çərşənbə günü, 25 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Avroparlamentin Azərbaycanla bağlı son qətnaməsinin haqqı öncədən Xankəndidə ödənilib...
Tarix: 15.09.2015 / 03:47
Bölmə: Siyasət
Milli Məclisdə şok təfərrüatlar açıldı
Azərbaycan "Avronest"dən çıxdı, Avroparlament üzvlərinin ölkəmizə girişinə qadağa qoyulur
"Biz Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli münasibətinin dəfələrlə şahidi olmuşuq. Təkcə son iki ildə Avropa Parlamentində Azərbaycan haqqında bir neçə qətnamə qəbul edilib. Amma bu dəfə Avropa Parlamenti bütün çərçivələri keçib". "Trend"in məlumatına görə, bunu Milli Məclisin sədri Oqtay Əsədov parlamentin dünən keçirilən növbədənkənar plenar iclasında deyib.
O.Əsədov bildirib ki, bütün beynəlxalq davranış prinsipləri, adi ədəb və nəzakət qaydaları pozulub, tərbiyəsizcəsinə Azərbaycanın siyasi hakimiyyətinə şər və böhtan atılıb: "Hər dəfə Avropa Parlamenti Azərbaycana qarşı qətnamə qəbul edəndə biz çalışmışıq ki, tarazlı münasibət bildirək və bütün məsələlərin çoxunu açıqlamayaq, ancaq görürük ki, məsələ başqa bir rakurs alır. Mən Avropa Parlamentinin həmin iclasını bir neçə həmkarımla canlı müşahidə etdim və bu canlı müşahidəmiz bir daha göstərdi ki, Avropa Parlamentinin bir çox deputatları Azərbaycana qarşı nə qədər qərəzli mövqe tutur".
Sədr Avropa Parlamentində prosedur qaydaların kobud şəkildə pozulduğunu qeyd edib: "Çox maraqlıdır ki, bu iclasın gedişində Avropa Parlamentinin Xarici əlaqələr komitəsinin sədri söz alaraq qətiyyətlə dedi ki, iclasda prosedur qaydaları pozmaq olmaz. İlk növbədə bu məsələlər komitələrdə müzakirə edilməlidir, ondan sonra iclas keçirilə bilər. Biz bu cür hərəkət etməsək, Azərbaycanı itirə bilərik. Ancaq iki deputat - Corc Sebastyan və Fransua Slifinsi çıxış edərək iclasın gedişinin dəyişməsinə etiraz etdilər. Dedilər ki, bu məsələ bu gün burada müzakirə olunmalıdır və təsdiq edilməlidir. Biz sonra araşdıraraq gördük ki, bu iki deputat sentyabrın 1-də Dağlıq Qarabağda olub və Bako Saakyanla görüşüblər. Yəqin ondan aldıqları təlimatı yerinə yetirir, eləcə də bəxşişlərin əvəzini vermək üçün belə canfəşanlıq edirlər. Elə bu məqamın özü korrupsiyanın Avropa Parlamentində necə işlədiyinə bir misalıdır. Ona görə mən Avropa Parlamentinin sədri Martin Şultsu korrupsiyaya bulaşmış lobbiçi qruplarla işbirliyinə son qoymağa çağırıram".
O.Əsədov bildirib ki, Avropa Parlamentinin iclasında aparılan müzakirələr açıq-aşkar saxta məlumatlara əsaslanıb: "İndiki dövrdə Avropada tüğyan edən ksenofobiya, islamofobiya və ayrı-seçkiliyin Avropa Parlamentində dərin kök salması göstərir ki, bu məsələnin arxasında başqa məqsədlər var. Avropa Parlamentinin qətnaməsinə nəzər saldıqda onun nə qədər qərəzli yanaşma olduğunu əsaslandırmaq olar. Konkret cinayət əməllərinin siyasiləşdirilməsi, jurnalist Rasim Əliyevin məişət zəminində öldürülməsinin siyasi qətl kimi qələmə verilməsi və digər faktlar sənədin saxta və qondarma ittihamlar üzərində qurulduğunu sübut edir".
O.Əsədov deyib ki, Avropa Parlamentinin iclasında səsvermənin nəticələri maraqlı bir məqamı da üzə çıxarır: "Qətnamənin əleyhinə 202 səs verildi və 72 deputat bitərəf qaldı. Bu onu göstərir ki, Avropa Parlamentində Azərbaycanla əməkdaşlığın əhəmiyyətini başa düşən konstruktiv qüvvələr də var, amma korrupsiyaya bulaşmış lobbiçi qrupların fəaliyyəti və təsiri bu qüvvələrin səsini eşitməz edir".
