Cümə günü, 13 noyabr 2026
     

Seçkidən sonra Qarabağ məsələsində Azərbaycan üçün mühüm dəyişikliklər anonsu intensivləşir

Image


ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona başlanan yeni səfərləri, keçirdikləri görüşlər fonunda Dağlıq Qarabağ münaqişəsinin həlli  istiqamətində hansı addımların atılacağı xüsusi maraq dairəsindədir. Qeyd edək ki, həmsədrlərin Azərbaycanda keçirdikləri görüşlərdən sonra məsələ ilə bağlı Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev çox maraqlı bir açıqlma ilə çıxış etdi.

O bildirdi ki, Ermənistan və Azərbaycanda keçiriləcək prezident seçkilərindən sonra mövcud fikir və təkliflər əsasında intensiv danışıqlar həyata keçriləcək: "ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycana səfər əsnasında Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilib. Səfər çərçivəsində Krakov görüşündə irəli sürülən fikirlər əsasında ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar konkret müzakirələr aparılıb. Razılıq əldə olunub ki, Ermənistan və Azərbaycanda keçiriləcək prezident seçkilərindən sonra mövcud fikir və təkliflər əsasında intensiv danışıqlar davam etdirilsin. İşğala və təcavüzə məruz qalan ölkə kimi Azərbaycan münaqişənin substantiv və məntiqi danışıqlar vasitəsilə tezliklə həlli istiqamətində olan səyləri dəstəkləyir. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin dövlət başçıları səviyyəsində dəfələrlə bəyan etdiyi kimi, işğala əsaslanan mövcud status-kvo qəbuledilməz və qeyri-davamlıdır. Status-kvo dəyişdirilməlidir. Status-kvonun dəyişdirilməsi üçün, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində tələb olunduğu kimi, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən tam və qeyd-şərtsiz çıxarılması təmin olunmalıdır".

