çərşənbə günü, 25 noyabr 2026
     

Siyavuş Novruzov Eldar Sabiroğlunu xəyanətdə suçladı

Image


Hakim Yeni Azərbaycan Partiyası (YAP) Eldar Sabiroğlunun ittihamlarına cavab verib. YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov Trend-ə açıqlamasında deyib ki, qurucusu ümummilli lider Heydər Əliyev olan Yeni Azərbaycan Partiyası dövrün sınaqlarından uğurla çıxaraq müstəqil Azərbaycanın həm ideoloji, həm də təşkilati baxımından siyasi avanqardı kimi çıxış edir: "Hazırda möhtərəm Prezidentimiz, partiyamızın Sədri cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmiz və partiya öz inkişafında keyfiyyətcə yeni və uğurlu mərhələ yaşamaqdadır. Bu baxımdan qürurla deyə bilərik ki, Azərbaycan dövlətçiliyinin əsaslandığı ideoloji xətt məhz YAP-ın proqramında təsbit olunmuş prinsiplərdən qaynaqlanır.

Yarandığı gündən Azərbaycan dövlətinin və xalqının maraqlarının qoruyucusu qismində çıxış edən, eləcə də milli-mənəvi dəyərlərimizin, inkişafımızın əsas dəstəkçisi sayılan Yeni Azərbaycan Partiyası xalqımızın etimadını qazanıb. Bu etimad istər ölkəmizdə keçirilən seçkilərdə, istərsə də ümummilli məsələlərdə xalq-hakimiyyət vəhdəti qismində özünü büruzə verib. Müasir, inkişaf etmiş Azərbaycanın iqtisadi-siyasi inkişafının əsas dayaqlarından sayılan və Cənubi Qafqaz regionunun ən böyük siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası qanunvericiliyimizin zənginləşməsində, demokratik prinsiplərin qorunmasında, şəffaf, ədalətli seçki mühitinin formalaşdırılmasında, vətəndaş cəmiyyətinin inkifaşında və çoxpartiyalı sistemin təkmilləşməsində mühüm və dəyərli rol oynayır".

S.Novruzov təəssüf edir ki, bəzən bir qisim insanların YAP-ın adından istifadə edərək özünü siyasi gündəmə daşımaq və ya fərd olaraq özünü siyasi proseslərin "vacib komponenti" kimi təqdim etmək istəkləri meydana çıxır: "Bu isə fərdi maraqların dövlətçilikdən, ümummilli mənafedən önə keçməsinin təzahürü kimi qeyd olunmalıdır. Bu insanlar öz çirkin məqsədlərinə çatmaq üçün yüksək vəzifəli dövlət məmurlarına, ayrı-ayrı tanınmış siyasətçilərə qarşı böhtan kampaniyası başladır, onlara şər atırlar. Bu isə cəmiyyət tərəfindən də neqativ qarşılanır. Cəmiyyətin bəlasına çevrilmiş bu insanlar şəxsi maraqların girovunda ikən daha təhlükəli olurlar.

Məsələn, Eldar Sabiroğlunun bir sıra radikalyönümlü mətbu ruporlarda ortaya atdığı iddialar, səsləndirdiyi cəfəng fikirlər, böhtanlar və yalanlar onun hansı məqsədlərə kökləndiyini təsdiqləyir. Bu şəxsin özü haqqında rəy formalaşdırmaq arzusu, bunun fonunda isə ölkəmizin tanınmış siyasətçilərinə, ictimai xadimlərinə və dövlət məmurlarına qarşı kampaniya aparmaq niyyəti onun əsl simasını bir daha ifşa edir.

