Qətərin paytaxtı Dohada OPEK və qeyri-OPEK ölkələrinin neft hasilatının dondurulması məsələsi üzrə keçirilən görüşü nəticəsiz başa çatıb.
Baki-xeber.com-un məlmatına görə, neft istehsalçısı15-dən çox ölkənin qatıldığı yığıncağın əsas gündəmində neft istehsalının bu ilin yanvar ayı səviyyəsində saxlanması ilə bağlı qərarı dayanırdı. Görüşdə OPEC üzvü olmayan Azərbaycan, Rusiya, Meksika, Qazaxıstan və Oman da iştirak edib. Azərbaycanı görüşdə energetika naziri Natiq Əliyev təmsil edib. Natiq Əliyev bundan əvvəl TASS-a bildirib ki, neft istehsal edən ölkələr neft hasilatının dondurulması barədə hələ razılığa gəlməyiblər, danışıqlar davam etdirilir. Ancaq qeyd edildiyi kimi, yığıncaqda hər hansı razılıq əldə edilməyib.
Sözügedən qərarla neft bazarında sabitlik yaratmaq, qiymətlərin yüksəldilməsinin təmin edilməsi planlaşdırılırdı.