şənbə günü, 21 noyabr 2026
     

ABŞ-Azərbaycan hərtərəfli münasibətlərinin inkişafında “Ağ sənəd” dövrü başlayır

Image


Suallara cavab verməmişdən öncə səfir Sekuta Azərbaycan prezidentinin Amerikada keçirdiyi görüşlər və müzakirə olunan məsələlərlə bağlı məlumat verib.

Robert Sekuta: Prezident İlham Əliyev bu yaxınlarda ABŞ-a çox uğurlu bir səfər edib. Bu səfərin baş tutması üçün hər iki ölkə səylə çalışıb. Bizim fikrimizcə səfər çox uğurlu olub. Bildiyiniz kimi hər iki tərəf Nüvə Təhlükəsizliyi Sammiti çərçivəsində hər iki ölkənin prezidentlərinin görüşünün baş tutması üçün çox çalışıb. Bundan əlavə, prezident Əliyev ABŞ hökumətinin digər yüksək rütbəli nümayəndələri ilə də görüşüb. Onların arasında vitse-prezident, dövlət katibi və kommersiya məsələləri üzrə katibin də adını çəkmək olar. Özünüz də şahidi olduğunuz kimi həmin görüşlərdə bizim münasibətlərimizin bir sıra aspektləri müzakirə edilib. Burada nüvə təhlükəsizliyi məsələləri barədə söhbətlər aparılıb. Biz Azərbaycanın Nüvə Materialının Fiziki Mühafizəsi Haqqında Konvensiyaya düzəlişin ratifikasiya etməsini dəyərləndiririk, bu həmçinin vacib məsələ idi. Bundan əlavə bu bölgədə ümumi təhlükəsizlik məsələləri müzakirə mövzusu olub. Əlbəttə müzakirə mövzuları arasında iqtisadi məsələlər də olub. Bildiyiniz kimi dövlət katibi "Cənub Qaz” Dəhlizi, eyni zamanda Azərbaycanın öz iqtisadiyyatını diversifikasiya etməsi ilə bağlı atdığı addımları təqdir edib. Bundan başqa, müzakirə edilən məsələlər arasında ABŞ investisiyalarının Azərbaycana cəlb olunması, bunun üçün yumşaq infrastruktur adlandırılan addımların atılması, ümumilikdə iqtisadiyyatın inkişafı məsələləri var. Bildiyiniz kimi neft qiymətlərinin enib-qalxması çox sayda Azərbaycanlıların maliyyə itkiləri ilə nəticələnmişdir, bu Birləşmiş Ştatların bölgələrinə də birbaşa təsir göstərir. Bu məsələ ilə bağlı bizim ölkənin təcrübəsi var. Biz bu sahədə bizim malik olduğumuz təcrübənin mübadiləsini apara bilərik və eyni zamanda Azərbaycanın təcrübəsindən də bəhrələnə bilərik, - bu qarışılıqlı əməkdaşlıqdır. Mənim sadaladığım bu və digər məsələlər Vaşinqtionda aparılan müzakirələrin mühüm hissəsi olub.

Əlbəttə insan haqları, demokratiya və iqtisadiyyatın inkişafı kontekstində qanunun aliliyi məsələləri də müzakirə edilib. O cümlədən, həm dövlət katibi, həm də vitse-prezident Azərbaycanda son dövrlərdə atılan addımları bəyəndiklərini, təqdir etdiklərini bildirib. Eyni zamanda bu cür pozitiv, müsbət addımların gələcəkdə də atılmasına ümid etdiklərini bildiriblər. Xülasə olaraq belə deyə bilərəm ki, burada yalnız uğurlu addım atıldı, təbrik edirəm, bununla da məsələ bitmir. Bu önəmli bir dönüş nöqtəsidir, önəmli bir mərhələdir ki, burada tərəflər bu vaxta qədər atılmış addımları təhlil edir, nəzərdən keçirir, gələcəkdə birgə ata biləcəkləri addımları müzakirə edirlər. Hər iki ölkə üçün əhəmiyyətli olan bir sıra məsələləri nəzərdən keçirirlər və eyni zamanda regional baxımdan əhəmiyyətli olan məsələləri də gözdən keçirirlər.