Eldar Sabiroğlunun hər kəsə bəlli olan xəyanətləri, riyakarlığı, ikiüzlülüyü, satqınçılığı və digər əməlləri ilə bağlı mətbuatda dəfələrlə bəhs edilib. Özünü 1993-cü ilin fevralından YAP Mərkəzi Aparatının işçisi kimi qələmə verən E.Sabiroğlu əslində, həmin dövrdə Azərbaycan Xalq Cəbhəsində nəzarət-təftiş komissiyasının üzvü idi. AXC-Müsavat cütlüyünün zor gücü və qeyri-şəffaf yolla hakimiyyəti əldə etdiyi zamanlarda bu şəxs onların tərənnümçüsü və təbliğatçısı rolunda çıxış edirdi. Daha doğrusu, Abşeron rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsi uğrunda dəridən-qabıqdan çıxırdı. Hələ o dövrdə, yəni 1992-ci ilin noyabrında Naxçıvanda Heydər Əliyevə qarşı çevriliş cəhdləri edildiyi zamanda E.Sabiroğu Xalq Cəbhəsinin nəzarətində olan mətbu orqanlarda məhz Ulu öndərə qarşı mütəmadi çıxışları ilə yadda qalırdı. Lakin AXC rəhbərliyinin ona etimad göstərməməsi onu incik saldı. E.Sabiroğlu cəbhəçi yoldaşlarının vəzifələri öz aralarıda paylaşdığını, onun isə bu bölgüdən pay ala bilmədiyini, kənarda saxlanıldığını görüb lazımsızlığını anladı və AXC sıralarından kənarlaşdı. Nəhayət, istifadəyə yararsızlığını dərk edən Eldar qisas almaq üçün özünə yollar arayırdı. Uzun çəkən bu axtarışlar Eldarı nəhayət, YAP-a gətirib çıxardı. Lakin o öz seçimində yenidən səhv etdi. Çünki YAP müqəddəs amallar və niyyətlər üçün yaranmışdır. Eldar kimilər orada uzun müddət fəaliyyət göstərə bilməzdi".

YAP rəsmisinin sözlərinə görə, qisasçılıq zəminində AXC-yə qarşı çıxışlar edən E.Sabiroğlu 1994-cü ilin fevral ayında kimlərinsə Əli Nağıyevdən xüsusi xahişləri əsasında "Səs” qəzetində müxbir kimi işə başlayıb: "Lakin qeyd etmək lazımdır ki, həmin dövrdə qəzet rəhbərliyi və kollektivi bu "xüsusi xahiş”ə qarşı olublar (Həmin dövrdə "Səs” qəzetinin baş redaktoru, hazırda isə "Azərbaycan” nəşriyyatının direktoru Ağabəy Əsgərov və hazırda Nərimanov rayon İH-in başçısı Abdin Fərzəliyev bu faktı təsdiqləyər). Həmin ilin avqust ayında partiyanın Mərkəzi Aparatı nəzdində analitik mərkəz yaradıldı. Quruma rəhbərlik Səyyad Arana həvalə edildi. Lakin o, həm də "Səs” qəzetinin baş redaktorunun müavini olduğu üçün bu vəzifə Eldara tapşırıldı. Sadəcə qısa müddətdə analitik mərkəz adlı quruma "rəhbərlik” edən bu şəxsin partiyanın idarəçiliyində və ya hər hansısa təyinatda, təqdimatda necə rolu ola bilərdi? Hətta partiyanın ali seçkili orqanı sayılan İdarə Heyətinin səlahiyyətində olan bir təyinatı E.Sabiroğlunun öz adına çıxması onun hansı anormal gərginliklər içində olmasını təsdiq edir".

S.Novruzov deyib ki, E.Sabioğlunun yaxın keçmişlə bağlı danışdığı yalanları sadəcə nağıl adlandırmaq daha doğru sayılardı: "Özü haqqında yüksək fikirdə olan Eldarın irəli sürdüyü yalan iddialarla özünü 90-cı illərin mühüm fiquru sayması gülünc iddiadan başqa bir şey deyil. Bu gün E.Sabiroğlu yalanları ilə elə şəxsləri hədəfə alır ki, həmin insanlar o dövrdə YAP-ın təşkilatlanması istiqamətində işlər aparıb, bölgələrdə partiyanın strukturlarının güclənməsi yönümündə fəaliyyət nümayiş etdirib.

1994-cü ildən 1995-ci ilin sonuna qədər "Səs" qəzetində işləyən E.Sabiroğlu ciddi jurnalistika ilə deyil, rayonlarda icra başçısından narazı olanlar və yaxud onun yerinə keçmək istəyində olan insanlardan xüsusi həvəsləndirmə müqabilində sifarişli məqalələri ilə yadda qalıb ("Səs” qəzetinin həmin dövrdəki saylarına baxa bilərsiniz). O, hətta partiyanın İdarə Heyəti və Siyasi Şura üzvlərinə qarşı şər, böhtan, şantaj xarakterli yazılarla çıxış edirdi (Sirus Təbrizli, Rafael Allahverdiyev, Yusif Hümbətov, Samur Novruzov və başqaları bu qəbildən "hədəf” seçilmişdi). O cümlədən, ölkənin mühüm dövlət postlarında fəaliyyət göstərən şəxslərə qarşı sifarişli məqalələri ilə yadda qalan E.Sabiroğlunun jurnalistika fəaliyyəti sadəcə pul qazanmağa köklənmişdi. "Siyasi fəaliyyəti" tamadalıqla məhdudlaşan Eldarın əxlaqı, mənəviyyatı həmin dövrdə partiya aparatında fəaliyyət göstərən insanlara yaxşı məlumdur.

