çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

"Paşinyanı kilsəyə və diaspora qarşı yönəldən rəsmi Bakıdır"...

Image


Ermənistanda hakimiyyət-kilsə qarşıdurmasının yenidən Azərbaycan-Türkiyə faktoru ilə əlaqələndirilməsi istiqamətində cəhdlər edilir. İddia olunur ki, məhz Bakı və Anakaranın tələbi ilə Ermənistan hakimiyyəti Erməni Apostol Kilsəsi və diasporla ölkənin əlaqələrini kəsməyə çalışır.

Erməni politoloq Benyamin Matevosyan bu fonda hakimiyyətin Erməni Apostol Kilsəsi və diasporla münasibətləri daha da pisləşdirəcəyini iddia edir.

Qeyd edək ki, bu günlərdə Erməni Apostol Kilsəsinin bir qrup arxiyepiskop və yepiskopunun baş nazir Nikol Paşinyanla görüşü olub. Ermənistan hökumətinin başçısı din xadimlərinə ictimaiyyət qarşısında ifadə etdikləri prinsipial mövqeyə görə təşəkkür edib. Həmin görüş fonunda 9 keşişdən ibarət bir qrup ümumerməni katolikosu II Qaregini dini müqəddəsliyə hörmətsizliyi himayə etməkdə günahlandıran bəyanat yayıb. Bildirilir ki, o, indiki baş keşiş arxiyepiskop Arşak Xaçatryanın müqəddəsliyə hörmətsizlik edən hərəkətlərini gizlətməyə cəhd göstərib. Qeyd edək k, Xaçatryanın rahiblik qaydalarını pozan videosu yayılıb. II Qaregin də onun bu davranışını müxtəlif bəhanələrlə ört-basdır etməyə səy göstərib. Arxiyepiskopların bəyanatında bildirilib ki, katolikosun davranışı Erməni Apostol Kilsəsinin kanonları və təlimləri ilə bir araya sığmır, bu da kilsə daxilində parçalanma təhlükəsi daşıyır. Onlar yepiskopları, kilsənin sadiq və sədaqətli övladlarını qətiyyətli mövqe nümayiş etdirməyə, II Qareginin yanlış kursunu qətiyyətlə pisləməyə çağırıblar. Bu durumda Benyamin Matevosyan hesab edir ki, Paşinyan Erməni Apostol Kilsəsinin nüfuz dairəsini Ermənistan Respublikasının tərkibindəki yeparxiyalarla məhdudlaşdırmaq niyyətindədir: “İndi baş verənlər birbaşa Paşinyanın gələcək statusu ilə bağlıdır: hadisələr fonunda məlum olacaq ki, onu seçən kənar oyunçular Paşinyanı dəstəkləməyə davam edəcək, ya yox. Bizi çox emosional və çətin dövr gözləyir”. Ekspert əlavə edib ki, Azərbaycan və Türkiyə erməni diasporunu problem olaraq görür: “Ona görə də Erməni Apostol Kilsəsinə qarşı iş təkcə siyasi deyil, həm də geosiyasi xarakter daşıyır”. Bu kontekstdə o, cari ilin mayında İsveçrədə keçirilən konfransı xatırladıb və bu konfransda katolikos II Qareginin Qarabağ, ermənilərin geri qaytarılması məsələsini qaldırdığını xatırladıb: “Məhz bundan sonra Azərbaycanın ruhani lideri Erməni Apostol Kilsəsinə qarşı bəyanat verdi və Paşinyanın II Qareginə hücumları başladı. Baş nazir indi öz kampaniyasına yepiskopları cəlb etməyə çalışır. Paşinyan indi bütün kartlarını masa üzərinə qoyub. Erməni Apostol Kilsəsinin 50-dən çox yepiskopu var və səhv etmirəmsə, onlardan yalnız doqquzu təkcə Paşinyanın deyil, hətta Əliyevin də əlini öpməyə hazırdır”. Digər ekspert Vardan Xaçatryan hesab edir ki, cəmiyyət Paşinyanın kilsəyə qarşı atdığı addımlarda o qədər də maraqlı deyil: “Bu gündəmi mənasız hesab etmək olar, çünki ən səthi araşdırmalar belə cəmiyyətimizin sözügedən hadisə ilə yaşamadığını və nəfəs almadığını göstərir. Ölkənin üzləşdiyi ciddi problemlər fonunda bu boş gündəmi irəli sürmək Ermənistanın və erməni xalqının maraqlarına uyğun deyil”.

