Cümə günü, 13 noyabr 2026
     

Azərbaycanın Pakistandan alacağı yeni silahlar ordumuzun hərbi üstünlüyünü xeyli artıracaq

Image


Azərbaycanın hərbi sahədə əməkdaşlıq etdiyi ölkələr sırasında əsas yerlərdən birini Pakistan tutur. Son proseslər isə qarşıdakı dövr ərzində iki ölkə arasında hərb müstəvisində əməkdaşlığın daha da dərinləşəcəyini, Azərbaycan ordusunun ixtiyarında Pakistan istehsalı olan yeni silahların peyda olacağını göstərir. Bunu Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmandın açıqlamaları da təsdiq edir.

Səfir bildirir ki, ölkələrimiz arasında hərbi əməkdaşlıq prioritetdir: "Hesab edirəm ki, keçən il ölkələrimiz arasında hərbi əməkdaşlığın qurulması və dərinləşdirilməsi baxımından əhəmiyyətli olub. Əməkdaşlığımızı gələcəkdə daha da gücləndirmək istəyirik. Pakistan Dağlıq Qarabağ məsələsində Azərbaycana dəstək verməkdə davam edəcək. Çünki hər iki ölkə işğaldan əziyyət çəkir". Bununla yanaşı, artıq o da məlumdur ki, Bakıda fevralın 27-28-də Azərbaycan və Pakistanın xarici işlər nazirlərinin müavinləri səviyyəsində siyasi məsləhətləşmələr keçiriləcək. Səid Xan Mohmandın sözlərinə görə, məsləhətləşmələr zamanı geniş spektrli, o cümlədən siyasət, iqtisadiyyat, ticarət, hərbi əməkdaşlıq sahəsində məsələlər müzakirə olunacaq.

Beləliklə, bu açıqlamadan da aydın göründüyü kimi, ölkələr arasında, digər sahələrlə yanaşı, hərb müstəvisində də əməkdaşlığın dərinləşdirilməsi prioritetdir. Bu fonda Azərbaycanın Paksitandan ilk növbədə təlim və döyüş təyyarələri alması gözlənir. Xatırladaq ki. ötən il Pakistanla Azərbaycan arasında 10 ədəd “Super Mushshak” təlim təyyarəsinin alqı-satqısına dair müqavilə imzalanıb. Məlumat üçün onu da bildirək ki, “Super Mushshak” daha qabaqcıl “MFİ-17 Mushshak”ın modernləşdirilmiş variantı olan ilkin təlim-döyüş təyyarəsidir.  Bu təlim təyyarəsi bu gün dünyada öz sinfinə aid olanlardan təhlükəsizliyinə, imkanlarına və qiymətinə görə fərqlənir. Uçuş hazırlığı üçün ideal olan bu təlim təyyarəsinin ekipaj üzvü 2-3 nəfər olur. Təlim təyyarəsi hərbi aerodomlar olmayan, əvvəlcədən uçuş üçün hazırlanmayan hər cür əraziyə eniş edə bilir və təhlükəsizlik standartlarına tam cavab verir. Havada 4-5 saat qala bilmək imkanına malikdir. Bu üstünlüklərinə görə təyyarədən patrul missiyalarında istifadə edilməsi mümkündür. Təyyarəyə istənilən silahı və kameraları inteqrasiya etmək imkanı mövcuddur. Bundan başqa, Azərbaycan uzun müddətdir ki,  Pakistan istehsalı olan JF-17 “Thunder” döyüş təyyarələrini almaqda maraqlıdır. Bu arada bir məqamı da qeyd edək ki, JF-17 “Thunder” döyüş təyyarəsinin daha təkmil hala gətrilməsi üçün Pakistanda intensiv işlər aparılır. Belə ki, təyyarə yeni  BVR və IR  “hava-hava” tipli raketləri ilə təhciz edilib. Artıq bu raketlərin  sınaq atışları keçirilib. Pakistan Hərbi Hava Qüvvələrinin komandanı, aviasiya marşalı Sohail Amanın iştirak etdiyi sınaq atışları Sonmiani poliqonunda həyata keçirilib. BVR və IR raketləri ilə silahlandırılan JF-17 döyüş təyyarələri əvvəlcədən müəyyən edilən, sürətli və yavaş hərəkətdə olan hədəfləri dəqiqliklə məhv edib. Mərasimdə çıxış edən marşal S.Aman bildirib ki, bu mürəkkəb sınaqların müvəffəqiyyətlə həyata keçirilməsi JF-17 döyüş təyyarəsinin yüksək qabiliyyətinin göstəricisidir.  Xatırladaq ki, JF-17 təyyarələri 2007-ci ildən Pakistan Hərbi Hava Qüvvələrinin xidmətindədir. Təyyarələr yeni nəsil ASELPOD müşahidə və elektron sistemi ilə təchiz edilib.