Qəribəsi budur ki, E.Sabiroğlu öz yalanlarına o qədər qapılır ki, miqyasını belə itirir. Nə siyasətdə, nə də jurnalistikada imzası olmayan E.Sabiroğlu bu gün özü haqqında xüsusi rəy yaratmağa çalışır. Təbii ki, bu cəhdlər səmərəsizdir. Axı səni hamı yaxşı tanıyır, ay Eldar!

Bəs Eldar Sabiroğlu özünü Prezident Adminstrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "tələbəsi" adlandırmaqla ilə nə demək istəyir, nəyə nail olmaq arzusundadır? E.Sabiroğlu özünü Ali Partiya Məktəbinin məzunu adlandırır. Akademik Ramiz Mehdiyev isə 1972-1974-cü illərdə o zamankı Azərbaycan Dövlət Universitetində (Bakı Dövlət Universiteti) pedaqoji fəaliyyətlə məşğul olub. Hətta akademik Ramiz Mehdiyevin hansı fəndən ona dərs dediyini belə öz yalanları ilə bəzəyən bu adam o qədər başını itirib ki, yalanlarının miqyasının girdabında itib-batıb. Bir məqamı da vurğulamaq lazımdır ki, akademik Ramiz Mehdiyev həmin dövrdə elmi kommunizmdən, həm də rus dilində dərs deyib, Eldar Sabiroğlu isə nəinki rus, heç Azərbaycan dilində doğru-düzgün danışa bilmir. Digər tərəfdən, o zamanlar Eldar Sabiroğlu Azərbaycanda təhsil almamışdı. Həmin dövrdə o, əvvəlcə Zəngibasarın Zəhmət kəndindəki orta məktəbin, daha sonra Yerevandakı Pedaqoji İnstitutun uğursuz yetirmələrindən biri idi. E.Sabiroğlunun akademik Ramiz Mehdiyevin mühazirəsini dinləməsi etiraf etməsə də, onun üçün əlbəttə, şərəf olardı. Çünki akademik Ramiz Mehdiyevin nəhəng elmi fəaliyyətini bir kənara qoysaq, onun Azərbaycan xalqının milli kimliyi, müasir ictimai-siyasi təhlilləri, dünyadakı geosiyasi vəziyyət, ölkəmizdəki radikal müxalifətin yaratdığı "beşinci kolon”un ifşasına həsr etdiyi çoxsaylı məqalələr, həmçinin Ermənistan prezidenti Serj Sarkisyanın görüşdəki sayıqlamalarına verdiyi elmi faktlara söykənən tutarlı cavablar onun sadəcə ictimai xadim və dövlət məmuru kimi deyil, ləyaqətli bir Azərbaycan vətəndaşı kimi hərtərəfli şəxsiyyətindən xəbər verir. Bu sanballı əsərlərin bircə səhifəsini belə yazmağa qabiliyyəti və istedadı çatmayan Eldar Sabiroğlunu çirkin əməllərə sövq edən həm də nakam şöhrətpərəstlik hərisliyidir".

YAP rəsmisi deyib ki, bütün həyatını yalnız yalanlar və tərif söyləmək məharəti üzərində quran E.Sabiroğlu 1995-ci ilin may ayında Rəsul Quliyevlə parlamentin binasında görüşdükdən sonra birmənalı şəkildə onun məclislərinin tamadasına, Rəsul Quliyevin tərənnümçüsünə çevrildi: "Həmin dövrdə E.Sabiroğlu istər mətbuatdakı çıxışlarını, istərsə də açıqlamalarını R.Quliyevə həsr etmişdi. Bütün bu faktlar həmin dövrün mətbuatında öz əksini tapıb. E.Sabiroğlu öz yalanları ilə bunun üstünü örtə bilməz. 1998-ci ilin prezident seçkiləri zamanı radikal müxalifət düşərgəsinin xəbərçisi vəzifəsini layiqincə yerinə yetirən E.Sabiroğlu YAP-ın seçki qərargahındakı informasiyaları qarşı tərəfə ötürməklə məşğul olmuşdu. Partiya tərəfindən ona verilmiş mobil telefonla radikal müxalifət nümayəndələrinə dəfələrlə zənglər edən, gündüzlər YAP, gecələr isə AMİP qərargahında hərlənən E.Sabiroğlu elə həmin dövrdə ifşa edilmişdi. Bir sözlə, E.Sabiroğlu özünü üzdə başqa cür təqdim etməyə çalışsa da, hər zaman antipartiya mövqeyində və fəaliyyətində olan birisi olub.

