Bazar ertəsi günü, 17 avqust 2026
     

ABŞ-ın gömrükçü və sərhədçiləri artıq Ermənistanda - Rusiya üçün şok xəbər...

Image


ABŞ gömrük-sərhəd xidmətinin təmsilçiləri Ermənistana səfər ediblər. ABŞ-ın Ermənistandakı səfirliyi də bunu təsdiq edib. Qrup sentyabrın 29-dan oktyabrın 11-dək Ermənistan sərhəd qoşunları ilə birlikdə imkanları qiymətləndirəcək, təkmilləşdirmə sahələrini müəyyən etməyə çalışacaq.

Səfirlik bildirir ki, CGAP adlanan bu metodologiya ehtiyacları dəqiqləşdirməklə sərhəd təhlükəsizliyini möhkəmləndirməyə, strateji investisiyaları yönəltməyə kömək edir. Səfirlik bildirir: “Bu səfər avqustun 8-də Ağ Evdə prezident Donald Tramp və Ermənistan baş nazir Nikol Paşinyanın imzaladığı memorandumun gerçəkləşdirilməsi yolunda ilk addımdır”.

Birləşmiş Ştatlar Ermənistan ərazisindən tranzit yolunun gerçəkləşməsi üçün 145 milyon dollar ayırmağı planlaşdırır. Söhbət Azərbaycanı Naxçıvan eksklavı ilə Ermənistanın Zəgəzur vilayətindən keçməklə birləşdirəcək marşrutdan gedir. Azərbaycan, Ermənistan və ABŞ liderlərinin avqustun 8-də Vaşinqtonda imzaladığı sənədlərdə “Tramp yolu”nun (TRIPP) çəkilməsi nəzərdə tutulub. Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri bürosundan Brendan Hanrahan Ermənistanın baş naziri Mher Qriqoryanla danışıqlar aparıb. Hanrahan danışıqlardan sonra bildirib: “İrəvanda böyük məmnuniyyətlə elan edirəm ki, Konqreslə işləyərək Ermənistana 145 milyon dollar yardım ayırmağı planlaşdırırıq. Bu, TRIPP-i reallığa çevirmək yolunda ilk böyük addımdır”. “Tramp yolu”nun detalları indilik qeyri-müəyyən olaraq qalır. ABŞ prezidenti bu layihədə Amerikanın 99 il ərzində iştirakından danışmışdı. Amma Ermənistanın baş naziri Nikol Paşinyan və xarici işlər naziri sonradan 99 illik icarə üzrə razılaşmanın mövcud olmadığını bildiriblər. ermənistanda müxalifət deputatları hökuməti Bakı və Vaşinqtonla əldə olunmuş dəhliz razılaşmasının detallarını bilərəkdən gizlətməkdə suçlayır. Onlardan biri Artur Xaçatryan Paşinyanın bu açıqlamasının onların iddialarını bir daha sübut etdiyini söyləyib: “Maneəsiz ünsiyyət o deməkdir ki, istənilən yol, istənilən keçid açıqdır. Amma mən sərhədi keçəndə oradakı sərhədçi məni geri qaytara bilər. Sual da məhz budur: biz azərbaycanlıları dayandıra bilərikmi? Bu suala cavab vermirlər, çünki detallara getsələr, belə reaksiya alacaqlar: “Bir dəqiqə, siz bizə tamam başqa şey demişdiniz”. Parlamentin spikeri Alen Simonyan isə Azərbaycan prezidenti İlham Əliyevin sözügedən marşrutun Ermənistanın sərhəd yoxlamalarından azad olunması tələblərini əsaslandırıb: “Həm bizim, həm də onların yaraları hələ təzədir. Biz də adam öldürmədikmi? Azərbaycan tərəfdən də ölənlər olmayıbmı? Məsələ sərhəddə üzbəüz təmasdadır... Münasibətlərin və etimadın yenidən qurulması kimi həssas dövrdə məqsəd həmin təması minimuma endirməkdi”. Ermənistanın Azərbaycan ərazisindən tranzit üçün eyni proseduru niyə tələb etməməsi barədə suala Simonyan belə cavab verib: “Çünki Azərbaycanın da yaraları böyükdür. Azərbaycan hesab edir ki... Ermənistan 30 il ərzində onların ölkəsinin 20 faizini işğal altında saxlayıb və hətta soyqırımı haqda bəyanatlar verir. Onlar belə düşünürlər və görünür, Azərbaycan üçün hər hansı mümkün gələcək təhlükəni önləmək çox vacibdir”.

