Cümə axşamı günü, 01 oktyabr 2026
     

Moskva İrəvanın iqtisadi “ilgəyini” daraltmağa başladı...

Image


Rusiya və Ermənistan arasında qarşılıqlı ticarət bu il artıq əhəmiyyətli dərəcədə azalıb və 2025-ci ilin sonuna qədər 6 milyard dollardan bir qədər çox ola bilər ki, bu da 2024-cü illə müqayisədə iki dəfə azdır. Bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib:

“Rusiya ilə Ermənistan arasında ticarətə gəlincə, bu, artıq əhəmiyyətli dərəcədə azalıb və biz gözləyirik ki, ilin sonuna qədər keçən illə müqayisədə bu, iki dəfə azalacaq. Yəni, əgər keçən il 12,4 milyard idisə, bu il yəqin ki, 6 milyard dollar olacaq”.

Qeyd edək ki, cari ilin mart ayında Ermənistan parlamenti ölkənin Avropa İttifaqına daxil olması ilə bağlı qanun layihəsini qəbul edib. Amma Avropa İttifaqının özü İrəvana üzvlük təklif etməyib. Elə bu fonda müxalifət bu sənədi hüquqi baxımdan absurd adlandırıb. Bu qərarı şərh edən Rusiya hakimiyyəti Ermənistanın Avropa İttifaqı və hazırda Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstanla birlikdə üzvü olduğu Avrasiya İqtisadi İttifaqına (Aİİ) eyni vaxtda üzvlüyünün mümkünsüzlüyünü qeyd edib. Daha sonra Ermənistanın baş naziri Nikol Paşinyan etiraf edib ki, gec-tez Ermənistan seçim etməli olacaq və eyni zamanda üzvlük mümkün deyil. Əslində isə, Paşintan artıq seçimini Avropa İttifaqının lehinə edib. Overçuk isə daha əvvəl bəyan etmişdi ki, Ermənistan iki kresloda otura bilməyəcək və Rusiya biznesi bu fonda 2024-cü ildən Ermənistan bazarında əməliyyatları mərhələli şəkildə azaltmağa başlayıb. Nəzəri cəhətdən Ermənistanın Aİİ-dən çıxması ölkəyə ÜDM-in 30%-40%-i itkisinə başa gələcək. İrəvan çətin keçid dövründən keçməli olacaq və Aİ kimi başqa bir bloka qoşulmaq istəsə, artıq formalaşmış və fəaliyyət göstərən qurumları yenidən strukturlaşdırmalı olacaq. Aleksey Overçuk isə Rusiyanı Ermənistanda narahat edən başqa bir məsələyə də toxunub. O qeyd edib ki, Rusiya Azərbaycan və Ermənistan arasında paraflanmış sazişə ehtiyatla nikbin yanaşır: “Ermənistanla Azərbaycan arasında imzalanmış sazişə ehtiyatla nikbin yanaşırıq”. Onun sözlərinə görə, Moskva “Tramp marşrutu” ilə bağlı məsələləri də izləyir. Bu arada “Joqovurd” qəzeti yazır ki, ABŞ nümayəndələri “Tramp marşrutu”nu müzakirə etmək üçün Ermənistana gələcəklər. Nəşrin məlumatına görə, siyasi nüanslar, investisiya həcmi, texniki detallar, o cümlədən işlərin başlama tarixi müzakirə olunacaq. Qəzetin yazdığına görə, səfərin məqsədi razılaşmaların praktiki həyata keçirilməsi üçün addımların ardıcıllığına aydınlıq gətirməkdir: “Müzakirələr qapalı formatda olacaq və qərarlar regionda yol nəqliyyatı üzrə yeni reallığın formalaşdırılması ilə birbaşa bağlı olacaq”. Ermənistanın “Past” nəşri isə başqa bir məqama diqqət çəkərək yazır: “Vaşinqton bəyannaməsindən sonra artıq təqribən bir aydır Ermənistan hakimiyyəti çalışır ki, həmin bəyannaməni və Azərbaycanla ilkin imzalanmış razılaşmanı diplomatik ciddi nailiyyət kimi təqdim etsin və guya Ermənistanın heç bir dəhlizi Azərbaycana vermədiyini qeyd etsin. Amma məhz Tiencində, Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Azərbaycan prezidenti yenidən Zəngəzur dəhlizindən danışıb. O bildirib: “Yaxın gələcəkdə Zəngəzur dəhlizi həm Orta Dəhlizin, həm də Şimal–Cənub dəhlizinin növbəti mühüm seqmentinə çevriləcək, sülhü, çoxtərəfli tərəfdaşlığı möhkəmləndirəcək. Zəngəzur dəhlizi Azərbaycan sərhədinin şərqində, qərbində, şimalında və cənubunda yerləşən yaxın və uzaq qonşularımıza fayda gətirəcək”.