Bu gün Ulu öndər Heydər Əliyevin adından istifadə edən, bununla da özünə siyasi dividend qazanmağa çalışan E.Sabiroğlu hələ Ümummilli liderimizin partiya Sədri və dövlət başçısı olduğu dönəmdə partiyanın Siyasi Şurasından və Aparatından qovulub, adı partiyanın proporsional seçki siyahısından çıxarılıb. Xəyanətləri, ikiüzlülüyü, riyakarlığı bütün aləmə bəlli olan Eldar 2000-ci ilin parlament seçkilərində partiyanın mövqeyinin ziddinə olaraq namizədliyini fərdi qaydada irəli sürdü və təbii ki, həmin seçkidə də heç kəs ona dəstək olmadı. Uzun müddət tüfeyli həyat sürən, özünə ünvan tapa bilməyən Eldar nəhayət, 7 ildən sonra hansısa yollarla Müdafiə Nazirliyinə gəlib çıxıb. Əslində, E.Sabiroğlunun mahiyyətini göz önünə aldıqda, onun Müdafiə Nazirliyindən də düşmənlərə hansısa məlumatları ötürməsini düşünməmək qeyri-mümkündür (Yeri gəlmişkən, Müdafiə Nazirliyinin səlahiyyətli şəxsləri bu məsələ ilə məşğul olsa, yaxşı olar). Çünki onun işi, xisləti məhz xəyanətdən və satqınlıqdan ibarətdir. 20 il ərzində Eldar Sabiroğlunun 5 dəfə işdən qovulması bu insanın hansı "xarakter"ə malik olmasının əyani sübutudur. Məqsədi, məramı insanlara çamur atmaq olan, çirkab içində şellənən, mayası şər və böhtanla yoğrulmuş E.Sabiroğlu bu gün radikal müxalifətin yalanlar püskürən, xalqımızın və dövlətimizin milli maraqlarına düşmən kəsilən mətbu ruporları özünə tribuna etməklə heç nəyə nail olmayacaq. Bu gün işbirliyində olan E.Sabiroğlu və "Azadlıq" qəzeti eyni xislətin daşıyıcılarıdır. Bir sözlə, xəmiri xəyanətlə yoğrulanın düzəlmə ehtimalı çox aşağıdır.

Biz ona yalnız məsləhət görə bilərik ki, əgər azacıq da olsa vətəndaşlıq duyğusu qalıbsa, Azərbaycanın işğal altında olan əraziləri, qədim yurd yerlərimiz (İrəvan, Zəngəzur, Göyçə, Naxçıvan, Dərələyəz, Qarabağ və s.) haqqında görkəmli alimlərimiz İsa Həbibbəyli, Vəli Əliyev, Yaqub Mahmudov, İsmayıl Hacıyev və Musa Urudun əsərlərini oxusun və qabiliyyəti varsa, zərrə qədər də olsa xalqımızın tarixi və mədəni irsinə nəsə bir töhfə versin. Çünki artıq yaşı 60-ı haqlamaqdadır və geriyə dönüb baxsa görəcək ki, heç bir faydalı işlə məşğul olmayaraq ömrünü dedi-qodular və şər-böhtanlarla bada verib".



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

25.11.2026 / 22:23
Zelenski sülh üçün tarix açıqladı, Trampın reaksiyası gündəm oldu – “O, məndən nə etməyimi istəyir?”

25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...

25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı - İrəvan hər fürsətdə “vurulur”...

25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır - ABŞ nə edəcək...

25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...

25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...

25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...

25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...

25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...

25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər - “Düşmənlər” hərəkətə keçdi...

25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb - Nazir narahat eyham vurdu...

25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi

25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...

25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb - qiymətlər əsas rol oynayır...

25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal – Tonoyana ağır ittiham irəli sürüldü...

25.11.2026 / 18:11
Lukaşenkodan sensasiyalı açıqlama – ondan sonra Belarusu kim idarə edəcək...

