Cümə günü, 13 noyabr 2026
     

Azərbaycan XİN Ermənistanın Qarabağ təcavüzkarlığının bütün tarixini alt-üst edən “uti possidetis” prinsipini işə saldı...

Image


Ermənistan, nəhayət, başa düşməlidir ki, Azərbaycan ərazisinin hərbi işğalı münaqişənin həlli deyil və heç vaxt Ermənistanın arzuladığı siyasi nəticəni verməyəcək. Bunu “Trend”ə Azərbaycan ərazilərinin işğalı və Ermənistanın təcavüzkar separatizminin davamı etməsi ilə bağlı XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev şərhində deyib.

H.Hacıyev qeyd edib ki, bu il ötən əsrin 80-ci illərinin sonlarında Azərbaycanın Dağlıq Qarabağ bölgəsində başlayan erməni təcavüzkar separatizminin 30 ili tamam olur: "Məlum olduğu kimi, 1988-ci ilin əvvəllərindən etibarən Ermənistan Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinə (DQMV) açıq iddialar irəli sürüb və təcavüzkar separatizmi aktiv şəkildə dəstəkləyib. Bu iddialardan əvvəl Dağlıq Qarabağda və Ermənistanda yaşayan azərbaycanlılara qarşı hücumlar törədilib və bu kimi əməllər də mülki əhali arasında itkilər və azərbaycanlı qaçqın və məcburi köçkünlərin axını ilə nəticələnib. Beləliklə, 1980-ci illərin sonunda 200 mindən çox azərbaycanlı Ermənistandan zorla çıxarılıb. Həmçinin, Dağlıq Qarabağın 40.000-dən çox köklü Azərbaycan əhalisi etnik təmizləmə və qəddar terror hücumlarına məruz qalıb.

Ümumiyyətlə, 1980-ci illərin sonlarından etibarən Ermənistanın xüsusi xidmət orqanları və onlarla yaxından əlaqəli olan bəzi erməni təşkilatlarının Azərbaycana qarşı terror aktlarının, o cümlədən yol, dəmir yolu, dəniz və hava nəqliyyatı və yerüstü kommunikasiyalara qarşı törədilmiş cinayət əməlləri nəticəsində əksəriyyəti qadın, yaşlı və uşaq olmaqla 2000-dən çox Azərbaycan vətəndaşı qətlə yetirilib.

Buna paralel olaraq, Dağlıq Qarabağ bölgəsinin Azərbaycandan birtərəfli qaydada ayrılması prosesinə rəvac vermək üçün bir sıra qanunsuz qərarlar qəbul edilib.

Dağlıq Qarabağın erməni separatçıları və Ermənistan tərəfindən sərhəd xəttini dəyişmək cəhdləri (və ya Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınmış ərazilərindən çıxarılması) Azərbaycan və o zaman SSRİ hakimiyyəti tərəfindən qəbul edilməyib. 1988-ci il iyulun 18-də SSRİ Ali Sovetinin Rəyasət Heyəti (1988-ci il fevralın 20-də Dağlıq Qarabağ Muxtar Vilayətinin Xalq Deputatları Soveti - Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSR tərkibindən Ermənistan SSR tərkibinə verilməsi haqqında Azərbaycan SSR və Ermənistan SSR Ali Sovetləri qarşısında vəsatət qaldırılması, Azərbaycanın bundan 13 və 17 iyun tarixlərində imtina etməsi və Ermənistanın 15 iyun tarixində edilən tələbi dəstəkləməsi) Dağlıq Qarabağı Azərbaycan SSR tərkibində saxlamaq barədə qərar qəbul etdi.

1989-cu il dekabr ayının 1-də Ermənistan SSR Ali Soveti öz iclasında Ermənistan SSR və Dağlıq Qarabağın yenidən birləşdirilməsi haqqında qanunsuz bir qərar qəbul etdi. Lakin 1990-cı il yanvarın 10-da SSRİ Ali Sovetinin Rəyasət Heyəti “Ermənistan SSR Ali Sovetinin Dağlıq Qarabağla bağlı 1 dekabr 1989-cu ildə və 9 yanvar 1990-cı ildə qəbul etdiyi aktların SSRİ Konstitusiyasına uyğunsuzluğu” haqqında qərarında Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağın Ermənistana birləşməsinin qanunsuz olduğunu elan etdi. 30 avqust 1991-ci ildə Azərbaycan SSR Azərbaycanın dövlət müstəqilliyini bərpa etmək haqqında Bəyannamə qəbul etdi və 1991-ci il oktyabrın 18-də və 1991-ci il 29 dekabr tarixində bu, rəsmi təsdiq edildi".

