şənbə günü, 21 noyabr 2026
     

Erməni yalanlarının ifşası öz sələflərinin imzaladığı sənədlərdə...

Image


Dünyada ermənilərə istər Osmanlı imperatorluğundan, istər Türkiyə Cumhuriyyətindən, istərsə də Azərbaycandan daha artıq şərait yaradan başqa bir dövlət və ya millət göstərmək mümkün deyil. Ancaq ermənilər Azərbaycan türklərinin ata-baba yurdu olan İrəvan xanlığında qurduqları dövlətdə bu haqqı türklərə tanımırlar. Tarixi rəsmi sənədlər bu yazdıqlarımızı sübut edir.
Fəqət ermənilər istismar planlarını yerinə yetirə bilmək üçün uydurmalarına davam edir, Birinci Dünya müharibəsi zamanında və sonradan Anadolunu və Azərbaycanı talayıb yağmaladıqları kimi, bu gün də ölkəmizin Qarabağ bölgəsini və ətrafını yaxıb-yandırırlar. Onlar, atəşkəs müqaviləsi imzalamalarına baxmayaraq, Azərbaycanla müharibə şəraitini davam etdirir, işğal altında tutduqları torpaqlardan sərhədçilərimizə, sərhədyani bölgələrdə yaşayan insanlarımıza atəş açır, tez-tez Azərbaycan əsgərlərini, dinc sakinləri həlak edirlər. Doğrudur, onlar Azərbaycan əsgəri tərəfindən layiq olduqları cavabı alırlar. Dünya ictimaiyyəti də bütün bunlara seyrçi qalır, Xocalı soyqırımına seyrçi qaldıqları kimi.
Görün tanınan bəzi erməni yazıçıları "erməni məsələsi"nə dair düşüncələrini necə açıqlayıblar. T.Hacıqokyan yazır: "...Şərəfsiz Daşnak Respublikasının qısa dövründə Azərbaycan, Gürcüstan və Türkiyə ilə aparılan müharibələrdə daşnakların qanlı əllərilə minlərlə türkü yox etdikləri, kəndlərini yandırıb külə döndərdikləri və Zəngəzur, Şərur, Daralagöz, Meqri, Ərbaba, Zəngibasar və Vedidəki türk kəndlərində törətdikləri vəhşiliklər, qətliamlar, qarətlər hələ də ağıllardadır. O zaman erməni əsgərlərində yaltaqlıq, qarət, günahsız və çarəsiz insanları öldürmə psixologiyası kök atmışdı..."
Erməni millətinə mənsub elm adamı B.İşxanyan isə ermənilərin Qafqazda məskunlaşmaları barədə həqiqəti ortaya qoyub. Onun 1916-cı ildə nəşr olunan kitabında bunları oxuyuruq: "...Ermənilərin həqiqi vətəni kiçik Asiyadır, yəni Rusiya hüdudlarından kənardadır və Qafqazda bir neçə erməni əyalətindən başqa, Qafqaz ərazisinin müxtəlif hissələrinə ermənilər yalnız son yüzildə səpələniblər..."
Erməni yazıçısı H.Osipyan 1930-cu ildə Ermənistan dövləti tərəfindən azərbaycanca nəşr edilən "Müharibə və quruluşun 10 ili," adlı kitabında bunları qeyd edib: "...Daşnakların iqtidarı zamanında etnik döyüşlər ağılasığmaz həcmə çatmışdı. Onlar menşevik Gürcüstanı ilə bir dəfə, Türkiyə ilə iki dəfə, Azərbaycanla isə bir neçə dəfə müharibə etdilər və ölkə daxilində türk cəmiyyətini ortadan qaldırmaq siyasətini irəli sürdülər. Ağbabada, Zəngibasarda, Vedibasarda, Şərurda on minlərlə türk qətl edildi. Bu vətəndaşların var-dövləti talan edilib daşnak komandanlarının mülkiyyətinə keçirildi.
Türk cəmiyyətini yox etmək məqsədilə daşnak hökuməti qırx minə yaxın adamı silahlandırdı, çox sayda könüllü dəstələr qurdu. Bunları ayaqda tuta bilmək üçün də fəhlə və kəndlinin belinə ağır vergilər yüklədi. Daşnaklara öz çirkin siyasətlərini həyata keçirmək üçün bu da azlıq edirdi. Daşnak hökuməti İngiltərə və Amerika imperialistlərinin yardımına müraciət edərək onlardan böyük miqdarda hərbi sursat aldı..."
Beləcə, dürüst erməni yazıçıları bu yazıları ilə Ermənistanın quruluşunun qanunsuz olduğunu və ermənilərin törətdikləri vəhşilikləri isbat edirlər.