Buna cavab vermək üçün Nikol Paşinyan zəif bir cəhd göstərib: “Azərbaycan prezidentinin istifadə etdiyi terminologiya bizim tərəfimizdən Vaşinqtonda razılaşdırdığımız məntiqlə qəbul olunmur”, - deyə Paşinyan bildirib və əlavə edib: “Xüsusilə də həmin razılaşmalar çərçivəsində Ermənistan və ABŞ “Beynəlxalq sülh və rifah naminə Tramp yolu” adlanan investisiya proqramını həyata keçirəcək. Bu proqram Ermənistanın “Sülh kəsişməsi” layihəsindən irəli gəlir, Ermənistanla ABŞ həmin layihəni inkişaf etdirmək və sərmayə yatırmaq üçün ikitərəfli memorandum imzalayıblar”. Hakimiyyət başçısının bu bəyanatı heç də ciddi qəbul edilmir. Həm Azərbaycan, həm də Türkiyə daim Zəngəzur dəhlizi terminini vurğulayır. Onlar üçün “Tramp yolu” adlı bir anlayış mövcud deyil və əslində, reallıq da məhz budur.

Ermənistan hakimiyyəti gözəl sözlərin arxasında Azərbaycana dəhliz vermək addımını gizlətməyə çalışsa da, heç kim buna şübhə etmir. Amma İlham Əliyev, məsələn, öz kuklasına dəstək verə və onu bir daha gülünc vəziyyətə salmaya bilərdi. Fakt budur ki, Ermənistan hakimiyyəti Azərbaycana dəhliz verib”. Nəşr yazır ki, indi hadisələrin Rusiyanın iradəsindən kənar cərəyan etməsi Moskvanı qıcıqlandırır. O səbəbdən Ermənistan hədəf halına gəlir. Ticarət dövriyyəsinin sürətlə azalmasına səbəb həm də budur. Qeyd edək ki, Ermənistan tranzit kəsişməsi rolunu oynayaraq Rusiyaya malların yenidən ixracı ilə öz iqtisadi vəziyyətini yaxşılaşdırmağa çalışırdı. Bu isə özünü statistik rəqəmlərdə artım kimi göstərsə də, istehsalı çox zəif olan bir ölkənin iqtisadiyyatını uçuruma aparırdı. İndi bu məqamdan Rusiya Ermənistana qarşı istifadə edir.

Samirə SƏFƏROVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 14:56
“Universitetdən qovulmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilir - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partlatacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...

30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir

30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi - VİDEO

30.09.2026 / 14:02
Qətərin ABŞ və İranı bir-birinə yaxınlaşdırmaq cəhdləri uğursuz oldu - heç kim güzəştə getmək istəmir…

30.09.2026 / 13:48
Dubay-Təl-Əviv reysinin pilotu təyyarəni dik şəkildə aşağı endirib qəzaya uğratmağa cəhd etdi - sərnişinlər müdaxilə edib təyyarəni ələ keçirdi...

30.09.2026 / 13:40
Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

30.09.2026 / 13:25
AKP-çi Fatma Betül Sayanın bütün aktivləri donduruldu…

30.09.2026 / 13:16
Qaçırıldığı deyilən Dubay-Təl-Əviv reysində pilotların əlbəyaxa davaya çıxdığı məlum oldu

30.09.2026 / 13:02
Prezident və Birinci xanım “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olublar - FOTO/YENİLƏNDİ

30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə - araşdırma aparılır...

30.09.2026 / 12:38
Vüqar Rəhimzadə: 3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcıdır

30.09.2026 / 12:22
Britaniyanın müdafiə naziri ADEX sərgisində iştirak edir...

30.09.2026 / 12:06
"Bələdiyyələr 300-500 min evdən əmlak vergisi toplaya bilmir" - Siyavuş Novruzov

30.09.2026 / 11:32
Milli Məclis Anım Günü ilə əlaqədar bəyanat qəbul etdi

30.09.2026 / 11:25
Serbiyanın müvəqqəti prezidenti vəzifəsində Vuçiçi lezbiyan qadın əvəz edəcək

30.09.2026 / 11:18
Britaniya polisi Trampın söylədiklərini alt-üst etdi...

30.09.2026 / 11:10
Faiq Ələkbərlinin “Türk xalqları fəlsəfəsi tarixi (Qədim dövr)” əsəri haqqında fəlsəfi düşüncələr

30.09.2026 / 10:54
Şahin Mustafayev İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

30.09.2026 / 10:36
Vuçiçin partiyasını Avropa Xalq Partiyasından qovurlar - səbəb terrorçu Mladiçə göstərilən qayğıdır...

30.09.2026 / 09:49
Prezident: "Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir"

30.09.2026 / 09:44
"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir" - Prezident

30.09.2026 / 09:41
Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian 2026” sərgilərinin iştirakçılarına müraciət ünvanladı

30.09.2026 / 07:52
Netanyahunun maraqlı karikaturası yayıldı

30.09.2026 / 07:37
Almaniya Ukraynaya PVO sistemləri verəcək - Merz açıqladı

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