Cümə günü, 13 noyabr 2026
     

“Daxili siyasət kursunda hakimiyyətlə razılaşa bilmərik” - MÜSAHİBƏ

Image


“Onlar bu addımları ilə hakimiyyətin əlinə oynamış olurlar”

 

Arpelin 11-də ölkədə keçiriləcək prezident seçkilərində iştirakla bağlı iddiasını ortaya qoyan namizədlərlə müsahibələrimizi davam etdiririk. Bundan əvvəl iki namizədlə analoji məzmunu əhatə edən müsahibəmiz olub. Onlardan biri ilə müsahibin ofisində görüşmüşük, digəri isə redaksiyamıza təşrif buyurmuşdu.

Bu məqamı ona görə xatırladırıq ki, yəni biz müsahibənin alınması üçün namizədlər qarşısında “mütləq redaksiyaya gəlməlisən” kimi şərt də qoymuruq. Maksimum dərəcədə çalışırıq ki, onlar üçün fikirlərini ifadə etmək rahat olsun. Rubrikamızın budəfəki qonağı uzun müddət siyasi arenadan tanıdığımız Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyevdir. Digər iki müsahiblərimizdən fərqli olaraq, Fuad müəllimi bir qədər başqa statusda təqdim edə bilərik. Namizədliyi MSK tərəfindən rəsmən qeydiyyata alınan  Fuad Əliyev! Çünki Fuad müəllim artıq birinci mərhələni uğurla başa vurub. Məlumdur ki, namizədlərin ortaya qoyduqları iddialarının rəsmiləşməsi bir neçə prosedurdan keçir. Onunla daha çox bundan sonrakı mərhələlər barədə söhbət etdik. Fuad müəllim müraciətimizə müsbət cavab verdi. Redaksiyaya gələ biləcəyini və hətta bizi ofisində qəbul etməyə hazır olduğunu bildirdi. Ancaq məkanlar arasındakı məsafə uzaq olduğu üçün, onunla telefonla söhbətləşmək qərarına gəldik. Beləliklə, müsahibimiz prezidentliyə namizədliyi rəsmən qeydə alınan Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyevdir.

- Fuad müəllim, namizədliyinizin rəsmən qeydiyyata alındığını eşitdik. Düzdür?

- Bəli, fevralın 14-də mənim namizədliyim rəsmən qeydə alınıb.

- Bu münasibətlə sizi təbrik edirik. İstərdik sonrakı addımlarınızın necə olacağı barədə danışasınız?

- Təşəkkür edirəm. Siz də bilirsiniz ki, bu, mərhələli bir prosesdir. Ən çətin mərhələ bizi qarşıda gözləyir. İmza vərəqələrinin alınması, onların doldurulub təhvil verilməsi və sonra yoxlanılıb təsdiq olunması. Bu prosesə də tam hazırıq. Demək olar ki, startdayıq.

- Digər müxalif partiya sədrlərilə müqayisədə sizin seçkilərdə təcrübəniz çox olmalıdır. Bundan əvvəlki prezident seçkilərində də iştirak edibsiniz axı. Bu sizə əlavə avantaj verirmi?

- Bəli, mən 2008-ci il prezident seçkilərində namizəd olmuşam. 2013-cü ildə isə təəssüflər olsun ki, MSK bizim imzalarla bağlı başqa qərar çıxardı və bu səbəbdən həmin marafondan kənarda qaldıq. Biz həmin qərarla razı deyildik. Bu onu deməyə əsas verir ki, biz seçkilərdə iştirakla bağlı xeyli təcrübəsi olan partiyayıq. 2013-cü ildəki prezident seçkilərində başqa bir namizədi dəstəklədik. Bu müddət ərzində topladığımız təcrübə bizə prosesi bir qədər asan keçməyə kömək edəcək.

- Yəni deyirsiniz ki, 40 min imzanı toplamaq sizə asan olacaq. Hər halda xırda rəqəm deyil. Yalnız partiyanın daxili resursları hesabına bu işin öhdəsindən gələcəksiniz?

- Bəli, 40 min keçərli imza olmalıdır, ancaq 45 min təqdim etməliyik. Biz bu prosesə keçən ildən hazırlaşırıq. İmza toplamaq üçün bizim 100-ə yaxın ixtisaslaşmış adamımız var. Start verən kimi onlar öz işlərini görəcəklər. Biz keçən il aprelin 11-də partiyamızın qurultayını keçirdik. Elə həmin vaxtdan da bu proses gedir. Düzdür, seçkilərin vaxtı irəli çəkilməsəydi, hazırlığımız lap yuxarı səviyyədə olardı.