Sözümün davamı olaraq qeyd etmək istəyirəm ki, aprelin 12-də prezident İlham Əliyev Amerika Ticarət Palatası ilə görüş keçirdi və görüşdə biz ABŞ biznesinə və eyni zamanda Azərbaycan iqtisadiyyatına birbaşa təsir göstərən məsələlərlə bağlı müzakirələr apardıq. Burada əlbəttə müzakirə mövzusu iqtisadiyyatın diversifikasiyası və inkişaf etdirilməsi ilə bağlı bizim birgə atılması gərəkən addımlar oldu. Eyni zamanda xüsusi diqqət cəlb edən o olmuşdur ki, bizim bu çox pozitiv istiqamətdən birgə davam etməyimiz və ikitərəfli əlaqələrimizi gücləndirməyimiz də qeyd edilməlidir.

Amerikanın Səsi: Ilk öncə Azərbaycan prezidenti ilə Azərbaycandakı Amerika Ticarət Palatasının nümayəndə heyətinin görüşü barədə təəssüratlarınızı bilmək maraqlıdır. Görüşdə diqqətinizi çəkən əsas məqamlar nə oldu?

Robert Sekuta: İlk öncə onu qeyd edim ki, bəlkə də görüşün mövzusu baxımından orada ən az əhəmiyyət kəsb edən şəxs mən idim. Bu baxımdan ki, Azərbaycan tərəfindən prezident və onun bu məsələlər üzrə köməkçisi Natiq Əmirov, ABŞ tərəfindən isə bilavasitə bu məsələlərlə məşğul olan biznesin işgüzar nümayəndələri iştirak edirdi. Orada müşahidə etdiklərimi bölüşmək istəyirəm. Prezident Əliyev hazırda iqtisadi vəziyyət və iqtisadi böhranın Azərbaycana təsirini neçə gördüyü barədə fikirlərini bölüşdü. Onu da qeyd etmək lazımdır ki, bəli neft-qaz vacibdir, amma yalnız bu məsələyə köklənib, bu məsələdə, bu sahədə qalmaq olmaz. Oradan uzaqlaşaraq digər vacib sahələrə doğru da irəliləmək lazımdır. Eyni zamanda prezident diqqət mərkəzində olan və gələcəkdə inkişaf etdirilməsi nəzərdə tutulan iqtisadiyyat sahələrini qeyd etdi. Azərbaycan hökuməti həmin sahələri müəyyən edib, - bunların arasında kənd təsərrüfatı, yüksək texnologiyalar, yəni İKT, eyni zamanda turizmi və "İpək Yolu” məsələsini də nəzərə alaraq, - bu kontekstdə Azərbaycanın nəqliyyat qovşağına, mərkəzinə çevrilməsi və istər şimal-cənub, istəsə də şərq-qərb istiqamətində yüklərin, turistlərin və xidmətlərin daşınması ilə ölkənin iqtisadiyyatına əlavə dəyər qatılması barədə danışıldı. Eyni zamanda, bayaq da qeyd etdiyimiz kimi infrastruktur adlandırılan, çox önəmli məsələlər, - qanunun aliliyi, islahatlar (xüsusilə gömrük və vergi sahəsində), korrupsiya ilə mübarizə, şəffaflığın artırılması məsələlərindən də prezident bəhs etdi. Bizim tərəfdən də Amerika Ticarət Palatasının İdarə Heyyətinin üzvləri burada nə ilə məşğul olduqlarını, hansı fəaliyyət göstərdiklərini və sahibkarlıq sahəsində imkanların, iş yerlərinin artırılması üçün hansı addımların atılmasının vacib olduğundan bəhs etdilər. Bildiyiniz kimi, kiçik və orta sahibkarlıq işçilərin və iş yerlərinin sayının çox olması ilə diqqəti çəkir. Mən isə öz növbəmdə USAİD (ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi) vasitəsi ilə sahibkarlığın inkişaf etdirilməsi üçün və buraya əsasən xanımların, gənclərin cəlb edilməsi və bunun vasitəsi ilə iqtisadiyyatın inkişaf etdirilməsi, o cümlədən kənd təsərrüfatı sahəsində hansı işlər görürük və hansı işləri görməyi planlaşdırdığımızdan danışdım. Eyni zamanda biz Azərbaycana onun nəqliyyat qovşağına çevrilməsi sahəsində iş aparırıq.

Hər iki tərəf bu kimi fikir və təcrübə mübadilələrinin vacibliyini qeyd etdi və onu da bildirdilər ki, bu kimi görüşlər, mübadilələr çox faydalıdır.

