şənbə günü, 21 noyabr 2026
     

Rusiya Türkiyə ilə "dövlət dostdur, rəhbər düşmənimizdir" siyasətinə başlayır

Image


Ölkəmizin əsas strateji müttəfiqi olan Türkiyə ilə mühüm tərəfdaşlarımızdan biri olan Rusiya arasında hələ də gərgin münasibətlər davam edir. Rəsmi açıqlamalardan isə belə bəlli olur ki, tərəflərin yaxın tezlikdə yaşadıqları problemləri danışıqlar yolu ilə çözməsi mümkün olmayacaq. Bunu Rusiya prezidenti Vladimir Putinin ənənəvi mətbuat konfransında səsləndirdiyi son fikirlər də təsdiq edir.
Onun sözlərinə görə, Moskva Ankara üçün dost olaraq qalır, lakin siyasətçilərlə problemlər var. Bu fonda isə o, Rusiyanın düşmən halqasına düşmə ehtimalını tam istisna edib: "Biz düşmən əhatəsində deyilik və olmayacağıq da. Çünki dünya ölkələrinin əksəriyyəti ilə yaxşı əlaqələrimiz var. Bizim qonşu ölkələrlə mehriban qonşuluq münasibətlərimiz var. Biz Türkiyəni də dost hesab edirik və onlarla mehriban qonşuluq münasibətləri quracağıq. Bizim qeyri-adekvat hesab etdiyimiz bəzi siyasətçilərlə problemlərimiz var və buna müvafiq reaksiya göstəririk. Amma yenə də biz sakit tərzdə işləyirik"
Bununla yanaşı, atılan bəzi addımlar da Rusiya və Türkiyə arasında gərgin münasibətlərin davam edəcəyini deməyə əsas verir. "The Washington Post" qəzeti bu xüsusda Rusiyanın Ermənistana əlavə hərbi qüvvələr cəmləşdirməsinə diqqət yetirir. Qeyd olunur ki, hələ bu ilin fevral ayında Rusiya Ermənistana "MiG-29" döyüş təyyarələri, digər silahlar göndərib. Eləcə də Moskva İrəvana 200 milyon dollarlıq silah krediti ayırıb. Qəzet yazır ki, burada Moskvanın 3 məqsədi var: "Birincisi, Ermənistanla ittifaq Türkiyə hökumətini qorxutmağı, onun ətrafındakı halqanı daraltmağı hədəfləyən daha böyük strategiyanın bir hissəsidir. Rusiya daha bir təyyarəsinin Ankara tərəfindən vurulmasını önləməyə çalışır. Prezident Vladimir Putin Türkiyə sərhədi boyunca əsgərlərini yerləşdirir. Digər tərəfdən, Azərbaycan Türkiyənin müttəfiqidir. Ermənistana hərbi dəstəyi artırmaqla Rusiya Türkiyənin Qafqaz strategiyasını zəiflədir, özünün regional dövlət mövqeyini gücləndirir". Digər səbəb kimi qeyd olunur ki, Rusiyanın Suriyada Bəşər Əsəd rejimini dəstəkləməsi də prosesə təsir edir: "Rusiya, Ermənistan və Suriya Türkiyəyə qarşı ittifaqdadır. Türkiyə 2011-ci ildən Əsədə qarşı çıxan üsyançıların tərəfini saxlayır. Suriyada 120 min erməni yaşayır və İrəvan bu ölkə ilə sıx diplomatik münasibətlər qurub. Əsəd ötən ilin noyabrında "France-Presse" agentliyinə müsahibəsində "erməni soyqırımı"nı tanıdığını söyləyib". Nəhayət üçüncü səbəb olaraq qəzet yazır ki, Rusiya İrəvanda rejim dəyişikliyinə qarşıdır: "Rusiyanın regiondakı digər iki müttəfiqi olan Belarus və Qazaxıstan Qərblə ticarəti artırır. Ancaq Ermənistanın ən böyük ticarət tərəfdaşı Rusiyadır. Ermənistan 2013-cü ildə Avropa Birliyinin assosiasiya təklifindən imtina etdi və Avrasiya İttifaqına getdi. Ancaq bu qərar prezident Serj Sarkisyanın siyasi mövcudluğunu Rusiyadan daha da asılı etdi. İndiki halda Ermənistanda rejim dəyişikliyi Rusiyanın Cənubi Qafqazda təkbaşına qalması ilə sonuclanar və rusların ölkənin böyük dövlət statusu barədə təsəvvürünə kölgə salar". Amma belə vəziyyət Rusiya ilə Türkiyə arasında gərginliyin həllini tapmasını da ciddi sual altına qoyur. Maraqlıdır ki, Türkiyə Rusiya ilə münasibətlərin yenidən normal məcraya dönməsini istəsə də, Moskva hələ buna qarşı çıxır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə regional problemlərin həlli üçün Türkiyə-Rusiya əməkdaşlığının bərpasının vacib olduğunu bildirib: "Təəssüf ki, 24 noyabrdan sonra bizim Rusiya ilə münasibətlərimizdə çətin dövr yaşanır. Bu münasibətlər SSRİ-nin süqutundan sonra uğurla inkişaf edib, lakin Rusiya rəhbərliyinin son illər apardığı siyasət ucbatından təyyarə insidentindən xeyli əvvəl pisləşməyə başlayıb. Moskvanın anlamağa çətinlik çəkdiyimiz sərt reaksiyasına baxmayaraq, regional problemlər bizim əməkdaşlığımızın bərpasını zəruri edir, çünki Rusiya və Türkiyə coğrafiyamızın mühüm ölkələridir. Rusiyalı həmkarlarımızın bunu anlayacağını və bu zəruriliyi qiymətləndirəcəyini gözləyirik".
Qeyd edək ki, Rusiya-Türkiyə münasibətləri 2015-ci il noyabrın 24-dən sonra, Türkiyəyə məxsus təyyarənin Rusiyanın Su-24 təyyarəsini vurması ilə pisləşib. Rusiya prezidenti həmin hadisəni "arxadan vurulan zərbə" adlandırıb və Türkiyə ilə əlaqələrdə müəyyən korrektələri nəzərdə tutan sərt sənədlər imzalayıb. Hadisələrin gedişi isə bu iki ölkənin hələ yaxın perspektivdə münasibətlərinin normallaşacağını sual altına alır.
Nahid SALAYEV





DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
Bakıda narkotik həblər satanlar saxlanıldı, aralarında bir vəkil də var - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib

20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb

20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...

20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı - körpülər vuruldu...

20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi - sonra ondan üzr istəyirəm...

20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...

20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi

20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…

20.11.2026 / 12:21
Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədovla görüşdə iştirak edib

20.11.2026 / 12:14
Uşaqların energetik içkilərə marağı artır – nəzarət gücləndirilə bilər...

20.11.2026 / 12:01
Media və Yayım Şurasının müsabiqələrinin keçirilməsi qaydalarında yenilik edildi

20.11.2026 / 11:50
İspaniya futbolunun dörd nəhəngi İstanbulda üz-üzə gəlir

20.11.2026 / 11:37
Jurnalist müsabiqəsində sosial media aktivliyi də nəzərə alınacaq - YENİ QAYDA...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