Məlumatlara görə,  Azərbaycan və Pakistan arasında JF-17 “Thunder” döyüş təyyarələrinin alqı-satqısına dair müzakirələr aparılır. Azərbaycanın yaxın perspektivdə bu təyyarələri silahlanmaya qəbul edəcəyi gözlənir. Bildirək ki, “JF-17 Thunder” döyüş təyyarəsi yüngül, tək mühərrikli və çoxməqsədli dördüncü nəsil qırıcı-bombardmançıdır. Qırıcı ilk növbədə Pakistan Hava Qüvvələrinin tələbatını ödəmək üçün Pakistan Hərbi Hava Qüvvələri və Pakistan Aviasiya Kompleksinin iştirakı ilə Çin şirkəti olan Çenqdu Aviasiya Sənaye Korporasiyası tərəfindən hazırlanıb.  Döyüş radiusu 1352 kilometr olan təyyarə 3 tondan artıq silah götürmə qabiliyyətinə malikdir. Təyyarənin "hava-hava", "hava-yer" raketləri döyüş imkanları və bir çox xüsusiyyətləri ilə öz sinfindən olan digər təyyarələri üstələyir. Onun avionikası, optimal alt sistemləri, avtomatlaşdırılmış uçuş nəzarəti və son model silahlarla təchiz edilməsi bu döyüş təyyarəsinə eyni sinifdən olan rəqiblər üzərində həlledici üstünlük verir. Təyyarənin silahlanmasına 70-100 kilometr mənzilə malik idarə olunan raketlər, infraqırmızı başlıqlı qısa mənzilli raketlər, "hava-yer" tipli raketlər, radiolokasiya sistemlərinə qarşı raketlər, lazerlə idarə olunan raketlər, proqramlaşdırılmış kasetli bombalar, nüfuzedici bombalar, ümumi məqsədli bombalar, təlim bombaları daxil edilə bilir.  İstifadəçinin istəyindən asılı olaraq döyüş təyyarəsində NATO, Rusiya, yaxud Çin istehsalı olan silah sistemlərini tətbiq etmək mümkündür. Təyyarə müasir radioelektron mübarizə sisteminə malikdir. Bu mənada həmin təyyarələrin alışı Azərbaycan üçün məqbuldur. Bundan başqa, Azərbaycan Pakistandan orta və yaxın mənzilli müasir ballistik raketlər almaqda da maraqlıdır. Söhbət Pakistan istehsalı olan “Şahin-1” raketlərindən gedir. Bu raketlər 750 kilometr məsafədə hədəfi vurur. Azərbaycanın maraq göstərdiyi   “Hatf-1” raketi isə “Şahin-1”in təkmilləşdirilmiş formasıdır və daha uzaq məsafədə hədəfi vura bilir. Bu raketlər yüksək dəqiqliyə malikdir və Hava Hücumundan Müdafiə sistemləri onu tuta bilmir. Raketlər strateji obyektlərin, komanda məntəqələrinin və infrastrukturun məhv edilməsi üçün nəzərdə tutulub.

NAHİD



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