğal altında olan bir ölkənin vətəndaşı olaraq biz müharibədən qorxmalıyıq?

- Belə bir fikrinizlə tanış olduq, deyirsiniz ki, seçkidə iştirakınız Dağlıq Qarabağın azadlığı üçün önəmlidir. Onda belə çıxır ki, siz seçkiyə seçilmək üçün yox, öz təbliğatınızı aparmaq, fərqli fikirlər səsləndirmək üçün qatılırsınız?

- Söhbət  bundan gedir ki, istənilən seçkidə hədəf bir olmur. Deputat seçkisində də demişik ki, məqsədimiz parlamentə düşməklə yanaşı, həm də fikrimizi xalqa çatdırmaqdır. Bu baxımdan da seçkilərin də bizə verəcəyi imkanlardan istifadə edərək Dağlıq Qarabağ probleminin həli ilə bağlı alternativ fikirləri cəmiyyətə çatdırmaq istəyirik. Təbii ki, bu geniş təbliğat imkanı bizə böyük imkanlar yaradacaq və biz istəklərimizi həm də beynəlxalq ictimaiyyətə çatdırmış olacağıq. Bununla yanaşı, seçiləcəyimiz təqdirdə də bu amallara qulluq edəcəyik. Yəni dediyiniz iki məsələnin bir-birinə ziyanı yoxdur.

- Seçki prosesində iştirakla bağlı işləriniz nə yerdədir?

- Ərizə və müvafiq sənədləri MSK-ya təqdim etmişik. Bizə deyiblər ki, cavab 5 gün ərzində veriləcək. Həmin vaxt bu gün (dünən – M.Q.) bitir. Müsbət cavab veriləcəyi təqdirdə imza vərəqələrini təqdim edəcəklər.

- Namizədlərin hamısının qorxduğu mərhələ məhz imza yığmaqla bağlıdır. Akif Nağı üçün 45 min adamdan imza almaq sizcə asan olacaq?

- Biz çox ciddi strukturlaşmış qurumuq. Mən deyərdim ki, rayon təşkilatlarının sayına görə biz bir çox partiyaları geridə qoyuruq. Həm Bakı,  həm də rayonlarda bizim çoxsaylı fədakar və fəal üzvlərimiz var. Buna görə də imza toplamaq bizim üçün çətin olmayacaq.

- Məlumdur ki, Azərbaycan iqtidarı da Dağlıq Qarabağ konfliktinin həllini özünün başlıca prioritetləri sırasına aid edir və bu istiqamətdə ciddi səylər, diplomatik çabalar göstərir. Bu istiqamətdə siz hansı prinsipial fərqlilikləri təqdim edəcəksiniz?

- Razıyam ki, Azərbaycan iqtidarı bu istiqamətdə diplomatik səylərini göstərir, ordumuzun daha da gücləndirilməsi ilə məşğul olur. Amma hesab edirik ki, bizim seçkilərdə iştirakımızın özü bir hadisə olacaq. Çünki biz tamamilə fərqli mövqe ortaya qoyuruq. Bizim tələblərimizdən biri də budur ki, kim prezident seçiləcəksə, bir aydan sonra Ermənistanla müharibəyə başlasın. Bu platformanın özü seçiləcək prezidentə Dağlıq Qarabağ məsələsilə bağlı ictimai bir təzyiq metodudur. Çünki işğalçı Ermənistana qarşı müharibənin başlanması artıq sosial sifarişə çevrilib. Biz də həmin sosial sifarişi təşkil edirik. Biz hökumətdən fərqli olaraq hesab edirik ki, danışıqlar limiti artıq bitib. Azərbaycan bütün mənasız danışıqlardan imtina etməlidir. Çünki aparıcı dövlətlər ədalətli mövqe tutmaq istəmirlər.

- Yeni prezidentdən bir ay müddətində müharibə başlamağı tələb etmək bir qədər populist fikrə oxşayır. Bilirsiniz ki, Dağlıq Qarabağ problemi artıq qlobal mahiyyət alıb. Yəni konfliktin həllində böyük dövlətlərin də marağı açıq görünür. Əminsiniz ki, tələsik müharibə qərarından Azərbaycan uduşla çıxar?

- Təbii ki, bu, hazırlıqsız olmamalıdır. İndiyə qədər bu hazırlıqlar artıq ortada olmalıydı. Düşünürəm ki, artıq bu istiqamətdə xeyli iş görülüb. Bizim ordumuzun gücündən az məlumatımız var. Ancaq biz bu gücü cüzi də olsa aprel döyüşlərində gördük. Beynəlxalq situasiya da artıq Azərbaycanın xeyrinə dəyişir. İstənilən müharibədə ölkənin hərbi müttəfiqi olmalıdır. Hətta ABŞ kimi böyük ölkə belə antiterror əməliyyatı keçirəndə özünə koalisiya formalaşdırır. Müttəfiqlik vacib məsələdir. Hesab edirəm ki, biz artıq potensial müttəfiqlərimizi müəyyən etmişik. İslam ölkələrinin əksəriyyəti bu məsələdə bizi dəstəkləyir. Uzun müddət hesab olunurdu ki, bu region Rusiyanın nəzarəti altındadır və ABŞ bura girməkdə maraqlı deyil. Biz bunun əyani şahidi olduq ki, Qərb və ABŞ belə bir addımın atılmasında maraqlı olmadı. Rusiyanın buradakı maraqlarının zəiflədilməsi region ölkələrindən asılıdır. Hiss olunur ki, artıq İran və Türkiyə müəyyən məsələlərlə bağlı addımlar atırlar və Rusiya onlarla hesablaşır. Əvvəl Rusiya Ermənistan deyilən bir meydançanı Türkiyə və İrana qarşı düşmənçilik aparmaq meydanı yaratmışdı. İndi Türkiyə ilə Rusiya, eləcə də Rusiya ilə İran arasında yaxınlaşma var. Düşmənçilik bir qədər arxa plana keçib. Ona görə də Rusiya Ermənistanı düşmənçilik meydançası kimi işlətməkdə maraqlı deyil. Ona dostluq yaradan meydan lazımdır ki, bu da Azərbaycan ola bilər. Qəbul edirəm ki, müharibə həm də risqdir və şansların bölüşdürülməsidir. Hesab edirəm ki, Azərbaycan üçün belə bir risqi etməyə dəyər. Çünki bizim başqa seçim yerimiz qalmır.