- Fuad müəllim, yaxşı məqama toxundunuz. Bəziləri məhz vaxtın irəli çəkilməsini əsas gətirərək boykota gedir. Bəziləri isə hesab edirlər ki, partiya istənilən situasiyaya hazır olmalıdır. Görünür, siz ikinci fikri dəstəkləyənlərdənsiniz?

- Boykot çıxış yolu deyil. Partiya seçkidə iştirak etməyəcəksə, onda niyə mövcuddur? Söhbət mühüm olan prezident seçkisindən gedirsə, xarici təcrübədən də bəllidir ki, buna hazırlığa bir il əvvəl start verilir. Mən altı aylıq müddəti bəhanə edib boykota gedənlərin arqumentlərini ciddi saymıram və bunu demaqogiya kimi qiymətləndirirəm.

- Hakimiyyət namizədilə mübarizə aparmaq sizə çətin olmayacaq ki? Nə əcəb seçkiyə bir neçə partiyanın dəstəyilə deyil, yalnız LDP-nin namizədi olaraq qatıldınız?

- Bizim belə bir təşəbbüsümüz olub. Keçən il “Namizədlər klubu”nun yaradılması ilə bağlı ideya irəli sürdük. Yəni iddialı olan namizədlər kluba daxil olacaqdı və onların sırasından vahid namizəd müəyyənləşəcəkdi. Bu təklifimizi partiyalar qəbul etmədiyi üçün, ideyamız keçərli olmadı.

- Sizin partiyanızın adından da görünür ki, bəlli bir ideoloji platformanı dəstəkləyirsiniz. Yəqin ki, seçkilərdə öz platformanızı da elan edəcəksiniz. Azərbaycan seçicisi sizdən fərqli bir şey eşidə biləcəkmi?

- 2008-ci il prezident seçkilərində iştirak edəndə 7 namizəddən biri olmuşuq. 6 namizədin, demək olar ki, hamısı eyni platforma üzrə danışırdı. Yenə məsələlərə fərqli ideoloji yanaşma ortaya qoymurdular. Biz öz partiyamızın kursuna uyğun təbliğat apardıq və fərqlilik yarada bildik. Bu seçkilərdə də belə olacaq. Müasir zamana uyğun olan platformamız hazırdır. Hesab edirəm ki, hüquqşünas və iqtisadçılarımız fərqli və cəlbedici təkliflər hazırlayıblar. Bunları elan edə bilsək, hakimiyyətin xeyli tərəfdarını ətrafımıza çəkə biləcəyik. Sözsuz ki, hakimiyyət əlindəki bütün resurslardan istifadə edəcək. Ona görə də qalib gəlmək asan deyil. Yeganə yolumuz budur ki, seçiciyə düzgün məlumat çatdıraq. Azərbaycan seçicisi fərqli təklifləri gözləyir.

- Müxalif partiya kimi hakimiyyətin hansı tərəflərini daha çox tənqid edəcəksiniz?

- Daxili siyasət kursunda biz hakimiyyətlə heç cür razılaşa bilmərik. Xüsusilə də iqtisadi məsələlərdə biz fərqli təkliflər irəli sürəcəyik. Xarici siyasət kursunu da tənqid edəcəyik. Yeganə razılaşdığımız məqam Dağlıq Qarabağla bağlı yürüdülən siyasətdir. Ümummilli bir problem olduğu üçün, biz bu məsələdə hakimiyyətin yanında dura bilərik. Biz hesab edirik ki, daha çox Qərbə meyllənməliyik. O modelə uyğun ölkə qurmalıyıq. Hakimiyyət isə bu məsələyə ehtiyatlı və balanslı yanaşır.

- Boykot yolunu seçən müxalif partiyalar seçkidə iştirak edən namizədləri sərt tənqid edir və ən əsası da seçki immitasiyasında günahlandırırlar. Bu ittihamı qəbul edirsinizmi?

- Mən bu fikirləri səviyyəsiz adlandırıram. Hər kəs öz savadına və səviyyəsinə görə məsələyə münasibət bildirir. Buna mən nə deyə bilərəm? Seçkidə iştirak edənləri təhqir etmək yox, onlara köməklik göstərmək lazımdır ki, müxalifət qalib gəlsin. Onlar bu addımları ilə hakimiyyətin əlinə oynamış olurlar.

- Hansı təbliğat üsullarından istifadə edəcəksiniz və həmin işləri görmək üçün maddi vəsaitiniz varmı?