Azərbaycan prezidenti İlham Əliyev hələ iyulun sonunda demişdi ki, Ermənistanın Sünik vilayətindən keçən Azərbaycan yükü və Azərbaycan vətəndaşları Ermənistan sərhədçilərinin üzünü görməməlidir. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Polşanın “TVP World”telekanalına müsahibəsində qeyd edib ki, Ermənistan və Azərbaycan nəqliyyat kommunikasiyalarını qarşılıqlı şəkildə blokdan çıxarmaq barədə razılığa gəlib: “Ermənistan Azərbaycanın dəmir yolu sisteminə, Azərbaycan isə Ermənistanın dəmir yolu sisteminə çıxış əldə edir. Söhbət həm yollardan, həm də başqa infrastrukturdan gedir. Bu sistemin bir hissəsi - Azərbaycan və Naxçıvan arasında ən qısa əlaqə TRIPP kimi fəaliyyət göstərəcək. Bu nə deməkdir? Ermənistan və ABŞ dəmir yolu marşrutunun inşaatçısı və əsas operatoru olacaq konsorsium yaradacaq. Konsorsium üçüncü tərəf şirkətləri cəlb edə və boru kəmərlərinin, elektrik kabellərinin və s. tikintisi və istismarı ilə məşğul ola biləcək. Hər şey qarşılıqlılığa əsaslanacaq: məsələn, biz Naxçıvan ərazisindən istifadə edərək Ermənistanın şimalını və cənubunu indi mövcud olmayan dəmir yolu ilə birləşdirə biləcəyik”. Onun sözlərinə görə, prinsiplər razılaşdırılıb: “İndi amerikalı həmkarlarımızla texniki parametrləri müəyyən etməliyik. Artıq danışıqlara başlanılıb. Düşünürəm ki, biz bu mərhələni yaxın aylarda başa vuracağıq, sonra tikintiyə başlanılacaq. Mütəxəssislər dəmir yolu layihəsinin ən azı iki il çəkəcəyini deyirlər. Amma biz blokun tezliklə qaldırılmasında maraqlıyıq: Ermənistan əsas benefisiarlardan biri olacaq. Sülh müqaviləsinə gəlincə, onun mətni nəhayət, mart ayında razılaşdırılıb və indi paraflanıb. Azərbaycan bizim razılaşmadığımız əlavə şərtlər irəli sürsə də, biz mümkün qədər tez imzalamağa hazırıq. Ancaq yekun imza olmadan da proseslər davam edir: məsələn, beynəlxalq təşkilatlarda birgə addımlar. Artıq Minsk prosesinin bağlanması xahişi ilə ATƏT strukturlarına birgə müraciət etmişik. Sərhədin delimitasiyası da aparılır: 12 km artıq demarkasiya olunub. Ermənistanla sərhəd kəndlərində insanlar özlərini daha təhlükəsiz hiss edir, yeni məktəblər tikilir, həyat yaxşılaşır”.

Ramil QULİYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

16.08.2026 / 19:10
İran ABŞ əsgərlərinin başına 30 min dollar pul qoydu – qadınlar ikiqat çox alacaq…

16.08.2026 / 18:32
Azərbaycan elminin Scopus, Webof Science, Süni intellekt və nəsillərarası əlaqə problemləri…

16.08.2026 / 18:24
Hindistanın 80 ili: Transformasiya, tərəfdaşlıq və sivilizasiya özünəinamı yolu

16.08.2026 / 16:02
Zelenski avropalı tərəfdaşlarından silah istədi - antibalistik raketləri anbarlarda saxlamayın…

16.08.2026 / 15:38
İran Bəhreyndəki ABŞ bazasını darmadağın etdi – hərbi dəniz bazası Dieqo Qarsiyaya köçürüldü...

16.08.2026 / 15:23
Belçika tarixində ən dəhşətli yanğın – alovlar sürətlə yaşayış məntəqələrinə yaxınlaşır…

16.08.2026 / 15:06
Ukraynanın üçüncü prezidenti Yuşşenko Bakıya gəldi…

16.08.2026 / 14:19
İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 51-ə çatdı…

16.08.2026 / 13:40
Rusiya Kiyevdə "Flamingo" raket istehsalı müəssisələrini bombaladı…

16.08.2026 / 13:26
General Abbasəli Novruzov vəfat etdi

16.08.2026 / 12:53
Polşa Ukrayna veteranlarının iştirakı ilə Avropa Legionu yaratmağı təklif edir - NATO-ya alternativ olmayacaq...

16.08.2026 / 12:25
Ukrayna da Avropa Birliyinin İrana qarşı sanksiyalarına qoşuldu…

16.08.2026 / 12:09
Beyləqanda qadın kanalda batdı...

16.08.2026 / 11:50
Moskvada Wildberries-in ən böyük anbarı vuruldu - güclü yanğın başladı...