- Çox vaxt sizi Yasər Ərəfat, QAT-ı isə FƏT kimi olmamaqda ittiham edirlər. Hiss edirsinizmi cəmiyyət sizdən daha da fəal olmağı tələb edir. Yəni böyük bir missiyanın altına giribsiniz. Özünüz öz fəaliyyətinizdən razısınız?

- Bilirəm. Bizdən daha da radikal olmağı tələb edirlər. Əsas da Qarabağda partizan müharibəsini başlamağı istəyirlər. Mən müxtəlif diskussiya meydanlarında o məsələyə də aydınlıq gətirmişəm. Fələstin Azadlıq Təşkilatı ilə bizim aramızda düzgün olmayan paralellər aparırlar. FƏT onların həm təşkilatıdır, həm də dövlətidir. Onların dövləti olmayanda həmin təşkilat bütün funksiyanı üzərinə götürüb. Şükürlər olsun ki, Azərbaycanın qüdrətli dövləti var və QAT həmin funksiyanı yerinə yetirə bilməz. Torpaqların azad edilməsilə bağlı hər hansı bir əməliyyata dövlət rəhbərlik etməlidir. 2003-cü ildə bir qrup insan partizan dəstəsi yaradıb Dağlıq Qarabağda vuruşmağı planlaşdırırdı. Onlar həbs edildi və qanunsuz silahlı dəstə yaratmaqda ittiham olundular. Bununla  bağlı dövlətin rəyi olmalıdır. Belə bir rəy olmadan analoji cəhdləri edənlər qanunları pozmuş olurlar. Azərbaycan dövlətinin mövcudluğu şəraitində biz əlimizdən gələni edirik. Yəni bəzi məsələlərdə biz dövlətin səlahiyyətini mənimsəyə bilmərik. Ermənilər hesab edirlər ki, onlar  müharibəni udublar və ikinci mərhələ kimi torpaqların ilhaqı prosesini həyata keçirirlər. Buna görə də silah kimi xalq diplomatiyasını ortaya atıblar. Biz buna da qarşı çıxırıq və çıxacağıq. Hesab edirəm ki, ermənilərə indiyə kimi o istəklərini həyata keçirməyə mane olan təşkilat məhz biz olmuşuq.

- Ermənistan mətbuatı əvvəl sizə daha çox diqqət ayırırdı. Yənu bu mənada ki, tez-tez orada tənqid olunurdunuz. Son vaxtlar sizdən, demək olar ki, yazmırlar. Namizəd olandan sonra reaksiyaları necə olacaq?

- Onlar düşməndir. Bəli, əvvəl nə fəaliyyət göstərirdiksə, ona münasibət bildirirdilər. Sonra  onların mətbuatında belə müzakirələr getdi ki, QAT kimi təşkilatın adı ümumiyyətlə çəkilməsin. Hesab edirdilər ki, bununla bizi Ermənistan cəmiyyətində populyarlaşdırmış olurlar. Nə deyəcəklərsə, düşmən kimi deyəcəklər və təbii ki, bizim reklamımız onlara sərf etmir.

- Beynəlxaq təşkilatlarla bağlı hansı münasibəti sərgiləyəcəksiniz?

- Təbii ki, ənənəvi mövqeyimizə sadiq qalaraq onları və havadarları olan böyük dövlətləri tənqid edəcəyik. Cünki cəmiyyətimizi daha çox düşündürən Dağlıq Qarabağ problemidir. Biz onunla bağlı cəkinmədən bütün həqiqətləri ortaya qoyacağıq.

- Onlar sizinlə heç münasibətə cəhd edirlərmi?

- Bir dəfə ABŞ-ın Bakıdakı Səfirliyinin müşaviri mənə zəng açdı və görüşmək istədiyini bildirdi.  Mən onu ofisimizə dəvət etdim. Razılaşmadı, dedi ki, mənimlə səfirlikdə görüşmək istəyir. Dedim ki, bizim ofisə gəlmək istəmirsə, mən də heç səfirliyə gəlmirəm. Neytral görüş yeri kimi mehmanxanalardan biri seçildi. Saat yarımlıq söhbətimiz oldu. Gileyini mənə çatdırdı ki, niyə QAT onlara qarşı daim tənqidi yanaşır? Dedim ki, ABŞ bir dəfə də olsun Ermənistanın işğalçılıq siyasətini pisləyən bəyanat verməyib. Niyə bunu pisləmək istəmirlər? Dedi ki, onlar hər iki tərəfə eyni mövqedən yanaşırlar. İzah etdim ki, məhz buna görə də biz ABŞ-ı tənqid edirik. Bizim istənilən ölkəyə, quruma olan münasibətimiz onların Dağlıq Qarabağ konfliktinə bəslədikləri mövqeyə uyğun qurulur.

Müsahibəni hazırladı:
Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