Həqiqətən çox maraqlıdır. Yanvarın 8-də Parisdə Almaniyanın, Fransanın və Polşanın xarici işlər nazirləri məşhur "Veymar üçlüyü" çərçivəsində görüşüblər. Əsas mövzu Trampın Qrenlandiya adasının ələ kemirilməsi üzrə son bəyanat və tələblərinin dəyərləndirilməsi yönümündə olub.
Bunu "Bakı-Xəbər" Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
“Burada Fransanın XİN-in Amerikanın heç xoşuna gəlməyəcək bir hadisəni eyhamla xatırlatması öz yerində maraqlıdır. Fransa XİN Barro sərt eyham vurub ki, "indi Luiziananın alınıb-satıldığı dövrlər deyil. Barro 1803-cü ildə Fransaya məxsus olmuş Luiziananın ABŞ-a satılması hadisəsinə eyham vurur və Trampa mesaj verir ki, "Qrenlandiyanı da bu sayaq bizdən qopara bilməzsən". Xatırladım ki, Luiziana 17-ci əsrin sonlarında Fransa kralı 14-cü Lyüdovikin şərəfinə "Luiziana" adlandırılıb və 1812-ci ildə 12-ci ştat kimi ABŞ-a daxil edilib
“Veymar üçlüyü”nün Paris toplantısında ən maraqlı fakt Hindistanın Xarici işlər naziri Subramanyam Cayşankarın da iştirakıdır. Hindistan hara, Avropanın ən qatı anti-Rusiya bloku sayılan "Veymar üçlüyü" hara?! “Veymar üçlüyü” 1991-ci ildə SSRİ dağılanda Almaniya, Fransa və Polşa tərəfindən Almaniyanın Veymar şəhərində təsis edilib. Rusiyanın Ukraynaya təcavüzündən sonra anti-Rusiya müstəvisində daha da fəallaşıb və hazırda Rusiya əleyhinə ən barışmaz siyasəti ilə seçilir...
Belədə Hindistan bu qurumun işinə niyə qatılıb?!... Araşdırmağa və düşünməyə dəyər...
Tahir TAĞIYEV