şənbə günü, 31 oktyabr 2026
     

Tramp Cənubi Qafqaz siyasətini dəyişəcək - ermənilər bərk məyus olublar...

Image


Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd Kamala Harris rəqibi Respublikaçı Donald Trampa zəng edərək onu prezident seçkilərində qələbə münasibətilə təbrik edib. Harris, həmçinin, Trampla hakimiyyətin dinc yolla təhvil verilməsinin vacibliyini müzakirə edib.

Burada qeyd edək ki, Donald Trampın Ağ Evə qayıdışı ABŞ-ın xarici siyasətini yenidən formalaşdırmağı, dünyada müharibə kimi çoxsaylı cəbhələrdə potensial radikal dəyişikliklər vəd edir. Çünki Tramp ABŞ tarixində prezidentlik postu uğrunda mübarizədə çoxsaylı ilklərə imza atan şəxsdir. Məsələn, 5 noyabr seçkilərini udan Donald Tramp Respublikaçılar partiyasındakı fikir ayrılıqlarını aşa bildi. O, 2017-2021 illərdəki ilk prezidentlik dönəmindən ona miras qalan məhkəmə işlərini və sui-qəsd cəhdini də adlamağı bacardı. "Radio Free Europe"nin eksperti Maykl Skollonun yazdığına görə, Demokratların namizədi Co Baydeni vitse-prezident Kamala Harris əvəzləyəndən sonra Tramp rəqib partiya tərəfdaşlarının qəzəbinə tab gətirdi. Yaşı 78-i haqlayan Tramp ABŞ prezidentliyini qazanan ən yaşlı şəxsdir. Dörd il əvvəl ona qalib gələn Baydenin 77 yaşı vardı. Gələn il yanvarın 20-də gerçəkləşəcək andiçmə mərasimindən sonra Trampın adı ABŞ-ın 45-ci və 47-ci prezidenti kimi tarixə düşəcək. Ondan öncə ancaq bir ABŞ prezidenti - Qrover Klivlend 132 il öncə 22 və 24-cü prezident kimi ardıcıl olmadan Ağ Evin başçısı seçilib. Klivlend 1885-1889-cu illər arasında prezident olub, növbəti seçkidə isə uduzub. O, 1892-ci ilin seçkilərində Respublikaçı prezident Benjamin Harrisonu məğlub edərək 4 illik fasilədən sonra yenidən prezident vəzifəsinə qayıdıb. Tramp haqqında iki dəfə impiçment elan edilmiş ilk prezident olmaqla yanaşı, cinayət törətməkdə təqsirli bilinən ilk ölkə başçısı kimi də ad çıxarıb. İkinci dönəmini başlayacaq Trampın iki cinayət işi üzrə istintaqı hələ də davam edir. O, hakimiyyətin Baydenə dinc yolla təhvilini pozmaq cəhdində və 2020-ci ildə Corciya ştatında seçkilərə müdaxilə etməkdə suçlanır. Trampın məxfi sənədləri qanunsuz saxlamasına dair üçüncü işə iyulda xitam verilib. Bir çox tərəfdaşı Trampın Baydenə ötən seçkiləri uduzmasını qəbul etməyib. Onun siyasi rəqiblərinə qarşı alovlu ritorikası və "ifritə ovu" üzündən hüquqi problemlər yaşadığını iddia etməsi də verilən dəstəkdə rol oynayıb. Seçicilər arasında aparılan ənənəvi sorğularda Tramp ən güvənli namizəd kimi önə çıxıb. İmmiqrasiya, inflyasiya kimi problemləri məhz onun çözəcəyinə inanıblar. Öz seçki kampaniyasında qanunsuz mühacir köçünü, ölkə içində durğunluğu və xaricdəki uğursuzluqları dilə gətirən Tramp Amerikanı kölgə hökumət məmurları ilə bürokratların "dərin dövlət"inin yönəltdiyini iddia edib və özünü bu problemləri çözəcək ən uyğun namizəd kimi göstərə bilib. O, 2016-cı il kampaniyası zamanı "Amerikanı yenidən möhtəşəm et" vədləri ilə seçicilərin ürəyini fəth etdi, daha yaxşı ticarət sazişləri bağladı və dünyada ABŞ-a sayqını bərpa etmək üçün ABŞ ordusuna ayrılan maliyyəni artırdı.

