Ermənistan rəhbərliyinin bu günlərdə işğal olunmuş Azərbaycan ərazilərinə səfəri və orada hərbi müşavirə keçirməsi ağır olan vəziyyətin daha da gərginləşməsinə xidmət edən növbəti təxribatçı addımdır. Ermənistan rəhbərliyi bu kimi təhrikçi əməlləri ilə beynəlxalq hüququn norma və prinsiplərinə və BMT Nizamnaməsinə zidd olaraq işğal olunmuş Azərbaycan ərazilərinin ilhaqı siyasəti yürütdüyünü bir daha sübut edir.
Bunu Trend-ə Ermənistan prezidenti Serj Sarkisyanın işğal olunmuş Azərbaycan ərazilərinə səfəri məsələsini şərh edən XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.