İndi isə Rus generalı Mayevskinin bəzi qeydlərinə nəzər salaq: "1895-ci ilə qədər erməni-türk əlaqələri yaxşı bir vəziyyətdə idi. Bu iki cəmiyyət bir-biri ilə dostca dolanırdı. 1895-ci ildə erməni komitəçilər erməniləri türklərə qarşı təhrik etməyə başladılar və erməni-türk əlaqələri birdən-birə tərsinə döndü. Türk vəhşiliyi bir həqiqət olmayıb uydurulan siyasi bir hekayədir. Həqiqəti olduğu kimi söyləmək lazımdırsa, Şərqdə vəhşi olanlar müsəlmanlar deyil, əksinə, müxtəlif hadisələri törədənlər şərqli ermənilər idi. Onlar törətdikləri hadisələri kimsəsiz müsəlmanların adına çıxardılar. Baş verən hadisələr erməni komitəçilərin uydurduqları və icraya qoyduqları komediyadan başqa bir şey deyil..."
Erməni komitəçilərlə bir amerikalının söhbəti də bu baxımdan ibrətamizdir. Amerikalı Dr.Hamlinin (İstanbuldakı amerikan kollecinin qurucusu) müsahibəsini ehtiva edən 23 dekabr 1893 tarixli məktubun bir bölümü belədir ("Boston" qəzetində yayımlanıb): "...Rusların Anadoluya girmələrinə səbəb olacaq bir hadisə törədəcəklərini və buna hazırlandıqlarını söyləyən bir erməni komitəçiyə Dr.Hamlin "necə?" - deyə sorduqda, komitəçinin cavabı belə olub: "Bütün imperatorluqda təşkilatlanan "Qnçak" çətələri türkləri öldürüb kəndlərini yandıracaq. Sonra dağlara qaçacaqlar. Belə olduqda dəliyə dönən türklər bölgədəki müdafiəsiz ermənilərin üzərinə hücum edib onları elə doğrayacaqlar ki, ruslar xristianlıq mədəniyyəti naminə hücuma keçib Anadolunu işğal edəcəklər." Bu cavaba çaşıb qalan amerikalı dəhşət içərisində: "Belə bir şeyi necə edə bilərsiniz? Nə qorxunc bir plandır bu!.." deyib.
Doğrudan da bu, qorxunc bir plan olub. Bu da bir həqiqətdir ki, ermənilər belə planlarla özlərini "yazıq," "haqsız-hüquqsuz" bir millət olaraq göstərməyə çalışıblar.
Ermənistanın ilk baş naziri, "Daşnaksütyun" komitəsinin rəhbəri O.Kaçaznuninin "Artıq Daşnaksütyun"un görəcəyi bir iş yoxdur" başlığı altında Buxarest konfransına təqdim etdiyi hesabatın bir bölümünə də nəzər salaq. Bu hesabat 1914-1923-cü illər arasında türk-erməni hadisələrinə və ermənilər tərəfindən bütün dünyanın gündəminə gətirilən "erməni soyqırımı"nın baş verib-vermədiyinə dair əsas rəsmi sənədlərdən biridir.
O.Kaçaznuni öz çıxışında belə deyib: "Yoldaşlar! Bu məsələlər mənim çox uzun və çox kədərli düşüncələrimin əsas mövzusunu əmələ gətirib. Sizin də bu mövzuları düşündüyünüzə şübhəm yoxdur. Ancaq sizin də eyni nəticəyə gəlib-gəlməyəcəyinizi bilmirəm. Qorxuram belə olmasın. Qorxuram ki, tələffüz etmək çətin olsa da, mənim vicdanımın səsini dinləyərək gəldiyim nəticə konfrans iştirakçılarının bəlkə də öfkəsini çəksin. Mən buna hazıram. Ancaq buna inanmağınızı xahiş edirəm...
Könüllü dəstələrin qurulması lazım idimi sualı bu gün, əlbəttə, mənasızdır. Tarixi hadisələrin özünə xas polad bir məntiqi vardır. 1914-cü ilin payızında erməni könüllü dəstələri quruldu və türklərə qarşı fəaliyyətə başlandı. Bu, erməni xalqının 25 il boyunca bəslədiyi psixoloji şəraitin təbii və qaçılmaz bir nəticəsi idi. Bu psixologiya özünə bir forma tapmalıydı və onu tapdı...
Bu gün məsuliyyət mövzusu gündəmə gələrsə, kimin günahkar olduğunu tədqiq etmək mənasızdır. Psikopos Mesrop, A.Xatisov, doktor Zavriev, S.Arutyunov, Dro və Andronik olmasaydı, başqaları tapılacaq və eyni şeyləri törədəcəkdilər. Könüllü dəstələrin qurulması bir səhv idisə, bu səhvin kökləri uzaq keçmişdə axtarılacaq. Hələlik bunu təsbit etmək lazımdır ki, biz bu könüllülər hərəkatına aktiv olaraq qatıldıq və bu qatılma komitə konqresinin qərarına baxmayaraq həyata keçirildi.