Trampın adı bütün dünyada dəbdəbəli qüllələri bəzəyib. Televiziya tamaşaçıları onun realiti-şousunda "İşdən çıxarıldın" deyiminə bayılırdılar. Çoxları Trampı "bataqlığı quruda bilən" adam sayırdı. Belə deyərkən, paytaxt Vaşinqtondakı korrupsiyaya eyham vurulurdu. Bu dəfə Tramp daha siyasi autsayder deyil, tam tərsi, özünü dünya səhnəsində sərt lider kimi təsdiqləmiş bir insan kimi görünür. Ukrayna və Yaxın Şərqdəki savaşların fonunda seçkilərin taleyini çözən tərəddüdlü 7 ştatda seçicilərin əksəriyyəti məhz Trampın ölkəyə rəhbərlik etməyə ən uyğun adam saydı. Tramp ilk prezidentlik dönəmində birtərəfli qaydada ABŞ-ı İranla bağlanan nüvə sazişindən çıxardı və iqtisadi rəqibi Çinlə ticarət savaşı başlatdı. O, həmçinin ABŞ-ı əlverişsiz saydığı qlobal anlaşmalardan geri çəkdi və NATO müttəfiqlərinə basqı göstərərək onların çoxunu güvənliyə ayrılan maliyyəni artırmağa vadar etdi. Tramp administrasiyası ən mübahisəli razılaşmalarından birini "Taliban"la bağlamışdı. O bağlaşmaya görə, 2021-ci ildə ABŞ qoşunlarının Əfqanıstandan tam çıxarılması üçün şərtlər müəyyənləşdirilmişdi. Trampın əleyhdarlarının fikrincə, razılaşma "Taliban"a hakimiyyəti ələ keçirməsi üçün zəmin yaratdı. Bayden və Harrisin ölkə idarəçiliyində səhvlərə yol verdiyini deyən Tramp iddia edir ki, belə səhvlər ucbatından Rusiya 2022-ci ildə Ukrayna ərazilərini işğal etməyə başladı. Tramp ilk prezidentliyi dönəmində rəsmi Vaşinqtonun Rusiya ilə münasibətlərini yenidən formalaşdırmağa çalışmışdı. Bir tərəfdən Vladimir Putinlə əlaqələrini yaxşılaşdıran Tramp, o biri yandan Moskvaya qarşı neçə sanksiyanın tətbiqinə nail olmuşdu. İndi də o deyir ki, Putinlə şəxsi münasibətləri Rusiyanın Ukraynaya qarşı tammiqyaslı savaşını bitirməyə yardım göstərəcək. Trampın qayıdışı ABŞ-dakı erməni diaspor qüvvələrini və lobbisini də məyus edib. Ümumiyyətlə, Trampın qələbəsi Ermənistanda narahatlığı artırıb.Erməni politoloqlar Trampın qələbəsinin İrəvan üçün uğurlu olmayacağı qənaətindədirlər. Politoloq Suren Sarkisyan deyib ki, Tramp dönəmində Bayden dövründən fərqli olaraq ABŞ-la münasibətlərdə passivlik olacaq. Politoloq Stepan Daniyelyan isə Ermənistanın yenə yanlış seçim etdiyini deyib: "Gürcüstan və Azərbaycan Trampa ümid edirdi, "Vətəndaş müqaviləsi" partiyası isə demokratlara güvənirdi. Həmişəki kimi Paşinyan yenə səhv yatırım etdi. Amerika xalqı dəyişiklik istəyir. Ermənistan xalqı isə təslim olub, artıq taleyini həll etmir". Politoloq Armen Ayvazyan isə Trampın seçkidən sonra ermənilərə verdiyi vədləri unudacağını söyləyib: "Trampın qələbəsi beynəlxalq məsələlərdə ciddi nəticələrə gətirib çıxaracaq. Seçkidən bir neçə gün əvvəl o, bütün erməniləri Azərbaycandan qoruyacağını demişdi. Lakin seçkidən sonra o, böyük ehtimalla bunu unudacaq". Rusiyalı politoloq Yevgeni Mixaylov isə qeyd edir ki, Tramp pulları saymağı çox yaxşı bilir: "Bu durumda Ermənistan siyasi isteblişmentini dəstəkləmək üçün ayrılan büdcələr, məncə, azalacaq, çünki Tramp regionda daha güclü oyunçuların olduğunu nəzərə alaraq, bunun faydasız xərc olduğunu yaxşı bilir. Bunlar Azərbaycan, Rusiya, Türkiyədir. Amerikalıların isə orada xüsusi bir işi yoxdur. Məncə, erməni tərəfinin özü də, Zelenski kimi, artıq şokdadır, çünki onlar Amerika Birləşmiş Ştatlarının, daha doğrusu, Demokratlar Partiyasının vədləri və dəstəyi ilə qidalanırdılar. Buna görə də siz başa düşməlisiniz ki, Trampın gəlişi Cənubi Qafqazda regional siyasətin fundamental vəziyyətini dəyişəcək. Və çox güman ki, Rusiya və Azərbaycanın şərtləri ilə sülh müqaviləsinin imzalanması nəhayət ki, yaxınlaşacaq". Hesab edilir ki, gələn il ABŞ-ın Cənubi Qafqaz siyasətində mühüm dəyişikliklər olacaq.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:50
Şəhidin xatirəsinə həsr olunmuş güləş turniri keçirilib - Astarada

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