şənbə günü, 21 noyabr 2026
     

Aprel döyüşləri: tamam, yoxsa davam?

Image


2-5 aprel döyüşləri ərəfəsindəki vəziyyət

Multikulturalizm məkanı olan Azərbaycan bir sıra mədəniyyətlərin, dinlərin birləşdiyi, çuğlaşdığı məkandır. Dövlət səviyyəsində həyata keçirilən bütün tədbirlər xalqlar, mədəniyyətlər, dinlər, dövlətlər arasında münasibəti tənzimləyir. Multikultural nümunə olan Azərbaycan dünyada yaşayan bütün xalqlar üçün maraq kəsb edə bilər. Bilirik ki, Azərbaycana qonaq gələn hər bir insan buradakı sağlam ictimai-siyasi mühitdən, mədəniyyətlərin harmoniyasından danışır.

I
1. Azərbaycan dövlət başçısı və digər rəsmilər səviyyəsində danışıqların heç bir nəticə vermədiyini, beynəlxalq təşkilatların ədalətsiz mövqe tutduqlarını açıq şəkildə bəyan edir, vasitəçiləri kəskin şəkildə tənqid edirdi.
2. Ermənistan barışmaz mövqedən çıxış edir, Azərbaycan tərəfini guya danışıqlar prosesini pozmaqda ittiham edir, Azərbaycanı yeni işğal hərəkətləri ilə hədələyir, kompromis ehtimalını yaxına da buraxmır, güclü müdafiə xəttinin olması və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olması ilə öyünür, Dağlıq Qarabağdakı qondarma rejimin dünyada tanıtdırılması üçün intensiv cəhdlər edirdi.
3. Beynəlxalq təşkilatlar, vasitəçi qurumlar, xüsusilə də ATƏT-in Minsk qrupu həmsədrləri danışıqlarda Dağlıq Qarabağdakı qondarma rejimin statusu məsələsini qabardır, digər məsələləri, o cümlədən işğalın nəticələrinin aradan qaldırılması, yəni status-kvonun dəyişdirilməsi məsələsini status məsələsindən asılı vəziyyətdə saxlamağa çalışır, atəşkəsin qorunub saxlanmasını ən vacib məsələ hesab edir, tam ermənipərəst mövqe tuturdular. Böyük dövlətlər münaqişənin həllini ləngidir, mövcud vəziyyətdən öz maraqları üçün daha çox yararlanmağa çalışırdılar.
4. Azərbaycanda belə bir fikir geniş yayılmışdı ki, Azərbaycan hərbi əməliyyatlara cəhd edərsə, beynəlxalq təşkilatların sanksiyaları, böyük dövlətlərin təzyiqlərinə məruz qala bilər, bəzi dövlətlər, birinci növbədə Rusiya Ermənistana açıq dəstək verər, Dağlıq Qarabağdakı qondarma rejimin tanınması prosesinə start verilə bilər. Hərbi əməliyyatların Azərbaycan üçün yeni təhlükələr yaradacağı, cəmiyyətin hansı əhval-ruhiyyədə ola biləcəyi, hansı reaksiyanı verə biləcəyi ilə bağlı müəyyən tərəddüdlər var idi.