Amerikanın Səsi: Siz prezidentlə görüşdə bildirdiniz ki, Amerika Azərbaycanın güclü, çiçəklənən və sabit ölkə olmasına kömək etmək istəyir. Bunun üçün tərəflər hansı addımları atmalıdır? Xüsusilə də sabitlik baxımından. Dünyada bir anlam var, sabitlik üçün makroiqtisadiyyat, makromaliyyə, demokratiya və insan hüquqları qorunmalıdır. Bu dörd amil bir yerdə olmayanda sabit ölkə sayılmır.

Robert Sekuta: Mən Azərbaycanda olandan bəri ABŞ-la Azərbaycan arasında müzakirə mövzusu sizin qeyd etdiyiniz məsələlər olub. Yəni bizim məqsədimiz Azərbaycanla güclü və yüksək pozitiv əlaqələrə malik olmaqdır. Biz istəyirik ki, Azərbaycan güclü, çiçəklənən, demokratik bir ölkə olsun və azərbaycanlılar öz ölkələri üçün istədiklərini yerinə yetirə bilsinlər. Bununla bağlı 1992-ci ildən ABŞ Azərbaycana 1,3 milyard ABŞ dolları məbləğində yardım edib.

Onu da bildirmək istəyirəm ki, biz Azərbaycana müəyyən sahələrdə öz dəstəyimizi davam etdirəcəyik. Bunların arasında təhlükəsizlik, iqtisadi inkişaf, qanunun aliliyinin gücləndirilməsi və sabitliyin digər elementləri də daxildir.

Amerikanın Səsi: Sonuncu Davos Forumunun əsas şüarı klassik sənaye ilə yeni texnologiyaların birləşdirilərək yeni sənaye inqilabı yaradılması olub. Azərbaycanda yeni sənaye parkları yaradılır. ABŞ investorları həmin sənaye parkları üçün yeni texnologiyalar gətirməkdə maraqlıdırmı?

Robert Sekuta: Əlbəttə, mən bu məsələni maraqda saxlamışam. Sumqayıtda və digər yerlərdə bu məsələlərlə tanış olmuşam. Məsələ bundan ibarət deyil ki, ABŞ, yəni hökumət olaraq məsələ ilə maraqlanırmı? Əslində sualı, məsələni belə qoymaq lazımdır ki, ABŞ şirkətləri və sənaye müəssisələri bu məsələdə maraqlıdırlarmı? Mən hökumətlə ötən aylarda söhbətlər aparmışam ki, Azərbaycan çox qəliz, mürəkkəb beynəlxalq bazarda necə rəqabət aparacaq, necə qabiliyyətli olacaq? Bütün hökumətlər, o cümlədən xarici investisiyanın cəlb edilməsi, o cümlədən ABŞ özü də investisiyaların cəlb edilməsinə çalışır. Bütün bunları nəzərə alaraq daxili investisiyanı necə qoruyub saxlamaq məsələsi ortaya çıxır. Bəli aydındır ki, şirkətlər addım atmazdan öncə bir sıra məsələləri nəzərdən keçirəcəklər. Bunların arasında bir neçəsinin adını çəkmək olar ki, daxili bazarda vəziyyət, tələbat necədir? Digər bazarlara çıxış imkanları necədir? İşçi qüvvəsinin ixtisas, bacarıq, təlim səviyyəsi necədir? Hansısa bir məsələ yaranarsa hüquq sistemi, məhkəmə sistemi necədir? Bax bunları nəzərə alaraq çox gərgin, sərt bir rəqabət gedir. Yəni vəziyyət asan deyil. Sözümün davamı olaraq bildirmək istəyirəm ki, Azərbaycana investisiya qoymaq istəyən, biznes fəaliyyəti qurmaq istəyən, maraqlı olan Amerika şirkətləri var və onlar istər avadanlıq, istər xidmətlər, bacarıq təklif edə bilərlər, gətirə bilərlər. Bütün bunlarda məqsəd azərbaycanlıların qurub və görmək istədikləri iqtisadiyyatın yaradılmasına kömək etməkdir. Səfirliyin məşğul olduğu məsələlərdən biri də Azərbaycan və ABŞ şirkətlərini və qurumlarını bir araya gətirməkdir.

