Cümə günü, 13 noyabr 2026
     

Azərbaycan, Rusiya və Ermənistanda eyni vaxtda seçki prosesləri erməniləri “daha zülmət Qarabağ dalanına” soxur…

Image


Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkün qədər tez həlli son dövrlərdə regionda böyük təsir imkanlarına malik Rusiyada da xüsusi olaraq qabardılır. Burada o da diqqətə çatdırılır ki, konfliktin çözümü Rusiyanın cənub sərhədlərində təhlükəsiz mühitin formalaşması baxımından çox vacibdir. Eyni zamanda münaqişənin həlli bölgədə geosiyasi təhdid amillərinin də aradan qalxması baxımından vacib sayılır.

Məsələ ilə bağlı rusiyalı ekspert Maksim Şevçenko daha kəskin mövqe sərgiləyir. O qeyd edir ki, Moskva proseslərə daha diqqətlə yanaşmalı, obektiv mövqe sərgiləməlidir. Çünki ermənilər Rusiyanın düşmənidir, Qarabağ isə Azərbaycanın əzəli torpağıdır. Rusiya prezidenti yanında Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Hüquqları üzrə Şuranın üzvü, 2008-2012-ci illərdə Rusiya İctimai Palatasının üzvü olmuş Şevcenkonun açıq şəkildə Ermənistanı düşmən dövlət adlandırması mühüm amil sayılır.  Bu fakt həm də  Ermənistanın Rusiyanın dostu ola bilməyəcəyinə əmin olan rusiyalı ziyalıların sayının artmaqda olduğunu göstərir. Nəticədə də  ermənilərin yalanları onların ən çox güvəndikləri Rusiyada daha geniş miqyasda ifşa edilir. Maksim Şevçenko bir daha Dağlıq Qarabağın Azərbaycanın əzəli torpağı olduğunu və heç bir fərziyyənin bu faktı dəyişə bilməyəcəyini vurğulayıb. İndi hesab edilir ki, bu mövqe fonunda Moskvanın Qarabağ münaqişəsinin həlli istiqamətində əməli addımlar atması problemin çözümünü əhəmiyyətli dərəcədə sürətləndirə bilər. Digər tərəfdən Moskvanın son hadisələr fonunda məsələnin çözümü üçün Ermənistana təsirinin nəticəsi üçün daha əlverişli şəraitin yarandıığ da özünü qabarıq surətdə göstərir.  Əslində, Ermənistanda bu xüsusda bir əndişə yarandığı da diqqətdən qaçmır. Hətta fikirlər səslənir ki, Rusiyada prezident seçkilərində Vladimir Putinin qələbəsindən dərhal sonra Azərbaycan Dağlıq Qarabağın azad edilməsi istiqamətində ciddi hərəkata başlayacaq və Moskva bunu dəstəkləyəcək. Eyni zamanda Azərbaycanda aprelin 11-də növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı qərar da bu fonda Ermənistanda çaxnaşmaya səbəb olub. İrəvan, eləcə də bütün erməni cəmiyyəti rəsmi Bakının Dağlıq Qarabağın azad olunması istiqamətində yeni addımlar atacağından narahatdır. Erməni siyasi şərhçi Qraçya Qalustyan hesab edir ki, Azərbaycanda prezident seçkilərinin vaxtının aprelin 11-nə dəyişdirilməsi heç də iddia edildiyi kimi iqtisadi məsələlərdən irəli gəlmir. Məsələ ilə bağlı onun fikirlərində çox maraqlı nüanslara diqqət yetrilir. Öncə Azərbaycanın iqtisadi gücünə nəzər salan Qraçya Qalustyan bildirir: “Erməni analitiklər bu dəyişikliyi iqtisadi məsələlərə bağlamaqla ən yaxşı halda tələsdilər, yaxud da etiraf etməliyik ki, biz rəqib Azərbaycanı görmək istədiyimiz kimi təsvir etməyi xoşlayırıq. Halbuki, vəziyyət bizim analitiklərin dediklərinin tam əksinədir”. Qalustyan qeyd edir ki, Azərbaycanda qlobal iqtisadi problem yoxdur: “Əksinə, iqtisadi artımın olduqca ciddi perspektivəri var. Ermənistanın uzun müddətdir özünə müttəfiq hesab etdiyi ölkələr bu gün Azərbaycanla səmimi münasibətlər qurur və bu münasibətlərdə biznes əsas paya sahibdir. Tehran, Bakı və