II
Hərbi əməliyyatların başlanması və gedişi

1. İşğalçı Ermənistan beynəlxalq təşkilatların və bəzi dövlətlərin onları müdafiə edəcəyinə arxayın olaraq, həmçinin Azərbaycan ərazilərinin daha bir hissəsini ələ keçirərək danışıqlarda üstünlüyü ələ almaq, Azərbaycanı daha ciddi güzəştlərə məcbur etmək məqsədilə bütün cəbhə boyu hücuma keçdi.
2. Azərbaycan Ordusu düşmənin ilk həmləsini dəf edərək əks-hücuma keçdi, 4 gün ərzində düşməni ağır itkilərə məruz qoyaraq, bəzi qeyri-rəsmi məlumatlara görə, 30-40 km eninə və 10-12 km dərininə olmaqla irəlilədi, 5-10 yüksəkliyi, 3-5 kiçik yaşayış məntəqəsini düşməndən təmizlədi. Bu döyüşlərin əsas nəticəsi ondan ibarət oldu ki, düşmənin öyündüyü möhkəmləndirilmiş ön müdafiə xətti Azərbaycan hərbi birləşmələrinin təzyiqinə davam gətirə bilmədi və az vaxt ərzində darmadağın edildi.
3. Azərbaycanın dövlət rəhbərliyi çevik və məqsədyönlü siyasət yeritmək bacarığını, hərbi rəhbərlik yüksək döyüş hazırlığı və qalib gəlmək qüdrətini, əsgər və zabitlər fərdi qəhrəmanlıq nümunələri göstərdi. Azərbaycan cəmiyyəti ruh yüksəkliyi və fədakarlıq keyfiyyətlərini nümayiş etdirdi. Şəhidlik ən ali dəyər səviyyəsinə yüksəldi. Cəmiyyətin böyük əksəriyyətinə belə bir düşüncə hakim oldu ki, "şəhid verməsək torpaqlarımızı azad olmayacaq!", "şəhid verməsək bir millət kimi mövcudluğumuzu qoruyub saxlaya bilməyəcəyik!". Cəmiyyətin böyük bir qismi şəhid olmaq arzusu ilə yaşayır. Ölkədə bayrağa məhəbbət, bayraq sevgisi ən yüksək həddə çatdı.
4. Ermənistanda tam əks proseslər müşahidə olundu. Cəmiyyəti ruh düşgünlüyü və hakimiyyətdən narazılıq dalğası bürüdü, orduya inam ən aşağı səviyyəyə endi, Azərbaycana qarşı müharibənin və Azərbaycan torpaqlarının işğalda saxlanmasının əhəmiyyətsizliyi və persrektivsizliyi fikri gücləndi. Ermənistan ordusunun zəifliyi və döyüş qabiliyyətinin çox aşağı səviyyədə olduğu aydın şəkildə göründü. Ermənistanın beynəlxalq təşkilatların, bəzi dövlətlərin, KTMT-nin dəstəyinə olan ümidləri özünü doğrultmadı və tam iflasa uğradı. Ermənistan tam müttəfiqsiz olduğunu anladı. Ermənistan kömək üçün ənənəvi müttəfiqləri olan Rusiya, Fransa, hətta güclü lobbisinin olduğu ABŞ-a deyil, Almaniyaya üz tutdu, oradan da hər hansı dəstək ala bilmədi.
5. Beynəlxalq birliyin, ayrı-ayrı aparıcı dövlətlərin mövqelərinin Azərbaycan üçün münasib olduğu üzə çıxdı. Azərbaycanin ciddi müttəfiqlərinin olduğu aşkara çıxdı. Beynəlxalq birlik tərəfindən Azərbaycanının haqlı mövqeyinə dəstək, Azərbaycanın haqlı tələbləriinin başa düşülməsi və rəğbətlə qarşılanması istiqamətində irəliləyiş hiss olundu. Beynəlxalq təşkilatlar, aparıcı dövlətlər, o cümlədən ABŞ, Rusiya, Almaniya Azərbaycanın haqlı maraqlarının nəzərə alınması və bu yöndə "real danışıqların" başlanması zəruriliyini qəbul etdilər.