Qeyd edilənlərlə bağlı “armenianreport” portalı yazır: “Erməni Apostol Kilsəsi öz iradəsinə zidd olaraq, onilliklərin ən ciddi daxili böhranı adlandırılan hadisələrin episentrində qalmağa davam edir. Qalmaqallar, ruhanilərin şəxsi məlumatlarının dərci, bir qrup yepiskopun bütün ermənilərin katolikosu II Qaregini könüllü istefaya çağırışları – bütün bunlar sadəcə kilsə mübahisəsi deyil, genişmiqyaslı siyasi oyunun elementinə çevrilib. Son vaxtlara qədər ağlasığmaz görünən reallığa çevrildi: baş nazir Nikol Paşinyan nəinki Erməni Apostol Kilsəsini siyasi səhnəyə sürükləməyə, həm də qanunlara görə siyasi təzyiq obyekti deyil, birlik sütunu olmağa borclu olan din xadimlərinin bir hissəsini faktiki olaraq parçalamağa nail oldu. Bu da özlüyündə faciədir. Ancaq təxribatın hər bir detalını vurğulamaq vacibdir. Bir qrup yepiskop və arxiyepiskop tərəfindən katolikosun könüllü olaraq istefaya getməsi tələbinin yer aldığı “kommünike”nin nəşri gözlənilməz, qorxaq və qəfil addım idi. Formal olaraq, sənədin müəllifləri kilsənin "yenilənməsi" zərurətini qeyd etdilər. Bununla belə, əsas faktları nəzərdən qaçırmaq olmaz. Axı təşəbbüskarlar son aylarda hökumətlə fəal əlaqədə olan ruhanilər idi. Üstəlik, sənədi imzalamaqdan imtina edən yepiskopların bəziləri saxlanılıb və ya təzyiqlərə məruz qalıb. Nəhayət, bu bəyanat hakimiyyətin dini qurumlara nəzarəti gücləndirməyə çalışdığı zaman gəldi. Sözdə 9 yepiskop hökumətə yaxın media orqanlarının fəal şəkildə təbliğ etdiyi rəvayətləri mahiyyətcə təkrarlayaraq, kilsənin başçısına qarşı çıxış edirdi. Bu, bir çox analitikləri iddia etməyə vadar etdi: proses kortəbii deyil. Və bu hekayədə informasiya kampaniyası xüsusi rol oynayır. Hökumətyönlü resurslar ruhanilərin şəxsi həyatı ilə bağlı materialları yaymağa başlayıblar – bu, əxlaq, dini etika və kilsə institutlarına əsas hörmət baxımından qəbuledilməz bir addımdır. Vurğulayaq: bu, konstruktiv tənqid deyil. Kilsəni “əxlaqsızlıq” yuvası kimi qələmə vermək, diqqəti hökumətin uğursuzluqlarından yayındırmaq, cəmiyyətdə ruhanilərin xalq adından danışmaq mənəvi hüququnu itirdiyi hissini yaratmaq məqsədli cəhddir. Dövlət kilsəni zəiflətmək və ya ona tabe etmək istəyəndə həmişə belə üsullardan istifadə olunub. Və bu gün biz Paşinyanın komandasının məhz bu taktikaya uyğun fəaliyyət göstərdiyini görürük. Onlar kisə hakimiyyətini gözdən salmağa, ruhaniləri “sadiq” və “sadiq olmayanlara” bölməyə və daxili müzakirələri ictimai qalmaqal səviyyəsinə qaldırmağa çalışırlar. Bütün dünya heç vaxt ictimaiyyətə açıqlanmamalı olanı gördü: ruhanilərin şəxsi həyatının təfərrüatları, yepiskoplar arasında ixtilaf, qarşılıqlı ittihamlar. Bütün bunlar konkret şəxslərə deyil, bir qurum olaraq kilsəyə zərbə vurur. Erməni Apostol Kilsəsinə edilən bu hücum kimə sərf edir? Aydındır ki, bu, Erməni Apostol Kilsəsinə deyil. Aydındır ki, əsrlər boyu kilsəni şəxsiyyətin, mədəniyyətin və xarici təhlükələrə qarşı müqavimətin sütunu kimi görən Ermənistan xalqına deyil. Şübhəsiz ki, belə bir parçalanma mənəvi sahəyə tam nəzarət etmək istəyənlərə və katolikosu müstəqil bir səs kimi zəiflətmək və ya aradan qaldırmaq istəyənlərə fayda verir. Onlar ictimaiyyətin diqqətini hakimiyyətin geosiyasi və daxili siyasi uğursuzluqlarından yayındırmağa çalışırlar. Bunlar öz güclərini gücləndirmək naminə kilsə birliyini qurban verməyə hazır olanlardır. Nəhayət, Qarabağ məsələsindən sonra, cəmiyyətin dərin mənəvi sarsıntı yaşadığı bir vaxtda, milli özünüdəyişin son sütunlarından biri olan kilsəyə hücum dövlətin ənənəvi sütunlarını məhv etmək üçün ardıcıl strategiyanın bir hissəsi kimi görünür. Və aydındır ki, bütün bunlar təsadüfi deyil. Paşinyan ordudan tutmuş kilsəyə qədər ənənəvi institutların təsirini zəiflətmək niyyətini çoxdan nümayiş etdirib. Təəssüf ki, baş nazir heç kəsdə olmayan nailiyyətlərə nail oldu: o, bəzi din xadimlərini bütün ermənilərin katolikosuna açıq şəkildə qarşı çıxmağa məcbur edə bildi. Və o bunu elə etdi ki, bütün dünya bəzi ruhanilərin öz kilsələrinə və onun qanunlarına qarşı çıxmağa hazır olduğunu gördü”.