Moskva bölgədə yeni böyük nəqliyyat layihəsinin – “Şimal-Cənub“ beynəlxalq dəmiryolu layihəsinin əsasını qoyur. Martda Azərbaycan və İran  prezidentlərinin görüşü olacaq, onlar Azərbaycan Astarası ilə İran Astarası arasındakı körpünü istismara verəcək, həmçinin, Astara-Rəşt dəmiryolunun təməlini atacaqlar. İran tərəfi bildirir ki, bu layihə Fars körfəzi ilə Qara dənizi birləşdirən böyük əhəmiyyətli layihədir. Bu nəqliyyat dəhlizi vasitəsilə yüklər Gürcüstan, Ukrayna və Polşaya qədər daşınacaq. Ermənistan yenə böyük gəlirlərdən təcrid olacaq, Azərbaycan isə təkcə maliyyə yox, həm də siyasi dividendlər əldə edəcək”. Erməni şərhçi Azərbaycanın İrana yarım milyard dollar kredit ayırdığına diqqət çəkib: “Belə şəraitdə Azərbaycanda iqtisadi problemlər haqqında iddia qaldırmaq, sadəcə, sadəlövhlüyün ən yüksək həddidir. O iddialar da mənasızdır ki, rəsmi Bakıya siyasi təzyiqlər var. Əksinə, Avropada tez-tez bu ölkənin əhəmiyyəti haqqında ucadan danışırlar. Həmçinin, Davosda İlham Əliyevin görüşlərinin səviyyəsini xatırlatmaq Azərbaycanın əhəmiyyətini dərk etməyə bəs edir. Bütün bunların fonunda İlham Əliyev Vladimir Putinlə son dərəcə isti münasibətlərə malikdir. Rusiya və Azəraycanın neft-qaz bazarında rəqib olması burada paradoks yarada bilər. Lakin vəziyyət başqa cür yox, məhz belədir. Şübhə edənlərə onu xatırladım ki, Rusiya telekanallarında heç vaxt Azərbaycanı tənqid etmirlər, halbuki, orada Ermənistanı ən pis sözlərlə təhqir edirlər. Duqinin, Solovyovun, Proxanovun Bakıya səfərlərini də xatırlaya bilərik. Onlar daim ərazilərin Azərbaycana qaytarılması ideyasını müdafiə edirlər. Bütün bunlarla müqayisədə Kreml Sarkisyana narazılığını gizlətmir. 9 apreldə Sarkisyanın prezidentlik müddəti başa çatır və Azərbaycanda seçkilər payıızda keçirilsəydi, bu, Dağlıq Qarabağ danışıqlarında pauza yaranması ilə nəticələnərdi. Göründüyü kimi, Azərbaycan heç bir pauzanın yaranmasına imkan vermək niyyətində deyil. Seçkinin vaxtının dəyişdirilməsi də məhz buna hesablanıb”. Q.Qalustyan iddia edir ki, Rusiyadakı seçkidən dərhal sonra Bakı Qarabağın azad olunması prosesinə başlayacaq: “Martın 18-də Rusiyada prezident seçkiləri keçiriləcək və Putinin qələbəsindən dərhal sonra Azərbaycan Qarabağın azad edilməsi prosesinə strat verəcək. Rusiya bu prosesə dəstək verəcək, erməni ordusu heç nə edə bilməyəcək. Bu təkcə Serj Sarkisyanın yox, bütün “Qarabağ klanı”nın siyasi səhnədən gedişi ilə nəticələnəcək. İlham Əliyev isə qalib olaraq tarixə düşəcək”. Əslində, erməni şərhçinin dediklərində həqiqət payı xeyli yüksəkdir. Əvvəla, Azərbaycan həyata keçirdiyi layihələrlə istər Rusiya, istərsə də İran üçün xüsusi əhəmiyyət kəsb edən ölkəyə çevrilir. Eyni zamanda “Şimal-Cənub” dəhlizini işə salmaqla Bakı Rusiya və İran arasında yeni quru əlaqəsi yaradır. Daha bir önəmli məqam Rusiya və İranın “Şimal-Cənub”  vasitəsilə Qərb təzyiq və sanksiyalarının təsirindən əhəmiyyətli dərəcədə qurtulmalarıdır. Çünki “Şimal-Cənub” tranzit dəhlizləri arasında mühüm əhəmiyyət kəsb edən layihələrdən biridir. Bu layihə Hindistan, Hind okeanı sahilində yerləşən dövlətləri, İran, Azərbaycan, Rusiya və Skandinaviya dövlətlərini vahid nəqliyyat marşrutunda birləşdirir. Artıq “Şimal-Cənub”un işə salınması istiqamətində mühüm addımlar atılıb. Rəşt-Astara dəmir yolunun çəkilməsi dəhlizin işə düşməsində vacib əhəmiyyət kəsb edəcək. Xatırladaq ki, bu dəmir yolunun çəkilişinin sürətlənməsi Azərbaycanın da xüsusi maraq dairəsindədir. Azərbaycan Rəşt-Astara dəmir yolu layihəsinin icrasına 500 milyon dollarlıq investisiya qoymaqla bu layihədə 50 faizlik paya sahib olacaq. Rəşt-Astara dəmir yolunun istifadəyə verilməsi ilə İranın cənubundan yüklərin Avropaya göndərilməsi də xeyli asanlaşacaq.  