III
Aprel döyüşlərindən sonra prosesin inkişaf edə biləcəyi iki istiqamət

1. Azərbaycanın döyüş meydanındakı uğurlarından sonra məntiqlə başlaya biləcək birinci inkişaf istiqaməti: beynəlxalq təşkilatlar, böyük dövlətlər "real danışıqlar" yolunu tutur, Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxmasına, həmin ərazilərin Azərbaycana qaytarılmasına nail olurlar. Bu, optimal yoldur və beynəlxalq təşkilatların gücü daxilindədir. Bunun üçün hərtərəfli şərait yetişib. Beynəlxalq təşkilatlar, böyük dövlətlər münaqişənin asan və itkisiz həllini doğrudan da istəyirlərsə, bu yolla getməlidirlər.
2. Beynəlxalq birlik, böyük dövlətlər aprel döyüşlərinin yekunlarından düzgün nəticə çıxararaq dinc nizamlanma yolunu tutarsa, bu hər kəsin xeyrinə olar. Amma Azərbaycan tam ehtiyatlı olmalı, yarımçıq addımların atılmasına imkan verməməlidir. Məsələ Dağlıq Qarabağın və ətraf rayonların eyni vaxtda və qeyd-şərtsiz azad olunması şəklində qoyulmalıdır. Dağlıq Qarabağa Azərbaycanın sərhədləri xaricində hər hansı statusun verilməsinə heç bir halda razılaşmaq olmaz. Məsələ konkret və aydın şəkildə öz həlini tapmalıdır: Ermənistanın silahlı qüvvələri Dağlıq Qarabağ və digər ərazilərdən dərhal çıxarılmalı, həmin ərazilərdə Azərbaycanın suveren hüquqları bərpa olunmalıdır.
3. Dinc nizamasalma prosesində iki təhlükəli məqam diqqətdə saxlanmalıdır:
a) Vasitəçilər obyektiv təkliflərlə çıxış edə, lakin nəticənin əldə olunmasında maraqlı olmaya bilərlər. Burada təhlükə vaxtın süni şəkildə uzadılması ilə bağlı ola bilər. Bununla vaxtı uzadıb, Azərbaycan dövlətini və cəmiyyətini yenidən arxayınlaşdıra, mövcud vəziyyəti qoruyub saxlamağa cəhd edə bilərlər. Ona görə də Azərbaycan bu varianta imkan verməməli, danışıqlar üçün konkret müddət müəyyənləşdirməlidir.
b) Digər təhlükə bölgəyə sülhməramlı qüvvələrin yerləşdirilməsi ilə bağlıdır. Azərbaycan sülhməramlı qüvvələrin yalnız bir dövlətin hərbçiləri hesabına formalaşdırılmasına razılaşmamalıdır, tərkib, ən azında, bir neçə dövlətin nümayəndələrindən ibarət olmalıdır. Sülhməramlı qüvvələrin Dağlıq Qarabağ boyunca yerləşdirilməsinə də yol vermək olmaz. Sülhməramlılar yalnız Azərbaycan-Ermənistan sərhədi boyunca yerləşdirilə bilər ki, Ermənistan bir daha Azərbaycana qarşı təcavüz etmək fikrinə düşməsin.
4. Hadisələrin inkişaf edə biləcəyi ikinci istiqamət hərbi yolla bağlıdır. Böyük ehtimalla, beynəlxalq təşkilatlar mənasız danışıqları davam etdirərərk vaxtı uzatmaq yolu tutacaqlar. Bu şəraitdə Azərbaycanın vaxtı itirmədən hərbi əməliyyatlara başlaması qaçılmaz olacaqdır.
5. Azərbaycan daxili resurslar baxımından müharibəyə tam hazırdır. Buraya Ordunun hazırlıq səviyyəsi, silah-sursat və texnika ilə təminatı, cəmiyyətin əhval-ruhiyyəsi və digər amillər daxildir.
6. Xarici amillər də Azərbaycan üçün əlverişlidir. Bütün beynəlxalq təşkilatlar, ayrı-ayrı nüfuzlu dövlətlər Azərbaycanın haqlı olduğunu qəbul edir və yalnız bir məsələdə israr edirlər ki, məsələ dinc vasitələrlə, siyasi yolla həllini tapmalıdır. Ermənistan bundan sonra da öz mövqeyində qalarsa, işğal etdiyi ərazilərdən çəkilməzsə, onda beynəlxalq təşkilatlar da Azərbaycanın hərbi yoldan başqa yolunun qalmadığını qəbul edəcəklər. Hər halda, cəbhədəki son gərginlik zamanı beynəlxalq təşkilatların sərgilədiyi loyal münasibət bunu deməyə əsas verir.
7. Son hadisələr göstərdi ki, Ermənistandan fərqli olaraq, Azərbaycan ciddi müttəfiqlərə malikdir. Bir sıra dövlətlər, regional qurumlar Azərbaycanı dərhal dəstəklədiklərini bildiriblər. Ermənistan isə hətta çox yaxın hesab etdiyi dövlətlərdən də dəstək görmədi.
8. Bütün deyilənlər torpaqlarımızın azadlığı üçün hərbi yolun yeganə yol olduğunu bir daha nümayiş etdirir.Cəmiyyətdə son hərbi uğurlarımızla bağlı böyük ruh yüksəkliyi hökm sürür, hərbi əməliyyatların davam etdirilməsi üçün ciddi sosial sifariş mövcuddur. Silahlı Qüvvələrimizn gücünə və qalib gələcəyinə heç bir şübhə yoxdur. Bu imkan əldən buraxılmamalıdır. Torpaqlarımız işğaldan azad olunmalıdır. Biz Qarabağımızın azadlığı üçün, bəzilərinin dediyi kimi, sülh yolu və ya hərbi yol seçimi qarşısında deyil, şərəfsizlik və ya savaş seçimi qarşısındayıq. Biz ikinci yolu, əziyyət, qan, tər, ölümlə dolu, amma millətimizə, dövlətimizə şərəf gətirəcək ikinci yolu seçməliyik! Başqa yolumuz yoxdur!
Ya Qarabağ, ya Ölüm!
Akif Nağı




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
Bakıda narkotik həblər satanlar saxlanıldı, aralarında bir vəkil də var - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib

20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb

20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...

20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı - körpülər vuruldu...

20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi - sonra ondan üzr istəyirəm...

20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...

20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi

20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…

20.11.2026 / 12:21
Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədovla görüşdə iştirak edib

20.11.2026 / 12:14
Uşaqların energetik içkilərə marağı artır – nəzarət gücləndirilə bilər...

20.11.2026 / 12:01
Media və Yayım Şurasının müsabiqələrinin keçirilməsi qaydalarında yenilik edildi

20.11.2026 / 11:50
İspaniya futbolunun dörd nəhəngi İstanbulda üz-üzə gəlir

20.11.2026 / 11:37
Jurnalist müsabiqəsində sosial media aktivliyi də nəzərə alınacaq - YENİ QAYDA...

20.11.2026 / 11:23
Keçmiş təhsil nazirinə yeni vəzifə verildi...

20.11.2026 / 11:09
Dəbilqəsiz elektroskuter sürmək qadağan edilə bilər - Ombudsmandan təklif...

20.11.2026 / 10:54
Bu halda media subyektinə yardım dayandırılacaq...

20.11.2026 / 10:36
Sülhə mane olan sənəd Ermənistanın rəsmi saytlarında açılmır

20.11.2026 / 10:18
Prezident İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb - FOTO/YENİLƏNDİ

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