1914-cü ilin qışı və 1915-ci ilin ilk ayları, "Daşnaksütyun" da daxil olmaqla, Rusiya erməniləri üçün bir həyacanlanma və ümid dövrü idi. Biz qeydsiz-şərtsiz Rusiyaya yönələn vəziyyətdə idik. Hər hansı bir zəfərin olmamasına baxmayaraq, biz zəfər havasına qapılmışdıq, sədaqətimiz, çalışmalarımız və yardımlaşmalarımız qarşılığında Çar hökumətinin Ermənistanın müstəqilliyini bizə hədiyyə edəcəyinə əmindik. Ağlımız dumanlanmışdı. Biz öz istəklərimizi başqalarına mal edərək məsuliyyətsiz insanların boş sözlərinə böyük əhəmiyyət verib özümüzə etdiyimiz hipnozun təsiri ilə həqiqətləri anlaya bilmədik, xəyallara qapıldıq...
1915-ci ilin ikinci yarısı və 1916-cı ilin tamamı bizim üçün ümumi bir yas dövrü oldu. Van, Eleşkirt, Basen mühacirləri, qırğından qurtaranların hamısı - on minlərlə, yüz minlərlə insan gəlib Rusiyanın erməni qəzalarına doluşdu. Ac, çılpaq, xəstə və qorxu içərisində olan insanlar şəhər və kəndlərimizə yerləşirdilər. Bu ac insanlar çörək tapa bilməyən bir ölkəyə gəlirdilər. Gücsüz, xəstə, dərmansız mühacirlər açıqda qalırdılar. Şirak və Ararat vadiləri böyük bir xəstəxananı xatırladırdı. Buralarda minlərlə erməni bizim gözlərimizin qabağında aclıqdan və xəstəlikdən ölürdü. Biz bu insanların həyatını qurtarmaqda acizdik. Qızğınlıq və qorxu içərisində olan bizlər günahkar axtarırdıq və bu günahkarı "rus hökuməti ilə onun yalançı siyasəti" olaraq müəyyən etdik. Biz sosial baxımdan yetişən insanlara xas bir çaşqınlıq içərisində bir küncdən digərinə sovrulurduq. Rus hökumətinə qarşı dünənki inamımız nə qədər kor-koranə və əsassız idisə, bugünkü günahlandırmalarımız da o qədər kor-koranə və əsassızdır. O zamanlar rusların bilərəkdən ağır və qətiyyətsiz davrandıqları, yerli erməniləri qətl etmək üçün türklərə imkan yaratdıqları söylənirdi. Guya ruslar Ermənistanı boşaltmaq və oralara kazakları yerləşdirmək üçün belə davranır, Kont Lobanov-Rostovskinin hər kəs tərəfindən bilinən "ermənisiz Ermənistan" planı həyata keçirilirmiş. Yalnız xalq deyil, komitəmiz və ağlı başında olan yoldaşlarımızın da bir çoxu belə düşünürdü...
Təbii ki, bizim könüllü dəstələrimiz Vanı və Muşu tezliklə ələ keçirməyə çalışırdı. Oralara erməniləri qurtarmaq üçün gedirdilər. Əslində rus ordu hissələri erməni könüllülərindən əmələ gəlmirdi və onların fərqli məqsədləri var idı. Onlarda görünən və bizim bir xəyanət olaraq qiymətləndirdiyimiz ağır və qətiyyətsiz davranış, rus komandanlarının qeyri-adi zəifliyi ilə və ya biz tərəfdən bilinməyən ümumi hərbi qaydalarla açıqlana bilər.
Bu hadisələri, qeyri-adi və çox maraqlı olduğuna baxmayaraq, ələ almamağımız lazım idi. Biz siyasi bir komitə olaraq məsələmizin rusları maraqlandırmadığını və onların lazım olduqda bizim cəsədlərimizi tapdalayaraq keçib gedəcəklərini unutmuşduq. Bunu anlamadığımızı, bilmədiyimizi söyləyə bilmərəm. Əlbəttə bilirdik, lakin bəzən müharibənin ancaq "erməni məsələsi"nə görə başladıldığını saflıqla düşünürdük. Ruslar hücuma keçdikdə onların erməniləri qətl etmələri üçün türklərə imkan verdiklərinə inandıq. Biz hər iki halda məqsəd və niyyətləri qarışdırırdıq. Rusların xəyanətlərini axtarır və əlbəttə, tapırdıq. Altı ay əvvəl də rusların xeyirxahlıqla yaxınlaşmamalarının isbatını eyni bu şəkildə axtarmış və tapmışdıq. Pis taledən şikayət etmək və fəlakətlərimizin səbəblərini başqalarında axtarmaq acınacaqlı bir vəziyyətdir. Bu bizim milli psixologiyamızın bir xüsusiyyətidir. "Daşnaksütyun" komitəsi bundan qaça bilməyib.