Milli Məclisin sədri bildirib ki, əslində bu sənəd Avropa Parlamentinin imicinə böyük zərbə oldu: "Biz həmişə görmüşük ki, Azərbaycan ictimai-siyasi əhəmiyyətə malik hadisələr ərəfəsində olduğu dövrlərdə ölkəmizə hücumlar başlayır. "Eurovision" mahnı müsabiqəsi, prezident seçkiləri vaxtı, Avropa Oyunları vaxtı biz bunların hamısının şahidi olmuşuq. Avropa Parlamentinin budəfəki qətnaməsinin də vaxtı təsadüfən seçilməyib. Qarşıdan parlament seçkiləri gəlir və Azərbaycan dövləti seçkilərin demokratik və şəffaf keçirilməsi ilə bağlı bütün beynəlxalq təşkilatlara müşahidəçi göndərmək üçün müraciət edib. Belə bir vaxtda Avropa Parlamenti üzdəniraq qətnamə qəbul edir və parlament seçkilərinə müşahidə missiyasının göndərilməməsi barədə müvafiq qurumlara, üzv ölkələrə çağırışlar edirlər. Bu, beynəlxalq normaların, qəbul olunmuş praktikanın kobudcasına pozulması deməkdir. Seçkilər başlamamış onun legitimliyini şübhə altına alanlar bilməlidir ki, seçkilərin legitmliyini yalnız Azərbaycan xalqı özü həll edir".
O.Əsədov hesab edir ki, Avropa Parlamentinin qətnaməsinin əsas hədəflərindən biri Azərbaycanı Avropadan təcrid etmək, onun nüfuzuna xələr gətirmək və bu yolla Dağlıq Qarabağ problemində Azərbaycanın mövqeyini zəiflətməkdir.
Milli Məclisin spikeri Azərbaycanın Avropa ilə əməkdaşlıqda keçdiyi yoldan, "Avronest" səviyyəsində əməkdaşlıqdan danışıb: "Biz "Avronest"də bir dənə də olsun Dağlıq Qarabağa aid sənədi imzalatdırıb məsələlərin içərisinə sala bilmədik. Bu təşkilatda iştirakımız bizə nə verir? Biz bu təşkilatda iştirakımızla bağlı qəti qərara gəlməliyik. Hesab edirəm biz Nazirlər Kabinetinə müraciət etməliyik ki, "Şərq Tərəfdaşlığı" proqramına yenidən nəzər salınsın".
O.Əsədov əlavə edib ki, Avropa Parlamentinin sədri Martin Şults Avropa Oyunları ərəfəsində deputatlara qeyri-rəsmi qadağa qoymuşdu ki, heç kim nə rəsmi, nə də qeyri-rəsmi Azərbaycana səfər etməsin: "Deputatlar bizə zəng edib deyirdilər ki, bağışlayın, Şults bizi Azərbaycana buraxmır".
Səməd Seyidov isə bildirib ki, Azərbaycanda Milli Məclisə seçkilər ərəfəsində Avropa Parlamentinin səhvlərlə dolu, tələsik qətnamə qəbul etməsi bu qurumun imicinə böyük zərbə vurdu. S.Seyidov qeyd edib ki, Avropa Parlamentinin Azərbaycan haqqında qəbul etdiyi qərəzli qətnamə Milli Məclisdə əsaslı şəkildə müzakirə olunmalıdır: "Azərbaycana qarşı təxribatları pisləyir və onlara layiqli cavab verməyi təklif edirəm".
S.Seyidov əlavə edib ki, bundan sonra Avropa Parlamentinin heç bir qətnaməsi ciddi qəbul edilə bilməz: "Çünki onlar müstəqil, suveren və demokratik bir dövlətə qarşı belə bir qərəzli addım atdılar".
Onun sözlərinə görə, Avropa Parlamenti müstəqil Azərbaycan dövlətinin söz sahibinə çevrilməsini, kiminsə fikri ilə yox, öz maraqları ilə siyasət yürütməsini qəbul edə bilmir: "Azərbaycan işğal olunmuş torpaqlarını Minsk Qrupundan və digər təşkilatlardan kənar azad etmək iqtidarındadır. Azərbaycan inkişaf edir və başqalarının fikirləri ilə yox, müstəqil yaşayır. Bütün bunlar onları qorxuya salır".
