Türkiyə dondurulmuş münaqişələrin nizamlanmasının tərəfdarıdır. Trend-in məlumatına görə, bunu Türkiyənin Baş naziri Əhməd Davudoğlu Strasburqda AŞPA-nın iclasında çıxış edərkən deyib.
Onun sözlərinə görə, belə dondurulmuş münaqişələrdən biri də Dağlıq Qarabağ münaqişəsidir.
Ə.Davudoğlu qeyd edib ki, Türkiyə üçün ən vacib məqamlardan biri regiondakı hərbi münaqişələrin nizamlanmasıdır.
Davudoğlu bildirib ki, ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün daha çox səy göstərməlidir.