16.08.2026 / 11:36
NATO qırıcısı Rumıniya üzərində naməlum pilotsuz təyyarəni vurdu…

16.08.2026 / 10:51
Ayrı-ayrı yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

16.08.2026 / 10:26
İrandan Trampa təhdid kimi mesaj – “…ərzaq maşınında gizlənməli olacaq”…

16.08.2026 / 10:02
Ərdoğan ABŞ-dan F-35-lərin tədarükünü gözləyir - Tramp vəd verib…

16.08.2026 / 09:30
Moskvaya kütləvi dron hücumu – üç hava limanında uçuşlar dayandı…

16.08.2026 / 09:14
Cənubi Koreya Şimali Koreya qoşunlarına xəbərdarlıq atəşi açdı...

16.08.2026 / 08:55
Urmiya gölü qırmızı rəngə boyandı...

15.08.2026 / 21:44
Tehranda İranın müstəqilliyinə qarşı qəsd hazırlayan iki fransız diplomat saxlandı - Fransaya sərt xəbərdarlıq edildi...

15.08.2026 / 21:15
Moskva ABŞ və Türkiyədən Ukraynaya mümkün silah tədarükü ilə bağlı açıqlama tələb etdi…

15.08.2026 / 20:53
ABŞ Departamenti 907-ci düzəlişlə bağlı Konqresə bildiriş göndərdi...

15.08.2026 / 20:19
Nərimanovda mağaza soyuldu, saxlanan var...

15.08.2026 / 19:40
Abşeronda yarımtikilidən və avtomobildən oğurluq edən şəxs yaxalandı

15.08.2026 / 18:26
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu

15.08.2026 / 17:56
E3 ölkələri Ukrayna ilə bağlı mümkün Tramp-Putin razılaşmasına qarşı hərəkətə keçdi - Avropanın Moskva ilə əlaqə qurmaq cəhdləri alınmır…

15.08.2026 / 17:32
İran iqtisadiyyatı çökür… Pezeşkiandan şok etiraf - gəlirlərimiz azalıb, neft sata bilmirik…

15.08.2026 / 17:17
İrandan müharibə ilə bağlı şok açıqlama - 3 pilotumuz Qətər tərəfindən əsir götürülüb...

15.08.2026 / 16:03
Bakıda narkotiklərin dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

15.08.2026 / 15:37
Rusiya Xəzər vasitəsilə İrana yeni hərbi təchizat marşrutu yaradıb - "Xəzər Ekspresi"...

15.08.2026 / 15:15
Senatorlar Trampdan izahat istədilər - Rusiyaya qarşı müntəzəm sanksiyalar nə vaxt bərpa ediləcək…

15.08.2026 / 14:21
Masallıda 9 kiloqram narkotik vasitə aşkarlandı

15.08.2026 / 14:09
Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı məlumat yaydı

15.08.2026 / 13:54
Saakaşvili həmvətənlərinə çağırış etdi - “Payıza qədər… dayanmaq vaxtı deyil!”

15.08.2026 / 12:51
İmişlidə 10 kiloqramdan artıq narkotik aşkarlandı

15.08.2026 / 12:25
Britaniya Netanyahunun "İslam Respublikası" sözlərinə görə İsraildən izahat istədi…

15.08.2026 / 11:43
Bakıda mağazanın tavanı uçdu, bir nəfər dağıntı altında qaldı - VİDEO

15.08.2026 / 11:35
Tramp Hörmüzü "Amerika ərazisi" elan edəcəyini dedi, İrandan sərt reaksiya gəldi - məğlubiyyətinizi etiraf edin...

15.08.2026 / 11:09
İndoneziyada 7,7 bal gücündə zəlzələ - ölənlərin sayı 20-yə çatdı…

15.08.2026 / 10:53
Rusiya Azərbaycan üzərindən Ermənistana 8 vaqon buğda göndərdi

15.08.2026 / 10:35
Kilsə və monastırları soyan iki erməni saxlandı

15.08.2026 / 10:18
Hörmüzdə daha bir gəmi vuruldu…

15.08.2026 / 08:15
FAZ müxbirinə Rusiyada cinayət işi açıldı - “Milli zəmində düşmənçilik çağırışı…”

15.08.2026 / 07:50
Türkiyə Rusiya limanlarından neft alışını azaldır - dronlar üzündən…

15.08.2026 / 06:55
Yaponiya Müdafiə naziri militarizm simvolu məbədi ziyarət etdi

15.08.2026 / 06:44
Lavrovdan Serbiya prezidentinə mesaj - “AB onu lağa qoyur…”

15.08.2026 / 06:33
Ardıcıl istefalar İYİ Partiya liderini özündən çıxardı - “siyasi şərəfsizlik bataqlığında boğulacaqsınız…”