Amerikanın Səsi: Azərbaycanda aparılan son islahatlar ABŞ investisiyalarının ölkəyə cəlbi üçün bəs edirmi? ABŞ investisiyalarının qeyri-neft sektoruna cəlbinə daha çox hansı sahədə islahatlar təkan verə bilər? Məsələn, məhkəmə islahatları, demokratiya, hüquq, qanunvericilik, gömrük və s.

Robert Sekuta: Bu bir prosesdir. İkitərəfli münasibətlərimizdə iki həftə bundan əvvəl başlayaraq biz, bu proseslərə müəyyən mərhələləri olan bir yol kimi baxırıq. Sizin verdiyiniz bu sual və sualda qeyd etdiyiniz məsələlər bizim kommersiya məsələləri üzrə katibin prezident İlham Əliyevlə görüşündə də müzakirə edilib. Onu da əlavə etmək istəyirəm ki, ABŞ-ın Azərbaycandakı Ticarət Palatası "Ağ Sənəd” adlanan bir sənədin hazırlanmasının son mərhələsindədir. Deyirəm ki, gəlin biz bu sənədin hazır olmasını gözləyək. Çünki, həmin o sənədə əsaslanaraq hesab edirəm ki, müəyyən məqamlara və ya verdiyiniz suallara ətraflı cavab ala bilərik.

Amerikanın Səsi: Azərbaycan prezidentinin ABŞ-a səfəri zamanı ticarət əlaqələri də müzakirə edilib. Bilmək istəyirəm ki, iki ölkə arasında ticarət əlaqələrinin inkişafı sahəsində tərəqqi əldə edilməsi üçün hansı addımlar atılmalıdır? İndi "Ağ Sənəd” hazırlanır. Bunun məğzi nədən ibarət olacaq, təkliflər paketi necə olacaq? Amerika mağazalarında bir dənə belə Azərbaycan məhsuluna rast gəlmək mümkün deyil. Sizdən öncəki səfir Riçard Morninqstar deyib ki, "mən Azərbaycandakı qədər dadlı meyvəni dünyanın heç bir ölkəsində yeməmişəm”.

Robert Sekuta: Sizin qaldırdığınız bir sıra məsələlər ABŞ Ticarət Palatasının "Ağ Sənəd”ində öz əksini tapacaq. Azərbaycan kənd təsərrüfatı məhsullarının ABŞ-da satışı ilə bağlı bir sıra nəzərə alınan məsələlər var ki, bunların arasında coğrafi yerləşmə, nəqliyyat xərcləri, məhsulun keyfiyyəti, marketinq, bazarlanma, qablaşdırma və digər məsələlər var ki, bunlar nəzərə alınmalıdır və rol oynayır. Mən səfir kimi Azərbaycana gəlməmişdən öncə Azərbaycanın ABŞ-dakı səfiri cənab Elin Süleymanovla Azərbaycan kənd təsərrüfatı məhsullarının ABŞ-da satışı ilə bağlı müzakirələr aparmışdım. Onu da qeyd etmək istəyirəm ki, Azərbaycana daha yaxın, daha yaxşı bazarlar da var. Eyni zamanda ABŞ kənd təsərrüfatı məhsullarını keyfiyyətlə və yüksək miqdarda istehsal edən bir ölkədir. Bununla belə, mən Azərbaycanda elə kənd təsərrüfatı məhsullarına rast gəlmişəm ki, onlara ABŞ-da təsadüf olunmur. Azərbaycan sahibkarları, qurumları, şəxsləri ABŞ bazarında özlərinə bu məhsullarla necə yer tutmaq barədə düşünə bilərlər.

Amerikanın Səsi: Bu sahədə ABŞ Azərbaycana emal, emal sənayesi, kiçik biznesin qurulması ilə bağlı hansı yardımlar edə bilər?