Millət vəkili deyib ki, biz problemlərimizi beynəlxalq təşkilatlar vasitəsilə dünyaya çatdırmaq və həll etmək niyyətində olmuşuq, qanun aliliyini düşünəndə beynəlxalq qanunları düşünmüşük: "Bu qərəzli qətnamədən sonra nə düşünək? Biz Avropa Parlamentində sağlam qüvvələrlə birləşib "Avronest" Parlament Assambleyasında iştirakımızı dayandırmalıyıq. Azərbaycan demokratik yoldan dönməyəcək və öz qəti sözünü deyəcək".
"Avropa Parlamentinin qəbul etdiyi bu qətnamə əsası olmayan kağız parçasıdır. Bu qətnamədə Azərbaycanla bağlı əks olunanlar tamamilə yalan, böhtan və qərəzdir". Bunu isə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib.
Z.Əsgərov deyib ki, Avropa Parlamentində bu qətnaməyə səs verən deputatların bir çoxu heç Azərbaycanı tanımır: "Bunların məqsədi Azərbaycanın beynəlxalq imicini ləkələməkdir. Avropa yalandan iddia edir ki, guya Azərbaycanda söz azadlığı, demokratiya yoxdur. Bunlar özlərində olmayan məsələləri bizim adımıza yazmağa çalışırlar".
Z.Əsgərov bildirib ki, Avropa Azərbaycana təzyiq etməyə çalışır: "Avropa Parlamenti rəhbərliyində oturan bir neçə şəxs erməni lobbisinin təsiri altına düşüb. Axı Azərbaycandan nə istəyirsiniz? Azərbaycan da sizin kimi inkişaf yolu tutub, indi buna niyə paxıllıq edirsiniz? Azərbaycanda noyabrın 1-də parlament seçkiləri keçiriləcək. Avropa artıq bu seçkilərin nəticələri ilə bağlı hesabatları hazırlayıb. Sual olunur, axı siz nə bilirsiniz seçkilərin nəticələri necə olacaq? Axı siz hansı haqla Azərbaycan xalqının iradəsinə müdaxilə edirsiniz?".
Avropada yaranmış miqrant böhranı və ərəb ölkələrində baş verən hadisələrə də toxunan Z.Əsgərov bəyan edib ki, indi Misir, Liviya, Suriya, Əfqanıstanda müharibələr, fəlakətlər baş verir: "Bu ölkələrdə əhali qaçqın vəziyyətinə düşüb. Onları kim qaçqın etdi? Əlbəttə ki, Avropa, siz etdiniz. Onların heç bir günahı yoxdur. Günahkar sizsiniz. İndi də gedib onların problemlərini necə yaratmısınızsa, elə də həll edin. Milyonlarla dollar pul qoyub Liviyanı dağıtdınız, indi Azərbaycanı dağıtmaq istəyirsiniz. İndi də minlərlə miqrantı dənizdə batırırsınız, öldürürsünüz. Axı bu nə vəhşilikdir? Bu cür vəhşilikləri edən Avropa Azərbaycana necə demokratiyadan, insan haqqlarından danışa bilər? Milli satqınlar da Avropadan milyonlarla pul alıb. İndi ölkədə xaos yaratmaq istəyirlər. Ancaq bu mümkün olmur. Çünki Azərbaycanda xalqla iqtidar arasında güclü birlik var. Onlar Azərbaycan Prezidentinə paxıllıq edirlər. Çünki onların özlərində belə prezident yoxdur".
Sonda Milli Məclis Avropa Parlamentinin Azərbaycan haqqında qətnaməsi ilə bağlı qərar qəbul edib. Qərarda qeyd olunur ki, Avropa Parlamentinin qətnaməsi Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasının son dərəcə təhqiramiz xarakter aldığını göstərir.
Qərarda o da bildirilir ki, Avropa Parlamenti ötən ilin sentyabr ayında yeni tərkibdə fəaliyyətə başlayandan onun rəhbərliyi üzündən Azərbaycanla əməkdaşlıq baş tutmayıb, Avropa Parlamentinin sədri deputatların Azərbaycana səfərlərinə qeyri-rəsmi qadağa qoyub.