Beləliklə, bu açıqlamalarda bir sıra vacib məqamlar özünü qabarıq şəkildə büruzə verir. Əvvəla, aydın görünür ki, prezident seçkilərindən sonra Qarabağ məsələsinin dinc yolla çözümü üçün intensiv və fəal diplomatik bir proses yaşanacaq. Elə Azərbaycan da məhz Qarabağ məsəəlsinin həlli istiqamətində yüksək fəallığın olmasında həmişə maraqlı tərəf qismində çıxış edib. Digər tərəfdən, rəsmi Bakı açıq bildirir ki, status-kvonun dəyişdirilməsi üçün, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində tələb olunduğu kimi, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən tam və qeyd-şərtsiz çıxarılması həyata keçməlidir. Deməli, prezident seçkilərindən sonra baş tutacaq intensiv danışıqlar prosesində bu məsələlər daha çox gündəmdə olacaq. Elə erməni tərəfini narahat edən əsas məqamlar da məhz bunlardır. Bunu erməni siyasi şərhçi Akop Badalyan da təsdiq edir. O, Hikmət Hacıyevin yuxarıda səslənən fikirlərinin Ermənistan üçün gələcək təhlükədən xəbər verdiyini vurğulayır: "Görünür, Bakının Qarabağla bağlı yeni planı var və İlham Əliyev ərazilərin azad olunmasında israrlıdır. Azərbaycanda seçkilərin vaxtının dəyişdirilməsi isə Bakının Qarabağ planını seçkidən sonra dövriyyəyə salacağından xəbər verir. Bu, həm də seçkinin vaxtının dəyişdirilməsində Qarabağ amilinin əsas rol oynadığı deməkdir". Erməni şərhçi hesab edir ki, Ermənistanın xilas yolu Serj Sarkisyanın səlahiyyətlərini başa vurandan sonra hakimiyyətdən tamamilə uzaqlaşması ola bilər: "Çünki "aprel müharibəsi"ndən sonra münaqişənin nizama salınmasında yeni məntiq yarandı və Bakı bu istiqamətdə hərəkət edir. Sarkisyan baş nazir olaraq hakimiyyətini davam etdirsə, ona İlham Əliyevin qarşısında köhnə məntiqdən xilas olmaq çətin olacaq. Bakı ərazilərin qaytarılmasında təkid edəcəyini açıqlayır və görünür, həmsədrlərlə razılaşma bu istiqamətdə olub. Bu baxımdan, seçkilərdən sonra Qarabağ ətrafında yeni və təhlükəli vəziyyətin yarana biləcəyi ehtimalı görünür". Maraqlıdır ki, bundan əvvəl analoji mövqe erməni siyasi şərhçi Qraçya Qalustyan tərəfindən də sərgilənib. O bildirir ki, seçkilərdən sonra Azərbaycan Qarabağın azad edilməsi prosesinə strat verəcək: “Rusiya bu prosesə dəstək verəcək, erməni ordusu heç nə edə bilməyəcək. Bu təkcə Serj Sarkisyanın yox, bütün “Qarabağ klanı”nın siyasi səhnədən gedişi ilə nəticələnəcək. İlham Əliyev isə qalib olaraq tarixə düşəcək”. Digər erməni siyasi texnoloq Vigen Akopyana görə, ilin birinci yarısında hər iki ölkədə liderlərin seçkisinin keçirilməsi tərəflərə imkan verə bilər ki, Dağlıq Qarabağ münaqişəsinə dair "yüksək dərəcədə legitimlik tələb edən" hansısa aralıq qərarlar qəbul etsinlər. İndi gözlənir ki, yaxın tezlikdə Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycanın maraqalarına cavab verən müvafiq addımlar atılsın. Əks təqdirdə bunun güc yolu ilə edilməsi qaçılmaz sayılır. Özü də o fonda ki, Azərbaycanın kifayət qədər böyük hərbi üstünlüyə malik olmasına dair elə erməni tərəfində edilən etirafların sayı artır. Məsələn, Ermənistanın sabiq müdafiə naziri, general-leytenant Vaqarşak Arutyunyan bildirir ki, Azərbaycan ordusunun taktiki silah növləri daha çoxdur. O, Azərbaycan ordusunun üstün olduğunu və daha çox silahlarla təchiz edildiyini etiraf edib. Şəxsi heyətin təcrübəsinə gəldikdə də, erməni hərbçilər azərbaycanlıların döyüşmək bacarıqlarına və döyüşkən ruhlarına yaxşı bələddirlər. Digər tərəfdən nəzərə almaq lazımdır ki, Qarabağda antiterror əməliyyatlarının başlanması üçün də müvafiq şərait var. Özü də bu antiterror əməliyyatlarında Azərbaycanın kənardan, məsələn, Türkiyə tərəfindən dəsəklənməsi də tamamilə gözləniləndir. Bunu Türkiyədə Uydurma Erməni İddialarına qarşı Mübarizə Dərnəyi (ASİMDER) adlı təşkilatın rəhbəri Göksel Gülbeyin yeni açıqlamaları fonunda da tam qətiyyətlə söyləmək mümkündür. Belə ki, ASİMDER başqanı Türkiyə ordusuna qarşı Suriyanın Afrin bölgəsində PYD və YPG yaraqlıları ilə birlikdə Ermənistandan gedən yezidi kürdlərinin də döyüşdüyünü bildirib.

Gülbeyin sözlərinə görə, hər zaman terror təşkilatları ilə işbirliyi içərisində olan Ermənistan vaxtilə Suriyadan yezidi kürdləri və erməniləri daşıyıb Qarabağda yerləşdirmişdi. Digər tərəfdən Azərbaycanın işğal altındakı Qarabağ bölgəsində yaradılmış 12 təlim düşərgəsində PKK və onun İran qolu olan PJAK-ın 1750 yaraqlısı təlim keçirdi. ASİMDER başqanı iddia edir ki, Qarabağdakı PKK və PJAK mənsubları İran və İraq üzərindən Suriyanın Qamışlı bölgəsinə keçməyə başlayıb. Qamışlıda toplanan PKK-çılar mülki geyimdə və silahsız olaraq oradan Menbiçə, bir qismi isə Afrin bölgəsinə gedib: "Onlar ABŞ-ın göndərdiyi silahları alaraq Türkiyə ordusuna qarşı döyüşməyə başlayacaqlar. Suriya erməniləri 1990-cı illərin əvvəllərində Qarabağa gedərək azərbaycanlılara qarşı soyqırımda iştirak ediblər. İndi onlar uydurma erməni soyqırımının qisasını Afrində türk ordusundan almaq üçün döyüşə girir. Ermənistan həmişə terror təşkilatlarına verdiyi dəstəyi yenə dünya ictimaiyyətinin gözü qarşısında edir".