Rusların bizə qarşı təhrikedici davranmalarında sanki xüsusi bir təsəlli var idi. Sanki saf və uzaqgörən olmadığımız bir qəhrəmanlıq idi və nəticədə elə bir vəziyyətə düşdük ki, istəyən hər kəs bizi asanlıqla aldatdı, xəyanət etdi, kəsdi və başqalarının kəsmələrinə imkan verdi..."
1923-cü ilin aprel ayında "Daşnaksütyun" komitəsinin Buxarestdə keçirilən konfransında çıxış edən O.Kaçaznuninin, erməni millətinə mənsub olmasına baxmayaraq, konfransdakı çıxışı bu gün bütün dünyada dillər əzbəri olan "erməni soyqırımı"nın uydurma olduğunu rəsmən ortaya qoyur.
Yuxarıda qeyd etdiyimiz hesabatı yazanın müharibədə döyüşən tərəflərdən birinin başında və üstəlik, "soyqırımı"na uğradığı iddia edilən tərəfin hökumətinin baş naziri olduğu nəzərə alındıqda bu qeyd etdiklərimiz daha ciddi əhəmiyyət qazanır. "Soyqırımı"na uğradıqları iddia edilən ermənilərin baş nazirləri, baş verən hadisələri bir müharibə olaraq dəyərləndirir və ən önəmlisi, ermənilərin imperialist güclərə alət olduqlarını ortaya qoyur. Beləliklə, "Daşnaksütyun" komitəsinin lideri, Ermənistanın ilk baş naziri O.Kaçaznuninin 1923-cü ilin aprel ayında Buxarestdə keçirilən "Daşnaksütyun" konfransına təqdim etdiyi hesabatdan bu nəticələr ortaya çıxır: ermənilər Osmanlı dövlətinə xəyanət edib əvvəl ruslara, daha sonra fransızlara və ingilislərə qeyd-şərtsiz satılıblar; ermənilər "dənizdən-dənizə Ermənistan" layihəsi kimi bir arzuya qapılıb və bu istiqamətdə təhrik ediliblər; "Daşnaksütyun" komitəsi xaricində bir günahkar axtarılmamalıdır.
Ortaya belə bir sual çıxır: bu gün "erməni soyqırımı" iddialarını müzakirə edən və "erməni soyqırımı" haqqında qərarlar alan ölkələr Ermənistanın ilk baş nazirinə güvənmirlərsə, kimə güvənirlər? Heç şübhəsiz, Ermənistanın ilk baş naziri, erməni millətinin tarixində xüsusi bir yeri olan "Daşnaksütyun" komitəsinin lideri O.Kaçaznuninin hesabatı ermənilərin böyük yalanını faş edir!..
Fikrimizcə, Ermənistanın ilk baş naziri O.Kaçaznuninin "Daşnaksütyun" komitəsinin Buxarestdə keçirdiyi konfransına təqdim etdiyi hesabatı müxtəlif dillərə tərcümə olunub dünya ictimaiyyətinə çatdırılmalıdır. Qoy bütün dünyada erməni tərəfdarları "erməni soyqırımı" və ya "ermənilərə qarşı törədilən qətliamlar"ın tarixi həqiqətlərə nə qədər "uyğun" olduğunu Ermənistanın ilk baş nazirindən öyrənsinlər!..
Bu da bir həqiqətdir ki, erməni iddialarının təməlində azdırılan bir tarix yatır. Bu azdırılan tarixin yalan olmasını rəsmi sənədlər işığında dünya ictimaiyyətinə çatdırmaq hər bir elm adamının borcudur. Biz illərdən bəri davam etdirilən əsassiz iddialar qarşısında əsl günahkarların vətəndaşı olduqları dövlətə xəyanət edən ermənilər olduğunu dünya ictimaiyyətinə, xüsusilə də erməni iddialarına dəstək verən dövlətlərə rəsmi sənədlərlə bildirməliyik, inkarı mümkün olmayan arxiv sənədləri ilə!.. Çünki arxiv sənədləri kimin məzlum, kimin cinayətkar olduğunu ortaya qoyur, erməni komitəçilərin və çətələrin Anadoluda və Azərbaycanda törətdiyi qətliam və qeyri-insani hərəkətlərini isbat edir.
Fazil QARAOĞLU,
professor