Qeyd edilir ki, qətnamədə Azərbaycana qarşı irəli sürülən tələblər heç bir hüquqi əsasa malik deyil. Ötən il formalaşan yeni tərkibindən sonra Avropa Parlamenti sədrinin qərəzli münasibətinə görə deputatların Azərbaycana gəlməsinə qadağa qoyulub. Azərbaycanla bu təşkilat arasında normal dialoq mümkün olmayıb. Avropa Parlamentinin sədri Martin Şults ələbaxan qrupların fəaliyyətinə göz yumur.
Bildirilir ki, indi Avropada davam edən mühacir problemi, irqçilik və ksenofobiya pik həddinə çatıb, beynəlxalq hüquq normaları tapdanıb. Avropa Parlamenti bütün qətnamələrində guya Avropa məhkəmələrinin çıxardığı qərarlara söykənir. Amma həmin Avropa Məhkəməsidir ki, bir müddət əvvəl "Çıraqov qardaşları Ermənistana qarşı" işlə bağlı qərar qəbul etsə də, hələ də icra edilməyib. İndidən Azərbaycanda keçiriləcək seçkilərin nəticələrini şübhə altına almağa çalışırlar. Bu da Azərbaycan seçicilərinin iradəsinə ziddir. Milli Məclis Avropa Parlamentinin nəzərinə çatdırır ki, insan hüquq və azadlıqlarını həmişə qoruyacaq, demokratik prinsiplərə söykənəcək.
Qərarda daha sonra deyilir: "Şərh edilənləri nəzərə alaraq Milli Məclis qərar qəbul edir:
- Pozucu fəaliyyətlərə son qoyulsun;
- Ölkəmizə qarşı qərəzli kampaniyalardan əl çəksin;
- Azərbaycana qarşı konstruktiv addımlar atılsın;
- Avropa Parlamentinin nüfuzuna xələl gətirən fəaliyyətin qarşısı alınsın;
- Azərbaycan nümayəndə heyətinin "Avronest" Parlament Assambleyasının iclaslarında iştirak etməsinə son qoyulsun, fəaliyyəti dayandırılsın;
- Nazirlər Kabinetinə tapşırılsın ki, Azərbaycanın məsul şəxsləri ilə bağlı sanskiya tətbiq olunacağı təqdirdə Avropa Parlamenti üzvlərinin Azərbaycana girişinə qadağa qoyulsun".
Qərar səsə qoyularaq qəbul edilib.
DİGƏR XƏBƏRLƏR
Tarix: 25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...
Tarix: 25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı
- İrəvan hər fürsətdə “vurulur”...
Tarix: 25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır -
ABŞ nə edəcək...
Tarix: 25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...
Tarix: 25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...
Tarix: 25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...
Tarix: 25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...
Tarix: 25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...
Tarix: 25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər
- “Düşmənlər” hərəkətə keçdi...
Tarix: 25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb
- Nazir narahat eyham vurdu...
Tarix: 25.11.2026 / 16:43
Ceyhun Bayramov litvalı həmkarı ilə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə etdi
Tarix: 25.11.2026 / 16:29
Paşinyan Putinlə mürəkkəb "dəmiryolu danışıqlarına" gedir...
Kritik görüş...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...
Tarix: 19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...
Tarix: 19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...
SON XƏBƏRLƏR
25.11.2026 / 22:23
Zelenski sülh üçün tarix açıqladı, Trampın reaksiyası gündəm oldu
– “O, məndən nə etməyimi istəyir?”
25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...
25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı
- İrəvan hər fürsətdə “vurulur”...
25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır -
ABŞ nə edəcək...
25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...
25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...
25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...
25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...
25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...
25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər
- “Düşmənlər” hərəkətə keçdi...
25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb
- Nazir narahat eyham vurdu...
25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi
25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...
25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb -
qiymətlər əsas rol oynayır...
25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal
– Tonoyana ağır ittiham irəli sürüldü...
25.11.2026 / 18:11
Lukaşenkodan sensasiyalı açıqlama
– ondan sonra Belarusu kim idarə edəcək...
25.11.2026 / 17:56
Keçmiş icra başçısının əmlaklarına həbs qoyuldu
- SİYAHI
25.11.2026 / 17:43
Zelenski Krım körpüsünü ən kritik yerdən vurdu, Rusiyanın alternativ yolu qalmadı...
25.11.2026 / 17:25
COP31 prezidenti Murat Kurum konfransda işləri korladı, Afrika ölkələrindən üzr istədi, lakin...
