ABŞ BMT-ın prosesinə kömək etməyə davam edir və bunu Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının ən yaxşı yolu oldu olduğunu hesab edir. Trend-in məlumatına görə, bunun Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin mətbuat katibi Con Kirbi bildirib.
"Minsk qrupunun amerikalı həmsədri Rusiyanın və fransız həmsədrləriylə regiona səfər ediblər və birmənalı olaraq qeyd edib ki, biz danışıqlar prosesinin və nizamlanmanın ən sürətli qayıdışını görməyi arzu edirik. Biz BMT-na və tərəflərin uzunmüddətli sülh nail olması üçün fəaliyyətə möhkəm sadiqik", - Kirbi bildirib.
Qeyd edək ki, sonradan Dövlət Departamenti bəyanatda dəyişiklik edərək BMT sözünü ATƏT-lə əvəzləyib.
Dağlıq Qarabağda atəşkəs haqqında 1994-cü və 1995-ci illərdə bağlanmış sazişlər müddətsiz xarakterə malikdirlər və münaqişə zonasında barışığın əsasını təşkil edirlər. Bu barədə isə Rusiyanın Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.
Bəyanatda deyilir ki: "Dağlıq Qarabağın ətrafında vəziyyətin inkişafının kontekstində Rusiya buna əsaslanır ki, atəşkəs haqqında 1994-cü ildə bağlanmış saziş, həmçinin onun inkişafına qəbul edilmiş Dağlıq Qarabağ münaqişəsində atəşkəsin möhkəmləndirilməsi haqqında 1995-ci ildə bağlanmış razılaşma müddətsiz xarakterə malikdirlər və əvvəlki kimi münaqişə zonasında barışığın əsasını təşkil edirlər".
Bəyanatda eyd olunur ki, bu prinsipial mövqe ATƏT-in Minsk qrupunun həmsədrlərinin "üçlüyü"nün ümumi yanaşması ilə tamamilə uyğundur.