Robert Sekuta: Bizim Azərbaycanla bu sahədə müəyyən proqramlarımız var. Bunların arasında fındıq istehsalının adını çəkə bilərəm. Eyni zamanda, mən özüm Meyndən olduğumdan, orada alma bağları olduğundan, şəxsi marağım olduğundan alma istehsalını da buraya əlavə etmək olar. Bizim, Kommersiya Qanunun İnkişafı Proqramı çərçivəsində, kommersiya departamentimiz Azərbaycan hökuməti ilə kommersiya üzrə qanunlar üzərində təcrübəni bölüşür. Burada hüquqi normativ baza, hüquqi məsələlər ortaya çıxır. Bizim eyni zamanda sahibkarlığın inkişafına yönələn səylərimizə xüsusilə xanımların, gənc sahibkarların fəaliyyətinin artırılması və onlara dəstək göstərilməsi daxildir. Əslində gələcəkdə hansı sahədə böyük inkişafın ola biləcəyini proqnozlaşdirmaq bir qədər çətindir. Əgər 20 il il öncə diktafon kimi şəxsi audio avadanlığın proqram təminatının istifadə olunması nəticəsində miniatür formasına salına bilicəyi barədə məndən soruşsaydınız mən bu suala cavab verə bilməzdim. Yəni ağlıma gəlməzdi. Sözümün canı odur ki, Azərbaycanda bu sahədə iqtisadiyyatın inkişaf etdirilməsi, yeni iş yerlərinin yaradılması, yəni Azərbaycanın tərəqqisinə gətirib çıxaracaq parlaq ideyaları olan şəxslər var. Onlara bu işdə dəstək verilməlidir.

Amerikanın Səsi: Azərbaycan prezidenti İlham Əliyev ABŞ prezidenti Barak Obamanın dəvəti ilə Vaşinqtonda keçirilən Nüvə Təhlükəsizliyi Sammitində iştirak edib. Nüvə təhlükəsizliyi sahəsində ABŞ-Azərbaycan əlaqələrinin indiki səviyyəsi qane edicidirmi? Bu sahədə perspektivdə ikitərəfli və ya çoxtərəfli yeni layihələr varmı?

Robert Sekuta: Azərbaycan Beynalxalg Atom Enerjisi Agentliyi tərəfindən Nüvə Materiallarının Fiziki Müdafiəsi haqqında Konvensiyaya edilmiş düzəlişləri ratifikasiya etməsi ilə mühüm bir addım atıb. Bildiyiniz kimi Milli Məclis xüsusi bir sessiya keçirib, bundan sonra bu düzəlişlər prezident tərəfindən təsdiqlənib və Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən təqdim edilib. Azərbaycan önəmli, vacib addım atdı. Çünki bu qanunun qüvvəyə minməsi üçün yetərli sayda ölkələrin olması lazım idi. Azərbaycan məhz öz ratfikasiyası ilə bunu təmin edib. Sammitdə qarşıya qoyulan məsələlərdən biri də terroristlərin nüvə materalını əldə etməsinin qarşısının alınmasıdır. Bu işdə də hər bir ölkə əməkdaşlıq və kömək etməlidir. Azərbaycan terrorizmlə mübarizə sahəsində vacib addımlar atır və önəmli səylər göstərir.

Amerikanın Səsi: Martın 31-də ABŞ-ın vitse-prezidenti Co Bayden Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu davamlı sabitlik, təhükəsizlik və regionun tərəqqisi naminə əhatəli həllinin vacibliyni vurğulayıb. Aprelin 2-də Dağlıq Qarabağda qanlı toqquşmalar başladı və bu qanlı toqquşmalar Rusiya prezidentinin hər iki prezidentlə telefon danışığından sonra atəşkəsin əldə olunması ilə nəticələndi? Münasibətinizi bilmək maraqlıdır. Niyə belə oldu? Münaqişənin gələcək həllini necə görürsünüz, necə olmalıdır?

Robert Sekuta: Səfir Ceyms Uorlik keçən həftə burada olarkan bu məsələ ilə bağlı fikirlərini bildirmişdi. Mənə gəldikdə isə bir neçə məqamı qeyd etmək istəyirəm. Bunlardan birincisi ABŞ bütöv, azad və dinc şəraitdə yaşayan Avropa ideyasını bəyan edib. Amma məcazi şəkildə desək hansısa bir parçanın üzərində dəliklər varsa, süzülmələr varsa biz o parçanın bütöv, salamat olmasından danışa bilmərik. Onu da qeyd etmək istəyirəm ki, bizim Minsk qrupunda həmsədrimiz olan səfir Uorliki də mən uzun müddətdir tanıyıram. Bilirəm ki, o həmsədrlərdən biri kimi hərtərəfli nizmlanma, bu istiqamətdə irəliləyiş əldə edilməsi üçün çox səylə çalışır. Əlbəttə, siz Sammit vaxtı Vaşinqtonda verilən və sonradan verilən bəyanatlarla da tanışsınız. Onlar Birləşmiş Ştatlar üçün münaqişənin həllinin nə dərəcədə vacib olduğunu göstərir.