XİN rəsmisinin sözlərinə görə, bütün bunlar onu göstərir ki, hələ o zaman Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağın birtərəfli qaydada ayrılmasının sovet qanunlarına zidd olması ali konstitusiya səviyyəsində təsdiqlənib. Azərbaycan müstəqillik əldə etdikdə, həmin dövrdə tətbiq olunan qanunvericiliyə əsasən, Dağlıq Qarabağ aydın şəkildə Azərbaycan ərazilərinin tərkib hissəsi hesab olunurdu: "Dağlıq Qarabağın "Ermənistana birləşdirilməsi" və ya "müstəqilliyi"nin əldə edilməsi ilə bağlı Ermənistanın iddiaları beynəlxalq hüquqda qəbul edilmiş “uti possidetis” prinsipinə ziddir və bu səbəbdən beynəlxalq hüquq çərçivəsində əsassızdır.

“Uti possidetis” prinsipi aydın şəkildə müəyyən edir ki, Azərbaycanın müstəqilliyini əldə etməmişdən öncə sovet qanunları ilə müəyyən edilmiş sərhədləri daxilində müstəqilliyini elan edib.

1991-ci ilin sonu və 1992-ci ilin əvvəllərində Sovet Sosialist Respublikaları İttifaqının mövcudluğuna son qoyulduqdan və həm Ermənistan, həm də Azərbaycan müstəqillik qazandıqdan və beynəlxalq aləmdə tanındıqdan sonra Ermənistan tərəfindən Azərbaycan daxilində məskunlaşmış ərazilərə törədilən hərbi əməliyyatlar və hücumlar artdı və genişmiqyaslı dövlətlərarası müharibəyə çevrildi. Ermənistan tərəfindən Azərbaycana qarşı başlanmış müharibənin nəticəsi kimi, Dağlıq Qarabağ regionu, yeddi ətraf rayon (Laçın, Kəlbəcər, Zəngilan, Qubadlı, Cəbrayıl, Füzuli və Ağdamın bir hissəsi) və bir sıra anklavlar daxil olmaqla, Azərbaycanın ərazisinin bir hissəsi Ermənistan tərəfindən işğal edildi. Yeddi ətraf rayondan 700.000-dən çox azərbaycanlı zorla qovuldu və qanlı etnik təmizləmənin hədəfi oldu".

H.Hacıyev bildirib ki, Azərbaycan əleyhinə hərbi təcavüzün birbaşa məsuliyyətini gizlətmək üçün Ermənistan xalqların öz müqəddəratını təyin etmək kimi hüququ prinsipdən sui-istifadə edir və onu təhrif edir: "Ermənistan bu prinsipin Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilərin birtərəfli qaydada Azərbaycandan ayrılmasına tətbiq oluna biləcəyini iddia edir. Bu məqsədlə Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində işğal və təcavüz nəticəsi olan qanunsuz və qondarma rejim yaradıb.

Əslində, bunun Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində, 1975-ci ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Konfransının (sonra ATƏT) Yekun Aktı (Helsinki Yekun Aktı) və digər beynəlxalq sənədlərlə nəzərdə tutulan xalqların öz müqəddəratını təyin etmək hüququ ilə heç bir əlaqəsi yoxdur. Bundan əlavə, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə qarşı təhdid və ya gücdən istifadəni qadağan edən məcburi normalar (jus cogens) daxil olmaqla, beynəlxalq hüquq normalarının kobud pozulması ilə müşayiət olunan hallara münasibətdə öz müqəddəratını təyinetmə prinsipinin tətbiq olunması iddialarının əsası yoxdur".

XİN rəsmisinin sözlərinə görə, nəticə etibarilə, Ermənistanın iddiaları Azərbaycanın müstəqilliyinə gedən dövr ərzindəki və müstəqillikdən sonrakı hüquqi bazaya və çərçivələrə görə tamamilə əsassızdır: "Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olması BMT Təhlükəsizlik Şurası tərəfindən münaqişə ilə bağlı müvafiq qətnamələrində də təsdiqlənib və bundan sonra bu mövqe müxtəlif beynəlxalq səviyyələrdə dəfələrlə bəyan edilib. Qeyd etmək vacibdir ki, Dağlıq Qarabağ ermənilərinin birtərəfli olaraq “müstəqillik” elan etməsindən sonra Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu tanıyan və Azərbaycanın beynəlxalq sərhədlərinin toxunulmazlığını təsbit edən və ərazi əldə etmək üçün gücdən istifadənin yolverilməz olduğunu vurğulayan BMT Təhlükəsizlik Şurasının qətnamələri qəbul edilib. Beləliklə, BMT Təhlükəsizlik Şurası qəti şəkildə müəyyən edib ki, Azərbaycanın Dağlıq Qarabağ regionunda birtərəfli qaydada müstəqilliyin elan edilməsi tamamilə qanunsuzdur.

Ümumilikdə, aşağıdakı nəticələr kimi təsnif edilə bilər:

1. “Uti possidetis” prinsipi aydın şəkildə müəyyən edir ki, Azərbaycan müstəqillik elan etdiyi dövrdə SSRİ qanunları ilə müəyyən edilmiş sərhədləri daxilində müstəqilliyini əldə edib 2. Dağlıq Qarabağ həmin vaxt SSRİ-nin müvafiq legitim orqanları tərəfindən təsbit edildiyi kimi, Azərbaycanın ərazisinə daxildir. 3. Azərbaycan Dağlıq Qarabağın beynəlxalq səviyyədə tanınmış ərazi hüdudlarından kənara çıxarılmasına razılıq verməyib. 4. Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi və ya onun müstəqilliyi hər hansı üçüncü dövlət tərəfindən tanınmır. 5. Azərbaycanın müstəqilliyi öncəsi Dağlıq Qarabağdakı separatçıların hərəkətləri uti possidetis prinsipinə ziddir və bunlar Azərbaycanın hüquqi sistemi çərçivəsində qiymətləndirilməlidir. 6. Dağlıq Qarabağın sakinləri Azərbaycanın hüdudları çərçivəsində öz müqəddəratını təyin etmək hüququna malikdirlər. Beynəlxalq hüquqa əsasən, onların Azərbaycandan ayrılmaq hüququ yoxdur 7. Azərbaycanın müstəqilliyini əldə etməsindən sonra Dağlıq Qarabağda həyata keçirilən əməllər separatçı/ayırıcı əməllərdir və Azərbaycanın daxili hüquqi sistemi çərçivəsində qiymətləndirilməlidir. 8. Ermənistanın Azərbaycana qarşı gücdən istifadə daxil olmaqla törətdiyi əməlləri dövlətlərin ərazi bütövlüyünə hörmət kimi fundamental beynəlxalq hüquq normasının, həmçinin, digər müvafiq beynəlxalq hüquqi prinsiplərin, o cümlədən güc tətbiq edilməsinin qadağan olunmasının pozulmasıdır.

Ermənistan, nəhayət, başa düşməlidir ki, Azərbaycan ərazisinin hərbi işğalı münaqişənin həlli deyil və heç vaxt Ermənistanın arzuladığı siyasi nəticəni verməyəcək. Münaqişənin həlli yalnız və yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyü əsasında mümkündür. Azərbaycanın ərazi bütövlüyü heç vaxt müzakirə mövzusu olmayıb və olmayacaq. Azərbaycan bu anlamla münaqişənin həlli prosesində iştirak edir. Azərbaycan bir daha Ermənistandan vaxtı hədər vermək və ilhaqçı siyasətinə bəraət qazandırmaq üçün əsassız tarixi arqumentlər axtararaq öz xalqını və beynəlxalq ictimaiyyəti çaşdırmaq əvəzinə, işğal və etnik təmizləmə siyasətini dayandırmağı və münaqişənin həlli prosesində konstruktiv şəkildə iştirak etməyi, beynəlxalq öhdəliklərini yerinə yetirməyi və qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmağı tələb edir".



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