- VİDEO
25.11.2026 / 17:10
Rusiyanın "Merkuri" gəmisi inanılmaz əməliyyatla vuruldu -
şok detallar...
25.11.2026 / 16:57
Milyondan çox pensiyaçının gözlədiyi xəbər
– pensiyalar artırılır...
25.11.2026 / 16:43
Ceyhun Bayramov litvalı həmkarı ilə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə etdi
25.11.2026 / 16:37
Sumqayıtda marketdə ahıl qadının pul kisəsi belə oğurlandı
- VİDEO
25.11.2026 / 16:29
Paşinyan Putinlə mürəkkəb "dəmiryolu danışıqlarına" gedir...
Kritik görüş...
25.11.2026 / 16:02
İran liderlərinə qarşı ABŞ-İsrail cəza terrorunun yeni dalğası müzakirə olunur...
25.11.2026 / 15:46
Azərbaycanın bu şəhəri erməniləri əvvəl “sevindirmişdi”, sonra bellərini qırdı...
25.11.2026 / 15:33
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan
25.11.2026 / 15:05
Prezident İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi
25.11.2026 / 14:35
Lukaşenko: “Avropa təhlükəsizliyinin gələcək arxitekturası avropalıların özlərinin iştirakı olmadan müzakirə edilə bilməz və Kreml bunu başa düşür”
25.11.2026 / 14:29
Peskov ABŞ-ın Rusiya ilə danışıqlara yanaşmasındakı dəyişikliyə münasibət bildirməkdən imtina etdi
25.11.2026 / 14:17
Lukaşenko Rusiyanın nüvə silahlarının Belarusdan çıxarılmasına icazə verdi
25.11.2026 / 14:12
Xarici ölkələrə malların ixracı ilə bağlı hesablaşmaların aparılma qaydaları hazırlanacaq
25.11.2026 / 14:10
MSK-nın nümayəndə heyəti beynəlxalq seçki forumunda iştirak edib
25.11.2026 / 14:05
ABŞ generalından dəhşətli xəbərdarlıq... NATO Rusiyanın zərbələrinə hazır deyil
– Avropa şəhərləri Ukrayna kimi bombalana bilər...
25.11.2026 / 13:57
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü
25.11.2026 / 13:50
ABŞ Ukraynada böyük təhlükə gözləyir?
– Səfirlikdən təcili xəbərdarlıq…
25.11.2026 / 13:33
Zəngəzurda dəmiryolunun çəkiləcəyi dəqiq vaxt deyildi...
25.11.2026 / 13:24
Gələn il 61 dövlətin lideri Bakıya gələ bilər...
25.11.2026 / 13:17
Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi yaradıldı
- FƏRMAN
25.11.2026 / 13:10
Əvvəl sabiq nazir, indi sədr müavini
– Fond qalmaqalı AK Partidə istefa dalğası yaratdı…
25.11.2026 / 12:55
Ukraynadan Rusiyanın neft sənayesinə növbəti ağır zərbə
– “Rosneft”in iki nəhəng zavodu vuruldu…
25.11.2026 / 12:42
Zelenski onu Moskvaya dəvət edən Lukaşenkoya cavab verdi
– Putini də götür, Kiyevə gəl…
25.11.2026 / 12:39
Naxçıvanda fəxri adlara görə aylıq təqaüdlə bağlı dəyişiklik...
25.11.2026 / 12:25
Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib
- FOTO
25.11.2026 / 12:03
Azərbaycan və Litva Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzaladı
25.11.2026 / 11:49
Hörmüz boğazında minaya düşən iki tanker alov aldı...
25.11.2026 / 11:36
Vasif Talıbovun imzaladığı 47 fərman ləğv olundu
25.11.2026 / 11:27
İslam Kərimovun qızı Gülnarənin 252,5 milyon dollarlıq sərvəti aşkarlandı
– pullar Özbəkistana qaytarılır...
25.11.2026 / 11:06
Xətainin heykəlinin lövhəsindəki yazı ilə bağlı ekspert qrupu yaradıldı
25.11.2026 / 10:42
Azərbaycanda qədim yaşayış məskəni tapıldı
25.11.2026 / 10:38
Naxçıvan Qaz İstismar Xidməti ləğv edildi
25.11.2026 / 10:25
“Giləzi-Quşçuluq”da dəhşətli faktlar üzə çıxdı
– 400 tondan çox təhlükəli toyuq əti aşkarlandı... Şirkətdə həbslər aparıldı...