İndi bizim diqqət yetirməli olduğumuz vacib məsələ tərəflərin atəşkəs rejiminə ciddi əməl etməsidir. Tərəflərin Minsk qrupu həmsədrləri ilə birgə irəliyə doğru yolun tapılması və hərtərəfli nizamlanma və həllin əldə olunmasına çalışmalarıdır. Bu ölkədə olduğum müddətdə məcburi köçkünlərlə görüşlərimdən gəldiyim qənaət və əldə etdiyim biliklər bundan ibarətdir ki, bu münaqişənin çox böyük insani zərbəsi də vardır. Çox vacib bir məsələ var. Biz, son döyüşlərdə həyatını itirən insanlarla bağlı tərəflərə, onların ailələrinə, yaxınlarına baş sağlığı vermişik. Amma, bu məsələnin problemi yaşan insanlarla bağlı ağırlığı qalır. Çox vacibdir ki, tərəflər bir araya gəlsinlər, irəliyə doğru yol tapsınlar. Minsk qrupunun həmsədrlərinin vəzifəsi və tapşırığı məhz bu işə kömək etməkdir. Səfir Uorlik prezident Əliyevin və prezident Sarkisyanın atəşkəs rejiminə sadiq olduqları fikrini qeyd edərkən hər iki prezidentin, hər iki tərəfin bu istiqamətdə addım atmasının vacibliyini də vurğulamışdı.

Amerikanın Səsi: Danışıqlarda hüquq müdafiəçiləri və vətəndaş cəmiyyəti fəallarının həbsdən azad edilməsi alqışlanıb, Azərbaycan bu istiqamətdə inkişafa çağırılıb. Bu istiqamətdə danışıqlar mövcuddurmu və ya perspektivdə nə gözləmək olar?

Robert Sekuta: Bu mən ölkəyə gələndən Azərbaycan hökuməti ilə apardığım danışıqların mövzularından biridir. Eyni zamanda bu, Vaşinqtonda ən yüksək səviyyədə müzakirələr mövzusu olub. Bəli, biz Azərbaycanın bu istiqamətdə atdığı addımları təqdir edirik və düşünürük ki bu addimlar davam olunmalıdır. Onu da bildirmək istəyirəm ki, ABŞ-da daxil olmaqla, demokratiya bir prosesdir. Bu proses bəzən hansısa bir ölkənin və ya tərəfin nə etdiyini nəzərdən keçirməsi və həyata keçirdiyi fəaliyyəti necə və daha yaxşı fərqli şəkildə etməsi barədə düşünməsindən ibarətdir. Biz Azərbaycanla bu sahədə işimizi davam etdirəcəyik və bu məsələ Azərbaycanın sabitliyi baxımından vacibdir. Bildiyiniz kimi Azərbaycan mürəkkəb bir yerdə, mövqedə yerləşir. Bunu nəzərə alaraq, biz həm Azərbaycan hökuməti və azərbaycanlılarla işləyərək Azərbaycanın güclü, çiçəklənən, sabit ölkə olması və bu mürəkkəb bölgədə azərbaycanlıların görmək istədiyi bir ölkə, bir dövlətin qurulması üçün zəruri addımların atılmasında öz köməyimizi göstərəcəyik.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
Bakıda narkotik həblər satanlar saxlanıldı, aralarında bir vəkil də var - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib

20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb

20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...

20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı - körpülər vuruldu...

20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi - sonra ondan üzr istəyirəm...

20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...

20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi

20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…

20.11.2026 / 12:21
Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədovla görüşdə iştirak edib

20.11.2026 / 12:14
Uşaqların energetik içkilərə marağı artır – nəzarət gücləndirilə bilər...

20.11.2026 / 12:01
Media və Yayım Şurasının müsabiqələrinin keçirilməsi qaydalarında yenilik edildi

20.11.2026 / 11:50
İspaniya futbolunun dörd nəhəngi İstanbulda üz-üzə gəlir

20.11.2026 / 11:37
Jurnalist müsabiqəsində sosial media aktivliyi də nəzərə alınacaq - YENİ QAYDA...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