25.11.2026 / 17:56
Keçmiş icra başçısının əmlaklarına həbs qoyuldu - SİYAHI

25.11.2026 / 17:43
Zelenski Krım körpüsünü ən kritik yerdən vurdu, Rusiyanın alternativ yolu qalmadı...

25.11.2026 / 17:25
COP31 prezidenti Murat Kurum konfransda işləri korladı, Afrika ölkələrindən üzr istədi, lakin... - VİDEO

25.11.2026 / 17:10
Rusiyanın "Merkuri" gəmisi inanılmaz əməliyyatla vuruldu - şok detallar...

25.11.2026 / 16:57
Milyondan çox pensiyaçının gözlədiyi xəbər – pensiyalar artırılır...

25.11.2026 / 16:43
Ceyhun Bayramov litvalı həmkarı ilə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə etdi

25.11.2026 / 16:37
Sumqayıtda marketdə ahıl qadının pul kisəsi belə oğurlandı - VİDEO

25.11.2026 / 16:29
Paşinyan Putinlə mürəkkəb "dəmiryolu danışıqlarına" gedir... Kritik görüş...

25.11.2026 / 16:02
İran liderlərinə qarşı ABŞ-İsrail cəza terrorunun yeni dalğası müzakirə olunur...

25.11.2026 / 15:46
Azərbaycanın bu şəhəri erməniləri əvvəl “sevindirmişdi”, sonra bellərini qırdı...

25.11.2026 / 15:33
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan

25.11.2026 / 15:05
Prezident İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

25.11.2026 / 14:35
Lukaşenko: “Avropa təhlükəsizliyinin gələcək arxitekturası avropalıların özlərinin iştirakı olmadan müzakirə edilə bilməz və Kreml bunu başa düşür”

25.11.2026 / 14:29
Peskov ABŞ-ın Rusiya ilə danışıqlara yanaşmasındakı dəyişikliyə münasibət bildirməkdən imtina etdi

25.11.2026 / 14:17
Lukaşenko Rusiyanın nüvə silahlarının Belarusdan çıxarılmasına icazə verdi

25.11.2026 / 14:12
Xarici ölkələrə malların ixracı ilə bağlı hesablaşmaların aparılma qaydaları hazırlanacaq

25.11.2026 / 14:10
MSK-nın nümayəndə heyəti beynəlxalq seçki forumunda iştirak edib

25.11.2026 / 14:05
ABŞ generalından dəhşətli xəbərdarlıq... NATO Rusiyanın zərbələrinə hazır deyil – Avropa şəhərləri Ukrayna kimi bombalana bilər...

25.11.2026 / 13:57
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü

25.11.2026 / 13:50
ABŞ Ukraynada böyük təhlükə gözləyir? – Səfirlikdən təcili xəbərdarlıq…

25.11.2026 / 13:33
Zəngəzurda dəmiryolunun çəkiləcəyi dəqiq vaxt deyildi...

25.11.2026 / 13:24
Gələn il 61 dövlətin lideri Bakıya gələ bilər...

25.11.2026 / 13:17
Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi yaradıldı - FƏRMAN

25.11.2026 / 13:10
Əvvəl sabiq nazir, indi sədr müavini – Fond qalmaqalı AK Partidə istefa dalğası yaratdı…

25.11.2026 / 12:55
Ukraynadan Rusiyanın neft sənayesinə növbəti ağır zərbə – “Rosneft”in iki nəhəng zavodu vuruldu…

25.11.2026 / 12:42
Zelenski onu Moskvaya dəvət edən Lukaşenkoya cavab verdi – Putini də götür, Kiyevə gəl…

25.11.2026 / 12:39
Naxçıvanda fəxri adlara görə aylıq təqaüdlə bağlı dəyişiklik...

25.11.2026 / 12:25
Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib - FOTO

25.11.2026 / 12:03
Azərbaycan və Litva Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzaladı

25.11.2026 / 11:49
Hörmüz boğazında minaya düşən iki tanker alov aldı...

25.11.2026 / 11:36
Vasif Talıbovun imzaladığı 47 fərman ləğv olundu

25.11.2026 / 11:27
İslam Kərimovun qızı Gülnarənin 252,5 milyon dollarlıq sərvəti aşkarlandı – pullar Özbəkistana qaytarılır...

25.11.2026 / 11:06
Xətainin heykəlinin lövhəsindəki yazı ilə bağlı ekspert qrupu yaradıldı

25.11.2026 / 10:42
Azərbaycanda qədim yaşayış məskəni tapıldı

25.11.2026 / 10:38
Naxçıvan Qaz İstismar Xidməti ləğv edildi

25.11.2026 / 10:25
“Giləzi-Quşçuluq”da dəhşətli faktlar üzə çıxdı – 400 tondan çox təhlükəli toyuq əti aşkarlandı... Şirkətdə həbslər aparıldı...