25.11.2026 / 09:48
Türkiyədə məşhurlara qarşı genişmiqyaslı əməliyyat
– Özcan Deniz və digər tanınmış simalar saxlanıldı...
25.11.2026 / 09:12
Cared Kuşnerin babasının partizanlıq qeydləri Belarusda dərc olundu
25.11.2026 / 09:05
Kəlbəcər Şəhəri Günü qeyd olunur
25.11.2026 / 08:58
Kadırovun oğlu soyadını dəyişib Serbiya vətəndaşlığı aldı -
sanksiyalardan yayınmanın unikal yolu…
25.11.2026 / 08:51
Konqres üzvləri Trampı Putinin G20-yə dəvətini ləğv etməyə çağırdı
24.11.2026 / 23:25
Vaşinqtondan ŞOK SSENARİ...
Trampın gizli planı üzə çıxdı – İranın rəhbər şəxslərinə sui-qəsd hazırlanır...
24.11.2026 / 22:49
Britaniyanı qarışdıran ŞOK QALMAQAL
– Ukraynaya ABŞ-dan alınmış tonlarla saxta partlayıcı göndərildi...
24.11.2026 / 22:23
İrandan dünyaya neft şoku xəbərdarlığı
– müharibə başlasa, neft bazarında fəlakət yaşanacaq...
24.11.2026 / 22:05
Dövlətlər BCM-dən çıxır
- Trampın çağırışı ilə yox, başqa səbəbdən...
24.11.2026 / 21:49
Paşinyan erməni tarixindən “4 çarlığı” silib atdı...
24.11.2026 / 21:35
Respublikaçı konqresmenlər indidən Trampın üzünə durmağa başlayıblar...
24.11.2026 / 21:21
Ermənistanın yeni Konstitusiya layihəsi məhkəmə sistemində ajiotaj yaratdı...
24.11.2026 / 21:10
Ali Şura Zəngəzur dəhlizini Hörmüzə bənzədib hədələdi...
24.11.2026 / 20:53
Ermənistan Konstitusiyasının müzakirəsi 6 ay uzanacaq
- Şübhəlidir...
24.11.2026 / 20:38
TRİPP - bu sayaq açılışı məqbul saymaq olar?
24.11.2026 / 20:25
COP 31-ci addımında Türkiyədə iflasa uğradı...
24.11.2026 / 20:17
Trampın İran uğursuzluğunun səbəbi Demokratlar Partiyasının seçki qələbəsi imiş...(?)
24.11.2026 / 19:54
Bakıdan TRIPP-lə bağlı İrəvan və Vaşinqtona mühüm mesaj
- Azərbaycanın mövqeyi nəzərə alınmalıdır...
24.11.2026 / 19:33
"Gürcüstan-Azərbaycan dövlət sərhədinin delimitasiyası üzrə komissiya fəaliyyətini davam etdirir"
- Maka Boçorişvili
24.11.2026 / 19:27
COP31 iqlim sammiti 192 ölkəni birləşdirmək əvəzinə parçaladı...
24.11.2026 / 19:21
Rusiya erməni terrorçusuna həsr olunan filmin nümayişinə qadağa qoydu
24.11.2026 / 19:07
"Gürcüstan vasitəsilə Ermənistana neft ixracı regional əməkdaşlığa mühüm töhfə verir"
- Nazir
24.11.2026 / 19:04
Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin geniştərkibli görüşü keçirildi
24.11.2026 / 18:57
Yeni Konstitusiya sayəsində Paşinyan müxalifəti siyasi səhnədən birdəfəlik silə bilər...
24.11.2026 / 18:42
Ermənistan Paşinyan konstitusiyasından nə vaxtsa imtina edə bilər (?)...
24.11.2026 / 18:32
Mənzil satışı adı altında 172 nəfərə qarşı dələduzluq...
şirkət direktoru məhkəmə qarşısına çıxarılır...
24.11.2026 / 18:27
Prezident sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavinini qəbulu ilə bağlı videoçarx paylaşılıb
24.11.2026 / 18:25
Tramp demokratlara qarşı plan hazırlayıb -
yanvaradək...
24.11.2026 / 18:10
Rusiya-Ukrayna müharibəsində yeni cəbhə xətti:
Finlandiya savaş meydanına çevrilir
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 23.11.2026 / 11:56
Ən çox boşanma bu rayonda qeydə alınıb
– SİYAHI
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
Tarix: 14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...
XƏBƏR ARXİVİ