Qeyd edək ki, Rəşt-Astara dəmir yolu layihəsinin icrası ilə “Şimal-Cənub” dəhlizinin əsas hissəsi istifadəyə hazır vəziyyətə gətirilmiş olacaq və bu marşrutdan istifadə edərək, Hindistan və Çin öz məhsullarını Mərkəzi Asiya, Azərbaycan, Rusiya və Avropaya nəql edə biləcək, eyni zamanda əks istiqamətdə daşınmalar olacaq. Bütün bunlar Azərbaycanın sayəsində Rusiya və İranın iqtisadi mövqelərinin əhəmiyyətli dərəcədə güclənməsi anlamına gəlir. Bu vəziyyətdə Ermənistan avtomatik olaraq Rusiya və İran üçün daha çox arxa plana keçir. Belə vəziyyətdə Ermənistanın həmin ölkələrlə birgə reallaşdırmaq istədiyi layihələrin də baş tutması mümkünsüz sayılır. Çünki Azərbaycanla işbirliyi daha sərfəli və daha realdır. Elə bunun nəticəsidir ki, İrəvanın müəllifi olduğu İran-Ermənistan dəmir yolu və İran-Ermənistan avtomobil yollarının çəkilişi barədə artıq danışan yoxdur. Çünki onlar  artıq tamamilə öz əhəmiyyətini itirib. Belə ki, İran-Ermənistan dəmir yolunun çəkilişi ideyası İranın Azərbaycan ərazisindən keçən “Şimal-Cənub” nəqliyyat dəhlizini əsas götürməsi ilə artıq tarixin arxivinə qovuşub. Avtomobil yoluna gəldikdə isə, qeyd edək ki, Ermənistanın bu layihəsi də Bakı-Tiflis-Qars dəmir yolunun istismara verilməsi ilə əhəmiyyətini itirib. Ermənistan üçün yolun strateji mahiyyəti ondan ibarət idi ki, İrəvan Asiya ölkələrindən İrana daxil olan yüklərin bu yolla Gürcüstanın Poti limanına, oradan isə Avropaya daşınmasına nail olmağa çalışırdı. Bundan başqa, Ermənistan gələcəkdə Mehri-Poti yolunu Rusiyaya qədər uzatmağı və yüklərin əks istiqamətə - Rusiya-Gürcüstan-Ermənistan-İran istiqamətində daşınmasına nail olmağı, bununla da ikiqat tranzit gəlir götürməyi planlaşdırırdı. Lakin Rəşt-Astara dəmir yolu İranın Ermənistana avtomobil yolu çəkib onu Mehri-Poti magistralına birləşdirmək marağını itirdi. Bakı-Tiflis-Qars dəmir yolu isə Gürcüstanın adıçəkilən magistrala diqqət ayırmamasına səbəb oldu. Belə vəziyyətdə aydın olur ki, Ermənistanın Mehri-Poti avtomobil yolunu çəkə bilməsi böyük sual altındadır. Əvəzində İran, eləcə də Rusiya Azərbaycanla iqtisadi, o cümlədən yükdaşımalar sahəsində vacib layihələr həyata keçirir. Bütün bunlar isə, yuxarıda qeyd olunduğu kimi, Ermənistanın Moskva, Tehran üçün daha çox arxa plana keçməsini şərtləndirir. Aydındır ki, proseslərin bu səpkidə inkişafı Qarabağ münaqişəsinin gedişinə də təsirsiz ötüşmür.  Rusiya və İranın Ermənistanla  həm iqtisadi münasibətləri zəiflətməsi, həm İrəvana təzyiqləri işğalçı tərəfin Qarabağ məsələsində geri çəkilməsinə əsaslı surətdə təsir göstərmək iqtidarındadır. Cari ilin mart və aprel aylarından sonra bu istiqamətdə olduqca əlverişli bir şəraiitin yaranması gözlənir. Belə görünür ki, Azərbaycanın qonşuları ilə birlikdə həyata keçirdiyi iqtisadi layihələr Qarabağ münaqişəsinin həllinə artıq öz təsirlərini göstərir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