Fransa İran ətrafındakı vəziyyətlə əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edib. Fransa Prezidenti Emmanuel Makron bu barədə X sosial media saytında məlumat verib.
Fransa lideri əlavə edib ki, Avropa və Yaxın Şərqdəki tərəfdaşları ilə sıx əlaqə saxlayır.
Xatırladaq ki, bu gün əvvəlcə İsrail və ABŞ-ın İrandakı hədəflərə zərbə endirdiyi bildirilib. ABŞ Prezidenti Donald Tramp İslam Respublikasına qarşı hərbi əməliyyatın başlandığını təsdiqləyərək, "hər yerə bomba düşəcəyini" bəyan edib.
Daha sonra İran ABŞ-ın regiondakı 7 ərəb ölkəsində yerləşən hərbi bazalarına raket zərbələri endirib.
Eyni zamanda İran İsrailə cavab zərbələri endirib.
SAMİRƏ