Samirə SƏFƏROVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 13:52
Trampın İranla bağlı iştahı xeyli artdı – “Onlarla belə sazişi 1 il əvvəl imzalamaq olardı, indi yox”...

29.09.2026 / 13:37
İrəvan bələdiyyəsinə qəti tapşırıq - Ararat dağını göstərən videolar yaymayın…

29.09.2026 / 13:22
Qalibafdan ABŞ-a təhdid kimi mesaj – biz neft sata bilmiriksə, regionda heç bir ölkə sata bilməz…

29.09.2026 / 12:30
İnfantinodan Prezident İlham Əliyevə maraqlı hədiyyələr... - FOTO

29.09.2026 / 12:16
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi - FOTO

29.09.2026 / 12:14
Almaniyanın XI naziri Lavrova 2 aydın mesaj verdi - Tramp bunu bilsə, aləm yenə qarışacaq...

29.09.2026 / 11:37
Lənkəranda vətəndaşların 150 min manatdan çox pulunu ələ keçirən şıxs yaxalandı

29.09.2026 / 11:20
ABŞ Yunanıstanda çevriliş hazırlayır? - Afinadakı səfirdən ŞOK AÇIQLAMA …

29.09.2026 / 10:55
Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlandı

29.09.2026 / 10:48
Baş prokuror xaricdə Azərbaycana qarşı cinayət törətməkdə ittiham edilən şəxslərdən danışdı

29.09.2026 / 10:36
9 milyonluq bir ölkə ABŞ-ı idarə edir - Amerikalı jurnalistdən Tramp administrasiyasına sərt sözlər…

29.09.2026 / 10:20
Bir ayda at arabalarının iştirakı ilə iki qəza baş verib - Yol polisindən xəbərdarlıq...

29.09.2026 / 09:29
Rusiya Kiyevdə Ukrayna Elmlər Akademiyasının binasını vurdu – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

29.09.2026 / 09:12
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTO

29.09.2026 / 08:28
Azərbaycan xarici iqtisadi strategiyasını dəyişir, biz buna sadəcə məhkumuq...

29.09.2026 / 07:40
Rusiya Monqolustanla hərbi tərəfdaşlıq sənədi imzaladı

29.09.2026 / 07:16
Pentaqonun nəhəng kadr məlumat bazasına haker hücumu - 3 milyona yaxın fayl oğurlanıb

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