15.08.2026 / 06:18
Lavrov ABŞ-dan cavab gözləyir - sərt ritorika da öz yerində…

15.08.2026 / 06:11
Rusiya Avropa ilə müharibəyə hazırlaşır: “ Gəmiləri hədəf alacağıq”…

15.08.2026 / 05:56
Tramp Hörmüz boğazını ABŞ ərazisi elan edəcək - müharibə bitdikdən sonra…

15.08.2026 / 05:47
Dünyanın ilk ən böyük elektrik təyyarəsi uçuşda - 27 dəqiqəyə 5 dollarlıq yanacaq…

14.08.2026 / 22:54
Türkiyənin BƏƏ ilə S-400 danışıqları dalana dirəndi… ABŞ-dan qəti mesaj - S-400-dən qurtulmadan F-35 olmayacaq…

14.08.2026 / 22:10
Londonla Təl-Əviv arasında gərginlik artır - Netanyahu Britaniyanı "Britaniya İslam Respublikası" adlandırdı...

14.08.2026 / 21:26
Zəngəzur dəhlizinə görə İran Ermənistana hərbi zərbələr endirəcək...

14.08.2026 / 20:53
Azərbaycanın 1-ci Ali hərbi Ordeni “Xətai”nin tarixində acı-şirin faktlar...

14.08.2026 / 20:27
Azərbaycan Rusiyanın ərzaq bazarında Ermənistanın mövqelərini tam ələ keçirdi – rəqəmlər açıqlandı…

14.08.2026 / 20:01
Rusiya 5 il Zəngəzur dəhlizini azı 2 səbəblə gecikdirdi...

14.08.2026 / 19:24
Naxçıvanın üstündən 15 milyon ton yük keçəcək-az qaldı, hədəf bəllidir...

14.08.2026 / 19:06
ABŞ qalmaqala səbəb olan nəhəng təyyarə gəmisini Yaxın Şərqdən geri çəkir…

14.08.2026 / 18:37
Hörmüz boğazında gərginlik yenidən artır - BƏƏ-nin iki tankeri vuruldu…

14.08.2026 / 18:22
İran ABŞ-ın daha bir MQ-9 Reaper pilotsuz təyyarəsini vurdu...

14.08.2026 / 18:10
Ukraynanın taleyi Ermənistan mediasında dərin məyusluq doğurub...

14.08.2026 / 17:55
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərildi

14.08.2026 / 17:42
Tezliklə Azərbaycana Ermənistan məhsulları idxal olunacaq - müxalifət TRİPP-i radikal hədəfə aldı...

14.08.2026 / 17:10
Hörmüz boğazına kimin nəzarət etdiyi bilinmir - Trampla İranın söz davası qızışır...

14.08.2026 / 16:48
Ermənistan və Rusiya kənd təsərrüfatı nazirlərinin görüşü gərgin keçdi...

14.08.2026 / 16:25
Samuxda qarayaraya görə nəzarət postu quruldu

14.08.2026 / 16:11
Xərclərimizin yarıdan çoxu yemək-içməyə gedir - ya çox yeyirik, ya qazanc azdır...

14.08.2026 / 15:57
Paşinyan Rusiyaya satılmış dəmiryolunun heç olmasa bir hissəsini geri alır... Plan...

14.08.2026 / 15:41
TRİPP İrana qarşı silah və qoşun yığmanın ən qısa yoludur - səfirdən sensasiya...

14.08.2026 / 15:24
İran İsrailə qarşı sürətli hücum əməliyyatlarına başlayır...

14.08.2026 / 15:06
Gürcülər İrəvanla Rusiyanın quru əlaqəsinin yenidən qurulmasına 90 milyon sərmayə qoyur...

14.08.2026 / 14:43
DİN vətəndaşlara xəbərdarlıq etdi - Şübhəli mesajlara inanmayın!

14.08.2026 / 14:28
Türkiyədə "PKK açılımına" şübhələr dərinləşir - 2013-də eyni proses cəmi 2 ilə pozulmuşdu...

14.08.2026 / 14:15
Xorvatiya alovlar içində - dünən başlayan yanğın şəhər mərkəzinə çatdı…

14.08.2026 / 14:03
Əfsanədən gerçəkliyə uzanan 5 minillik tarix - Troya

14.08.2026 / 13:55
Türkiyədən ABŞ-a xəbərdarlıq - İsrailə lazımi təzyiq göstərməsəz, biz hərəkətə keçəcəyik…

14.08.2026 / 13:53
“Dövlət auditi” informasiya sistemi yaradıldı

14.08.2026 / 13:49
Hesablama Palatasına yeni səlahiyyətlər verildi

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