25.11.2026 / 09:48
Türkiyədə məşhurlara qarşı genişmiqyaslı əməliyyat – Özcan Deniz və digər tanınmış simalar saxlanıldı...

25.11.2026 / 09:12
Cared Kuşnerin babasının partizanlıq qeydləri Belarusda dərc olundu

25.11.2026 / 09:05
Kəlbəcər Şəhəri Günü qeyd olunur

25.11.2026 / 08:58
Kadırovun oğlu soyadını dəyişib Serbiya vətəndaşlığı aldı - sanksiyalardan yayınmanın unikal yolu…

25.11.2026 / 08:51
Konqres üzvləri Trampı Putinin G20-yə dəvətini ləğv etməyə çağırdı

24.11.2026 / 23:25
Vaşinqtondan ŞOK SSENARİ... Trampın gizli planı üzə çıxdı – İranın rəhbər şəxslərinə sui-qəsd hazırlanır...

24.11.2026 / 22:49
Britaniyanı qarışdıran ŞOK QALMAQAL – Ukraynaya ABŞ-dan alınmış tonlarla saxta partlayıcı göndərildi...

24.11.2026 / 22:23
İrandan dünyaya neft şoku xəbərdarlığı – müharibə başlasa, neft bazarında fəlakət yaşanacaq...

24.11.2026 / 22:05
Dövlətlər BCM-dən çıxır - Trampın çağırışı ilə yox, başqa səbəbdən...

24.11.2026 / 21:49
Paşinyan erməni tarixindən “4 çarlığı” silib atdı...

24.11.2026 / 21:35
Respublikaçı konqresmenlər indidən Trampın üzünə durmağa başlayıblar...

24.11.2026 / 21:21
Ermənistanın yeni Konstitusiya layihəsi məhkəmə sistemində ajiotaj yaratdı...

24.11.2026 / 21:10
Ali Şura Zəngəzur dəhlizini Hörmüzə bənzədib hədələdi...

24.11.2026 / 20:53
Ermənistan Konstitusiyasının müzakirəsi 6 ay uzanacaq - Şübhəlidir...

24.11.2026 / 20:38
TRİPP - bu sayaq açılışı məqbul saymaq olar?

24.11.2026 / 20:25
COP 31-ci addımında Türkiyədə iflasa uğradı...

24.11.2026 / 20:17
Trampın İran uğursuzluğunun səbəbi Demokratlar Partiyasının seçki qələbəsi imiş...(?)

24.11.2026 / 19:54
Bakıdan TRIPP-lə bağlı İrəvan və Vaşinqtona mühüm mesaj - Azərbaycanın mövqeyi nəzərə alınmalıdır...

24.11.2026 / 19:33
"Gürcüstan-Azərbaycan dövlət sərhədinin delimitasiyası üzrə komissiya fəaliyyətini davam etdirir" - Maka Boçorişvili

24.11.2026 / 19:27
COP31 iqlim sammiti 192 ölkəni birləşdirmək əvəzinə parçaladı...

24.11.2026 / 19:21
Rusiya erməni terrorçusuna həsr olunan filmin nümayişinə qadağa qoydu

24.11.2026 / 19:07
"Gürcüstan vasitəsilə Ermənistana neft ixracı regional əməkdaşlığa mühüm töhfə verir" - Nazir

24.11.2026 / 19:04
Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin geniştərkibli görüşü keçirildi

24.11.2026 / 18:57
Yeni Konstitusiya sayəsində Paşinyan müxalifəti siyasi səhnədən birdəfəlik silə bilər...

24.11.2026 / 18:42
Ermənistan Paşinyan konstitusiyasından nə vaxtsa imtina edə bilər (?)...

24.11.2026 / 18:32
Mənzil satışı adı altında 172 nəfərə qarşı dələduzluq... şirkət direktoru məhkəmə qarşısına çıxarılır...

24.11.2026 / 18:27
Prezident sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavinini qəbulu ilə bağlı videoçarx paylaşılıb

24.11.2026 / 18:25
Tramp demokratlara qarşı plan hazırlayıb - yanvaradək...

24.11.2026 / 18:10
Rusiya-Ukrayna müharibəsində yeni cəbhə xətti: Finlandiya savaş meydanına çevrilir

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