Xatırladaq ki, ASİMDER başqanı bundan əvvəl də dəfələrlə Qarabağdakı PKK düşərgələri və yaraqlıları haqda danışıb, konkret adlar və rəqəmlər istifadə edib. Ümumiyyətlə, Ermənistan və PKK-nın bərabər işləməsi, bərabər iddialar irəli sürməsi, ölkələrin suverenliyini təhdid etməsi artıq dəfələrlə sübut olunub. Bu istiqamətdə tərəflərin işbirliyi hələ də sıx şəkildə davam edir. Ermənistan bilir ki, Azərbaycan ordusu işğal altındakı torpaqları hərbi yolla almağa hazırdır, ona görə də belə təşkilatların gücünə ehtiyac duyur və PKK-ya zəbt olunmuş ərazilərdən baza kimi istifadə etməyə icazə verir. Amma Dağlıq Qarabağda hərbi əməliyyatların yenilənməsi hallarında ermənilərin bu cəhdlərinin nəticəsiz qalacağı da məlum həqiqətdir. Digər tərəfdən, indilikdə zəbt olunmuş ərazilərdə olan terrorçular Türkiyəyə qarşı vuruşmaq üçün Suriyaya keçir. Bu halda ekspertlər bildirir ki, Azərbaycan və Türkiyənin əslində Qarabağda terrorçulara qarşı əməliyyatlara başlaması tamamilə mümkündür. Azərbaycanın müvafiq icazəsi Türkiyə hərbçilərinin Qarabağda da əməliyyatlara başlaması üçün yetərlidir. Məsələnin başqa bir tərəfi isə zəbt olunmuş ərazilərdə törədilən digər cinayətlərdir. Elə Göksel Gülbey özü bu xüsusda bir çox maraqlı açıqlamalar verib. Məsələn, onun sözlərinə görə, Ermənistan hakimiyyəti işğal etdiyi Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən narkotik plantasiyası olaraq istifadə edir: "Ermənistan tərəfindən işğal edilən Qarabağ bütün dünya üçün ciddi bir təhlükə bölgəsinə çevrilib. Çünki bu gün nəzarətsiz olan Qarabağ terror qruplarının təlim düşərgəsi və ticarət məkanı rolunu oynayır. Qarabağdan bütün dünyaya "ağ ölüm" təhlükəsinin yayıldığı həqiqəti inkar edilə bilməz. Bütün dünya yaxın zamanda Ermənistanın narkotik ixracatçısı olduğunu qəbul edəcək. Ermənistan bölgədə terrorçu, cinayətkar, narkotik və silah ticarəti həyata keçirən ölkə olaraq fəaliyyət göstərir". Ümumiyyətlə,  Ermənistan və Dağlıq Qarabağ separatçı rejiminin rəhbərliyinin narkotik ticarətinə birbaşa himayəçiliyi artıq sirr deyil. Erməni mediasında belə etiraf olunur ki, ölkədə ağır sosial durumla əlaqədar narkotik və insan alveri geniş vüsət alıb və bu işlər dövlət səviyyəsində həyata keçirilir. Bu, eyni zamanda, həm MDB, həm Avropa, həm də  ümumilikdə bütün dünya üçün çox böyük və ciddi təhlükədir. Azərbaycan da məhz bu təhlükənin aradan qaldırılması üçün dünya birlyinin, o cümlədən Rusiyanın, Qərb dövlətlərinin müvafiq addımlar atmasını istəyir. Belə müvafiq əməliyyatlardan biri isə güc yolu ilə mövcud təhdidi aradan qaldırmaqdır. Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə narkotik vasitələrin yetişdirilməsi və emalı genişlənməkdə davam edir. Bunun ən ümdə səbəblərindən biri Ermənistanın bu cinayət əməllərinə görə hələ də hansısa cəza ilə üzləşməməsidir.  Lakin hərbi əməliyyatların keçrilməsi ilə düşmən layiqli cəzasını ala bilər. Hələlik isə diqqət aprel seçkilərindən sonra Qarabağ məsələsi ilə bağlı diplomatik fəallığa yönəlib. Bu fəallıq nəticə verməsə, Qarabağda hərbi əməliyyatların yenilənməsi tamamilə gözləniləndir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