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
Bakıda narkotik həblər satanlar saxlanıldı, aralarında bir vəkil də var - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib

20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb

20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...

20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı - körpülər vuruldu...

20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi - sonra ondan üzr istəyirəm...

20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...

20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi

20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…

20.11.2026 / 12:21
Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədovla görüşdə iştirak edib

20.11.2026 / 12:14
Uşaqların energetik içkilərə marağı artır – nəzarət gücləndirilə bilər...

20.11.2026 / 12:01
Media və Yayım Şurasının müsabiqələrinin keçirilməsi qaydalarında yenilik edildi

20.11.2026 / 11:50
İspaniya futbolunun dörd nəhəngi İstanbulda üz-üzə gəlir

20.11.2026 / 11:37
Jurnalist müsabiqəsində sosial media aktivliyi də nəzərə alınacaq - YENİ QAYDA...

20.11.2026 / 11:23
Keçmiş təhsil nazirinə yeni vəzifə verildi...

20.11.2026 / 11:09
Dəbilqəsiz elektroskuter sürmək qadağan edilə bilər - Ombudsmandan təklif...

20.11.2026 / 10:54
Bu halda media subyektinə yardım dayandırılacaq...

20.11.2026 / 10:36
Sülhə mane olan sənəd Ermənistanın rəsmi saytlarında açılmır

20.11.2026 / 10:18
Prezident İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb - FOTO/YENİLƏNDİ

20.11.2026 / 10:03
Tramp İrana yeni hücumla bağlı yeni tarix açıqladı – nələrin baş verəcəyini görəcəyik…

20.11.2026 / 09:47
Abşeron-Xızı Təhsil İdarəsinin müdiri yeni vəzifəyə təyin edildi...

20.11.2026 / 09:30
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