"İsrailin Azərbaycan və Ermənistan arasındakı münaqişə ilə bağlı mövqeyi dəyişməyib”. Bu sözləri APA-ya açıqlamasında İsrailin Azərbaycandakı səfiri Dan Stav deyib. O bildirib ki, İsrail Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir: "İsrail hökuməti Azərbaycan və Ermənistan arasında uzun sürən bu münaqişənin sülh yolu ilə həllini dəstəkləyir. İsrail ATƏT-in Minsk Qrupu həmsədrlərinin münaqişəni danışıqlar yolu ilə həlli səylərinə də dəstək ifadə edir”.