- Biz gücümüzü seçicilərlə fərdi görüşlərin təşkilinə qoyacağıq. Sosial şəbəkələr bizə lazım olan auditoriyanı əhatə etmir. Düzdür, orada say çox ola bilər, ancaq keyfiyyət bizi qane etmir. Siyasətlə maraqlananların sayı o qədər də çox deyil. Ancaq istərdik ki, hakimiyyət bizim görüşlərimizə mane olmasın.

- Seçkiyə tam qələbə qazanmaq əzmi ilə gedirsiniz, yoxsa başqa məqsədləriniz var?

- Mən seçkiyə tam qələbə əzmi ilə gedirəm. Sadəcə, seçiciyə lazım olan fikirləri çatdırmağı bacarmalıyıq. Bizim çıxışlar onları cəlb edəcək. Mən bilirəm ki, hazırda xalqın nəyə ehtiyacı var.  Qələbə çalmaq nədir? Seçicini inandır ki, sənə səs versin. Bu, yetər!

- Belə çıxır ki, siz digər müxalif partiyalardan bu məsələdə də fərqli düşünürsünüz və seçkinin tam şəffaf keçəcəyinə inanırsınız?

- Tam şəffaflığa inanmıram. Hakimiyyət maksimum dərəcədə öz inzibati resurslarından istifadə edəcək ki, qalib gəlsin. Bir misal çəkim. Son seçkilərdə Avstriyada müxalifət partiyası seçkini uddu. Orada olursa, bizdə niyə ola bilməz? Hələ ki, işlər normal gedir. Qarşıdakı mərhələləri də belə keçə bilsək, hər şey yaxşı olacaq. Hansı hakimiyyət adama kreslosunu könüllü verər ki? Mübariz olmalıyıq və qələbəyə inanmalıyıq.

- Sizinlə eyni ideologiyanı paylaşan bir partiya Rusiyada çox populyardır. Söhbət Jirinovskinin partiyasından gedir. Onların bir köməyi olacaqmı sizə?

- Bizim onlarla münasibətlərimiz olub. Ancaq 2008-ci ildə kəsmişik. Həmin vaxtdan sonra heç bir əlaqəmiz yoxdur. Ancaq Avropadakı liberal-demokratlarla təmaslarımız var və olacaq.

- Sirr deyilsə, seçkidə xərclənəcək vəsaiti hardan əldə edəcəksiniz?

- Şükür Allaha, bizim maliyyə sarıdan çətinliyimiz yoxdur. Bizə çoxlu sayda iş adamı dəstək verir. İkinci mərhələni keçsək, ianələr daha da artacaq. Bütün kampaniyanı aparmaq gücündə olacağıq.

- Maraqlı fikir səsləndirdiniz. Yəni Azərbaycanda siyasətə sərmayə qoymaqda maraqlı olan iş adamları var? Özü də müxalifət partiyasına...

- Təbii ki, var. Onlardan çoxu bizim partiyanın üzvləridirlər. Son 9 ildə apardığımız dürüst siyasətlə bu rəğbəti qazana bilmişik. Bu səbəbdən də biz seçkiyə arxayın gedə bilirik. Seçkilərin vaxtının dəyişməsi bir qədər işimizə korrektələr etdi. Yenə də nikbinik.

- Aydındır ki, marafonun qalibi prezident olur. Bəs məğlubiyyətə uğrayan olsanız nə edəcəksiniz, sizdə hansısa dəyişikliklər olacaqmı?

- Bizdə məğlubiyyətin etirafı ilə bağlı problem var. Ancaq mən burda qəbahət nəsə görmürəm. Çünki məntiqi baxımdan da yanaşdıqda məlumdur ki, marafonda bir qalib olmalıdır. Mən qalib gələn siyasətçini təbrik edəcəm, ona işlərində müvəffəqiyyət arzulayacam. Sonra da yenə siyasətlə məşğul olacam. Çünki biz  hələ partiyamızı lazım olan hədəflərə çatdıra bilməmişik ki, yolun yarsından qaçaq.

- Əvvəlki seçkilərdə qalib namizədi təbrik edibsiniz?

- Bəli, etmişəm.

- Seçkinin gedişi zamanı namizədliyinizi hansısa müxalif liderin xeyrinə geri götürə bilərsiniz?

- Mən sona qədər gedəcəm və özümdən daha güclü və şanslı namizəd görmürəm ki, dediyiniz addımı atmış olum.

Müsahibəni hazırladı:
Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