Cümə günü, 13 noyabr 2026
     

ABŞ və Türkiyə müharibənin bir addımlığında – 550 milyon dollar 65 ilin müttəfiqlərini üz-üzə gətirə bilər

Image


Türkiyənin bütün xəbərdarlıqlarına baxmayaraq, ABŞ Suriyada kürd terrorçuları ilə münasibətləri genişləndirməkdə, onlara edilən yardımların miqdarını artırmaqdadr. Hətta son məlumatlara görə, ABŞ Müdafiə Nazirliyi Türkiyənin mübarizə apardığı YPG-yə 550 milyon dollar ayırıb.

Pentaqon Demokratik Suriya Qüvvələrinin inkişafı üçün 300, yaradılması nəzərdə tutulan sərhəd təhlükəsizlik qüvvələri üçün 250 milyon dollar ayırıb. Bundan başqa, YPG-yə əvvəlki kimi silah-sursat göndərilməsi də davam edir. Eləcə də ABŞ Türkiyənin Afrindən sonra  terrorçulardan təmizləməyi nəzərdə tutduğu Menbiçə yeni hərbi qüvvələr cəmləşdirir.

Daha bir məlumat ondan ibarətdir ki, ABŞ ordusuna bağlı muzdlular Afrində Türikyə ordusuna qarşı döyüşmək üçün bura göndərilib. Bunu təhlükəsizlik üzrə mütəxəssis Mete Yarar da təsdiq edir. Onun sözlərinə görə, Afrində Türkiyə ordusu və Azad Suriya Ordusu (ASO) ilə vuruşmağa gedən son qrup yüksək təlim alan peşəkar əsgərlərdən ibarətdir. Mütəxəssis onların hamısının ABŞ silahları ilə keçdiyini vurğulayıb. Əsgərlərinin bir hissəsinin Amerika əsgərləri olduğuna işarə edən təhlükəsizlik mütəxəssisi hesab edir ki, PKK normalda terrorçuları gizlətmir: “Afrinə sonuncu dəfə keçənlərin, demək olar ki, hamısı üzünü bağlamışdı. Paltarları və bədən quruluşları baxımından onlar klassik terrorçular deyil. Afrinə yüksək fiziki məşqlər edən, təlim görən və bir yerlərdə təcrübə keçmiş qrup keçdi. Son keçən qrup tamamilə peşəkar əsgərlərdən ibarətdir. İstifadə etdikləri silahlar da tamamilə Amerika silahlarıdır”.

Baş verənlər fonunda “Hürriyet” qəzeti yazır ki, ABŞ kürd terrorçularının mövqeyini müdafiə etməkdə israrlı tərəf kimi görünür:  “ABŞ Türkiyəni Afrində durdurmaq üçün Suriyadakı ən üst səviyyəli komandanı olan general-leytenant Funku danışdırıb. General Funk prezident Tayyib Ərdoğanın Türkiyə Silahlı Qüvvələrinin Afrindən sonra Menbiçə də girəcəyi, Fəratın şərqi də daxil olmaqla, son terrorçu neytrallaşdırılana qədər mübarizənin davam edəcəyi haqqında dediyi sözlərə cavab verib. Funkun yanına aldığı jurnalistlərlə birlikdə Menbiçə getməsi, YPG-liləri ziyarət etməsi, onların yanında müsahibə verməsi, YPG-lilərdən “qəhrəman” deyərək söz açması – hamısı, şübhə yox ki, Vaşinqtonun yazdığı ssenarinin səhnədə oynanması idi. Funk bu səhnədə görüntülü və sözlü olaraq Türkiyəni təhdid etdi. “Bizi vursanız, aqressiv şəkildə cavab verərik” dedi.

Funkun diqqəti cəlb edən bir sözü də “CNN İnternational” muxbirinin “ən çox nədən əndişə edirsiniz” sualına verdiyi cavab idi. ABŞ-lı general bu suala “Yanlış hesab” cavabını verdi. Bu söz Türkiyəyə “Yanlış hesab etməyin, qarşınızda YPG deyil, biz varıq” demək anlamı daşıyırdı.

Amma Türkiyə öz hesabını dünya birliyinə açıq şəkildə bildirib. “Fərat qalxanı”nda olduğu kimi, “Zeytun budağı” hərəkatının da məqsədi sərhədinə dayanmış və Türkiyəni parçalamağa yönəlmiş PKK-PYD-YPG və İŞİD terror təşkilatlarını təsirsiz hala gətirmək, Suriyanın ərazi bütövlüyünü və Tükiyənin davamlılığını təminat altına almaqdır. Türkiyənin bu məqsədlərindən vaz keçməsini gözləmək realist yanaşma deyil. Yanlış hesab edən isə Ankara deyil, 60 illik müttəfiqi olan Türkiyənin qanuni özünümüdafiəsi ortada ikən PKK-PYD-YPG-nin yanında duran və təhdid yağdıran ABŞ-dır. Bəli, ABŞ-ın hesabı yanlışdır. Yanlışdır, çünki: ABŞ-ın PKK üçün Türkiyə ilə qarşıdurmaya girməsi Rusiya və İranın “çörəyinə yağ sürtər”; NATO-da böyük bir çata səbəb olar və kilidlənməyə yol açar; ABŞ Türkiyəni itirər; Orta Şərqdə balans əməlli-başlı pozular; ABŞ regionda tamamilə yalnız qalar; Suriyada qalması çox çətinləşər…Hesabını gözdən geçirməli olan Türkiyə deyil, ABŞ-dır”.

Hazırda baş verənlər Türkiyənin və ABŞ-ın Afrin, ardınca Menbiçdə üz-üzə gəlmə ehtimalını daha da artırır. Türkiyə və ABŞ əsgərləri arasında qarşıdurma risqinə toxunan Pentaqonun sözçüsü Erik Pahon isə bildirib ki, bunun baş verməməsi üçün davamlı şəkildə Türkiyə ilə təmasdadırlar. Lakin Türkiyənin Afrində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatını dəyərləndirən ekspertlər ABŞ və Türkiyənin savaş meydanında gec-tez üz-üzə gələcəyini bildirir. Bütün bunlar ABŞ-ın dövlət katibi Reks Tillersonun bu həftə sonu Ankaraya gözlənilən səfərindən də hansısa ciddi nəticə olacağını sual altına alır. Yeri gəlmişkən qeyd edək ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu səfər fonunda  ya əlaqələrin düzələcəyini, ya da tamamilə pozulacağını bildirib. Türkiyəli nazir ABŞ-dan gözləntilərinin aydın olduğunu vurğulayıb: “Müəyyən mövzuların müzakirə edilməsi üçün itirilən etibarı bərpa etmək məcburiyyətindəyik. Türkiyə heç bir dostuna qarşı yanlış addım atmaz. Lakin ABŞ-dan ciddi yanlışlar görmüşük. ABŞ bizə verdiyi sözləri yerinə yetirmir. Xalqımızın da, hökumətin də ABŞ-a etibarını itirməsi təbiidir. İndi vədlərin verilməsini deyil, konkret addımların atılmasını istəyirik. Bunu Tillersondan da istəyəcəyik. Əlaqələrimiz çox kritik nöqtədədir. Ya əlqələri düzəldəcəyik, ya da bu əlaqələr tamamilə pozulacaq”.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